26 Dekabr 2024, Cümə axşamı

İsveçin Xarici İşlər naziri Ann Linde Türkiyəyə səfər edib. Ankarada ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və İsveçin Xarici İşlər naziri Ann Linde birgə mətbuat konfransı keçiriblər.

Nazirlər gündəlikdə duran məsələlər, Ermənistanın Azərbaycan hücumları nəticəsində yaranmış hərbi gərginliklə bağlı fikirlərini bildiriblər.

Mövlud Çavuşoğlu deyib ki, beynəlxalq ictimaiyyət atəşkəs çağırışı etməkdən başqa, Ermənistana Azərbaycan torpaqlarından çıxmağı tələb edərsə, o zaman onun həqiqətən də problemi həll etmək arzusunda olduğunu görə bilərik.

Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsində çağırışların dəqiq olduğunu, Azərbaycana gəldikdə isə bu məsələyə ikili standartla yanaşıldığını bildirən, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarının icrasının vacibliyini xatırladan nazir Mövlud Çavuşoğlu bildirib: “Ukrayna və Gürcüstanın ərazi bütövlüyü müzakirə mövzusu olanda ATƏT də daxil olmaqla hamımız deyirik ki, Rusiya və başqa qüvvələr oradan geri çəkilsin. Bunlar Ukrayna və Gürcüstanın torpaqlarıdır. Amma eyni çağırışı Qarabağla bağlı etmirik”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR