26 Dekabr 2024, Cümə axşamı

Dünyanın bir sıra ölkələrinin siyasi partiyaları, parlament üzvləri və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, bu günlərdə dünyanın bir sıra ölkələrinin parlamentlərində təmsil olunan siyasi partiyalar, parlament üzvləri və beynəlxalq parlament təşkilatlarının nümayəndələri Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı bəyanatlarla çıxış ediblər.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (CHP), İyi Partiyası (İP), İtaliyanın “5 ulduz Hərəkatı” partiyasından senatorlar Vito Petroçelli, Canluka Ferra, İtaliyanın “Liqa” partiyasından senator Stefano Lucidi və deputat Rossana Boldi, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, senator Maria Rizzotti, “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Marino Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Hollandiyanın DENK partiyasının sədri Tunahan Kuzu, Bosniya və Herseqovinanın Demokratik Hərəkat Partiyasının sədri Bakir İzetbekoviç və sədr müavini Şefik Djaferoviç, İsrailin “Yisrael Beiteinu” partiyasının sədri Aviqdor Liberman, Almaniya Bundestaqının Solçular fraksiyasının üzvü Helin Evrim Sommer, Almaniya Bundestaqının hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatları Nikolas Löbel, Eberhard Qinqer, Ukrayna Ali Radasının sədrinin birinci müavini Ruslan Stefançuk və deputatlar Vladimir Kreydenko, Lyudmila Marçenko, Hollandiya parlamentinin deputatı Joram van Klavere, Almaniya Bundestaqının deputatı Barbara Hendriks, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Sven Sester, İndoneziya parlamentində Milli Oyanış Partiyası fraksiyasının nümayəndəsi Anqqia Erma Rini, İran parlamentinin Urmiyadan nümayəndəsi Ruhullah Həzrətpur, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Bləkmən, Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Datuk Rozman Bin Datuk Haji İsli, Kolumbiya Senatının Xarici əlaqələr daimi komissiyası və Kolumbiya-Azərbaycan dostluq qrupu, Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Romans Naudinş, Latviya Seyminin deputatı Aleksandr Kirşteyns, Moldova parlamentinin deputatları Serjiu Sırbu və Dimitru Diacov, Çili Nümayəndələr Palatasının üzvləri, Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı Palataları, Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi, AŞPA-nın vitse-prezidenti Oleksandr Merejko, Avropa Parlamentinin deputatları Sandra Kalniete, Marton Gyöngyösi, Andris Ameriks, Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Məcidi, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycana dəstək bəyanatları yayıblar. Bu bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR