26 Dekabr 2024, Cümə axşamı

Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasının, mülki obyektlərin dağıdılmasının vandalizm aktı olduğunu bildiriblər və dünya ictimaiyyətini Azərbaycana qarşı qərəzli mövqe tutmamağa, erməni terroruna göz yummamağa çağırıblar.

Ardını oxu...

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib.

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı son iki gündə dəqiq zərbə ilə Ermənistan silahlı qüvvələrinə məxsus 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksi məhv edilib.

Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin “S-125” zenit-raket kompleksi sıradan çıxarılıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarını məhv etməyə davam edir.

Düşmənə məxsus daha bir neçə zirehli texnika məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Düşmən mövqelərinə raket-artilleriya zərbələri endirilib.

 Müdafiə Nazirliynə istinadən görüntüləri təqdim edirik:

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ardını oxu...

Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib.

Ardını oxu...

Ey böyük Məhəmməd Füzuli, Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun növbəti  bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandandan alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə.  Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan  azərbaycanlı qanının  coşğusu ilə döyüş meydanı söz olan şairim...   Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzulu... Yadıma sən düşdün.  Çünki Sən  Füzuli  rayonundan da, füzulilərdən də qocamansan...  Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim.

 Gözün aydın,  Məhəmməd Füzuli

  Gözün aydın,  Məhəmməd Füzuli,  əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə  təşkil olunmuş və Qaryagin adlandırılan rayonun  1959-cu ildə Sənin- böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan  yurd yerimiz düşməndən azad olunur. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazır. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin.  Füzulililər bu gün  sevinc içərisindədirlər.1993-cü ildə  doğma ev-eşiklərindən  erməni köksüzlərinin zoru ilə didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər.

Ardını oxu...

“Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq”.

 NTV-yə istinadən xəbər veririk ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.

Ardını oxu...

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 dinc sakin ölüb.

Hadisələr nəticəsində 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası, 327 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Düşmənin S-300 zenit-raket kompleksi məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

  

Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.

Ardını oxu...

“SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirlyindən verilən məlumata görə, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanat yayıb.

Bəyanatı təqdim edirik.

2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40-dan çox insan ciddi yaralanıb.

Ardını oxu...

 

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, dərhal əraziyə FHN-nin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin cəsədi çıxarılıb.

Ardını oxu...

Düşmənin silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək. 

AMEA Naxçıvan Bölməsində “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə siyasi-iqtisadi böhran aradan qaldırıldı, milli ordu yaradıldı, atəşkəsə nail olundu. Ümummilli liderin qətiyyətli qərarları ilə vətəndaş qarşıdurmasına son qoyuldu, ölkənin parçalanmasına yönəldilmiş təhdidlərin qarşısı alındı. Düzgün daxili və xarici siyasət həyata keçirildi, əsaslı iqtisadi islahatlar inkişafa səbəb oldu.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasi strategiya bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Akademik Milli Ordumuzun 30 ildən sonra Qarabağda zəfər tarixi yazdığını deyərək, milli tariximizin gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində ziyalıların, o cümlədən də bölmə əməkdaşlarının üzərinə düşən vəzifələri xüsusi qeyd edib.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli Qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına əlverişli şərait yaradır. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Ardını oxu...

XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir.
Ümummilli lider Heydər Əliyev hələ sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmiş, milli müstəqillik konsepsiyası ulu öndər tərəfindən işlənib hazırlanmışdır.
“Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hazır olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrildi.

Ardını oxu...

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsin ilk anından etibarən işğalçı dövlətin bu razılaşmanı kobud şəkildə pozması onun sülh danışıqlarında maraqlı olmadığını əsaslı şəkildə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri tərəflər arasında istər son təxribatlarla, istərsə də əldə olunan humanitar razılaşma ilə əlaqədar fərqli yanaşmalara, ən əsası, Azərbaycanın haqlı, Ermənistanın isə həmişə olduğu kimi, yenə də yalanlarla həqiqəti ört-basdır etmək cəhdlərinə bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider olması, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur. Belə ki, Prezident İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad küçə uşağı təəssüratını bir daha təsdiqlədi.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir.

Açıqlamada, həmçinin deyilir: “Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan əvvəl edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil.

Bu fikirlər, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ-ın statusuna uyğun gəlmir.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Latviya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsla görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə mədəni, iqtisadi əlaqələr, regional məsələlər və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu, göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

 

 

 

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi məsələlər barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanununa (bundan sonra ― Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Ardını oxu...

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edir.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, döyüş meydanında Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən düşmən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi, mülki şəxsləri hədəfə alır.

 

 

 

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

 

 

Oktyabrın 19-dan noyabrın 2-dək təhsil müəssisələrində elan olunan tətil müddətində repetitor fəaliyyəti davam etdirilə bilər.

Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.

Ardını oxu...

Təxminən otuz on ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq, azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi, BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum edib. Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyənləşdirilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozub. Bundan əlavə, Ermənistan I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanda uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatında qeyd olunub.

Ardını oxu...

Noyabrın 2-dən etibarən təhsil bu və ya digər formada yenidən bərpa olunacaq.

Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.

O bildirib ki, tədrisin yenidən bərpa olunmsında virusun yayılma dinamikası nəzərə alınacaq.

 

 

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.

Ardını oxu...

İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərarizindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar.

Ardını oxu...

Azərbaycanda təhsil müəssisələrində əlavə tətil günləri müəyyən edilib və payız tətilinin vaxtı dəyişib.  

Bu barədə Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir. 

Ardını oxu...

19 oktyabr tarixindən 2 noyabr tarixinədək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib.

Bu barədə Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir.

Ardını oxu...

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan verilən məlumata görə, son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilmişdir.

Ardını oxu...

2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu barədə Operativ Qərargah məlumat yayıb.

2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda qeyd edilir.

 

 

 

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.

İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. 

Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib.

Ardını oxu...

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir.

 Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən səsləndirib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Hələ kiçik yaşlarımızdan ətrafımızda hər kəsin dilindən “Vətən müqəddəsdir”, “Vətən anadır” kəlmələrini eşidərək böyüyürük. İlk addımımızı atdığımız bu torpağın üstündə yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu Vətən torpağı bizlərə uğrunda qurban gedənlərin əmanətidir. Zaman-zaman ərazi iddialarına, hücumlara, soyqırımlara məruz qalan bu torpaq uğrunda bu gün zəfər və şərəf tarixi yazılır, şanlı bir mübarizə gedir. O mübarizə ki hələ qundaqda ikən öz ata-baba yurdlarından didərgin düşən uşaqların öz torpaqlarına qayıtmaq mübarizəsidir. Bu mübarizə Azərbaycan xalqının 30 illik torpaq ayrılığına, yurd həsrətinə son qoymaqdadır. Elə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Səfərbərlik şöbəsinin rəisi, polkovnik-leytenant Cəfər Hüseynovla söhbətimiz də bu mövzuda oldu. 

Ardını oxu...

Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.

  DTX-nin saytına istinadən xəbər veririk ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hal-hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir.

Ardını oxu...

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, layihə çərçivəsində növbəti material Şuşa şəhərinin “Saatlı” məhəlləsində yerləşən Saatlı məscidinə həsr edilib.

Tarixi məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

Məscidin inşa edildiyi yerdə əvvəl böyük Azərbaycan şairi Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR