25 Dekabr 2024, Çərşənbə

Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Tüitter" səhifəsində bildirib.

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Nikol Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur.

Bu barədə öz "Twitter" hesabında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Ardını oxu...

Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.

Bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: "Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələnib".

Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.

Bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".

Müzəffər Azərbaycan Ordusunun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Zəngilan şəhərinin işğaldan azad olunduğu gün – oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 25 ton yuyucu vasitə və 183 avtomobil şini “Naxçıvan” Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

Ardını oxu...

Sentyabrın 27-dən Azərbaycan gecələrinin sabahları igid oğullarımızın Günəş kimi parlayan qəhrəmanlıqlarının şəfəqləri ilə açılır. Qəlbi Vətən eşqi ilə döyünən igid oğullarımız öz canları bahasına üçrəngli bayrağımızı Suqovuşana, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Hadruta sancır. Onlar Azərbaycan xalqının tarixini öz müqəddəs qanları ilə yazırlar. Hər qələbə xəbəri ilə ürəyimiz dağa dönür. Hər kəs cəbhəyə, səngərə can atır, öz canlarından keçərək təki torpağımız – Şuşamız, Laçınımız, Kəlbəcərimiz azad olsun. Orada illərdir, əsir qalan şəhid ruhları sevinsin”, – deyirlər.

Ardını oxu...

Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin yaşadığı ömür yolu bu gün hər birimiz üçün örnək, bir məktəbdir. Bu yola nəzər salsaq, dahi rəhbərin yаlnız bir müqəddəs аmаlа хidmət etdiyini görərik. Bu оnun həyаtıdan artıq sevdiyi Azərbаycаnçılıq idеyаlаrı, Аzərbаycаn dövlətinə, хаlqınа хidmət idi. İstər sоvеt dövrü оlsun, istərsə də müstəqillik illəri, fərqi yох idi. Hər zаmаn və hər yеrdə Аzərbаycаn üçün çаlışan, ən böyük qаyəsini milliliyin, həmrəyliyin qоrunub sахlаnılmаsındа görən ulu öndər dаim хаlqının milli-mənəvi irsinə, аmаllаrınа sаdiq qаlаrаq оnun mənаfеlərini təmin еdən siyаsət yürütmüş və uzаqgörən siyаsətçinin pаrlаq siyаsi zəkаsı sаyəsində Аzərbаycаn öz milli-mənəvi dəyərlərini qоrumuş, bu günümüzədək gətirib çıxarmışdır.

“Fəxr edirəm ki, mən Azərbaycanlıyam”, – deyən ümummilli liderin dünya azərbaycanlıları tərəfindən böyük nüfuz və ehtirama malik şəksiz milli lider kimi qəbul edilməsi soydaşlarımızın dahi Heydər Əliyev şəxsiyyəti və idealı, onun təcəssüm və təbliğ etdiyi Azərbaycançılıq məfkurəsi ətrafında ümummilli birliyə, əqidə və əməl birliyinə zəmin olmuşdur. Milli dəyərlərimizə dərindən bələd olan ulu öndər xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

Ardını oxu...

Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır: "Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur.

Ardını oxu...

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.

Paşinyan qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"

Ardını oxu...

Düzgün innovativ həllər yalnız vətəndaşların rahatlığı yox, həmçinin Vətənin təhlükəsizliyi ola bilər. Bu gün Ordumuzun pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə etməsindən hamı məlumatlıdır. Hər kəs Türkiyə istehsalı "Bayraktar" PUA-larından danışır.

İnnovasiyalar Agentliyindən bildirilib ki, döyüşlərdə Azərbaycanın milli dronu olan "Zərbə" PUA-larından da istifadə olunur.

Ardını oxu...

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 xarici dildə müraciəti yer alır.

Ardını oxu...

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5503 nəfərdir.

 Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9072-dir.

 

 

 

Moskvada işçi səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat veririk.

Xatırladaq ki, S.Lavrovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada görüş keçirilib.

Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə işğalımöhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru Ramilə Dadaşova deyib.

Ardını oxu...

Ermənistanda xüsusi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərdən intiharçı dəstələr yaradılır.

Məlumata görə, bunu Rusiyanın “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko öz “Telegram” kanalında yazıb.

O bildirib ki, həmin dəstələri cəbhənin daha qızğın döyüşlər gedən bölgəsinə göndərmək planlaşdırılır:

“Əvvəlcə qadın batalyonları, indi isə cərimə batalyonları. Yəqin bundan sonra, qoşunların geri çəkilməməsi üçün dəstələr yaradılacaq”.

İntiharçı dəstələr barədə digər erməni KİV-ləri də yazır.

Qeyd olunur ki, intiharçı dəstələr yüksək texnologiyalı Azərbaycan ordusuna qarşı səmərəsiz olacağı üçün onları Ermənistanı dəstəkləməyən ölkələrin ərazisində istifadə etmək nəzərdə tutulur.

Erməni millətçiləri ilk “qisas aktları”nın Türkiyə və Rusiya ərazilərində keçirilməsinə işarə vurub. Qeyd olunur ki, “Daşnaksutyun” partiyası Rusiyanın Qarabağ müharibəsində maksimal neytral mövqe nümayiş etdirməsindən narazı qalıb.

Ermənistan silahlı qüvvələrinin PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

 

 

 

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.

Ardını oxu...

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Bundan başqa, 386 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1981 yaşayış evi yarasız hala düşüb.

 

 

 

Müzəffər Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edirlər.

Məktublardan bir neçəsini təqdim edirik:

Türkiyənin Kocaeli şəhərindən Əhməd Hulusi Arslan yazır: “Hörmətli cənab Prezident, torpaqlarınızın azadlığı üçün göstərdiyiniz əzm və qətiyyəti alqışlayır, baş verən hadisələri qürurla izləyirəm. Mən ürək və damar xəstəlikləri üzrə cərraham. Müharibə və sülh şəraitində Azərbaycan naminə üzərimə düşən, əlimdən gələn nə varsa etməyə hazıram. Bu səbəbdən mən də əsgəriniz olaraq əmrinizi gözləyirəm.

Sakarya şəhərindən Vüqar Səvzəliyev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən əslən azərbaycanlıyam, hazırda Türkiyə Respublikasının vətəndaşı kimi Sakarya şəhərində yaşayıram. Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsilim var. Elmi işlərimi davam etdirirəm. Elmi işimin mövzusu beynəlxalq hüquqa görə Qarabağın statusu ilə bağlı olacaq. Sizin Qarabağ mövzusundakı qətiyyətli siyasətinizi qürurla izləyirik. Bu günlərdə Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik edirik. Ailəm və buradakı bütün dostlarım Azərbaycan Ordusunun və Sizin bu müqəddəs mübarizənizi dəstəkləyir. Azərbaycanın xaricdə yaşayan diaspor üzvləri olaraq Sizin Qarabağın azad edilməsi uğrunda göstərdiyiniz səyi təqdir edirik. Bu barədə mən də şeirlərimlə Vətənimizə xidmət edirəm. Zəfər Sizinlə olsun. Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və Ordusuna!”.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Ardını oxu...

Gecə və gündüz artilleriya atışları davam edir.

 Müdafiə Nazirliyinə istinadən Ordumuzun artilleriya atışlarının görüntülərini təqdim edirik.

Ardını oxu...

Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfinin Azərbaycana məxsus hərbi təyyarənin guya vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti uydurmasıdır.

Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub: 

Ardını oxu...


Ermənistan Müdafiə Nazirliyi məğlubiyyətləri etiraf etmək üçün erməni cəmiyyətində zəmin yaradır və erməniləri bu xəbərlərə hazırlayır.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ictimaiyyətə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var:

Ardını oxu...

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunu keçirdiyi döyüş əməliyyatları uğurla davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müzəffər Ordumuzun rəşadəti nəticəsində şəhər və kəndlərimiz işğaldan azad edilərək Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizn tam nəzarəti altındadır.

Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızı tanıyaq!

Səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

Ardını oxu...

Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə  sərt quruluşa malik sıldırımlı qayaları  özünə məskən seçən Zəngilanımın əlindən alınmış əzəmətini qaytardı ona Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Milli Ordumuz.   Hələ  qədim dövrlərdən üzü bəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən,  Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən,  bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi  və bu silsilənin  getdikcə alçalaraq əmələ gətirdiyi  Geyən çölündən, ümumilikdə  bir füsunkarlıq abidəsi  Zəngilandan düşmən ayağı kəsildi.  Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli  Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən  aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə  təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda  20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu.

636-cı ilin şəhəri –Zəngilan

 Azərbaycanın hər qarış torpağı tarixdir, qədimdir, əsrlərin o üzüdü. Elə Zəngilan da.. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan şəhəri dedikdə, əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün  tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır  və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verilmişdir.

Ardını oxu...

Müzəffər ordumuz Zəngilanın işğal tarixinin-29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi. Çünki yeni tarix-20 oktyabr 2020-ci il zəfər tarixini yazdı. Böyük qayıdışın astanasında Zəngilan azadlığa qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı. Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə qaytarıldı. Artıq “Zəngilansız 28 il” və ya  Zəngilan deyəndə  hicran, göz yaşları olmayacaq.

   Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız  olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu.  Artıq Azərbaycanın üçrəngli bayrağı bu qədim yurdumuzda da qürurla dalğalanır.

 Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid vermişdir. Bu günədək rayonun 44 sakini itkin düşmüş və hələ də onlardan bir xəbər yoxdur. Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olmuşdur. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün bunlar Zəngilanın necə böyük tarixi və mədəni əhəmiyyətə malik olduğunu sübut edir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil etmişdir. Avropada ən zəngin çinar meşəsi də burada idi. Gördüyünüz kimi yenə də cümlələr keçmiş zamanda qeyd olunur. Çünki erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda bir  ağac da olsun qalmamış, yeraltı sərvətlərimiz-qızıl, molibden və digər yataqlar istismar edilmişdir. Meşə ağacları doğranaraq xarici ölkələrə satılmışdır.

Ardını oxu...

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan  verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

 

 

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.

Ardını oxu...

Füzuli rayonun işğaldan azad olunan Vəng kəndi bundan sonra Çinarlı kəndi andlandırılsın.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

 

 

Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq.

Prezident İlham Əliyev bu barədə xalqa növbəti müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Xalqımız döyüş meydanından, cəbhə bölgəsində səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”.

Prezident qeyd edib ki, eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhə boyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. “Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün mülki əhaliyə qarşı cinayət törədir, bütün dünyanın gözü qarşısında və bütün dünya görür ki, Azərbaycan öz doğma torpaqlarını hansı mənfur, vəhşi düşməndən azad edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.

Ardını oxu...

 

 

 

 

Bu ilin 23 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə Xarici İşlər Nazirliyinə istinadən məlumat veririk.

 

 

 

 

Bu ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, türkiyəli qonaqları səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını və bütün sahələrdə yüksək səviyyəli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və bu səfərin qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

Nazir, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq həyata keçirdiyi cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi, o cümlədən türkiyə respublikasının Prezidenti başda olmaqla bütün səviyyələrdə, habelə Böyük Millət Məclisi tərəfindən sərgilənən dəstəyi çox yüksək qiymətləndirdi.

Ardını oxu...

 

 

 

Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat veririk.

 

 

 

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 61 mülki şəxs qətlə yetirilib, 291 nəfər isə yaralanıb. Hadisə nəticəsində ümumilikdə 1941 yaşayış evi yararsız vəziyyətə düşüb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 382, çoxmənzilli yaşayış binalarının sayı 90-dır.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı, mülki vətəndaşlara qarşı törətdiyi terrora göz yumur.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bu gün Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

Ardını oxu...

Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz “fişinq” hücum cəhdləri davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir. Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə artilleriya bölmələrimiz zərbələr endirir.

Bu barədə Müdafiə Nazirliyinə istiadən məlumat verir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumatına görə, nazirliyin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli Zirehli Nəqliyyat Vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılmışdır.

Ardını oxu...

Sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatına başlayıb.

 Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, işğal olunmuş ərazilərimizin azad olunması Ermənistanın baş nazirini çıxılmaz vəziyyətə salıb. Paşinyan gün ərzində bir neçə dəfə müxtəlif dünya liderlərinə zəng edərək kömək istəyir.

Ardını oxu...

 

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR