25 Dekabr 2024, Çərşənbə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

 

 

 

Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verlib.

 

 

 

Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüləri yayılıb.

 Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edirik:

Ardını oxu...

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.

Qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib.

Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

Ardını oxu...

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü tamam olur.
1919-cu ildən başlayaraq Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfərin qazanılmasında türk xalqı ilə yanaşı, Azərbaycan xalqı da iştirak etmiş, şəhidlər vermişdir. 1923-cü il oktyabrın 29-da isə müstəqil Türkiyə Respublikasının yaradılması bütün dünyaya bəyan edildi.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etmişdir. Ulu öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlərboyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Ardını oxu...

Qəlbimizdəki vətənpərvərlik hisslərini coşduran, bizi qələbə əzminə kökləyən hərbi marşlar kiçik yaşlarımızdan hər birimizin ruhuna hopub, yaddaşına yazılıb, sanki... Hansımıza doğma deyil ki, bu misralar?

Vətən məni yetişdirib bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
“Boş oturma, çalış, – dedi, xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə”.

Belə musiqilər təkcə zabit və əsgərlərimizə deyil, qadınlı-kişili, uşaqlı-böyüklü hər kəsə Vətənə sevgi, el-obaya məhəbbət, yurda bağlılıq, yağı düşmənə nifrət hisslərini aşılayır. İnsanların vətənpərvər ruhda yetişməsində böyük rol oynayan hərbi marşlar, həm də ordunun nizama salınmasına, əsgər və zabitlərin istər hərbi, istərsə də mənəvi-estetik tərbiyəsinə xidmət edən səfərbəredici gücə malik bir təbliğat vasitəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini əhalinin məşğulluğunun artırılması, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Bu məqsədlə görülən tədbirlər yeni açılan iş yerlərinin sayının artmasına, işaxtaranların özünüməşğulluğunun təmin edilməsinə və səmərəli məşğulluğun inkişafına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası son illərdə bu sahədə həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin əhatəsinin genişlənməsinə şərait yaratmışdır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında qeyd olunduğu kimi: “Qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalmaqla Naxçıvan Muxtar Respublikasının inkişafı təmin edilməli, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaradılmalı, sosial sahələrin inkişafına diqqət artırılmalıdır”.

Dövlət proqramında 36 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuş, onların icrası ilə bağlı işlər 2020-ci ilin üçüncü rübündə də davam etdirilmişdir. Boş iş yerləri barədə məlumatların vaxtında təqdim edilməsinin əhalinin məşğulluğunun təmin olunmasında mühüm rolu vardır. Əldə edilən məlumatların sistemləşdirilməsi işaxtaran şəxslərin peşə və bacarıqlarına uyğun işlə təmin olunması üçün baza yaratmış olur. Eyni zamanda bu məlumatlar əmək bazarının keyfiyyətli monitorinqinin aparılmasına və düzgün proqnozlaşdırma işinin həyata keçirilməsinə imkan yaradır. İyul-sentyabr aylarında Dövlət proqramının icrasına uyğun olaraq boş iş yerlərinin toplanılmasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 705 fiziki, 8 hüquqi şəxs olmaqla, ümumilikdə, vergi orqanlarında qeydiyyatdan keçmiş 713 şəxs haqqında məlumatlar təqdim edilmişdir. Həmçinin bu dövrdə işəgötürənlərin boş iş yerləri barədə məlumatları vaxtında göndərməsinə nəzarət həyata keçirilmiş, 242 müəssisə üzrə 980 boş iş yeri təqdim olunmuşdur. Üçüncü rübdə müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək üçün 114-ü dövlət, 64-ü özəl olmaqla, ümumilikdə, 178 müəssisədə sorğu keçirilmişdir. Proqramın icrasına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən muxtar respublikada yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiya proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədilə 2021-ci il üçün əmək miqrasiyası kvotası təsdiq edilmişdir. Kvota 13 iqtisadi fəaliyyət sahəsi üzrə 500 yerdən ibarətdir. Həmçinin sosial tərəfdaşlıq mövzusunda işəgötürənlərlə 3 onlayn görüş keçirilmiş və bu tədbirlərdə əcnəbi işçi qüvvəsinin cəlb edildiyi yerlərin tələbatının yerli əmək bazarından təmin edilməsinin məqsədəuyğunluğu barədə məlumat verilmişdir.

Ardını oxu...


Qarabağ Azərbaycandır və nida işarəsi

1988-ci il fevral ayının sonlarını yaxşı xatırlayıram. O gün biz və bizdən yaşlı nəslin insanlarının çöhrələrində bir çox mənalar ifadə edən baxışlar da yaxşı yadımdadır. Hələ Qarabağda bir neçə dəfə olmuş, bu qədim diyarı yaxından tanıyan insanların söhbətləri... Buraya ermənilərin nə vaxt köçdüklərini xatırladan lövhə... Hadisələr başlanan kimi həmin lövhənin “yoxa çıxması”... Həmin dövrdən 1990-cı ilə qədər bir mərhələ təşkil edən proseslər, bu proseslərdə 70 il hökm sürmüş böyük bir imperiyanın sonunun yaxınlaşmasına səbəb olan hadisələr... Elə 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək ermənipərəst qüvvələrin açıq-aşkar əl-ayaq açmaları bu proseslərin ifadəsi deyildimi?
...Bir qədər sonra, 1990-cı ildə ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, Ordubad şəhərinin mərkəzində rayon sakinləri ilə görüşündə dedikləri də yadımdan çıxmayıb: Mərkəzi Komitənin birinci katibi işləyərkən ilk dəfə bura gələndə diqqətimi cəlb edən nə oldu? Ermənilərin yaşadığı kəndlərlə azərbaycanlıların yaşadığı kəndlər arasında yer-göy fərqi var. Özlərini “yazıq”, “məzlum” adlandıran ermənilərə orada yaradılmış şərait SSRİ-nin ən inkişaf etmiş respublikalarının kənd yaşayış məntəqələrindən seçilmirdi. Bunu Azərbaycan hökuməti etməmişdimi? Onda nə üçün onlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasını istəyirdilər? (Moskvada dərc olunan “Arqumenti i faktı” qəzeti sabahısı gün bu görüş barədə geniş məlumat dərc edəcəkdi).
...Məlum hadisələr başlayandan bu il sentyabr ayının 27-dək müşahidə etdiyimiz proseslər mənfur erməninin iyrənc simasını, xarakterini (xaraktersizliyini) ortaya qoydu. Bu dövrdə BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətini də gördük. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də, kağız üzərində qalıb – ermənilərin o qətnamələrin heç üzlərinə də baxmamaları belə böyük beynəlxalq təşkilatın özünə təhqir deyildimi? Hələ ATƏT-in Minsk qrupu... Bu bədnam təşkilat Azərbaycana guya “xeyirxahlıq missiyası yerinə yetirməyə” gələn ilk vaxtlarda xalqımız ona necə inanırdı? O öz səlahiyyətlərindən necə istifadə etdi bəs? Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının xalqa müraciətindən: “Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün?” Azərbaycan dövləti isə həmişə olduğu kimi öz humanist xarakterilə problemin ədalətli yolunu üstün tutdu və əks-hücum proseslərinin şiddətlə gücləndiyi bir vaxtda yenə beynəlxalq hüquq və normalara tam əməl edir. Bunu bütün dünya görür. Demokratiyadan dəm vuranlar bunu görmürlərmi? İnsan hüquqlarının erməni vandalları tərəfindən kobudcasına, vəhşicəsinə pozulmasına nə üçün belə biganə yanaşılır? Dövlətlərə münasibətdə bu qədər bitərəflilik olarmı? Bu, əslində, bitərəflilik deyil, açıq-aşkar erməniləri müdafiə etməkdir.
Suallar çoxdur. Cavabsa bir: Qarabağ Azərbaycandır!

İndiki vəziyyətdə yeganə günahkar
Ermənistan rəhbərliyidir

Ölkə başçısının müxtəlif televiziya kanallarına, xəbər agentliklərinə, diplomatik korpusların təmsilçilərinə verdiyi müsahibələrin, yüksək tribunalardan məsələnin ədalətli həlli ilə bağlı göstərdiyi arqumentlərin leytmotivi birdir: Biz işğalda olan torpaqlarımızın sülh yolu ilə alınmasını istəyirik. 30 ildir ki, bu istək, az qala hər gün səsləndirilir. Ölkənin sadə vətəndaşından tutmuş ən yüksək vəzifəlisinə qədər hər bir azərbaycanlı bu yolu ən düzgün yol sayır. Çünki müharibə ölüm deməkdir, evlərin atasız, qardaşsız, anaların, bacıların gözüyaşlı qalması deməkdir. Elə 1988-ci ildən üzübəri nə qədər evlərə qara tabutlar gətirilib. İkinci bir tərəfdən Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Cənab Prezident xalqa ikinci müraciətində bunu əsaslı dəlillərlə xatırlatdı: “Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır... Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir, kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb”.
Gəlin o azğınlaşmış təcavüzkarın bəyanatlarına baxaq. (Buna bəyanat yox, sərsəmləmə demək daha dəqiq olar). Deyir ki, “Qarabağ Ermənistanındır” və əlavə edir: Azərbaycan “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onda Azərbaycan Ordusu kimlə vuruşur? Və Azərbaycan Prezidentinin BMT kürsüsündən Ermənistanın yeni müharibəyə hazırlaşması barədə söylədikləri öz təsdiqini tapdıqdan sonra da çirkin niyyətlərindən əl çəkməyən erməni burnunun ucundan qabağı görürmü? Günahsız insanların qanına susamış bu təlxək başını tamamiləmi itirib?
Ermənistanın siyasi rəhbərinin yuxarıda qısaca sadaladığımız sərsəmləmələrinin sayını artıra bilərik. Ancaq buna ehtiyac duymuruq. Bütün bunlar onu göstərir ki, indiki vəziyyətdə günahkar, ölkə başçısının da dediyi kimi, Ermənistan rəhbərliyidir. Bunu dünya da görür.


Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik

Oktyabr ayının 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində dedi: Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Sözsüz ki, bu, indiki dövrdür. Nəyin nə vaxt ediləcəyi dövr.
Bir qədər geriyə qayıdaq. Prezidentin xalqa hər sətrindən qələbə əzmi yüksələn müraciətləri tarixi sənədlərdir, hər bir azərbaycanlı bu müraciətləri əzbər bilir və yeni müraciət gözləyir. Çünki hər müraciətin ya əvvəlində, ya da sonunda 30 ildir, həsrətində olduğumuz, işğaldan azad edilmiş ünvanlar sadalanır. Azərbaycan bayrağının sancıldığı ünvanlar sürətlə artır. Hələlik işğal altında olan hər bir torpaqda o bayrağın bir daha yüksələcəyi gün isə uzaqda deyil.
Təbii ki, bütün bunlara – nəyin nə vaxt ediləcəyinə erməni vandalları və onların havadarları inanmırdılar. Qondarma “Dağlıq Qarabağ respublikası”na “prezident” seçirdilər, iqamətgahı Şuşaya köçürürdülər, Ermənistan baş naziri Şuşada, Cıdır düzündə rəqs edirdi. Başları insan ağlına sığmayan cinayətlərə qarışmış erməniləri – bu “məzlum” xalqı isə bəzi beynəlxalq təşkilatların dedikləri “bu münaqişənin hərbi həlli yoxdur” qənaətinə inandıra bilmişdilər.
Bu gün görünən dağa bələdçi lazım deyil.

Bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır?

Haradan olmağı sirr deyil. Həmin texnikaların hansı dövlətlərdən gətirildiyi, göndərildiyi bəllidir. Ancaq gördüyümüz odur ki, onlar bu silahları ya qoyub qaçır, ya da müzəffər Azərbaycan əsgəri, necə deyərlər, onun başına vurub əlindən alır. Burada Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: Qılınc həmin qılıncdır, qol həmin qol deyil. Ölkə başçısının daha bir müraciətində bu müddət ərzində erməni vandallarının şanlı ordumuz tərəfindən sıradan çıxarılmış və qənimət kimi ələ keçirilmiş hərbi silah-sursat barədə dəqiq rəqəmləri xalqımızın diqqətinə çatdıraraq demişdir: “Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu, təxminən, 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəlləmayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur?”

Bu günün həqiqəti: yeni reallıqlar

“Hər sətrindən qələbə əzmi yüksələn müraciətlər tarixi sənədlərdir”. Bunu yazının başlığına çıxarmağım nəyə əsaslanır? Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının xalqa hər bir müraciəti təkcə son 30 illik tariximiz deyil. Bu, qədim Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixidir. Bu, Azərbaycana, Qarabağa beynəlxalq siyasi aləmin baxış tarixidir. Gələcək nəsillərə ötürülməli, öyrənilməli, nəticə çıxarılmalı tarixdir. Həm də bu günün tarixidir. Reallıqları bütün çılpaqlığı, dərin arqumentləri ilə ortaya qoyan tarixdir: “Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!”
P.S. Bu nida, həm də cənab Prezidentin hələ düşmən tapdağı altındakı torpaqlarımızın tezliklə qaytarılacağı günü qarşılayacağımızın yaxında olduğuna hesablanıb.

- Muxtar MƏMMƏDOV

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasınnı Nazirlər Kabineti “Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edib. Dəyişikliyə əsasən:
Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılır.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Cəlilabad və Masallı rayonlarında da ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

 

 

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə etdiyi raket hücumunu, nəticədə bir çox mülki vətəndaşın həlak olması və yaralanmasını kəskin şəkildə pisləyir.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

Səfirlik bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətidir və dərhal dayandırılmalıdır.

 

 

 

Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Bərdənin raketlərlə atəşə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onu daha da cəsarətləndirir və həyasızlaşdırır:

“Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, bu isə cəzasız qalmamalıdır”.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutub.

Bu barədə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

 

 

 

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub. Nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, DİN rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 52 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 42 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib, aktiv xəstə sayı 9 405 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 426, ötən müddət ərzində isə ümumilikdə 1 319 474 test aparılıb.

 

 

 

 

 

 

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat etmiş, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatmışdır.

Ardını oxu...

Ermənistan xüsusi təyinatlıların Zəngilan rayonu ərazisində diversiya cəhdinin qarşısı alınıb.

Bütün qrup məhv edilib.

 

 

 

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Facebook Inc" şirkətinin rəhbərliyinə informasiya müharibəsində narahatlıq yaradan məqamlar barədə məktub ünvanlayıb.

Nazirlikdən verilən məlumata görə, müraciətdə son zamanlar "Facebook" və "Instagram" sosial şəbəkələrində narahatedici tendensiyaların müşahidə edildiyi diqqətə çatdırılır.

Məktubda 27 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın təcavüzünü dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirlərinə başladığı vurğulanıb.

Ardını oxu...

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.

 

 

 

Ermənistan humanitar atəşkəs rejimini kobudcasına pozaraq mülki obyektləri ağır artilleriya və raketlərdən atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu gün Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Bərdə şəhərində bir neçə mülki obyekt dağılıb, avtomobillər yararsız vəziyyətə düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində, ilkin məlumata əsasən, 19 nəfər həlak olub və 60-a yaxın insan yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

 

 

 

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

 

 

 

 

 

 

 

Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 14 nəfərin həlak olması və 40-dan çox insanın yaralanması Ermənistanın növbəti vandalizim və barbarlığının daha bir bariz nümunəsidir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kassetli bomadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımdır. O qeyd edib ki, kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir:

“Ermənistan dövlət səviyyəsində bilərəkdən bu terror əməlini həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz döyüş meydanında ermənilərin cavabını veririk.

Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə biz daha da güclənirik”.

 

 

 

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 14 mülki şəxs həlak olub, 40-dan çox şəxs xəsarət alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə təcavüxzü davam edir.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın Gəncə şəhəri, Bərdə və digər rayonlarında dinc sakinləri atəşə tutur: "Dünən Bərdə rayonuna atılan raket nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub, 14 nəfər mülki şəxs yaralanıb. Bu gün Ermənistanın daha bir terrorunun şahidi olduq. Onlar Bərdədə dinc sakinləri yenidən atəşə tutublar. Əsasən şəhərin mərkəzinə raket zərbələri endirilib, ölən və yaralananlar var. Bu dünya bəşəriyyətinə qarşı atılan addımdır".

Ardını oxu...

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olmuş, bir neçə şəxs isə xəsarət almış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

 

 

 

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

13:53

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Hikmət Hacıyev Tvitter səhifəsində Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib:

"Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".

 

 

 

Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla hüquqi mübarizə aparır və öz haqqını cəbhədə alır:

“Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcək”.

 

 

 

Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Edinburq şəhərində yerləşən Scott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər. Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və s. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Azərbaycan Müdafiə Nazirliyi bir daha rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb.

Həmin hesablar aşağıdakılardır:

Facebook - https://www.facebook.com/wwwmodgovaz/
İnstagram - https://www.instagram.com/azerbaijan_mod/
Twitter - https://twitter.com/wwwmodgovaz
Youtube - https://www.youtube.com/channel/UCp9m21a2rI1_0DItLvHcuCw
Telegram - t.me/Azerbaijan_MOD

 

 

 

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi raket atəşinə tutmağa davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 28-da saat 10:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutub.

 

Xəsarət alanlar yoxdur.

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yararsız hala düşüb.

 

 

 

Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən  məlumat verilib.

 

 

 

Müzəffər Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı ilə 2018-ci ilin may ayında Şərur rayonunun 11 min hektarlıq ərazisi, o cümlədən Günnüt kəndi geri qaytarılsa da, hazırda Naxçıvanın bir çox abidələri, o cümlədən Kərki yaşayış yeri, Kərki nekropolu düşmən işğalı altındadır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev deyib.

Erməni vandalları tərəfindən Naxçıvan Muxtar Respublikasına məxsus olan ərazilərin də işğal edildiyini nəzərə çatdıran V.Baxşəliyevin sözlərinə görə, Ordubad rayonunun Kilit və Kotam kəndlərindəki tarixi abidələrimiz düşmən gülləsinin nişangahına çevrilib, qəbristanlıqlarımız dağıdılıb.

Ardını oxu...

Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların görüntüləri yayılıb.

Bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat veririk:

Ardını oxu...

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında  Dağlıq Qarabağ münaqişəsini və son prosesləri müzakirə ediblər.

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, belə ki, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycanın şəhərlərinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına raket hücumunu pisləyən veriliş yayımlanıb.

Ardını oxu...

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Ardını oxu...

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

Ardını oxu...

ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib: “Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram.

Böyük şairimiz Xəlil Rza Ulutürkün yazdığı bu misralar azadlığın, müstəqilliyin bir xalq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərir. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igidlərimizin, əcdadlarımızın keçdiyi qəhrəmanlıq yolunun şanlı izlərinə rast gələrik. Doğulduğumuz torpağı qorumaq, onu gələcək nəsillərə ötürmək vətənpərvərliyin əsas şərtlərindəndir. Əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır. Məhz bu prizmadan yanaşdıqda vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasət bu gün də gənclərimizin vətənpərvər ruhda böyüməsində böyük rol oynayır. Ulu öndər deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.

Ardını oxu...

(esse)

O gün gəldi, müjdə olsun, gözəl Şuşa, cənnət Şuşa. Harayına səs verir, murdar erməninin ayağını müqəddəs torpağından qoparmağa gəlir igid oğulların. O dolanbac yollarından boylanan boynuna dolanmağa, həsrətlə yollara baxan gözlərinin qadasını almağa gəlir əzizlərin, doğmaların. Yolunu düz 28 il gözlədiyin ər oğulların səni əsirlikdən qurtarmağa gəlir. Haray yetir Laçına, Xankəndiyə. Xarı bülbülə də de solmasın, onun ətrini duymağa tələsir qəhrəmanların. Gözəlliklər aşiqi, böyük Vaqifə, xanımlar xanımı, xan qızı Natəvana da de ki, artıq yad baxışlar altında dolanmayacaq ruhları, azad olacaqlar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR