24 Dekabr 2024, Çərşənbə axşamı

Düşmən yaşayış məntəqələrimizi atəşə tutub

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

 "Koronavirus.info"ya istinadən xəbər verirk ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.4 faiz. 

Abşeronda yoluxma faizi 14.1 faiz, Aranda 10.7 faiz, Gəncə-Qazaxda 7.0 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 2.9 faiz, Dağlıq Şirvanda 1.8 faiz, Yuxarı Qarabağda 1.1 faizdir. 

Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.

Türkiyədə bir daha Azərbaycana dəstək nümayiş etdirilib.

 İstanbul şəhərində yeni tikilən Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqları ilə işıqlandırılıb.

Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər veririk.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Ardını oxu...

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

"Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanln dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi".

Bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

Hikmət Hacıyev YUNİSEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Ardını oxu...

Ermənistanlı hüquq müdafiəçisi Georgi Vanyan ölkənin baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Bu barədə erməni KİV-lərinə istinadən məlumat veririk.

Hüquq müdafiəçisi Ermənistan hökumətini xaricdən dəstək gözləmək əvəzinə Azərbaycanı müttəfiq kimi görməyə və danışıqlara getməyə çağırıb:

"Ermənistan öz vətəndaşlarına qarşı cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə qazanmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə qazanmazlar, qonşunu məhv etməzlər. Qonşu ilə danışarlar, qarşılıqlı anlaşma əldə olunana kimi danışarlar. Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.

Ardını oxu...

Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayımlanıb.

Müdafiə Nazirliyinə istinədən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir.

"Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik" - deyə, Ərdoğan vurğulayıb.

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Ardını oxu...

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb" - deyə, məlumatda deyilir.

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.

Ardını oxu...

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Ardını oxu...

Babək rayonunun Gərməçataq kəndinə gedən yolun sərt döngələri, aşırımları bizi qətiyyən yormur. Əksinə, tələsirik ki, Vətənin başladığı yerə – sərhədə tez çataq, orada xidmət edən hərbçilərimiz və əsgərlərlə həmsöhbət olaq. Onların addımladığı səngərə biz də ayaq basaq. Elimizi, obamızı, canımızı, Vətənimizi əmanət etdiyimiz igidlərin bir gününə şahidlik edək. Kəndə yaxınlaşdıqca yolboyu Tanrının yurdumuza bəxş etdiyi gözəlliklərə tamaşa edirik. Payız fəslinin bolluq və bərəkət dolu bu günlərində həyət-bacaların cəvizini, badamını, heyvasını toplayan insanlar düşmənin bir addımlığında qorxu-hürkü bilmədən ömür-gün sürürlər. Rayonun Yuxarı və Aşağı Buzqov, Gərməçataq kəndlərində seyr etdiyimiz mənzərələr ürəyimizə sevinc gətirməklə bərabər, ordumuza inamımızı da artırır. Düşünürəm ki, o uca zirvələrdə igid oğullarımızın düşmənin qorxulu yuxusuna çevrilməsi sayəsində torpaqlarımız qorunur. Bir vaxtlar bu uca zirvələrdə qanlı döyüşlərdə sinəsini Vətənə sipər edən oğulların yolunu bu gün Əlahiddə Ümumqoşun Ordunun əsgərləri davam etdirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

Ardını oxu...

Müstəqillik tariximizdə son həftələr yaşadığımız zəfər sevincləri kimi xoş anlarımızın şahidi olaraq özümü hədsiz dərəcədə şanslı bir vətəndaş olaraq görürəm. Uzun illərdir, həsrətini çəkdiyimiz Qarabağ torpaqlarının düşmən işğalından gündən-günə təmizlənməsi, azad edilməsi hər bir Azərbaycan vətəndaşının öz içində böyütdüyü arzusu idi. Allahımıza şükürlər olsun ki, bu günlərdə həmin arzumuzun reallaşdığını həyəcanla izləyir, cəbhəboyu aparılan uğurlu hərbi əməliyyatların müjdələri ilə ifadə edilməsi mümkün olmayan sevinc hissləri yaşayırıq. 

Ardını oxu...

Başı göy qübbəsinin dərinliklərinə uzanan, cəsarət andıyla şəhidlik məqamının vəhdətindən ucalan, hər daşına, qayasına şanlı tarix hopan, ölümün gözünə dik baxan oğulları ilə öyünən, qürur duyan, uğrunda şəhid olanların qanıyla əbədiliyə boy atan igid-ərənli Vətən...
Bir vaxtlar tar-mar olan, bomboş səhralığa məhkum edilən, talanan, bölünən, parçalanan, həsrətdən, nisgildən köksü qiymə-qiymə doğranan Vətən...

Ardını oxu...

“Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Ardını oxu...


Mənim başımın üstə
İki səcdəgahım var:
Biri uca Allahım,
Biri – yenməz Bayrağım!

Ardını oxu...

Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Dövlət atributlarından biri: Dövlət Bayrağı” mövzusunda konfrans keçirilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirən Dövlət Bayrağı Gününün yaranma tarixinə nəzər salıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət Bayrağı kimi qəbul olunmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıraraq ulu öndərin Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın, bütövlükdə, Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə onun azadlıq və müstəqilliyinin simvolu olan üçrəngli bayraq 17 noyabr 1990-cı ildə görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada məsələ qaldırılıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62 338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47 270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14 257 nəfərdir.

Ölkədə son sutka ərzində 12 825, hazırkı dövrədək isə 1 417 368 test aparılıb.

 

 

 

120 nəfərdən ibarət kubalı tibb mütəxəssisi xüsusi reyslə noyabrn 6-da ölkəmizə gəlib. Bu heyət üç ay müddətində Azərbaycanda olacaq. Onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər. Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti, Azərbaycan və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər. Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub. Ümumilikdə, bu ölkənin tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərirlər.

 

 

 

Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

 

 

 

 

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində tarix və mədəniyyət abidələrini öz adına çıxmaqla xalqımızı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etməyə çalışırdı. Mənfur qonşumuz Dağlıq Qarabağ və ona bitişik rayonların erməni torpaqları olması barədə iddiasını əsaslandırmaq üçün işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınar mədəni irs nümunələrinin dağıdılaraq yox edilməsi və mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirib.

Bu fikirləri açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının həqiqi üzvü Faiq İsmayılov deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət nəticəsində 10 mindən çox daşınmaz tarix və mədəniyyət abidələrinin adları, toponimlər dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbəti iclasında Rusiyanın regionlarında koronvirus pandemiyası ilə mübarizə planları, eləcə də Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd olunub ki, Qarabağ məsələsi, eləcə də tənzimləmə ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

Operativ Qərargahdan bildirilib ki, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib.

Qərara əsasən, 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılır:

Ardını oxu...

Noyabrın 7-i saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

 

 

 

 

 

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

 

 

 

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

 

 

 

Həsrət dolu illərin yorğun, təlatümlü, gözləri. İntizar dolu baxışları sessiyadakı qərarı gözləyir. Gözdən uzaq könüldən iraq nisgilliklər də yoxdur artıq. Çoxdan arzuolunan, gözlənilən müstəqilliyin havası gəlir. Mənzilə çatan xalq duaları, el niyyətləri qəbul olunub. Hər kəsin ürəyindən xəbər verən o möhtəşəm anlar...Həmin anlar 1990-cı ilin noyabrın 17-də baş verir. 70 ildir əsarətdə qalmağa məcbur edilən, azadlığın kəndarında küncə sıxışdırılan, mənliyini sübut etməyə çalışan, gözlərimizin axtardığı o üçrəngli bayrağım Naxçıvanda sessiyada ulu öndərin rəhbərliyi ilə iclas solununa gətirilərək qaldırılır. Qürurla layiq olduğu yüksəkliyə vurulur. Sevinc gülüşləri ilə  bayraq qarşılama mərasimində fərəh dolur hər kəsin qəlbinə. Üçrəngli bayrağımız dövlət səviyyəsində rəsmi şəkildə qəbul edilir. Birliyimiz, suverenliyimiz Naxçıvandan bəyan edilir. Naxçıvandan duyurulur. O anları bizlər görməsək də, şahidi olmasaq da təssəvvür etməkdə də heç də çətinlik çəkmirik. Böyüklərimizin dediklərindən biz də o xoşbəxt anların eskizin beynimizdə cizirik illərdi bir naxçıvanlı kimi.

Ardını oxu...

Ermənistan tərəfindən zorla döyüşlərə göndərilmiş adventislər icmasının üzvü erməni Hovsep Saakyan Bakıda kilsəyə gələrək dua edib.

Azərbaycana əsir düşdükdən sonra Hovsep Saakyanın əsir hüquqlarına və dini inancına hörmətlə yanaşılaraq kilsəyə gətirilib. Hovsep Saakyanın kilsəyə gətirilməsi də Azərbaycan tərəfinin növbəti humanist münaibətin bariz nümunəsidir.

Qeyd edək ki, Ermənistanda Qriqoryan kilsəninin şəksiz hökmranlığı şəraitində digər dinlərin və dini icmaların nümayəndələri daim təzyiq altında saxlanılır, onların hüquqları kobud şəkildə pozulur, dini hissləri tapdanır. Bu günlərdə Yeddinci Günün Adventistləri icmasının nümayəndələrinin silahlandırılaraq cəbhəyə göndərilməsi bunun bariz nümunəsidir. Hovsep Saakyan da Adventistləri icmasının nümayəndələrindən biridir.

Ardını oxu...

Mədəniyyət Nazirliyi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən və ermənilər tərəfindən talan edilən mədəniyyət abidələrinin sayını açıqlayıb.

Azərbaycan Milli İncəsənət muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Ardını oxu...

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

Bundan başqa, 504 mülki obyekt, 100 hündürmərtəbəli yaşayış binası və 3064 yaşayış evi yararsız hala düşüb.

 

 

 

 

Amerikanın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə ermənilərin mülki azərbaycanlıları hədəfə aldığı da qeyd edilib.

Komitədən  verilən məlıumata görə, mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək.

Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edirlər.

 

 

 

 

 

 

BMT Baş Assampleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən humanist xarici siyasətin növbəti parlaq qələbəsidir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Bildirilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdir:

Ardını oxu...

Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

 

 

 

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

 

 

 

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası 2020-ci ilin oktyabr ayında da muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlamışdır. Qeyd etmək lazımdır ki, oktyabr ayında teleradioların proqramlarında dəyişiklik olmuş, vətənpərvərlik mövzusunda materiallara üstünlük verilmişdir.
Bəhs edilən dövrdə Naxçıvan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyası mütəmadi olaraq hər saat xüsusi buraxılışlar vasitəsilə müzəffər Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında əldə edilən uğurlar barədə tamaşaçılara dolğun məlumatlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətləri, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə keçirilən brifinqlər efirdən birbaşa yayımlanmış, cəbhədə ordumuzun keçirdiyi hərbi əməliyyat tədbirlərinin nəticələri altyazı ilə tamaşaçılara təqdim olunmuşdur.
Oktyabr ayında verilişlərin növbəti 86 sayı efirə təqdim edilmişdir. Redaksiyaların fəaliyyətinin təhlili onu göstərir ki, oktyabr ayında “İctimai-siyasi verilişlər”, “Təhsil və sosial məsələlər”, “İncəsənət və musiqi verilişləri”, “Müəllif proqramları və xüsusi layihələr”, “Ədəbi-bədii verilişlər” redaksiyaları vətənpərvərlik mövzusunda fəallıq nümayiş etdirmiş, “Uşaq, gənclər və idman” redaksiyası isə bu istiqamətdə passivlik göstərmiş, yalnız oktyabrın 17-də yayımlanan “Gəncliyin səsi” verilişində vətənpərvərlik mövzusuna toxunulmuşdur.
Televiziyanın bəzi materiallarında nöqsanlar müşahidə edilmiş, həmin nöqsanlar şurada müzakirə olunaraq televiziyanın məsul şəxslərinə təqdim edilmişdir.

Ardını oxu...

Bu gün Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri də turizmdir. Respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə məşğulluğun artması, yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malik olan turizm uzun illərdir ki, dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. 

Muxtar respublikamızın nadir təbii, mədəni obyektlər kompleksinə malik olması bu qədim diyarda turizmin inkişafı üçün yeni perspektivlər açır. Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Bu potensialdan istifadə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsini təmin etmək məqsədi daşıyır. Həmin məqsədə nail olmaq üçün irimiqyaslı infrastruktur layihələri icra edilir, mədəniyyət obyektlərinin əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası görülən işlərin davamlı xarakter almasına təkan verməkdədir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans keçirib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli giriş sözü ilə açaraq Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkar və soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər. Bununla kifayətlənməyən işğalçılar son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir, ordumuz istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. O, bildirib ki, sentyabrın 27-dən etibarən təzavüzkar erməni ordusunun Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutmasından sonra Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başlanıldı, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan Azərbaycan Ordusu sarsıdıcı zərbələr vuraraq düşməni ağır məğlubiyyətlərə uğratdı.
Fəxrəddin Səfərli vurğulayıb ki, Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində bu gün düşmənə qalib gəlir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR