24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan” Universitetində keçirilən elmi konfransda əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub.

Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi torpaqlarımızı düşmən tapdağından azad edir, üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırır.

Sonra Ümumi tarix kafedrasının müəllimləri professor Vəli Baxşəliyevin, Nuray Hacıyevanın, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun və dosent Elçin Zamanovun məruzələri dinlənilib.

Seyfur Hacımuradov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qanunsuz arxeoloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb.

Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən arxeloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması və digər epizodlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb.

Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir. Habelə vurulmuş maddi ziyanın müəyyənləşdirilməsi üçün digər dövlət qurumları ilə birlikdə, o cümlədən tarixi və arxeoloji baxımdan dəymiş ziyanın müəyyən edilməsi məqsədilə mütəxəssislər və ekspertlər cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.

Kütləvi informasiya vasitələrində dərc edilmiş müraciətdə yer alan digər faktlara da diqqət yetirilməklə, cinayət işi üzrə aparılan istintaq zamanı həmin xüsusatların araşdırılması təmin ediləcək.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

 

 

Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

Bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".

 

 

 

 

 

 

Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

Bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".

 

 

 

Prezident İlham Əliyev Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

 

 

 

Füzulidən Şuşaya avtomobil yolu çəkilir.

Bu barədə Prezident İlham Əliyev noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı məlumat verib.

 

 

 

1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda da dalğalanır.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə yazıb.

O yazıb: "32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqları da azad etdi. Milli Dirçəliş Günün mübarək olsun, can Azərbaycan!"

Dağlıq Qarabağda hərbi əməliyyatların dayanmasından sonrakı vəziyyət bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

İclas zamanı münaqişədən sonra əldə olunmuş razılaşma çərçivəsində Ermənistanın işğal altındakı torpaqları Azərbaycana təhvil verməsi prosesi, Türkiyə və Rusiyanın birgə monitorinq üçün əsgər göndərmək məsələləri müzakirə olunacaq.

Nazirlər Kabinetinin iclası Bakı vaxtı ilə saat 16:30-da başlayacaq

 

 

 

 

Bu gün daha qürurlusan daha yüksəklərdə dalğalanırsan. Ay ulduzun şölə saçır mənəm deyir gəlmişəm illərdir həsrətində olduğum torpaqlara sancılmağa  səmasında parlamağa Qarabağın. İgidlərin səni ürəyinin üstündə gəzdirir hər qarış torpağı işğaldan azad etdikcə yüksəklərdə dalğalandırır. Bu gün Cəbrayılda, Qubadlıda, Fizulidə, Şuşada dalğalanırsan sabah Xankəndində, Kəlbəcərdə dalğalanacaqsan.  Düz 102 il bundan öncə bir may səhərində ay ulduzun üç rənginlə şölə saçdın dalğalandın Azərbaycanın səmasında. Cəmi 23 ay çəkdi xoşbəxtliyimiz. Səni xain əllər göylərdən endirdi amma xalqımızın ürəyindən silə bilmədi. Ən dəyərli xəzinə kimi saxlandın əzizləndin gizlin gizlin çıxarılıb neçə neçə anaların ataların sinəsinə basıldın göz yaşı ilə islandın. Ta o vaxta kimi ki, müstəqilliyimiz elan edildi yüzlərlə igid azərbaycanlının şücaəti ilə. Sən yenə yüksəldib  dalğalandın. Və  tarixi bir gündə doğma Naxçıvanımızdan qanad açdın Vətənimiz Azərbaycana. Yüksəklərə sancıldın. Tale yenə bir sınaq qismət etdi sənə canımız varlığımız Qarabağın düşmən hücumuna məruz qalanda bağrımızda yeni bir yara açıldı bizi ən çox incidən isə sənin Şuşanın Laçının, Ağdamın səmasından qoparılmağın oldu. İllərdir həsrətindəydik biz də, sən də.  Yenə Şuşaya Laçına doğru yol aldın igid Azərbaycan əsgərinin əllərində göylərə yüksəldin sancıldın Qubadlıya Zəngilana Şuşaya. Silahla sən tən oldun. Oğulların silahı çiynində, səni köksündə daşıdı. Onların yüksəldiyi zirvə şəhidlik oldu o zirvənin ən yüksək yerində isə sən varsan. Daima yüksəklərdə dalğalan Türkün şanlı bayrağı.

 Ramiyyə ƏKBƏROVA


 

 

 

Azərbaycan dilindəki tarixi-coğrafi adların rus və ingilis dillərində transkripsiya qaydaları hazırlanıb.

Bunu Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu qaydalar artıq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub. Qaydaların yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Daha sonra tarixi-coğrafi adların bu qaydalara uyğun yeni yazılış formaları qəbul olunacaq.

İ.Həbibbəyli qeyd edib ki, artıq bütün Azərbaycan ərazisində 4 mindən çox yer adının yazılış qaydası müəyyən olunub: “Bu məsələ AMEA-da müzakirə edilib. Onların arasında Qarabağa aid olan adlar da var”.

 

 

 

“France-Presse” agentliyi (AFP) Dağlıq Qarabağ barədə reportajında maraqlı faktlar aşkarlayıb.

Agentliyin təqdim etdiyi reportajda erməni hərbçilərinin boş qalmış dəbilqələri ilə bağlı foto diqqətçəkən əsas məqamdır. Məqalədə agentliyin təqdim etdiyi şəkillərdən birində erməni hərbçilərinin yüzlərlə boş qalmış dəbilqələri əks olunub.

Ardını oxu...

"Gücümüzün birlikdə olmasının sübutu olan bu tarixdə birliyimizin əbədi olmasını diləyirik, çünki biz birlikdə güclüyük! Dirçəliş Günümüz Mübarək!".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitterində yazılıb.

Muxtar respublikamızda müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi prioritet vəzifələr sırasındadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına da belə tədbirlərdən xeyli pay düşüb. Qeyd edək ki, adıçəkilən hərbi hissə böyük təşkilatlanma və inkişaf yolu keçib. Belə ki, 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılıb, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilib. Ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanılıb, hərbi qulluqçuların döyüş hazırlığı artırılıb. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilib. Bu ilin oktyabr ayının 16-da isə briqadanın Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir” .

Ardını oxu...

Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.

Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.

“Azərişıq”dan  bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

 Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.

 

 

 

"Azərişıq" ASC işğaldan azad olunan ərazilərimizin elkektrik enerjisi ilə təchizatına başlayıb.

Artıq Şuşa şəhərində bununla bağlı işlərə start verilib.

İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib.

 

 

 

 

Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat əldə edilib. Məlumatda deyilir:

"2020-2021-ci ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2020-ci ilin noyabr ayının 16-dan 2021-ci ilin mart ayının 15-dək, saat 18:00-dan 24:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcəkdir.

Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər". 

Qərargahın əlaqə telefonu: 545-01-71

 

 

 

Türkiyə Prezidentinin Azərbaycana türk əsgərlərinin göndərilməsi barədə fərmanı Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır:

“Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun icra olunması deməkdir və Türkiyənin daxili işidir. Amma Azərbaycan ərazisindəki birgə monitorinq mərkəzinin yaradılması isə Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın nəticəsidir”.

 

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “WhatsApp Inc.” şirkəti adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir. Belə ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən saxta mesajlar göndərir.

Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya “WhatsApp” tərəfindən “COVID-19“- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir. Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına göndərməsi istənilir.

Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə “WhatsApp Inc.” adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.

Məlumatlarını təqdim edən istifadəçiyə fərqli e-poçtdan ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) saxta hədiyyə sertifikatı göndərilir və bank əməliyyatlarının aparılması üçün  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  e-poçtuna mesaj yazması bildirilir. Həmin e-poçta cavab olaraq saxta “Credit Union Bank” tərəfindən köçürmənin edilməsi üçün istifadəçidən bank hesabı məlumatlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsi istənilir. İstifadəçi həmin məlumatları təqdim etdikdə məlumatlar kiberdələduzun əlinə keçir və digər bədniyyətli əməllərin həyata keçirilməsində istifadə edilir.

Ardını oxu...

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Memoranduma əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Hazırda qanunun müzakirələri aparılır.

Sənədin mətnində deyilir: “Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur”.

 

 

 

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb.

Bundan başqa, 512 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3410 yaşayış evi yararsız hala düşüb.

 

 

 

 

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində bildirib.

Onun sözlərinə görə, hələki bütün ölənlərin cəsədləri tapılmayıb: "Bütün ölənlərin cəsədləri tapıldıqdan sonra ölkə üzrə matəm qərarı verilə bilər"

 

 

 

 

Ermənistana Kəlbəcəri boşaltmaq üçün əlavə 10 gün vaxt verməklə Azərbaycan növbəti dəfə insani dəyərlərə sadiqliyini nümayiş etdirdi.

Bu barədə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ankara əvvəlki kimi qardaş Azərbaycanı və onun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bütün addımlarını dəstəkləyir.

Xatırladaq ki, Ermənistan tərəfi Rusiya vasitəsilə Kəlbəcərdən çıxmaq məqsədilə vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək Ermənistanın Kəlbəcəri noyabrın 25-dək təhvil verməsinə razılıq verib.

 

 

 

Kəlbəcər rayonunu tərk edən ermənilər növbəti vəhşiliyə əl atır.

İşğal dövründə Kəlbəcərə köçürülən ermənilər evləri və ərazidəki meşə zolaqlarını yandırmaqla yanaşı, tarixi abidələrə də təcavüz edir. Ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastrını sökməyə başlayıb. Onlar monastrda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastrdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar.

 

 

 

Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda lokal deyil, ölkə üzrə qapanmanın tətbiqinə ehtiyacın olub-olmaması barədə sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir:

"Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik".

 

 

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

 

 

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana qayıtmağa və "divar dibində ulayan"larla bağlı məsələləri həll etməyə çağırıb.

"İzvestiya"ya istinadən verilən məlumata görə, bu barədə Ermənistanın baş naziri özünün "Facebook" səhifəsində yazıb.

Ardını oxu...

Türkiyənin İzmir vilayətində Azərbaycanın erməni işğalı altındakı torpaqlarını azad etməsi münasibətilə “Zəfərin mübarək can Azərbaycan” şüarı altında təntənəli tədbir keçirilib.

İzmirin mərkəzi hissəsi olan “Konak meydanı”nda baş tutan mərasim bu şəhərdə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi (DAK) tərəfindən təşkil olunub.

Mərasimdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin və İzmirdə baş verən 6.6 bal gücündə zəlzələdə həlak olanların xatirəsi yad edilib.

Ardını oxu...

Erməni hərbçilər Azərbaycana təhvil verəcəkləri kəndlərə zərər vurmağa davam edir.

Onlar bu dəfə Kəlbəcərin kəndlərindəki elektrik dirəklərini dağıdıblar.

Qeyd edək ki, Azərbaycan Ermənistana Kəlbəcəri boşaltmaq üçün 25 noyabra qədər vaxt verib.

“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışında bildirib.

Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib.

Ardını oxu...

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj yayımlanıb.

 Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edirik:

Ardını oxu...

Xocavənd rayonunun işğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndinin havadan videogörüntüsü yayılıb.

 Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 15-də keçirilən brifinqdə bildirib.

Ardını oxu...

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanata əsasən planlaşdırılan Kəlbəcərin təhvil verilməsinə paralel olaraq, oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri və qüvvələri rayon ərazisinə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.

Bunu noyabrın 15-də keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

Ardını oxu...

Mütəxəssislərin fikrincə, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizi yaxın gələcəkdə böyük strateji əhəmiyyət kəsb edəcək 
 
Noyabrın 10-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar. Bəyanat imzalanandan sonra gecə saatlarında canlı yayımla Azərbaycan xalqına müraciət edən Prezidenti İlham Əliyev 10 noyabr tarixinin ölkəmiz üçün əlamətdar bir gün olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Ölkə rəhbəri əminliklə vurğulayıb ki, imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bəyanatın mətni – 9 bəndi ilə Azərbaycan xalqını tanış edən dövlət başçısı hər bəndlə bağlı öz fikirlərini çatdırıb. Doqquzuncu bənd barədə izahat verən Prezident İlham Əliyev bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağını bildirib. Deyib ki, Ermənistan, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
 
Tarixi addım atıldı
 
Prezident İlham Əliyev Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin sözügedən sənəddə təsbit edildiyini diqqətə çatdıraraq, həm bütün kommunikasiyaların, yolların açılacağını, həm də yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılacağını vurğulayıb: "Biz bunu çox dəstəkləmişik. Mənim təkidimlə bu bənd bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Vaxtilə Azərbaycanın əsas hissəsindən Naxçıvana enerji resursları ötürülürdü. Bütün kommunikasiya xətləri kəsildi, faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qaldı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edildi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi”.

Ardını oxu...

Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Talış kəndindən yeni videoreportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik.

Ardını oxu...

Ermənistan Dağlıq Qarabağdakı döyüşlər zamanı azı 2 317 hərbçi itirdiyini təsdiq edib.

Erməni KİV-lərinin məlumatına görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Ardını oxu...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Ardını oxu...

Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndindən videoreportaj hazırlayıb. 

Həmin videoreportajı təqdim edirik:

Ardını oxu...

“Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Ardını oxu...

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq  Qarabağda böyük zəfər qazanması münasibətilə videoçarx hazırlayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

Ardını oxu...

Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib. 

Ardını oxu...

Ermənistan Naxçıvan vasitəsilə İrana dəmir yolu imkanı əldə edə bilər, amma Türkiyə ilə sərhədlər açılmayacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Ardını oxu...

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Ardını oxu...

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib.

Ardını oxu...

Bir neçə gündür ermənilərin Kəlbəcəri tərk etmələri ilə bağlı müxtəlif görüntülər mediada və sosial şəbəkələrdə paylaşılır.

Görüntülərdə ermənilərin hər şeyi özləri ilə apardığı, hətta azərbaycanlılar istifadə edə bilməsin deyə evləri, meşələri yandırdıqları da əks olunub.

Ardını oxu...

Azərbaycan tarixinin elə bir dövrünə şahidlik edirik ki, illər sonra da bu qələbə sevincini elə bu cür anacaq, elə bu cür xatırlayacağıq. Bu qələbəni biz elə-belə qazanmadıq. Zərrə-zərrə, qram-qram, güc, birlik, mübarizə, həmrəylik, iradə, inam, qətiyyət göstərərək əldə etdik.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR