23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb.

Həmin videogörüntüləri təqdim edirik.

Ardını oxu...

Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta "tarixi" lövhə yerləşdirilib.

Bunu  AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaçdaşları basdırılıb.

E.Kəlbizadə bildirib ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb: “Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb. İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb”.

Ardını oxu...

Bu güc həm də Azərbaycanın mənəvi qalibiyyətini təmin etdi

(II yazı)


10 noyabr 2020-ci il. Bu tarix Azərbaycana qarşı aparılan ədalətsiz bir savaşda  Xeyrin Şər üzərində qələbə çaldığı gündür. Bu Qələbə Azərbaycan əsgərinin gücü, Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi ilə qazanıldı. Elə buna görədir ki, 28 ildir, işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad olundu. Təbii ki, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi baxımdan əhəmiyyət daşıyır.   

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişaflarının təmin edilməsi məqsədilə dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən onların attestasiyası üzrə test imtahanı keçirilmişdir.

Ardını oxu...

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər veririk ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranmışdır.

Ardını oxu...

Azərbaycanlı qardaşlarımızla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməyi Azərbaycana göstərməyə davam edəcək:

“Biz sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.

 

 

 

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Bu barədə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma təmirə ehtiyacı var.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub".

 

 

 

 

Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.

Nazirlikdən verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

 Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

 

 

 

Hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır.

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, tezliklə həmin mərkəzdə nəzarət prosesi başlayacaq:

"Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək".

Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb".

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Brifinqdə Operativ Qərargahın nümayəndələri - TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev jurnalistləri maraqlandıran suallara cavab verir.

Qeyd edək ki, son sutka ərzində Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib. Aktiv xəstə sayı isə 47 272-dir.

 

 

 

“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:

- üç və ya daha çox uşağı olan;

Ardını oxu...

 

 

 

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm zəfərlə bağlı qardaş Azərbaycan xalqını təbrik edirik.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu zəfər başucalığı ilə yanaşı, həm Azərbaycan, həm də Türkiyə üçün qürurvericidir

 

 

 

İnnovasiyalar Agentliyi Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memerandum imzalayıb.

Agentlikdən verilən məlumata görə, memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya programlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır.

Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

 

 

 

Oçerk

O, güləndə dünya da gülürdü, el də, oba da, ev də, eşik də. Deyirdi dünyanı gülmək xilas edəcək. Dünyanı etməsə də ən azından ona bir köməkliyi dəyəcək. Gülmək ən sevdiyi əyləncəsi idi. Onu tanıyanlar onu “gülən siması” ilə xatırlayır. Bir də qoçaqlığı, çevikliyi, gözüqara dəlisovluğu ilə. Söhbət Zamandan gedir. Zaman Məmmədovdan: Günnüt zəfərində payı olan, Türkiyə Cümhuriyyətində təşkil olunan döyüş təlimlərində göstərdiyi məharətə görə 18 dövləti təmsil edən heyət arasında birinciliyi əldə edən, Naxçıvan “N” hərbi hissənin xüsusi təyinatlısı, eyni zamanda II Qarabağ döyüşlərinin ön cəbhə təyinatlısı, şəhid və sair və ilaxır (yazıda sadalanacaq daha çox məqam var).  Kəngərli rayon Şahtaxtı kəndində Zamanın boya-başa çatdığı evin qapısını döymək üçün çox götür-qoy edirəm. Ürək eləmirəm qapını döyməyə, sorğu-sual etməyə. Bir tərəfdən də qürur duyuram ki, belə igidin qapısının qarşısında dayanmışam, ailəsini tanımağa, onların dilindən Zamanı tanıtmağa gəlmişəm. Hələ adını eşidəndən, video görüntülərdə tanıyandan onu Milli qəhrəmanımız Yusif Mirzəyevə bənzədirdim. Bütün mərdliyi onu xatırladırdı. Elə bu səbəbdən birinci ondan (hələ yazacaq minlərlə belə mərd oğullarımız var) yazmaq istədim. Onu tanımaq və tanıtmaq istədim. Şəhid evinin qonağı olub “Onu layiq olduğu kimi oxucularıma təqdim edə biləcəyəmmi?” sualı da düşündürmür desəm, səmimi olmaram. Belə düşünsəm də mütləq cəsarət toplayıb, şəhid evinin qapısını döyürəm… Sizi Zaman haqqında aldığım müsahibə ilə baş-başa buraxıram...

Günnütlə gələn zəfər, Qarabağın qələbəsi ilə bitdi…

Ardını oxu...

Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə erməni KİV-lərində yayılan məlumatı şərh edərkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır:

"Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır".

 

 

 

Azərbaycanın işğaldan azad olunan ərazilər ilə digər şəhərlərin əlaqələndirilməsi üçün yeni marşrut xətləri açılacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin Bakı şəhəri və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək.

 

 

 

Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.

Bunu açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.

İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: “Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar”.

Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın xeyli sayda qədim kəhrizləri var: "Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar".

 

 

 

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq bildirib ki, ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyaların keçirilməsində əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.
Qeyd edilmişdir ki, aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda olan tarixi və bədii əhəmiyyət daşıyan 463 eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilmişdir. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir.

Ardını oxu...

Əbədiyyətə qovuşduğu vaxtdan qırx gün keçən, Şərur rayon Çomaxtur kəndindən Hadruta qədər uzanan şərəfli yolun qəhrəmanı Zülal Mədətlinin əziz xatirəsinə...

Günlərdir, ancaq fotolarda görürəm köksündə gəzdirdiyin üçrəngli bayraqla, güllərlə bəzənən məzarını. İnana bilmirəm sənin bir ovuc torpağa sığdığına. Axı sən bu boyda dünyaya sığmırdın, hamımızdan seçilirdin. Yaşda balaca olmağına baxmayaraq, bütün uşaqlardan çevik idin. Kimin isə haqqı tapdananda özündən böyük uşaqların belə, üstünə atılmaqdan çəkinmirdin, qorxmurdun heç nədən. Sıranı həmişə pozurdun, qabağa keçirdin. Elə indi də keçdin, hamıdan öndə sinəni sipər etdin Vətənə. Yadındamı? Hələ Türkiyədə yaşadığın vaxtlar deyirdin qayıdan kimi orduya yazılacam. Bəsdir, daha burada qaldım, bir az da gəlim Naxçıvanın dağının-daşının ətrini alım. Qayıdan kimi də dediyini etdin. Geyindin o çox sevdiyin formanı. Nə tez-tez baxırdın özünə güzgüdə? Haqlı idin öyünməkdə! İgid, cəsur görkəminə yamanca yaraşırdı hərbi forman. Bir arzun da var idi: “Gedib o qansızların nəfəsini kəsim, ya qalib, ya qazi, ya da ki, şəhid olum. Təki bu dərd bitsin. Axı biz bitirməsək, gərək bizim balalarımız bitirə. Onlara qalmasın, bizim nəsil alsın haqqını, gələcək nəsillərə qalmasın. Mən döyüşməsəm, biz döyüşməsək, canımızı verib bu münaqişəni bitirməsək, gərək bizim balalarımız bitirə”.

Ardını oxu...

Bildiyimiz kimi, sentyabrın 27-də düşmən ölkənin hərbi birləşmələrinin cəbhəboyu həyata keçirdiyi növbəti təxribatdan sonra ordumuzun bölmələri tərəfindən əks-hücum əməliyyatı yerinə yetirildi və 44 gün ərzində davam edən döyüşlər nəticəsində işğal altında qalan torpaqlarımızın böyük bir qismi erməni tapdağından azad oldu. Ard-arda işğaldan təmizlənən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı, Şuşanın azad edilməsindən sonra Böyük Qələbəmizin imzası atıldı.

Ardını oxu...

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri vardır. Əsrlərboyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmiş, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermişlər. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Naxçıvan Muxtar Respublikasında da  elmin inkişafı dövlət siyasətinin əsas prioritet sahələrindən biridir. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi proseslər muxtar respublikamızın elmi əsaslar üzərində inkişafını zərurətə çevirir. 

Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin dəstəyi və tarixi sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi dövlətin diqqət və qayğısı ilə qısa müddət ərzində böyük inkişaf yolu keçmişdir. Alimlərimiz Naxçıvanşünaslıq elminin inkişafı və tədqiqi sahəsində nailiyyətləri ilə seçilmiş, Azərbaycan və dünya elminə töhfələri ilə diqqəti cəlb etmişlər. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında da dərc edilmişdir. Bütün bu uğurların əsasında elmin inkişafı, elmi-tədqiqat işlərinin səmərəliliyi məqsədilə yaradılan maddi-texniki baza, müasir elmi-texniki və informasiya texnologiyalarının ən son nailiyyətlərinin geniş tətbiqi dayanır. Qazanılan bu uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir.

Ardını oxu...

Nəqliyyatın “qan damarı” adlanan dəmir yolu ötən dövr ərzində böyük inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, 1902-ci ildə Aleksandropol-Uluxanlı-İrəvan dəmiryol xəttinin tikintisi başa çatdıqdan sonra Uluxanlıdan Culfaya dəmiryol xəttinin çəkilişinə başlanılıb. 1903-cü ildə Şərur və 1905-ci ildə Naxçıvan stansiyaları istismara buraxıldıqdan sonra uzunluğu 189 verst olan və Zaqafqaziya dəmir yolunun tərkibində sayılan Uluxanlı-Culfa xəttinin çəkilişi 1908-ci il yanvarın 20-də başa çatdırılmışdır. Yolda parovozların və vaqonların təchizatı və təmiri məqsədilə Naxçıvanda əsas parovoz deposu, Culfada isə dövriyyə parovoz deposu yaradılmışdır. Həmin vaxt Naxçıvanda sənayeni və nəqliyyatı inkişaf etdirmək məqsədilə Araz çayı boyunca Mincivan-Culfa sahəsində də dəmiryol xəttinin çəkilişi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Lakin 1905-ci ildən çar hökumətinin getdikcə zəifləməsi, inqilabi hərəkatın bütün Rusiyanı, o cümlədən Azərbaycan Dəmir Yolunu bürüməsi bu kimi işlərin arxa plana keçməsinə səbəb olmuşdur. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi dəmir yolunun da işini xeyli çətinləşdirdi.

1920-ci il dekabr ayının 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə dəmir yolunun Naxçıvan şöbəsi yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 20 oktyabr 1926-cı il tarixli Qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyasının rəsmi açılışı olmuşdur. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlamışdır. 1936-cı ildə Ələt-Mincivan xəttinin tikintisi başa çatmış və istismara buraxılmışdır. Ümumi uzunluğu 126-km olan Mincivan-Culfa dəmiryol xətti isə Naxçıvanı Azərbaycanın paytaxı ilə birləşdirmişdir. Bu sahədə yol təsərrüfatına xidmət məqsədilə həmin ilin sentyabr ayında Ordubad Yol Distansiyası yaradılmışdır.

Ardını oxu...

Son illərdə rəqəmsal mühitdə ödəniş texnologiyaları sürətlə inkişaf edir və yeni xidmətlər meydana çıxır. Bu inkişafın nəticəsində insanlar hər hansı məhsulları almaq və xidmətlərdən istifadə etmək üçün nağd vəsaitə ehtiyac hiss etmirlər. Yeni rəqəmsal ödəniş xidmətlərində tətbiq edilən metodların təhlükəsizliyi də bu sahədə texnologiyadan daha geniş istifadəyə səbəb olur. 

Muxtar respublikamızda da nağdsız hesablaşmaların artırılması, elektron ödəniş xidmətlərinin inkişafı və bu sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində hazırlanmışdır. Proqramın giriş hissəsində də deyildiyi kimi: “Rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə, iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir”.
Proqramın icrası Naxçıvanda POS-terminal, bankomat və ödəniş terminallarının sayının artması ilə müşayiət olunur. Belə ki, üçüncü rübdə banklar tərəfindən 59 təmassız ödəniş etməyə imkan verən POS-terminal və 4 çoxfunksiyalı ödəniş terminalı quraşdırılmışdır.

Ardını oxu...

Və nəhayət... Laçın... Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəsmi açıqlamasından sonra onların hər birini qəhrəmanlıq tariximiz olan “Qarabağ” dastanının bir boyuna çevirərək qələmə almışam. Etiraf edim ki, günlərdir, qayıdışını gözlədiyimiz Laçın haqqında yazacağımı düşündükcə hər dəfə böyük məsuliyyət qarşısında qaldığımı hiss etmişəm, “mən necə yazmalıyam ki, Laçına layiq olsun”, – deyə. Və ya mən Laçından yazmağa qadirəmmi? Bu sualları günlərdir, verirəm özümə. Lakin yazmalıydım. Laçınla Qarabağ dastanını tamamlamalıydım. Zəif, güclü, nə olursa-olsun, yazmalıydım. Bəlkə də, mənim kimi düşünən onlarla jurnalist var. Bəli, ola da bilər. Çünki Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki, həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onu vəsf etməyi, sözün həqiqi mənasında, bacarmalısan. Gözəl Laçın, qayıdışın, azadlığın mübarək. Səndən yazıram, sənə nə dərəcədə layiq olduğunu bilməsəm də, yazıram. Bu yazını məndən qələbə məktubu, təbriki kimi qəbul et. Məktubumu Ali Baş Komandanımızın xalqımıza yenə də qələbə müjdəli müraciəti ilə başlayıram: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın Naxçıvandır, Naxçıvan Laçın

Deyirlər ki, görmədiyin, bələd olmadığın yer haqqında yazmaq çətindir. Bu gün bu deyimin yanlış olduğunu anladım. Xeyr, əslində gördüyün yer haqqında yazmaq çətinmiş. Naxçıvan kimi. Mən Naxçıvanın gözəlliklərini nə vaxt olduğu kimi, təsvir edəcəyim barədə çox düşünürəm. Laçında da dəfələrlə olmuşam. Uşaqlığımın çox yayı Laçında, babamın ata evində keçib. O qədər gözəl təəssüratlarım var ki, Laçın haqqında. Bəlkə, elə uşaqlıqdan xatirələrimə hopan o zəngin təəssüratlar qarşısında Laçın haqqında yazmağa cürət etmirdim. Çünki bu dəqiqə də o dairəvi həyət, sanki qayalıqların ovcunun içində bənd olmuş, böyürtkən kolları ilə hasarlanmış həyət gözlərin qarşısındadır. Həyətin dörd bir tərəfini əhatə edən həmin böyürtkən kollarının yanından baxanda, sanki dağın başından dərələrin ucsuz-bucaqsız dərinliklərini seyr edirdim, “Bu həyət burada necə durub”, – deyə fikirləşirdim... Biz Laçına Şahbuz rayonunun Biçənək-Batabat yolu istiqamətindən maşınla gedirdik. Laçının dolanbac yolları ilə sanki bir anda dağların başına qalxır, oradan sürətlə aşağıya enirsən. Laçındakı o evin ətrafındakı görüntülər də, Laçına gedən yollar da o qədər Şahbuza bənzəyir ki... Mən bunu sonralar anladım. Laçına olan sevgim də, bəlkə də, elə bundan qaynaqlanırdı. Laçındakı o həyətdən mən Ağbulaqda, Gömürdə, Biçənəkdə, Aşağı, Yuxarı Qışlaqlarda, Küküdə, Güney, Qızıl Qışlaqlarda görmüşəm. O yollar Batabata, Ağbulağa, Gömürə qalxan yolların eynisidir. Göz uzandıqca dağların sinəsinə, qayaların köksünə səpələnmiş boz-yaşıl rəngli irili-xırdalı kollar Şahbuz şəhərindən müxtəlif istiqamətlərə şaxələnən dağ kəndlərində gördüklərimlə eynidir. Bir sözlə, Laçın, sanki Naxçıvandır, Naxçıvan da Laçın. Görənlər görüb, görməyənlər də bu azad yurda səfər edər, görər, mənim dediklərimi təsdiqləyər.

Ardını oxu...

Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının müddəaları uğurla icra edilir. Sənədin 6-cı bəndinə əsasən dekabrın 1-də Laçının öz tarixi sahibinə qaytarılması ölkəmizin hər yerində böyük sevinc hissi ilə qeyd olunur. Dekabrın 1-də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edərək 44 günlük müharibənin yol açdığı siyasi qələbəmizi şərtləndirən amillərdən geniş bəhs etdi. Bugünümüzün real mənzərəsi budur ki, Azərbaycan beynəlxalq hüquq praktikasında və regionda yeni reallıqlar yaratdı.

Ardını oxu...

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun bu gün Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

Ardını oxu...

“Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarətlə bağlı birgə mərkəz barədə razılığa gəlib”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Ardını oxu...

Yağı düşməndən azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Qurumdan bildirilib ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir. Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır: "Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxta-körpü qəsəbəsində fəaliyyət göstərir.

Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!"

 

 

 

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.

Bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.

Övladların sənə gəldi, aç qoynunu, qarşıla bizləri...

 

          Salam olsun Laçınım, salam olsun deyirəm, çünki biz geri döndük sənə, yenidən gəldik Laçınım. 2020-ci ilin son ayı, sən necə də gözəl yazıldın təqvimə. Xalqımızın illərdən bəri gözlədiyi, Laçınımın doğmalarına geri döndüyü sevincli xəbəri gətirdin bizlərə. Sevincimizin həddi-hüdudu yoxdur. Ümmanlara sığdıra bilmirik bu xoşbəxt günümüzü. Bir neçə saat bunan əvvəl Ali Baş Komandanımız Laçınımızın işğaldan azad olunduğunu xalqımıza bəyan etdi. Azadlıq xəbərini eşidən kimi, sənin qoynuna gəlişimizin vaxt-vədəsini müəyyənləşdirməyə başladıq. Dillər əzbəri olan Həkəri çayının artıq həsrəti bitdi bu gündən. Elə bu saatdan  Həkəri çayı sildi göz yaşlarını. Şadlıq edir, doğmalarının, laçınlıların torpağına qayıdışına görə. Hay verir səsimizə Laçınımın hər dağı, hər daşı, hər qayası.

       1992-ci il mayın  18-də dağlar gözəli Laçını, düşmən almışdı əlimizdən. Elə həmin vaxtdan doğma yurd yerimiz  dağıdılmış, sərvətlərimiz talan edilmiş, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz, qəbiristanlıqlar, onlarla digər məbəd Erməni vəhşiliyinin  qurbanına çevrilmişdi. Rayon ərazisi etnik təmizləməyə məruz qalmışdı.Laçınlılar doğma ocaqlarından didərgin düşmüşdülər. İllərdir, Laçınlıların üzündə Vətən həsrəti, Vətən nisgili hökm sürürdü. Artıq bu hisslərə,bu həsrətə son qoyuldu. Laçınlılar doğma torpağın geri dönüşünün şahidləri oldular. Xalqımızın yaşadığı o çətin günlərdən çox danışmaq fikrim yoxdur. Çünki, artıq o günlər geridə qaldı, elə bu saatdan irəliyə baxmaq zamanıdır. Biz elə bu gündən 18.05.1992-ci tarixinin üzərindən xətt çəkdik. Laçın torpağında dağıdılan kəndləri, mənfur düşmən əli ilə yandırılan evlərimizi bərpa etmək üçün yola çıxırıq.Yenidən gözəl binalar salınacaq sinəndə, yaşıllıqların yenidən göz oxşayacaq,havada süzən durna qatarın yenidən səmada görünəcək Laçınım. 

Ardını oxu...

Bayrağımız bugün Laçınımızda dalğalanır! Geri dönüşün mübarək, Laçın!

Bunu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov rəsmi "Twitter" hesabında etdiyi paylaşımda deyib

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621 ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

 

 

 

Tədbirdə çıxış edən Gənclər Fondunun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin müdiri Arzu Qasımov qanvermə aksiyalarının əhəmiyyətindən danışıb, könüllüləri belə fəaliyyətlərdə birlik nümayiş etdirərək digər gənclərə də nümunə olduqlarına görə təbrik edib. Həmçinin qeyd olunub ki, bu günkü tədbirin 1 dekabr Ümumdünya QiCS-lə Mübarizə Gününə təsadüf etməsi, aksiyaya əlavə dəyər qatır.

Sonra həkimlər tərəfindən hər bir donordan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlardan qan götürülüb.

Qeyd edək ki, götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.

Qanvermə aksiyasında ümumilikdə 30 könüllü gənc iştirak edib.

 

Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

"Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində söyləyib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb.

APA xəbər verir ki, dövlət başçısı deyib ki, Ermənistan ordusunun tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edilib.

Ardını oxu...

Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya. Siz Dağlıq Qarabağa nə vaxt müstəqillik versəniz, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində danışıqlar prosesi ilə əlaqədar söhbətini davam etdirərkən bildirib.

Ardını oxu...

Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

“Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib.

Ardını oxu...

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

Bu barədə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 1992-1993-cü illərdə Laçın məktəblərinin sayı 106, müəllimlərin sayı 1396, şagirdlərin sayı 8877 olub.

2020-2021-ci tədris ilində Kəlbəcər məktəblərinin sayı 104 müəllimlərinin sayı 1808, şagirdlərinin sayı 13615-dır.

 

 

 

Misirin “Masravi” informasiya portalı Azərbaycan Ordusunun Laçına daxil olması haqqında xəbər yayıb.

Portalın xəbərində Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması qeyd olunur.

Bildirilir ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərdə böyük Qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri 27 ildən çoxdur Ermənistanın işğalı altında olan Laçına daxil olub. Xəbərdə vurğulanır ki, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uğursuz olub. Torpaqlarının işğalı faktı ilə barışmayan Azərbaycan beynəlxalq hüquq normaları və BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyün bərpa edib.

 

 

 

Azərbaycan qalib ölkədir.

Bu barədə Türkiyə hökümətindən bildiriblər.

“Bütün dünya 27 sentyabrdan Azərbaycanın Qazfaqazın güclü dövləti olduğunu, o cümlədən qardaş ölkənin diplomatiya siyasətini çox düzgün aparıldığına əmin oldu. Biz qardaş ölkə Azərbaycanı qələbə münasibəti ilə təbrik edirik. Məhz rəsmi Bakı Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın qarantdır”.

Türkiyə hökümətindən əlavə edilib ki, azad edilmiş Azərbaycan torpaqlarının çiçəklənmə vaxtı gəlib çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

 

 

 

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Həmişə Laçının adı gələndə yadıma illər öncə doğma yurdumuz Naxçıvanda səfərdə olan Xalq artisti, “Ay aman, çəkirik torpaq həsrəti, Uca dağlar, sərin su, yaylaq həsrəti” sətirlərinin müəllifi və ifaçısı mərhum Məhəbbət Kazımovun haqqında yazılan bu misralar düşür:
Həmin səfər çərçivəsində yolu Batabat yaylağına düşən müğənni oraya çatanda gözlərinə inanmır, ona elə gəlir ki, bura doğulduğu Laçının Çorman kəndidir. Deyir ki, buradakı xınalı daşlar elə bil ki, Kotan qayasından qopub gəlib. Xatirinə şair dostu Əli Mahmudun bir gəraylısı düşür və onu pıçıldayanda hamı kövrəlir:

Ardını oxu...

Nazirlər Kabinetinin 7 noyabr tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli 145 nömrəli Qərarında dəyişiklik edilmişdir.
20 noyabr tarixli Qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1.1-ci yarımbəndində dəyişiklik edilərək sığortaolunanın əlilliyi ilə bağlı ifadə dəqiqləşdirilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR