23 Dekabr 2024, Bazar ertəsi

Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 73 hərbi qulluqçusu itkin düşüb.

Bu barədə Ermənistan mətbuat orqanları məlumat yayıb.

Məlumata görə, müxtəlif yerli xəbər saytlarında itkin düşmüş hərbçilərin sayı barədə ziddiyyətli məlumatlar yayımlanır, hətta onların sayının 171 nəfər olduğu qeyd edilir. Ancaq Ermənistan rəhbərliyinin açıqlamasına görə, bu məlumatlar həqiqəti əks etdirmir və adı çəkilən kəndlərdə gedən əməliyyatlar zamanı 73 hərbçinin itkin düşdüyü rəsmi şəkildə təsdiqlənib.

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Onik Qasparyan vəziyyəti aydınlaşdırmaq üçün Dağlıq Qarabağa gedib.

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

 

 

Dekabrın 16-da Naxçıvan Dövlət Teleradiosunun efir vaxtının 1 saat artırılması və yeni saytının təqdimat tədbiri keçirilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. 25 il bundan öncə, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən görkəmli dövlət xadimi Vasif Talıbovun bütün sahələr kimi, mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub, muxtar respublika mətbuatı yeni inkişaf müstəvisinə çıxıb.
Qeyd olunub ki, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. Teleradionun efir vaxtının daha bir saat artırılaraq 20 saata çatdırılması və saytın yenilənməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

“Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: “Onlar haqqında fikir demək üçün gərək o qoşunları döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımıdırlar. Döyüş vaxtı göydən düşmənlərin lap mərkəzinə düşürlər, ölüm və dəhşət səpələyirlər”.
Tarixin bütün dövrlərində döyüşkənliyi və cəsarəti, igidliyi, qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə öz sözünü deyib. Əlincənin alınmazlığı, Babəkin rəşadəti, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub.

Ardını oxu...

Türkiyə minatəmizləyənlərindən ibrət 136 nəfərlik bir qrup Azərbaycana gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Ardını oxu...

Mən blokada illərinin uşağıyam. 1990-cı illərin... Anam deyərdi ki, sən doğulanda müharibənin şıdırğı vaxtı idi. Necə deyərlər, ara qarışmışdı, dəftər də itmişdi. Heç nə tapmaq olmurdu. Kim nə tapdı yeyərdi. Kim nə tapdı geyinərdi. Qonşudan nəsə istəmək də ayıb sayılardı. Qonşular da səngünlü idi. Yoxsul mənzərə hamının qapısından asılmışdı. Buna görə də heç kimin üzü gəlmirdi ki, kimdənsə nəsə istəsin. Bir sözlə, yoxsulluq hamının taleyinin əsasını təşkil edirdi. Hələ balaca ikən babamın kövrələrək söylədiyi xatirələr qulaqlarımdan getmir: “Çox kasıbdıq. Evdə yanacaq da yoxdu yandıraq, canımız qızsın. Həyətində ağacı olanlar şanslı hesab edilirdi. Kəsmək üçün iki ağac arasında da çox qalmışam. Atamın əkdiyi çinarı kəsim, yoxsa neçə illərdən bəri bağımızın dadlı meyvəsi olan tut ağacını? İllərin ağaclarına qıyırdıq vəhşi adamlar kimi”. İndi biz elə hadisələr görəndə ürəyimizdən həmin adamlara qarşı nifrət keçir. Qınayırıq. Vaxtilə babalarımızın üz-üzə qaldığı davranışlar məhz məcburiyyətin iztirablı səhnələridir. Dəfələrlə eşitdiyimiz çörək növbələrini demirəm hələ... (sadalamağa gərək yoxdur, dillər əzbəridir o mənzərələr) və sair və ilaxır.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Adıçəkilən qayda mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq, Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsini müəyyən edir. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyi işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilən kitab ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı arzularını reallığa çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin 25 illiyinə həsr olunub. Yeni nəşrlərin rəyçisi Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlidir. Poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edən yeni nəşrlərin müəllifin 2010-cu ildə milli mətbuatımızın 135 illiyinə həsr etdiyi “Qəzet jurnalistikası”, 2020-ci ildə milli mətbuatımızın 145 illiyinə həsr etdiyi “Naxçıvanın publisistik xəritəsi” adlı kitablarından sonra oxucularla yeni görüşüdür.

Ardını oxu...

Müstəqil Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Ölkəmizin inkişafını təmin edən amil isə xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Uğurlu inkişaf siyasəti, həmçinin genişmiqyaslı islahatlar vətəndaş məmnunluğunu artırır. Eyni zamanda, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımlar Azərbaycanın gücünün artmasına, milli həmrəyliyin güclənməsinə xidmət edir.

Bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Ardını oxu...

ABŞ-ın Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" adlı həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.

 

 

 

Türkiyədə Ankara-Niğdə avtomagistralının ikinci hissəsinin açılış mərasimi keçirilib.

Tədbirə videoformatda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsi məsələsinə münasibət bildirib.

Sanksiyaların tətbiq olunmasında S-400 sistemlərinin sadəcə bir bəhanə olduğunu vurğulayan Prezident deyib ki, Türkiyənin suverenliyinə qarşı qəsd hesab olunan bu qərarın qəbul edilməsində əsl məqsəd ölkədə sürətlə inkişaf edən müdafiə sənayesinin istehsalını əngəlləmək, Türkiyəni bu istiqamətdə fəaliyyətdən çəkindirməkdir. Sanksiyalar daxil olmaq olmaqla bütün təzyiqlərə baxmayaraq, Türkiyə qətiyyətli addımlarını davam etdirəcək.

 

 

 

 

 

 

Türkiyədə Ankara-Niğdə avtomagistralının ikinci hissəsinin açılış mərasimi keçirilib.

Tədbirə videoformatda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsi məsələsinə münasibət bildirib.

Sanksiyaların tətbiq olunmasında S-400 sistemlərinin sadəcə bir bəhanə olduğunu vurğulayan Prezident deyib ki, Türkiyənin suverenliyinə qarşı qəsd hesab olunan bu qərarın qəbul edilməsində əsl məqsəd ölkədə sürətlə inkişaf edən müdafiə sənayesinin istehsalını əngəlləmək, Türkiyəni bu istiqamətdə fəaliyyətdən çəkindirməkdir. Sanksiyalar daxil olmaq olmaqla bütün təzyiqlərə baxmayaraq, Türkiyə qətiyyətli addımlarını davam etdirəcək.

 

 

 

 

 

 

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 43 nəfər vəfat edib.

Indiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, ötən müddət ərzində isə ümumilikdə 1 998 577 test aparılıb.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Ardını oxu...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin bəzi ərazilərində internet verilişinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Trend-ə açıqlamasında yayılan məlumatları nazirliyə qarşı təxribat adlandırıb: "Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".

 

 

 

Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq.

Bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib: ”Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.

 H.Harmancı əlavə edib ki, Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər. Bu, çox gözəl haldır.

 

 

 

Azərbaycanda oktyabr ayının ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bütün dünyada yoluxma sayı sürətlə artır: “Son 10 gündə yoluxma sayının gün ərzində 2000-3000 olmaqla, sabitləşdiyini görürük. Bu, yaxşı bir xəbərdir. Karantin tədbirləri insanları qorumaya yönəlib. Əlimizdə dərman və vaksin yoxdur. Bütün dünyada karantin tədbirlərinin faydasını görürük. Bunu müşahidə edirik ki, karantin tədbirləri nə qədər çox tətbiq edilərsə, yoluxma sayı azalır. Adətən, karantindən 1 həftə keçdikdən sonra yoluxma sayındakı azalmanı gördük. Azərbaycanda da bunu müşahidə edirik”.

COVİD-19-a qarşı Azərbaycana hansı vaksinin gətirilməsindən asılı olmayaraq, onun çox faydalı olacağını hesab edirik.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST vaksinasiya ilə bağlı prosesləri izləyir:

"ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.

H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır: “Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.

 

 

 

 

Bu ilin iyul ayında Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu,  öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

Ardını oxu...

Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması mövcud geosiyasi vəziyyətdə çox böyük siyasi təcrübə, bacarıqlı diplomatik gedişlər, beynəlxalq müstəvidə müstəqillik atributlarını müdafiə etmək bacarığı, müasir ordu quruculuğu işlərinin həyata keçirilməsini  tələb edir.  Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yol bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.

Ardını oxu...

Naxçıvan – Nuhçıxandır,
Qədimdir, uludur!
Naxçıvan – Günəşin doğduğu danıdır,
Atabəylərin yoludur.
Naxçıvan – Tarixdə neçə min addır-sandır,

Ardını oxu...

Dekabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Ardını oxu...

Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bu şərəfli ada Azərbaycan Silahlı Qüvvələrinin 3 601 hərbi qulluqçusu layiq görülüb. Onların sırasında 4 general-mayor, 46 polkovnik və başqaları var. Onlardan 2 756-sı ölümündən sonra bu medala layiq görülüb.

Zamanı  uzun bir yola, tarixi isə zamanın ağır-ağır addımlayan yolçusuna bənzədirlər. Tarix ona görə ağır-ağır  addımlayır ki, o hər yeni addımında geriyə nəzər salır. Bu nəzər gedilən yolun nəticəsi – salnaməsidir. Naxçıvanlılar da 25 il əvvəl zamanın yolayrıcından  bir  yolçuluğa çıxmışdılar. Bu yol qaranlığın çökdüyü zülmət içərisində bir yol idi. Həmin yoldan Naxçıvanı işıqlı yola çıxaran isə ulu öndərin siyasi xəttini davam etdirən cənab Vasif Talıbov oldu. İndi söz ötən həmin 25 ilindir. Çünki o, artıq bir salnamə, tarixdir. Tarixin söylədiyi söz isə deyilən bütün sözlərdən kəsərlidir.  

Ardını oxu...

NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır.

Bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

İki ölkə arasındakı mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib: “Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək. NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı kökündən sarsıdacağı da aydındır. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.

 

 

 

 

 

 

Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz olacaq. Vaksinasiya strategiyası artıq hazırdır.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, ölkədə vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 273 yeni yoluxma faktı qeydə alınıb, 4 164 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər vəfat edib

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 231, ötən müddət ərzində isə ümumilikdə 1 980 579 test aparılıb.

 

 

 

 

Azərbaycanda koronavirusa qarşı vaksinasiya birinci ən yüksək risk qrupuna daxil olan insanlar arasında aparılacaq.

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, risk qruplarının başında səhiyyə işçiləri gəlir. Onun sözlərinə görə, ikinci 65 yaşdan yuxarı insanlar risk qrupuna daxildir. O qeyd edib ki, dünyada bu təcrübədən istifadə olunur və böyük ehtimalla Azərbaycanda da bu təcrübə nəzərə alınacaq.

 

 

 

Vaksinin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam dəqiq məlumat vermək çətindir, ancaq ümidverici xəbərlər var.

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı bildirib ki, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var. Onun sözlərinə görə, Azərbaycan 5 mövcud vaksinlə tanış olub. Bu vaksinlər ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən, Rusiya (Sputnik V), ABŞ (Moderna) Oxford Universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan) və Çində (Sinovac) istehsal edilən vaksinlərdir.

 

 

 

 

 

 

Vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq.

Bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.

R.Bayramlı əlavə edib ki, bəzən bir xəstəni xilas etmək üçün 5-6 həkim öz həyatını təhlükəyə atır: “Xəstəliyin 2-ci dalğası ilə çətin vəziyyət yaşayırıq. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hələ ki, biz bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil. Ona görə də vaksinasiya prosesinin tətbiq edilməsinə çalışırıq”.

 

 

 

“Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair növbəti hesabat yayıb.

Hesabatda Ermənistanın və ya Dağlıq Qarabağdakı qondarma rejimin hərbi qüvvələrinin altı həftəlik müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrini dəfələrlə qadağan olunmuş silah-sursatlar vasitəsilə atəşə tutduğu bildirilir. Vurğulanır ki, qadağan olunmuş silahların istifadəsi müharibə qanunlarının pozulmasıdır.

Hesabatda qeyd edilir ki, “Human Rights Watch”un tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı ölkənin üç rayonunda kasetli silah-sursatdan istifadə olunduğu dörd hücumu sənədləşdiriblər. Bu hücumlar nəticəsində 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq 14 dekabr 2020-ci il tarixdə Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların siyahısı.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən siyahını təqdim edirik:

Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu

Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu

Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu

Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu

Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu

Ardını oxu...

S-400 raket əleyhinə müdafiə sistemlərinin alınması ilə əlaqədar ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsini qınayır və rədd edirik.

Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında əksini tapıb.

Açıqlamada deyilir ki, Türkiyənin S-400 raket əleyhinə müdafiə sistemləri almasına məcbur olmasının səbəbləri hər kəsə məlumdur. Donald Tramp da bu məsələdə Türkiyənin haqlı olduğunu etiraf edib. S-400 raket əleyhinə müdafiə qurğularının NATO sistemlərində zəiflik yaradacağı iddiası texniki baxımdan əsaslandırıcı deyil.

Türkiyə ABŞ-ı birtərəfli əsassız sanksiya qərarını bir daha nəzərdən keçirməyə və bu yanlış yoldan geri qayıtmağa dəvət edir, məsələni müttəfiqlik ruhunda, dialoq əsasında həll etməyə hazır olduğunu bildirir.

 

 

 

Azərbaycanda daha bir kəndin adı dəyişdirilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məsələ müzakirəyə edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsvermyə qoyularaq qəbul edilib.

 

 

 

27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olub, 16 şagirdin yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.

Bunu təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

E.Əmrullayev koronavirus pandemiyası fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə də ətraflı məlumat verib. Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.

 

 

 

Müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Vətən müharibəsində naxçıvanlılar da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Ən uca zirvə olan şəhidlik mərtəbəsinə qalxan daha 2 qəhrəman şəhidimiz bu gün Naxçıvanda qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Ardını oxu...

Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib.

Bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib.

Ardını oxu...

Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar.

Azərbaycanla Türkiyə arasında yeni memorandum imzalanacaq.

Sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Vətən müharibəsi şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Dövlət himninin oxunması ilə başlanan tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək 44 günlük Vətən müharibəsində böyük hünər və şücaət göstərən Vətən oğullarının əziz xatirəsini yad edib. Bildirilib ki, torpağımıza göz dikən yağı düşməni məhv edərək kənd və şəhərlərimizi işğaldan azad edən və bu yolda şəhidlik zirvəsinə yüksələn igidlər hər zaman xalqımızın qəlbində yaşayacaq, hörmətlə anılacaqdır. Bu müharibədə öz şəhadətinə çatan qəhrəman oğullarımız sırasında Naxçıvan Müəllimlər İnstitutunun iki nəfər məzun tələbəsi – Kamran Hüseynov və Ruhid İslamlı da olub.

Ardını oxu...

Tarixən Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq, dostluq münasibətləri müasir dövrümüzdə bütün istiqamətlər üzrə uğurla davam edir. Ölkəmizin 44 gün ərzində apardığı Vətən müharibəsi dövründə də bu amil özünü ən yüksək səviyyədə göstərdi, döyüşlərin başladığı gündən qardaş ölkə həm xalq, həm də dövlət olaraq öz dəstəyini əsirgəmədi.
Dekabrın 12-də iki ölkə qardaşlığının növbəti nümunəsi kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının xəttilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularının ailələrinə ərzaq və tibbi ləvazimatlar hədiyyə olunub. Bu münasibətlə keçirilən tədbirdə partiyanın vəkili Ahmet Nazif Yücel ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirlərini xatırladaraq bildirib ki, artıq iki ölkə arasındakı qardaşlıq münasibətləri bütün dünyada nümunə səviyyəsində qəbul edilir. Tarixboyu Türkiyə hər zaman bütün məsələlərdə Azərbaycanın yanında olub, ona öz dəstəyini əsirgəməyib. Vətən müharibəsinin başladığı ilk gündən sonadək qardaş ölkənin haqq səsinə səs vermiş, birlik, bərabərlik nümayiş etdirmişik. Cümhuriyyət Xalq Partiyası olaraq müharibədən sonra atdığımız bu addım da qardaşlıq münasibətlərimizin növbəti təzahürüdür.

Ardını oxu...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdar edir.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.

Ardını oxu...

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunan zəfərin əldə edilməsinə səbəb olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, hərbi qulluq vəzifəsini icra edərkən nümayiş etdirdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif edilib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal olunan ərazilərin azad olunması üçün əks hücum əməliyyatlarının başlanıldığı ilk gündən Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hücuma məruz qalmasına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Azərbaycan ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsir və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq vermişdir. Ali Bas Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşmış, bu münasibət həmin şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, yerli və kütləvi informasiya vasitələrinə müsahibələri vasitəsilə geniş işıqlandırılıb.

Ardını oxu...

Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam ləğv edilib.

Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

 

 

 

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisdən verilən məlumata görə, iclası açan komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib.

Əvvəlcə Siyavuş Novruzov “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsini təqdim edib.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilən bir sıra ərazilərimizdə kənd və rayon adlarının dəyişdirilməsi prosesinə artıq başlanılıb:

Ardını oxu...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyini yenidən vətəndaşlara xəbərdarlıq edib.

Əhalidən işğaldan azad olunan ərazilərin minadan və digər partlayıcı maddələrdən təmizlənilməsi başa çatmayana qədər təhlükəsizliyin təmin edilməsi məqsədilə ilə daxil olmamaq xahiş edilir.

 

 

 

2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşmüşlər. Nəticədə Elçin Məmmədov həlak olmuş, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri almışlar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizaları təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Ardını oxu...

        

         Hər bir insanı digərlərindən fərqləndirən, ucaldan xüsusiyyətləri vardır. Vətənpərvərvərlik, xeyirxahlıq, fədakarlıq və s. kimi insanı ideallaşdıran xüsusiyyətlər. Lakin hər insan bunlara sahib olmaqla bir dahiyə çevrilib insanların ürəklərində əbədi yer tuta bilməz. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Bu dahi əlbəttə ki, Heydər Əlirza oğlu Əliyevdən başqası ola bilməz. Böyükdən kiçiyə hər kəsin dilinin əzbəri olan bu şəxs dünya azərbaycanlılarını vahid ad altında birləşdirdi, xalqımıza müstəqillik qazandırdı, dövlətimizi dünyaya tanıtdı. Bir dövlət kimi formalaşmağımız üçün elm, təhsil, mədəniyyət, iqtisadiyyat bir sözlə bütün sahələrdə əvəzolunmaz addımlar atdı.

          Ümummilli liderimizin hər zaman diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də təhsil idi. Elmin, öyrənməyin, yeni biliklərə yiyələnməyin həddi-hüdudu yoxdur və bunu ulu öndər yaxşı bilirdi. Gənclər onun sayəsində xaricdə təhsil ala bilir, dövlət vəsaiti hesabına dünya miqyasında tanınmış nüfuzlu ali təhsil müəssisələrində ən gözəl ixtisaslara yiyələnirdilər. Ümummilli liderin təhsilə, elmə, öyrənməyə olan diqqətinin nəticəsidir ki, bu gün dünya xalqları siyahısında öz yerimizi almışıq.

Ardını oxu...

 

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatı artıb.

Bu barədə Qan Bankından bildiriblər. Qeyd olunub ki, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir:

"Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et"!

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR