23 Dekabr 2024, Bazar ertəsi

Bakıda yaşayıb işləməyimə baxmayaraq, ildə bir-iki dəfə də olsa Naxçıvan Muxtar Respublikasına getmək imkanı qazananda bu imkanı mütləq dəyərləndirirəm. Qədim diyarın təmiz havası, ekoloji və turizm zənginliyi, müasir inkişafı mənə bir hüzur, rahatlıq verir. Hər səfərimdə Naxçıvanda baş verən yenilikləri, dəyişiklikləri görəndə doğulub-böyüdüyüm doğma torpağımla qürur duyuram…

Bu dəfəki səfərim dekabrın ilk günlərinə təsadüf etdi. Pandemiyaya görə Bakı-Naxçıvan təyyarə reysləri azaldılaraq gündə 1 dəfə həyata keçirilir. Hansı ki, bir müddət əvvəl Naxçıvana heç 1 dənə də təyyarə işləmirdi… Böyük Vətən müharibəsində qələbəmizdən sonra mən də hədsiz inanıram ki, Naxçıvana növbəti gəlişim Zəngəzurdan keçməklə qatarla, şəxsi minik avtomobilləri ilə olacaq… Çünki, Naxçıvan nəqliyyat blokadasını tamamilə yarmağını, özünün blokada şəraitində necə yüksək inkişaf yolu keçməyini bütün dünyaya göstərməyi çoxdan haqq edib. Axı, blokadada yaşaya-yaşaya inkişaf edən, iqtisadiyyat, ordu quran, Qarabağın, Şuşanın işğaldan azad edilməsində qəhrəmanlıqla döyüşüb yüzlərlə şəhidlər verən ulu diyardı Naxçıvan…

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 205 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 199 nəfər müalicə olunaraq sağalıb, 2 294 nəfər vəfat edib, aktiv xəstə sayı 56384 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 221, ötən müddət ərzində isə ümumilikdə 2 088 358 test aparılıb.

Ermənilər tərəfindən təkcə Kəlbəcərdəki mineral su bulaqlarının istismarı Azərbaycana 7.5 milyard manat həcmində ziyan vurub.

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.

O qeyd edib ki, ermənilər həmin suları qablaşdıraraq öz adları ilə ixrac ediblər. Bizə məxsus qızıl, civə yataqlarından onların əldə etdikləri gəlir isə qat-qat artıq olub ki, bu da bizim itkilərimizin hesabındadır.

Kəlbəcərin təbii ehtiyat potensialının təsərrüfatın inkişafına geniş imkanlar yaratdığını diqqətə çatdıran alim ərazidə yenidənqurma, bərpa layihələrinin həyata keçirilməsi üçün ciddi landşaft planlaşdırılmasının aparılması, relyefin, təbii şəraitin nəzərə alinmasının vacibliyini qeyd edib.

İnstitut rəsmisi bidirib ki, Kəlbəcər yüksək dağlıq şəraitinə malik olduğundan burada əkinçilik təsərrüfatındansa, mal-qaranın inkişaf etdirilməsi ilə daha yaxşı nəticələr əldə etmək olar.

 

 

 

İran Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında dəmiryolu xəttinin bərpa olunması ilə Şimali Qafqaz və Avropaya yük və sərnişindaşımanı artıracaq.

Bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

M.Eslaminin sözlərinə görə, bu dəmiryolu xətti İran üçün böyük əhəmiyyət kəsb edir.

O, əlavə edib ki, bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında anlaşma əldə olunub.

“Bu dəmiryolunun davamı kimi İran ərazisində Təbriz-Xavəran dəmiryolu xəttinin birləşdirilməsi önəmli addımdır”.

http://destekfondu.nmr.az domenində fəaliyyət göstərən sayta daxil olmaqla ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək mümkündür.

Saytın “Köçürmələr” bölümündə könüllü olaraq maliyyə vəsaiti şəklində yardımlar edən hüquqi və fiziki şəxslərin siyahısı və yardımın miqdarı yer alır.

Saytın “Müraciət” bölümündəki “Şəhid ailələri” və “Müharibədə yaralananlar” alt bölümlərinə daxil olub qeydiyyatdan keçməklə müraciət ünvanlamaq  mümkündür.

Qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında   Fərman imzalayıb. Fond və onun yeni saytı bu kateqoriyadan olan  şəxslərə əlavə dəstək verilməsi məqsədilə yaradılıb.

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur.

Ardını oxu...

Hər bir insanın doğulduğu, böyüdüyü və son nəfəsini verdikdən sonra əbədi yuxuya getdiyi bir torpaq vardır. Bu torpağa Vətən deyirik. Vətən millətin azadlığının  və müstəqilliyinin simvoludur. Məhz bu səbəbdən insanlar ürəklərinin bir tərəfində hər zaman böyük bir sevgi olan Vətən sevgisini daşıyırlar. Bu sevgi sadəcə doğulduğumuz torpağı sevmək deyil, eyni zamanda mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, azadlığımızın simvolu olan ay- ulduzlu şanlı bayrağımızı, dilimizi, adət - ənənələrimizi sevməkdir.

         Düşmənin işğalçılıq siyasətinə son qoymaq üçün apardığımız 44 günlük  müharibədə  ürəyi bu  sevgiylə dolu insanların qəhramanlıqları və fədakarlıqları tariximizə yeni bir tarix qatdı. İkinci Qarabağ müharibəsində ən yeni və qürurlu tariximizi yazanlar arasında qəhrəmanlar diyarı olan Naxçıvanın qorxmaz, yenilməz, məğrur igidləri də oldu. O igidlər dən biri də Əsgərov Vüqar Rza oğlu idi.

         Vuqar 1994-cü ilin 26 noyabrında Kəngərlı rayonunun Qarabağlar kəndində doğulmuşdu. Alənin son beşiyi olan Vüqarın iki bacısı,  bir qardası var idi. Qardaşı Moskva şəhərində avtomobil qəzası  nəticəsındə həyatını itirdiyi üçün bacılarının və  ata-anasının son ümid yeri idi Vüqar. İnsan taleyini adında yaşayır - deyiblər. Bəli, Vüqar da adının haqqını layiqincə verdi - öz əzəməti və vüqarı ilə… Vüqar təbiətcə sakit, səmimi və  hamı ilə ünsiyət qura bilən bir gənc idi. Bu səbəbdən ətrafındakı insanlar tərəfindən çox sevilirdi. Vüqar orta təhsilini Qarabağlar kəndində birinci Qarabağ müharibəsi şəhidi olan Əbülfəz İmanovun adını daşıyan məktəbdə  almışdı. Universitetə qəbul olsa da, ailəsinin  maddi cətinlikləri olduğu üçün ali  təhsil ala bilməmişdir. Atası Rza kişi ağır şəkərli diabet xəstəsi olduğundan ailənin bütün yükü Vüqarın üzərinə düşmüşdü. Hər zaman özündən çox ətrafındakı insanları düşünən Vüqar hərbi xidmətdə olduğu vaxtlarda da nizam - intizamı, qayğıkeşliyi, ayıq-sayıqlığı, vətənpərvərliyi ilə seçilirdi. Verilən döyüş tapşırıqlarını  yüksək dəqiqliklə yerinə yetirən Vüqarın arzusu vətəni Azərbaycanı azad görmək idi. Hərbi xidmətini bitirdikdən bir qədər sonra vətənə səngərdə xidmət etmək arzusu onu müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq yenidən səngərə qaytarmışdı. Vüqarını dağlardan alan Vüqar igidliyi, qorxmazlığı , vətənpərvərliyi ilə komandirlərinin sevgisini qazanmağı bacarmışdı .

Ardını oxu...

Paşinyanın planı məlumdur: Sünikdə (Zəngəzur) başlanan prosesi (Qubadlı-Zəngilan istiqamətində dövlət sərhədinin bərpası) tamamlamaq, sonra Tavuşa (Qazaxın 7 kəndi) keçmək.

Bu barədə “Dejavü” teleqram kanalı mənbələrinə istinadən yazıb.

“Tavuşdan sonra isə Tiqranaşen (Naxçıvanın Kərki kəndi) qaytarılacaq”- mənbə kanala deyib.

Mənbə iddia edir ki, proses uğurla başa çatandan sonra plana uyğun olaraq, Türkiyə ilə münasibətlər normallaşdırılacaq, Rusiyanın 102-ci hərbi bazasından imtina ediləcək, NATO-nun qapıları açılacaq: “Bu proqram 2021-ci ilin 20 yanvar tarixindən gec olmayaraq reallaşdırılmalıdır. Nikolun planı 20 yanvar 2021-ci il tarixinə qədər hakimiyyətdə qala bilməkdir, ondan sonra türk-amerika güclərinin müdafiəsi altında olacaq”.

Ardını oxu...

Milli Məclisin dekabrın 24-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə 9 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. "İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Ardını oxu...

Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilib.

Bu barədə xocalininsesi.info-ya istinadla məlumat verir.

Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

29 ildən sonra ilk dəfədir ki, Xankəndidə rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.

 

 

 

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilənlərin adını açıqlayıb. Nazirkdən bu vaxta qədər 2802 nəfər dəfn edilib. Dəfn edilənlərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ardını oxu...

Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

 

 

 

 

“Torpaq bizi səsləyirdi. Tələsirdik düşmənə ağır zərbələr endirib, doğma torpaqlarımıza ayaq basmağa.Tələsirdik Xarı bülbülü azadlığa buraxmağa, tələsirdik illərdir həsrəti ilə yanıb göynədiyimiz doğma torpaqlarımızı geri almağa. Vaxt, zaman yetişdi. Döyüş əmrini alıb irəli yeridik”. Bu sözləri deyən naxçıvanlı igidimiz Hümbətov İlkin Zakir oğlu idi. İlkinin atası vaxtsız vəfat etdiyindən, anası Tünzalə xanım  onu tək böyüdüb boya-başa çatdırıb. Bu mərd, cəsur oğlanın  ən böyük arzusu hərbiçi olmaq idi. Bu sevgi, ona hələ məktəb yaşlarından hakim kəsilmişdi. Sinifdə müəllim sərbəst mövzuda inşa yazmağı tapşırır, elə bu zaman İlkin inşaya bu kəlimələrlə başlayır: “Ən böyük arzum hərbiçi olub, o şərəfli formanı geyinib, düşmən əsarətində olan yurd yerlərimizi azad etməkdir”. Bu arzu, bu niyyət balaca İlkinin xəyalları idi. Böyüdü arzusunu gerçəkləşdirmək üçün addım-addım irəlilədi. Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Lisseydə təhsilini başa vurduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Məktəbi uğurla bitirib Beyləqanda yerləşən “N” hərbi hissəsində leytenant kimi xidmətə başladı. İlkinin ilk döyüş yolu Vətən müharibəsində gerçəkləşdi.Onunla etdiyim söhbət o qədər maraqlı idi ki, sanki bir film səhnəsindən bəhs edilirdi.Cəbhədə baş verənlər bir kinolenti kimi  gözlərimönündə canlanırdı. İlkinin döyüş yolunu vərəqləyib sizlərlə bölüşürəm:

Döyüş başlayır.İlk əvvəl Füzuli, Hadrut istiqamətindən. Daha sonra Cəbrayılın, Xocavəndin kəndləri işğaldan azad edilir. Atəş səsindən qulaq tutulur, göz-gözü görmürdü elə bu məqamda. İlkin hər bir əməliyyata böyük ustalıqla yanaşaraq, üzərinə yağan mərmi yağışından canını qurtarmağı bacarır.Bu gənc naxçıvanlının bir məqsədi vardı: ölmək yox, öldürmək. Döyüşlər zamanı İlkin və onun tabeliyində olan əsgərlər düşmənin çoxlu qənimətini ələ keçirir. Düşmən hər zaman olduğu kimi,Hadrutda gedən döyüşlər zamanı da növbəti riyakarlığına ət atır. Elə bu zaman gənc eloğlumuz, hiss edir ki, niva markalı avtomobildə erməni əsgəri özünü ölü vəziyyətinə vurub.Dərhal hərəkətə keçir, düşməni məhv etməyə nail olur. İlkin deyir ki, döyüş zamanı əsgər, zabit bilinmirdi. Hər birimiz bir  yumruq olub, düşmən üzərində 30 illərdir yanan alovu söndürürdük. Döyüşdə belə bir şey var, döyüş yoldaşına özün qədər güvənirsənsə, deməli o vurulsa sən də vurulmusan,o yaşayırsa sən də sağsan deməkdir. Düşmənin əsas hədəfi  zabitlər idi, çünki idarə etmə itsin deyə. Məhz buna görə də döyüş başlayan bir gündən daşıdığım hərbi rütbəni çıxarıb kənara qoymuşdum. Çünki məndən önəmli mənim şəxsi heyətim idi.Onlar komandirlərininin gözünün içinə baxır, nə komanda verəcəyini böyük ümidlə gözləyirdilər.

Ardını oxu...

“Sumqayıt-Çörək” ASC İqtisadiyyat Nazirliyinin dəstəyi ilə mədəniyyət beşiyi hesab olunan Şuşada ilk istehsal müəssisəsi - çörək istehsalı sahəsi açıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu böyük zəfər iqtisadi imkanların genişlənməsi və yeni layihələrin icrası, eyni zamanda sahibkarlıq üçün də geniş imkanlar açır.

Bu imkanlardan yararlanan “Sumqayıt-Çörək” ASC 20 gün ərzində təşkil edilmiş müəssisə gündəlik olaraq 2 çeşiddə 5000 ədəd çörək istehsal edir. İstehsal sahəsində 10 nəfər işlə təmin olunub. Müəssisə bölgədə xidmət aparan əsgər və zabitlərimizi çörəklə təmin edir.

Fasiləsiz işin təşkili məqsədilə müəssisə fərdi generatorla, su sistemi ilə təmin olunub. Tələbatın artacağı təqdirdə istehsalın həcminin və məhsul çeşidinin artırılması, yeni iş yerlərinin açılması nəzədə tutulur.

 

 

 

 

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 09:10-da Bakıdan Türkiyənin İstanbul şəhərinə yerinə yetirməli olduğu J2 177 reysi ləğv olunub.

Bu barədə  Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, həmin aviareysin sərnişinləri İstanbula AZAL-ın bu gün saat 11:50-də həyata keçirəcəyi J2 175 reysi ilə yola salınacaq.

Bununla belə, hava limanından uçuşun hansı səbəbdən baş tutmadığı açıqlanmayıb.

Sözügedən aviareys sərnişinlərin sayının az olması ilə əlaqədar ləğv edilib.

 

 

 

Xankəndidə ermənilər evləri təcili şəkildə satışa qoyublar.

Müxtəlif ev elanı saytlarında yerləşdirilən evlər təcili satıldığı bildirilir.

Diqqət çəkən məqamlardan biri isə odur ki, evlərin böyük əksəriyyəti bütün əşyaları ilə birlikdə satışa qoyulub. Evlər təcili satıldığı üçün bazar qiymətindən aşağıdır.

Türkiyə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşları müvəqqəti dayandırıb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, uçuşlar koronavirusun yeni aşkarlanan mutasiyası səbəbindən dayandırılıb: "Bildirilirdi ki, koronavirus mutasiyasından sonra Böyük Britaniyada onun yayılma sürəti artıb. Prezidentin tapşırığı və Nəqliyyat və İnfrastruktur Nazirliyinin koordinasiyası ilə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edilib".

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim diyarımızın tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol ­oynayır.

Ardını oxu...

Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olan universitet kollektivinə bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binaya köçürülüb. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb ekspozisiya yenidən təşkil olunub. Qeyd olunub ki, Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var və muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən ən yaddaqalanıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyinin 25 ili tamam oldu. Siyasi iradə, fədakarlıq, xalq sevgisi və böyük əmək sərf edilən ömür yolu ilə bağlı yazı yazmışdım. Onu bir daha oxucularımıza təqdim etmək istəyirəm.

Antik yunan filosofu Aristotel “Politika” əsərində yazır ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Bu mənada, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da böyük siyasətdə və dövlət idarəçiliyində bütün uğurlara məhz xalqın böyük sevgisi, mənəvi dəstəyi, etimadı sayəsində nail olub. Ən mühüm fakt odur ki, cənab Vasif Talıbov blokada şəraitində yerləşən Naxçıvanda iqtisadi uğurlarla yanaşı, cəmiyyətin mənəvi bütövlüyünü yarada bilib. Əsl rəhbər digər insanlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış etmir, hadisələrə biganəlik-laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun hədəfləri xalqın xoşbəxt gələcəyi, işıqlı sabahıdır.

Ardını oxu...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18 dekabr 2020-ci il tarixli Qərarı ilə 2021-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən bildirilib ki, 2021-ci il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli 483 nömrəli Qərarına əsasən 2021-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

Ardını oxu...

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığı faktı aşkarlanıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Almaniyaya yük aparan 67E47910 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 7-ci ildönümündə Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Ardını oxu...

Dekabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunması barədə sərəncamlar imzalayıb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş 622 hərbi qulluqçu “İgidliyə görə” medalı ilə təltif edilib.

Ardını oxu...

Ayrılıq vaxtı çatıb, cəmi 3 gün vaxtın qalıb, bilirəm, getməlisən. İstəsəm də, saxlaya bilmərəm, artıq yolçusan. Amma bir az ayaq saxla, sənə sözüm var. Yolundan edirəm səni, lakin məni dinləməlisən... Səni həmişə çox sevmişəm, bilirsən. Elə buna görə də səndən yazmaq hər dəfə mənə tapşırılardı. Çünki səni sevən çox az insan olub həyatda. “Payızdan nə yazmaq olar ki”, – deyiblər. Lakin sən hər zaman mənim fəslim olmusan. Səni füsnun, romantikan-çiskin yağışın, sarılı-qızılı yarpaqlarınla, bir də, sanki bir ömrün sonunu əks etdirən kədərinlə sevmişəm... Səndən yazılarımda tablolar yaratmışam, hər naxışını, hər “baxışını” mənsur şeirlərimin misralarına çevirmişəm...

Ardını oxu...

Bu gün Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən Virtual Sahibkarlar Yarmarkasının açılış tədbiri keçirilmişdir. 

Tədbiri Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin  icraçı direktoru Jalə Hacıyeva giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək layihə çərçivəsində görülən işlərdən, ölkəmizdə sahibkarlara, o cümlədən, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısından ətraflı bəhs etmişdirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadın sahibkarlara göstərilən dövlət qayğısı ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verərək vurgulamışdır ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Bunun da nəticəsində sahibkar qadınların sayı ildən-ilə artır. Belə ki, 2020-ci ilin 1 iyul tarixə olan statistik məlumata görə muxtar respublikada 53-ü hüquqi, 6926-sı fiziki şəxs olmaqla, ümumilikdə 6979 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 564 nəfər qadın çoxdur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafında əsas göstərici olan   ailə təsərrüfatlarına  xüsusi diqqət və qayğı göstərilir. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Belə ki, hazırda 1040 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur. Həmçinin muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində 2019 və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan müvafiq layihələr uğurla başa çatdırılmış, ümumilikdə, layihələrdə 102 qadına 69 min 250 manat dəyərində sərmayə kapitalı verilmişdır. Hal-hazırda həmin qadınlar təyinatları üzrə fəaliyyətlərini davam etdirirlər.

Ardını oxu...

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində  muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2020-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına əsasən keçirilən seminarı giriş sözü ilə Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Qeyd edib ki, demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Belə ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə  qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz təsirini göstərmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 031 308 test aparılıb

 

 

 

Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ardıcıl olaraq həyata keçirilir, rus sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməməsi üçün hər şeyi edirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

V.Putin Moskvanın Dağlıq Qarabağda sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərərək ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas razılaşmalara əməl etməyə çalışdığını vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, hazırda Bakı ilə Yerevan arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış atəşkəs ardıcıl olaraq həyata keçirilir.

 

 

 

 

Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycanın vaksinləşmə strategiyası haqqında danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə Görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə Görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi”.

Ardını oxu...

Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada ümumi bəla olan pandemiyaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən danışarkən bildirib.

Həkim çatışmazlığının ümumi problem olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.

Prezident qeyd edib ki, dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da bu prosesə qoşulur. “Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 

 

 

 

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.

 Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

 

 

 

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir. Qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

 

 

Xəzər dənizində və Mingəçevirdə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 62 km olub.

Bundan başqa yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb.

 Zəlzələnin maqnitudası 3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

 

 

 

Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Ağdamda olacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, hazırda inşa işləri davam edir: "Genrallarımız və digər şəxsi heyyətimiz hazır vəziyyətdədir. Ayrıca olaraq mina təmizləyən mütəxəssisləri də göndərmişik, onlar Azərbaycanda həm də təlimlər keçirlər.

 

 

 

 

Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər paralel aparılır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar davam edir. Qarşıdakı günlərdə bu məsələ öz həllini tapacaq.

 

 

 


Vasif Talıbov ötən 25 ildə xalqına, dövlətə və prezidentə sədaqətli xidmət nümunəsi göstərdi.

ƏLMANİZ ƏLƏKBƏROV.



1995-ci il 16 dekabr və 16 dekabr 2020-ci il

          Əslində çoxları üçün bu tarix adi bir təqvim kimi görünə bilər. Ancaq Naxçıvan və Naxçıvanlılar üçün bu tarix çox yaddaqalandır. Məhz bu tarixdə Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri cənab Vasif Talıbov cənabları Naxçıvana rəhbərlik etməyə başlayıb.

          Həmin vaxt, Ümummilli lider, Heydər Əliyev kimi dahi bir şəxsiyyət Naxçıvanı işğal olmaqdan xilas etdi. Və özündən sonra Naxçıvana rəhbər kimi layiqli tələbəsinə etimad göstərmişdi. Dahi şəxsiyyət bir neçə illər sonra Naxçıvana Azərbaycan Respublikasının Prezidenti kimi səfər edən zaman öz çıxışında demişdi: Mən ona etimad göstərən zaman gənc olduğu üçün biraz narahat idim, lakin bu keçən illər ərzində cənab Vasif Talıbov sübut etdi ki, ona göstərilən etimadı layiqincə doğruldur.

Bəli, sözün əsil mənasında cənab Vasif Talıbov cənabları Ulu öndərin ona göstərdiyi etimadı doğruldaraq, onun layiqli şagirdlərindən olduğunu sübut etdi.

          Düşündük ki, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi 25 illik zamana, xaricdə yaşayan Naxçıvanlıların fikirləri ilə səyahət etmək daha maraqlı olardı.

          Odur ki, Ukraynada yaşayan həmyerlimiz “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbəsində doğulub boya-başa çatmış Əlmaniz Ələkbərovla həmsöhbət olduq.

          Sual: Siz Naxçıvanda doğulub boya-başa çatan və xaricdə yaşayan Naxçıvanlı kimi, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi ötən 25 ili necə dəyərləndirirsiniz?

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. İşğalçı ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Azərbaycanın və Naxçıvanın qanunverici orqanlarına deputat seçilən, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, təhlükəsizliyinin təmin edilməsinə və inkişafına yönəlmişdi. Qarşıya qoyulan bütün məsələlər ulu öndər Heydər Əliyev uzaqgörənliyi, müdrikliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi. Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.

Ardını oxu...

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.

Son illərdə bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.

Ardını oxu...

Qarabağda sülhməramlıların sayında artım yalnız tərəflərlə razılaşdırılmaqla mümkündür.

Bunu Rusiya Prezindeti Vladimir Putin illik mətubat konfrasnındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür: “Rusiya sülhməramlılarının sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”.

Beynəxlaq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.

Bunu Rusiya Prezindeti Vladimir Putin illik mətubat konfrasnındakı çıxışında bildirib.

O əlavə edib ki, Qarabağda hər zaman müharibə var idi, ora xaricdən bir müdaxilə edilmədi.:

“Qarabağda atəşkəsin pozulması bir dəfə baş verdi və ümüd edirik ki, bu belə də qalacaq. Hazırda əsas məsələ Qarabağla bağlı əldə olunmuş razılaşmasıdır ki, orada insanların həyatı xilas edildi. Digər məsələlər ikinci dərəcəlidir”.

 

 

 

Azərbaycanda 2021-ci ildə Formula 1 Qran prisinin keçiriləcəyi tarix təsdiq edilib.

Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.

 Təqvimdə Azərbaycanda Formula 1 Qran prisinin 2021-ci il 6 iyunda keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.

Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması layihəsinin ümumi ərazi xəritəsi hazırlanıb.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilib. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.

 

 

 

 

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.

Qarabağda atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Qarabağda müşahidə nöqtələri barədə məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımı addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”.

Ədaləti ədalətsizliklə bərpa etmək olmaz. (H.ƏLİYEV)

Ruhunuz şad olsun ULU Öndər! Ədalətli haqq savaşımızla  qələbə qazandıq. Artıq bizə miras olaraq qoyub getdiyiniz və xalqımızı, dövlətimizi əminliklə əllərinə əmanət etdiyiniz Ali Baş Komandanımız Sizin arzunuzu reallaşdırdı. Azərbaycan dövlətinin hər  zaman inandığınız qüdrətini bərpa etdi, tarixi gerçəkliyimizi özümüzə qaytardı. Saxta tarixlə tarixlərini “bəzəyənlərin” dərsini verdi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarınız bugün hər kəsin həyat amalı, yaşam idealına çevrildi. Sözlərinizdən ilhamlanan cəsur oğullarımız vətənin müdafiəsinə  göz qırpmadan hazır oldular. Doğma torpağımızın hər bir qarış torpağını böyük mətinliklə düşməndən geri aldılar, düşmənə öz gücümüzü göstərdilər. Gücümüz demişkən burada hər iki güc- maddi və mənəvi gücdən söhbət gedir. Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyasət, ordu quruculuğu prosesi qələbəmizin ən əsas faktoruna çevrildi. Xalqdan güc alan Prezident İlham Əliyev mənəvi qələbəmizin timsalına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Bütün müharibələr ilk öncə insanın zehnində qazanılır. Janna D Ark

Tanrının haqq tərəzisi gec-tez öz yerini tapacaqdı. Düşmənin (həm də mənfur və iblis düşmənin) əməlləri cəzasız qalmayacaqdı. Əsgərlərimiz döyüşə qazanmaq üçün getdilər. Çünki, onların düşüncələrində, fikirlərində ancaq QƏLƏBƏ və yenə də QƏLƏBƏ idi!!! Bu idi bizə ruh yüksəkliyi yaşadan! Bu idi əsgərimizi, zabitimizi döyüşün ən qızğın çağında belə ölümün gözünə dik baxdıran! Bu idi ən çətin məqamda belə əlindəki gücə, içindəki qəzəb hissinə sığınaraq düşmənin üzərinə qorxmadan, məğrurcasına addımladan! Bax, bu idi bizi qələbəyə yaxınlaşdıran, zəfər tarixini yazdıran!!!

Ardını oxu...

(Məzarüstü monoloq) 

Şəhid baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlu haqqında qısa arayış: 1995-ci il sentyabrın 22-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alan Abbasəli 2010-2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013-2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. Vətən müharibəsində Suqovuşan, Hadrut, Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Oktyabrın 22-də Qubadlının düşmən işğalından azad olunması zamanı şəhidlik zirvəsinə ucalıb, doğulduğu Qahab kəndində dəfn edilib.

          Salam Abbasəli. O müqəddəs ruhuna salam olsun. Yadındadır, səninlə bir məktəbdə oxumuşduq. Riyaziyyat fənnindən  Tomirid müəllimənin yanına birgə hazırlığa gedirdik. Çox sevərdin bu fənni. Suallara sinifdə hər kəsdən aktiv cavab verərdin, cəbr, həndəsə ilə bağlı məsələ və misalları hamıdan tez həll edərdin. Tarix dərslərinə də çox hazırlıqlı gələrdin. Hərdən düşünürəm ki, səni zabit peşəsinə aparan yol riyaziyyat dəqiqliyindən, Vətən tarixinə olan vurğunluğundan keçdi. 2010-cu ildə atan İmamqulu kişidən, anan Tamara xanımdan xeyir-dua alıb Qahabın yuxarı məhəlləsindəki evinizdən məsuliyyətli, çətin, şərəfli bir yola çıxdın. Şərəfli zabit adını qazandın. Kəşfiyyatçı kimi Beyləqan və Ağcabədi rayonlarında xidmət etdin.

          2020-ci il sentyabrın 22-də isə sonuncu dəfə doğum gününü qeyd etdin. Beş gün sonra səni və hərbçi yoldaşlarını tarixi sınaq gözləyirdi. Döyüş meydanında haqq-ədalət də, güc də, təminat da, xalqın dəstəyi də sizin yanınızda idi. Yəqin ki, aramızda olsaydın səndən soruşardım: Abbasəli, Qahabdan Qubadlıya uzanan döyüş yolunu necə xatırlayırsan? Otuz ildir həsrətində olduğumuz, hər santimetrində sənin kimi minlərlə igidin qanı və canı olan o torpaqlar səni ovsunladımı? Bizi Suqovuşana qovuşduran igid, əminəm ki, bizə Cəbrayıl həsrətindən, mənfur düşmənin Zəngilanı, Füzulini necə tar-mar etməsindən, Qubadlıda Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşməyinizdən saatlarla danışardın.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR