23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində  muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2020-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına əsasən keçirilən seminarı giriş sözü ilə Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Qeyd edib ki, demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Belə ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə  qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz təsirini göstərmişdir.

 

Nazirliyin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva qeyri-hökümət təşkilatlarının fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi” haqqında məlumat verib. Bildirib ki, müasir dövrdə qeyri-hökümət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilir. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökümət sektorunun bərabər hüququlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə qəbul edilən qanunvericilik aktları respublikamızda həmin qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmış, onların beynəlxalq standartlara uyğun qurulmasını şərtləndirmişdir.

“Qeyri-hökümət təşkilatlarının ictimai həyatda rolu” mövzusunda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev çıxış edərək qeyd edib ki, ictimai təşkilatlar qanunla müəyyən olunmuş qaydada qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Bildirib ki, qeyri-hökümət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından biridir. Onların dövlət orqanları ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı və milli maraqların qorunmasında böyük əhəmiyyət daşıyır. 

Sonra  mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran  suallar cavablandırılmışdır.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR