23 Dekabr 2024, Bazar ertəsi

Hər kəsin dünyaya göz açdığı torpaq onun üçün əzizdir. İnsan suyu, çörəyi ilə böyüdüyü torpağı sevir, hər kəs öz tutduğu mövqedə Vətəninə xidmət etməyə çalışır. Müəllim savadlı kadr yetişdirməklə, şair torpağını vəsf etməklə, yazıçı gözəllikləri qələmə almaqla, hərbçi isə torpağının hər daşını, qayasını qorumaqla.

      Bu xalq, bu millət millətlər içində imzası olan bir xalqdır. Elə bir xalq ki bir ölüb min dirilir.  Lazım gələndə düşmənin başına şimşək kimi çaxır, dəmir yumruğa dönüb onu pərən-pərən salır. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Bu bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.

Bunu  AMEA-nın birinci vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

Ardını oxu...

Son 25 ildəki misligörünməmiş inkişafa nəzər salmaq üçün təkcə ötən ilin
son ayının ümumi siyasi mənzərəsini təhlil etmək kifayətdir

Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində erməni vandallarının 30 ilə yaxın bir müddətdə zəbt etdikləri tarixi Azərbaycan ərazilərinin işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması – Azərbaycanın parlaq qələbəsi ilə tarixə həkk oldu. 2020-ci il noyabr ayının 10-da Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən üçtərəfli Bəyanatın imzalanması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yolları vasitəsilə birləşdirmək istiqamətində, Naxçıvanın gələcək inkişafı və təhlükəsizliyi baxımından da mühüm tarixi addım oldu. Çünki Bəyannaməyə əsasən artıq Naxçıvanın Azərbaycanın digər bölgələri ilə yeni kommunikasiyaları yaranacaq, “Şərqin qapısı” sayılan muxtar diyarımızın Türkiyə və bütövlükdə, Türk dünyası üçün tranzit əhəmiyyətliliyi daha geniş müstəvidə aktuallaşacaq, diyarımız daha böyük iqtisadi-siyasi dəyər və nüfuza sahiblənəcək.

Ardını oxu...

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası

bu gün uğurla reallaşdırılır

Naxçıvan Muxtar Respublikasında əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan elmi əsaslara söykənən inkişaf konsepsiyası bu gün uğurla reallaşdırılır. Blokadanın, həmçinin dünyada tüğyan edən pandemiyanın yaratdığı müəyyən çətinliklərə baxmayaraq, iqtisadi təhlükəsizlik təmin olunur, yüksək həyat şəraitinə təminat verən strateji siyasət ardıcıl olaraq həyata keçirilir. Bütün sahələrin məqsədyönlü şəkildə inkişaf etdirilməsi nəticəsində bu gün muxtar respublika özünün enerji, ərzaq, hərbi və informasiya təhlükəsizliyini tam təmin edən bir diyara çevrilib. Vaxtilə enerji və ərzaq idxal edən Naxçıvan bu gün xarici ölkələrə enerji və ərzaq ixrac edən bir region kimi tanınır. Önümüzdəki illərdə iqtisadiyyatın prioritet istiqamətləri kimi real sektorun davamlı inkişafı, emal sənayesinin mövcud strukturunun dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilməsi, səmərəlilik göstəricilərinin daha da yüksəldilməsi onun işıqlı gələcəyini təmin edəcəkdir.

Böyük qələbənin memarı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək üçtərəfli Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.

Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru kəməri layihəsinin reallaşması üçün kommunikasiya xətləri və digər işlərin görülməsi barədə qərar verib.

Türkiyənin rəsmi mətbuat orqanında dərc olunan qərar əsasən bu işlər TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkətinə tapşırılıb.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

İki ölkə arasında Anlaşma Memorandumuna əsasən İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

 

 

 

Etüd

Qış gecəsi, soyuğun ilk əvvəl avazı gəlir, sonra mehi. Gecələr uzanır, gündüzlər qısalır. Havalar tez qaralır, sanki qaçanı var, qovanı var. Tələsir zülmətə çatmaq üçün. Hadisələr çox sürətlə baş verir. Bir göz qırpımında. Bütün hadisələrdən agah olan təbiətin sakinləri bir-birinə qışın gəlişindən xəbər göndərir. Hər il belə olur. Səs salır dağ düzə, dərə təpəyə, çay meşəyə. Qış da xəz dərisini geyinib yol alır qədim Nuh diyarının, Əcəmi yurdunun gözoxşayan, dillərə dastan olan ünvanına. Keçdiyi hər yerə misilsiz sərvətini bəxş edir. Soyuqluğunu bölə-bölə xərcləyir. Necə də səxavətlidir bu qış. Heç yerdən əsirgəmir soyuğunu, çovğununu, tufanını.  Həm də ədalətlidir. Bərabər bölür şaxtasını, buz parçalarını. Təpədən dırnağa kimi soyuqlar başlayır. Ətrafdakı ağacların gövdəsindən başlayan soyuq budaqlarına qədər gəlib çıxır.  Donan ağacların boynunu bükməsi, üzərindən əsən şaxtalı, çovğunlu meh əzablı qışın görüntüsü kimi təqdim olunsa da, təbiətin ağ örpəyinin ecazkar tablosundan bir qaleriya salonu yaradır. Əlamətlərini sərgiləyir ətrafına. Qış üçhərfli bir hecalı olsa da, məzmunca çox dərindir. Məqsədcə çox kəskindir. Sərtdir.İnamlıdır, qərarlıdır. Məqsədlidir, iddiallıdır. Necə də prinsipaldır. Heç bir hadisənin haqqını başqasıyla əvəz etməz. Ədalətli bölgüsü var,  qoynundankı balası tək təsbkeşdir. Qoruyur öz fəslinin etibarını. Amma illərdir yorğun idi. Biraz  narahat, biraz da qəmgin idi....Ta ki, bu qışa qədər...

Ardını oxu...

 

 

 

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə dair şərhində deyilir.

Ardını oxu...

Səudiyyə Ərəbistanının Əl-Ulə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının 41-ci sammitində Körfəz münaqişəsinin həlli yolunda ortaq iradənin sərgilənməsi və Qətərlə diplomatik əlaqələrin yenidən təsis edilməsinə dair açıqlama müsbət haldır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur: “Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə Misir tərəfindən imzalanan Əl-Ulə Bəyannaməsinin münaqişəni birdəfəlik həll edəcəyinə ümidvarıq. Müxtəlif vasitələrlə bəyan etdiyimiz kimi Türkiyə Körfəz Əməkdaşlıq Şurasının birlik və həmrəyliyinə önəm verir. Körfəz ölkələri arasında etimadın bərpası nəticəsində Türkiyə strateji tərəfdaşı olan Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələrin inkişafı üçün səylər göstərməyə hazırdır.

Anar İbrahimov: “Yeni Azərbaycan Partiyasının ideyaları, bütövlükdə, müstəqil Azərbaycanın əsas ideoloji hədəfləri sırasında yer alır”


Ötən əsrin sonlarında müstəqillik əldə etmiş ölkəmizi dərin siyasi, iqtisadi, sosial böhran bürüdüyü bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olan həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu.

Ardını oxu...

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Allıkənd kəndindən videogörüntülər hazırlayıb.

Həmin görüntüləri təqdiim edirik.

Ardını oxu...

Hər bir ölkənin hərtərəfli inkişafında iqtisadi amil əsasdır. Nəzərə alsaq ki, dövlətimizin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır, bu halda iqtisadi tərəqqinin rolu özünü daha qabarıq şəkildə büruzə verir. Çünki iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda vətəndaş məmnunluğunun yüksək olması qaçılmazdır. Təkcə son iki ildə həyata keçirilən sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ildən başlayaraq dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan iki sosial paket 4,2 milyon insanı əhatə etdi. Görülən işlərin davamı olaraq 2020-ci ildə dünyada, o cümlədən ölkəmizdə pandemiya ilə ciddi mübarizə tədbirlərinə başlandığı andan möhtərəm Prezidentimiz İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını bildirdi, dövlətimizin başçısının imzaladığı Sərəncam əsasında icra edilən Tədbirlər Planına uyğun olaraq əhaliyə və biznesə dəstək paketləri reallaşdırıldı və həmin proses bu gün də davam edir. Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri üzrə birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə isə 2-ci yerə yüksəlib.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

Ardını oxu...

 

 

 

“Torpaq –əgər uğrunda ölən varsa, Vətəndir!” – biz bu müqəddəs kəlmənin mahiyyətini 44 günlük şanlı Vətən müharibəsində ön cəbhədə vuruşan igid əsgərlərimizin, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan 2802 hərbçimizin  timsalında daha yaxşı dərk etdik. II Qarabağ müharibəsində qazanılan ən şərəfli və qürurverici Zəfər tariximizin baş qəhrəmanlarıdır Şəhidlər. Onların həyatı, ömür yolu gələcək nəsillər üçün böyük məktəbdir. Həyat yolu örnək olan qəhrəmanlarımızdan biri də şəhidlik adlı ali zirvəni fəth edən, dövlət başçısının müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən leytenant Elçin Əsgərovdur. 1997-ci il fevral  ayının 3-də  Şərur  rayonunun Qıvraq kəndində anadan  olub bu cəsur Vətən oğlu. O, 2004-cü ildə  Kəngərli rayon  Qıvraq  qəsəbə  tam  orta məktəbin I sinfinə  gedib. Dayısı Çingiz Bəylərovun dediyinə görə Elçin məktəbdə oxuduğu illərdə də öz bilik və bacarığı ilə yoldaşlarından fərqlənib. Dərslərindən həmişə əla qiymətlər alıb, məktəbin ictimai işlərində fəal iştirak edib. Orta məktəb illərində o, həm də vətənpərvərliyi ilə öz sinif yoldaşlarından seçilib. Vətənə olan hədsiz sevgisi onda gələcəyin zabiti olmaq arzusu oyadır.  2011-ci ildə imtahandan uğurla keçərək Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə  qəbul  olunur.  2014-cü  ildə  həmin  liseyi  bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə  daxil olur. 2018-ci ildə  həmin məktəbi  Kəşfiyyatçı  ixtisası  üzrə  bitirərək  Beyləqan rayonunda “N”  saylı  hərbi  hissədə   xidmətə  başlayır.  2020-ci  ilin  sentyabr  ayının  27-dən  başlanan şanlı  Vətən  müharibəsində Füzuli, Cəbrayıl rayonlarının  işğaldan  azad  olunmasında igidliklə  döyüşür. Müsahibim deyir ki,  Elçin sonuncu dəfə mənimlə oktyabrın 17-də danışanda dedi ki, dayı hər şey yaxşı olacaq, hər gün kəndlərimizi işğaldan azad edə-edə ancaq irəli gedirik, tezliklə qələbə ilə qayıdacağıq, ondan sonra danışa bilmədim. Doqquz gündən sonra oktyabrın 26-sı mənə xəbər verdilər ki, Elçin şəhid olub. Vətən sevgisi o qədər yüksək idi ki, yaşı az olsa da çətin və şərəfli  vəzifənin öhdəsindən vicdanla və ləyaqətlə gəldi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəman kimi döyüşdü, qəhrəman kimi də Şəhid oldu. Elçinin itkisi çox ağırdır, mən onunla fəxr edirəm.

Ardını oxu...

Şanlı türk ordusu yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan nümunə alaraq dost, qardaş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini anma günü ilə əlaqədar açıqlamasında deyib.

O bildirib ki, Türkiyə BMT, NATO, ATƏT, eləcə də ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox ölkədə sülhə töhfə vermək üçün böyük səy göstərir.

Ardını oxu...

Naxçıvanda daimi qeydiyyatda olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsinə Bakı-Naxçıvan-Bakı təyyarə reyslərinin bərpasından sonra başlanılacaq.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov açıqlamasında bildirib.

Bəxtiyar Əsgərov vurğulayıb ki, bir neçə gündür Naxçıvanda davam edən əlverişsiz hava şəraitinə görə təxirə salınmış Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edildikdən dərhal sonra Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinə başlanılacaq. Vətəndaşlar təyyarə reysləri bərpa edildikdən dərhal sonra göstərilən ünvana müraciət edə biləcəklər.

Qeyd edək ki, şəxsiyyət vəsiqələrinin verilməsi ilkin mərhələdə yanvarın 31-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında  aparılacaq.

(monoloq)

       Salam olsun  şəhidim, salam olsun Vətən azadlığını  canına qurban verən  şəhidim.Qürur dolu baxışlarınla  köçüb getdin  bu dünyadan, ən uca məqama yüksəldin qardaşım. Oğul var evdən gedir, oğul var eldən gedir. İbrahim sən  eldən gedən oğullarımızdan oldun. Şəhidim eşitdim ki, sənin hərbiçi olmaq ən böyük arzularından biri olub. Hərbiçi olmaq istərkən daha böyük zirvəyə çatmısan qardaşım.Və həmin arzularını gerçəkləşdirməkdən ötrü canından, doğmalarından hər şeydən keçməyə hazır olmusan. Çünki sən ilk əvvəl Vətən deyib, sonra sevdiklərinin adını çəkirdin.

Sənin “ana” adlı nisgilin  vardı qardaşım, o nisgil ki, ana qoxsunu, ana qayğısını doyunca ala bilmədin. Ay İbrahim sənin haqqında qohumlarından, döyüş yoldaşlarından, kimdən soruşdumsa, mərdliyindən, igidliyindən, cəsurluğundan, qorxmazlığından,Vətənə olan sonsuz sevgindən, torpaqlarımızın azadlığa qovuşmağını dilə gətirməyindən, daha nələrdən elə ağızdolusu danışdılar ki... Elə Vətən müharibəsi zamanı döyüşlərə  canla-başla qatılmağın da  doğmalarının sadaladıqlarını bir daha təsdiq edirdi. Sən doğma torpaqlarımıza ayaq basdığın zaman dünyanın  ən xoşbəxt insanı olmuşdun bilirəm. Həyat yoldaşına zəng etdiyin zaman ilk cümlən bu olmuşdu: “bu torpaqların havasını ciyarlarıma çəkdiyim zaman  dünyanın ən xoşbəxt insanı oluram”. Şəhidim   sən Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə  bir tarix yazdın. O tarix ki, heç bir zaman silinməyəcək, o tarix ki,  adını  əbədiyyət zirvəsinə  ömürlük  həkk etdirdin. Ay İbrahim, sən döyüş meydanında nigarandın doğmalarından ötrü.  Onlardan xəbər tutan kimi yaxşısınızmı,siz yaxşı olun ki, mən də burada rahat olum deyirdin. Oktyabrın 30 idi sanki hiss etmişdin  şəhid olacağını, duymuşdun artıq ali məqama yüksələcəyini, ölümsüzlüyə qovuşmağa hazırlandığını. Gülərlə danışıb bu yolda geri dönməməkdə var əzizim, əgər mən geri qayıda bilməsəm səni ailənə və atama həvalə edirəm. Bu gün bizim daha çox duaya ehtiyacımız var. Vaxt gələr övladlarımıza atalarının keçdiyi döyüş yolundan danışarıq Gülüş, zaman o zaman olacaq ki,  sən mənimlə fəxr edəcəksən. Biz namazımızı qılıb Allahdan hər birimizə dəstək üçün dua edəcəyik:-deyib dəstəyi yerə qoymuşdun. İbrahim demək gün həmin gün idi,yarınla danışdıqdan düz yarım saat keçmişdi ki, üzərinə yağan mərmi güllələrindən canını qurtara bilmədin. Elə o andaca gözlərini əbədiyyən  yumub  şəhdilik zirvəsinə  ucaldın, bizlərinsə qəhrəmanına çevrildin.30 illik həsrətimizi, sevincimizə çevirənlərimizdən oldun.

Ardını oxu...

 

 

 

Türkiyə Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılmasını alqışlayır.

 Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qətər və Səudiyyə Ərəbistanı arasında quru, dəniz və hava sərhədlərinin açılması ilə bağlı əldə olunan razılığı alqışlayırıq.Bu razılaşma Fars Körfəzi bölgəsində 2017-ci ilin iyunundan bəri davam edən qarşıdurmanın nizamlanması istiqamətində əhəmiyyətli bir addımdır".

Nazirlik Fars körfəzində fikir ayrılıqlarının "hərtərəfli və qalıcı" həllinə ümid etdiyini də qeyd edib.

 

 

 

Nazirlər Kabineti 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar ölkədə avtomobil benzinlərinə artan tələbatın ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təmin edilməsi məqsədi ilə verilib.

Ardını oxu...

Müdafiə Nazirliyi Azıx mağarasının görüntülərini paylaşıb. 

Görüntüləri təqdim edirik:

Ardını oxu...

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

Bu barədə  “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Ardını oxu...

Müdafiə Nazirliyi Zəngilan rayonunun Genlik kəndindən videogörüntülər yayıb.

Videonu təqdim edirik:

Ardını oxu...

Müdafiə Nazirliyi Zəngilan rayonunun Yenikənd kəndindən videogörüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik.

Ardını oxu...

“TRT Azərbaycan” “İki dövlət tək ordu” adlı sənədli film hazırlayıb.

Filmdə Azərbaycanın 44 günlük müharibəsindən söz açılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti və “AKİ PHARM” MMC-nin kollektivləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əsgərlərə bayram sovqatı aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı aparıb.

Ardını oxu...

Geridə qoyduğumuz il nələrlə xatırlanacaq


Bütün dünyanı “Bitsin artıq!”, – deməyə vadar edən tarixin 2020-ci səhifəsini artıq bağlayırıq. Bu səhifəyə nələr yazılmadı ki? Dünyanı cənginə alan pandemiya, ilboyu ardı-arası kəsilməyən yanğın, zəlzələ, təbii və antropogen fəlakətlər, minlərlə insan ölümü... Məhz buna görə də dünya mətbuatını araşdırarkən 2020-ci ilin “Fəlakət ili” elan edildiyinin şahidi oluruq. Dünya 2020-ci ilə, təlatümlü bir dövrə qədəm qoymuşdu. Avstraliyada yanğın fəlakəti ilə başlayan il qlobal fəlakətlə davam etdi. Bütün dünyaya yayılmağa başlamış pandemiya 2 milyona yaxın insanın ölümünə səbəb oldu, yüzlərlə dünya və Avropa səviyyəli tədbirlər bu səbəbdən təxirə salındı. 

Ardını oxu...

İşğal edilmiş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə geri alındığı 2020-ci il Azərbaycan hərb tarixində Qələbə ili kimi özünəməxsus yer tutaraq yaddaşlardan silinməyəcək. Erməni ordusunun məğlubedilməzlik mifinin darmadağın edilməsi, düşmənin kriminal hərbi-siyasi rejiminin dezinformasiya ilə dünya ictimaiyyətini aldatmasına son qoyulması, Azərbaycan əsgərinin addım səslərini eşidib qaçan düşmən əsgərinin öz xislətinə uyğun olaraq mülki əhalini hədəfə alması, qalib ölkə Azərbaycanda birlik, bərabərlik və həmrəyliyin sarsılmaz olması, məğlub ölkə Ermənistanda isə xaosun hökm sürməsi bu müharibədə şahidi olduqlarımızın hələlik bir qismidir.

Ardını oxu...

Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdəndir. Buna nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.

Həmin qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı.

Ardını oxu...

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi, eləcə də ölkəmizin digər bölgələrindən olan tələbələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sovqat verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.

Ardını oxu...

Dekabrın 31-i dünya şöhrətli kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin doğum günüdür.

Azərbaycanın ilk kimyaçı akademiki, maarifçi, təşkilatçı, götkəmli dövlət xadimi Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabr ayının 31-də gözəl guşələrimizdən biri olan Ordubad şəhərində anadan olub. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Y.Məmmədəliyev kimya elminə olan dərin marağını və sevgisini nəzərə alıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Dünya kimya elminin görkəmli alımlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib. Bu tədqiqatların yekunlarına görə 1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası Y.Məmmədəliyevə kimya elmləri namizədi alimlik dərəcəsi verir. Bu fövqəladə bir hadisə olub, alimin elmi fəaliyyətinə verilən yüksək qiymət idi.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə birgə dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışan universitetin rektoru Elbrus İsayev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Universitetin rektoru Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib. Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir.

Ardını oxu...

2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan da uğurla çıxıb. Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib. Təltif olunanlar arasında Naxçıvan Dövlət Universiteti Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov da olub.

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ardını oxu...

Dağlıq Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində iştirakına cəlb olunan Türkiyə hərbçiləri Azərbaycana yola düşüblər.

Bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülər və qoşun növləri komandirlərinin iştirakı ilə videokonfrans formatında keçən ilin yekunlarına həsr olunmuş iclasda Cənubi Qafqazdakı vəziyyətə toxundu.

Ardını oxu...

Son iki gün... Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirir, bir il də ötür həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa, illəri əvəzləyir. Fəsillər dəyişir... Bahar yay, payızsa, qış olur. Necə də bənzəyir insan ömrünə: bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaq tökümünü izlədi, deməli, bir yaş da gəlir yaş üstünə, bir il də yollanır öz arxivinə. Çünki yarpaq tökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək bir ili də başa vurdum deməsidir. Sən də keçdin fəsilləri birər-birər. Qışda gəlmişdin, qışda da yolçu olursan... Bütün dünyanın yadında qalan, tarixinə yazılan, hər kəsin həyat dəftərinə bir sətir yazan 2020...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidməti borcunu yerinə yetirən hərbi qulluqçularla görüşüb, onlara sovqat təqdim ediblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzinin mərasim zalında muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.

Ankara ümid edir ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı deyib.

O deyib: "Biz görürük ki, Qarabağda atəşkəs rejimi bərqərar edilib. Ümid edirik ki, atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq"

 

 

 

Hekayə

Sərt keçən qışın ən yaxşı məlhəmi xudmani bir kənd evidir. Bir də kənd evində yanan gurhagur soba. Evin sakinlərindən nənəm, babam, atam və mən sobanın ətrafına yığışıb qışın şirin söhbətlərindən edərik. Axı qışda ən səmimi söhbətlər, keçmiş xatirələr mütləq sobanın dibində yada salınır. Bu mərhələdə həm isinirsən, həm də istinin verdiyi enerji ilə duyğulara yelkən açırsan. Bu duyğularla başlayır, keçmiş yolçuluğa səyahət. Söz açılan səyahət biz uşaqların ən çox sevdiyi mənzərədir. Bəzi babalar kimi mənim babam da keçmiş zamanlardan danışmağı çox xoşlayardı. Elə himə bənd idin ki, “o vaxt” – deyib çəkiləsən qırağa. Evin ağsaqqalı da həmin mövzunu eninə-uzununa çox həvəslə, ürəklə, bəzən də gözü dola-dola danışardı. Mən də hər dəfə babama qulaq asanda gözlərim önündə rəngarəng səhnələr canlandırar, elə bil balaca hekayələr dinləyərdim. Həmin hekayələrdən ən maraqlısını sizinlə də bölüşürəm....

 – Adətimiz üzrə yenə yığışmışdıq, düzülmüşdük sobanın ətrafına. Pürrəngi çayın yolunu gözləyirdik. Babam bardaş qurub danışmaq üçün fürsət axtarırdı. Bu gecənin mövzusunu da çaydan bir qurtum ala-ala elə mən özüm verdim. Həyəcanlı gözləriylə, tədirgin baxışlarıyla ağsaqqal istəyirdi ki, başlasın, qabaqladım onu. Uzun zamandır soruşmaq istədiyim mövzu idi. İnternetdən baxdıqlarımdan əlavə babamın söyləyəcəyi fikirlər çox əhəmiyyətli idi mənim üçün. Görmüşdü axı o illəri... Baba, həmrəylik nə deməkdir? Həmrəylik ilk əvvəl haradan başlayır? Bir ağsaqqal kimi bu mövzuda heç danışmamısan. Maraqlı sözlərindən dinləyək.

          - Hə qızım çox əhəmiyyətli, həm də olduqca zəruri bir sualdır. Yaxşı ağlına gəlib. Maraqlıdır ki, mən niyə bu barədə heç vaxt danışmamışam. Axı, əsl danışılmalı mövzudur. Birinci onu deyim bil və  qulağına sırğa elə. Həmrəylik birlik deməkdir. Birlikdə gücdür. Elə ailədən başlayır həmrəylik. Ailə üzvləri həmfikir oldusa, bir oldusa o ailənin təməli qüvvətli olur. Sütunu möhkəm olur. Yıxılmaz həmin ailə, qopmaz yarpaqları. Birləşən bir çox dəyərlərlə daha dayanıqlı olar. Atanın məsləhətinə, çağrışına ilk əvvəl yoldaşı, sonra da uşaqları əməl etdisə, bax, bu həmrəylik nümunəsi sayılır. Ya da ata ilə ananın ortaq məsləhətləşməsi və uşaqların onları dəstəkləməsi. Hər iki hal da ailə bünövrəsinin sədaqətini, ailə üzvlərinin qarşılıqlı hörmətini göstərir. Görürsən həmrəylik necə böyük, məzmunlu, çoxşaxəli bir ifadədir.... Başqa nə bilmək istiyirsən, sən soruş, mən deyim ay qızım...

Ardını oxu...

Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının növbəti iclası şərtlər imkan verən kimi keçiriləcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Birgə Strateji Planlama Qrupunun iclasının açılışında deyib.

O bildirib ki, M.Çavuşoğlu ilə iqtisadi, siyasi, mədəni və bir çox digər sahələr üzrə məsələləri müzakirə edəcək:

"Bundan başqa, tərəflər Suriya tənzimləməsi üzrə Astana formatının işini, Liviyadakı vəziyyəti və Dağlıq Qarabağ mövzusunu müzakirə etməlidir. Bizim əməkdaşlığımızın coğrafiyası Qara dəniz və Mərkəzi Asiyanı əhatə edir. Biz həmçinin beynəlxalq strukturlarda BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar çərçivəsində əməkdaşlıq edirik".

 

 

 

 

 

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 2021-ci ildə iki ölkə prezidentinin görüşünün təşkil olunması məsələsini müzakirə edəcək.

Bunu M.Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun iclasında deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü 2021-ci ildə Türkiyədə keçirilə bilər:

"Prezidentlərimiz arasında yaxın dialoq, qarşılıqlı etimad təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət edir. Bu gün dövlət başçılarınını gələn il Türkiyədə görüşünün təşkil olunması məsələsini müzakirə edəcəyik".

 

 

 

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir.

Nazirlikdən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir daha nəzərə çatdırırıq ki, həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.

Ardını oxu...

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, büdcə zərfinin müzakirələri iclasda üçüncü oxunuşda davam etdiriləcək.

Parlamentin iclasının gündəliyi aşağıdakı kimidir:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Ardını oxu...

Qarabağda silahı buraxmayaraq geri çəkilməkdən imtina edən erməni ünsürlərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı suala cavabında deyib.

H.Aksoy bildirib: "Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində hərbi və mülki itkilər, eləcə də yaralılar olmuşdur. Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.

Ardını oxu...

Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək.

Bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

Ekspert bildirib: "Mutasiya davam edəcək. Mutasiya - təbii prosesdir. Virusun özünə xüsusi olaraq təsir etmir, ancaq bu variantları, o cümlədən yoluxdurma potensialı nöqteyi-nəzərindən araşdırmağa davam etməliyik".

Onun sözlərinə görə, ÜST vəziyyəti yaxından izləməyə və dünyadakı mutasiyaları izləyən alimlərlə işləməyə davam edir. Təşkilatın koronavirusun yeni variantlarını öyrənən mütəxəssis qrupları var: "Onların işlərinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq".

 

 

 

Hər bir xalq özünün gələcəyə ümidlərini gənc nəsillərə bağlayır. Gənc nəslin mütəşəkkil formada yetişdirilməsi ölkə üçün ən başlıca məsələlərdən biridir. Çünki gənclik ölkədəki sosial-iqtisadi, ictimai-siyasi və hüquqi bazanın formalaşmasında mühüm rol oynayır.

Ardını oxu...

Zaman gəlib 2020-ci ildə dayandı və sentyabr ayının 27-ni Azərbaycan tarixinin şanlı səhifələrinə yazdı. Həmin gün ölkəmizdə müharibə başladı. Ermənilərin 30 il əvvəl, 1990-1993-cü illərdə işğal etdikləri, soydaşlarımızın əllərindən zorla aldıqları, insanları min bir zülmlə evlərindən didərgin salıb, talelərinə köçkünlük yazdıqları, torpaq həsrətlisinə çevirdikləri Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının azad olunması günü çatmışdı.

Ardını oxu...

Əzəldən bəri xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan igid oğullarımızın qanını yerdə qoymayan bu günümüzün qəhrəmanları 44 günlük Vətən savaşında həmin missiyanı şücaətlə davam etdirdilər. Ərənlərimiz canı-qanı bahasına döyüş meydanında böyük qəhrəmanlıq göstərdilər. Bu şərəfli yolda hünərlə addımlayan mərd igidlərimiz Ana Vətən uğrunda öz qanlarıyla, canlarıyla ölməzlik qazanaraq, əbədiyyətə qovuşub, şəhidlik adlı ən uca məqama yüksəldilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. İgidlərimiz bu qəhrəmanlığı, mübarizliyi bütün dünyaya nümayiş etdirdilər. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Vətən oğullarımız sübut etdilər ki, bu xalqın qəhrəmanları yenilməz, həmrəyliyi əbədi və tükənməzdir.

Ardını oxu...

Bizim Rusiya ilə bir çox sahədə əməkdaşlığımız mövcuddur.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri ərəfəsində deyib.

O bildirib ki, sabah Soçidə Türkiyə-Rusiya Birgə Strateji Planlama Qrupunun iclasında Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq:

"Regional məsələlərdə fərqli tərəflərdə olsaq belə, Rusiya ilə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, amma Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir. Biz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik. Atəşkəsə nəzarət mərkəzinin vəzifəsi və fəaliyyəti barədə müzakirələr olacaq. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır. Bu məsələdə də gələcəyə yönəlik addımları müzakirə edəcəyik".

Qeyd edək ki, Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR