Türkiyə Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Qarabağa videoçarx həsr edib.
Paylaşım idarənin tvitter səhifəsində dərc olunub.
Videoçarxa məşhur repçi Orxan Zeynallının (AiD) Qarabağa həsr olunan “Torpaqdan ev” mahnısı əlavə olunub:
Türkiyə Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Qarabağa videoçarx həsr edib.
Paylaşım idarənin tvitter səhifəsində dərc olunub.
Videoçarxa məşhur repçi Orxan Zeynallının (AiD) Qarabağa həsr olunan “Torpaqdan ev” mahnısı əlavə olunub:
Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Şahvələdli və İmambağı kəndlərindən videoreportaj hazırlayıb.
Həmin videoreportajı təqdim edirik.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməlinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bunu AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
Tarixən mövcud olan Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq, dostluq münasibətləri müasir dövrümüzdə də bütün istiqamətlər üzrə uğurla davam edir. Ölkəmizin 44 gün ərzində apardığı Vətən müharibəsi dövründə də bu amil özünü ən yüksək səviyyədə göstərdi, döyüşlərin başladığı gündən qardaş ölkə həm xalq, həm də dövlət olaraq öz dəstəyini əsirgəmədi.
Hər bir xalqın tarixində mühüm rol oynamış şəxsiyyətlər olur. Hansı ki həmin şəxsiyyətlər tarixin müəyyən bir zamanında ölkəsini, xalqını tarixin ən ağır sınaqlarından çıxararaq əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev də belə dahilərdəndir.
10 dekabr 2020-ci il... Bakı şəhəri, Azadlıq meydanı... Bu təqvim tarixi yaddaşımıza əbədi yazıldı. Çünki Azərbaycan öz müstəqilliyinin bərpasından sonra ilk dəfə Qalib Ordu kimi möhtəşəm Qələbə paradına sahiblik etdi. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanan Bəyannamədən bir ay sonra keçirilən bu parad, sözün həqiqi mənasında, ərazi bütövlüyümüz uğrunda aparılan haqq mübarizəmizin yekun hesabatı oldu. Bu paradın başqa ölkələrdə keçirilən qələbə paradlarından fərqi həm də onda idi ki, bu Zəfər yürüşündə iki dövlətin bir milləti yenə birlikdə idi. Parada hazırlıqla bağlı ilk məruzə də hər iki dövlətin rəhbərinə olundu və qardaş ölkələrin Dövlət himnlərinin ifası ilə başladı. Ümumilikdə, bu əlamətdar gündə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan və hər iki dövlətin ordu təmsilçilərinin birgə iştirak etməsi bir daha Türkiyə-Azərbaycan qardaşlığının və gücünün bütün dünyaya nümayişi idi.
Dekabrın 11-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Gülnar Quluzadə əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan bəşər sivilizasiyasının ilkin mədəniyyət ocaqlarından biridir. Bu qədim diyar min illərə şahidlik edən tarixi abidələri, füsunkar təbiəti, ləziz təamları ilə Naxçıvana ayaq basan insanları təəccübləndirir. Şanlı tariximizin izlərini özündə qoruyub saxlayan, 3500 ildən çox yaşı olan bu diyarın adına tarixdə ilk dəfə Klavdiy Ptolomeyin əsərlərində rast gəlinir. Mən də Naxçıvanda doğulub boya-başa çatmış bir gənc kimi şəhərimin gözoxşayan gözəlliyini tərif etməyi hər zaman özümə borc və şərəf bilirəm.
Müdafiə Nazirliyi Ağdam rayonunun Boyəhmədli kəndinin videogörüntülərini yayıb.
Görüntüləri təqdim edirik:
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb.
Bakı Media Mərkəzindən verilən məlimatda bildirilib ki, Zəfər paradı 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi.
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “ Azərbaycan Respublikasının tarixi qələbəsinə həsr edilmiş “10 dekabr Zəfər yürüşü” münasibəti ilə tədbir təşkil olunub.Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Universitetin“Tədris və tərbiyə işləri” üzrə prorektoru, Rafiq Rəhimov Ali Baş Komandanımızın rəhbərliyi, əsgərlərimizin döyüş bacarığı və xalqımızın qələbəyə inamı sayəsində qazandığımız zəfər münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib.Qeyd edilib ki, bu gün qələbə münasibəti ilə keçirilən “Zəfər yürüşü” hər bir Azərbaycan vətəndaşında fəxarət hissi oyadır.Bununla da bütün dünyaya ordumuzun gücünü, qüdrətini, millətimizin birliyini sübut etdik.Prorektor II Qarabağ döyüşlərində universitetdə təhsil alan tələbələrimizin də iştirakını diqqətə çatdırıb.
Dekabrın 11-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Gülnar Quluzadə əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Xüsusi İstintaq Xidməti Nikol Paşinyan və bir qrup digər yüksək vəzifəli şəxsə qarşı cinayət işi açıb.
Erməni KİV-lərinə istinadən verilən məlumatına görə, bunu "Vahid Ermənistan" partiyasının sədri Artur Kazinyan "Facebook" səhifəsində yazıb.
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.
İclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı olub.
Ötən gün Bakıda İkinci Qarabağ müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Böyük izdihamla keçən paradı izləmək üçün 100-lərlə sakin bulvar ətrafına toplanmışdı.
44 günlük Vətən müharibəsinə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixdən-Vətən müharibəsinin ilk günündən başlayaraq KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.
Türkiyənin Manisa vilayətində 1517 metr yüksəklikdə yerləşən Spil Dağı Milli Parkının girişindəki “Topkale” bölümündə tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə aksiya keçirilib. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı aksiya Türkiyədə fəaliyyət göstərən Manisa-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşəbbüsü ilə baş tutub.
Bu barədə məlumat verən dərnəyin idarə heyətinin sədri Yalçın Daşdəmir bunun yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi Qələbəsi olduğunu bildirib.
Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.
Azadlıq meydanı hansı hadisələrə şahidilik etməyib ki? Bu meydan milli azadlıq hərəkatını görüb. Bu meydanda 20 Yanvar şəhidləri son mənzilə yola salınıb. Bu meydan dəfələrlə hərbi paradlar da görüb. Amma Azadlıq meydanı Zəfər paradını heç vaxt görməmişdi. Azərbaycan dekabrın 10-da daha bir tarixi anı yaşadı.
Düşmənin kapitulyasiya aktına qol çəkməsindən bir ay sonra qalib Azərbaycan Ordusu paytaxt Bakının mərkəzində güc nümayişinə çıxmışdı. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Zəfər paradında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirak etməsi Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun bariz ifadəsi idi.
Muxtar respublikamızda son illərdə insanların rahatlığına xidmət edən bir sıra iri layihələr icra olunur ki, bunların sırasında “ASAN xidmət” mərkəzi xüsusi əhəmiyyəti ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu məqsədlə 8,8 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə “ASAN xidmət” mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılıb, aprel ayından etibarən mərkəz üçün yeni binanın tikintisinə başlanılıb.
Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.
R.T.Ərdoğan müharibə zamanı Azərbaycanın mülki əhalisinin ermənilər tərəfindən qətlə yetirilməsi haqqında da danışıb. Prezident bildirib ki, Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları hədəfə alınmışdı: “Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalıb. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanıb. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınıb. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır. Hər məcrada bunun hesabını sormalıyıq”.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şenton Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
M.Şentop bildirib: “Vahid Vətən Hərəkatında böyük zəfər əldə edən can Azərbaycanın Zəfər gününü təbrik edir, Qarabağa Azərbaycan Türkünün bayrağını asmaq, zülmə və işğala son qoymaq üçün şəhadətə ucalan 2783 qəhrəmanımıza Allahdan rəhmət diləyirəm”.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
44 günlük qalibiyyətli Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən ordumuz şanlı Zəfərini bu gün Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi.
Zəfər paradında polkovnik Səid İsayevin başçılıq etdiyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları və ilk dəfə olaraq general-mayor Məhəmməd Həsənovun başçılıq etdiyi Heydər Əliyev adına Hərbi Liseyin kursantları da keçid edib.
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla iştirakı ilə qalib ölkə kimi keçirdiyi Qələbə Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.
Bunu AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.
Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.
Paradda Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.
Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.
İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.
R.Ərdoğan bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.
Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.
Bu zəfər günündə sizinlə bərabər olmaqdan böyük fəxr duyuruq. Əziz qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. 44 günlük müharibədə şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm”.
Ermənistan hakimiyyətləri xalqın resurslarını Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xərcləyiblər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.
R.Ərdoğan deyib ki, Ermənistandan cəsur addımlar atmasını gözləyirik: “Ermənilərin diaspor əsarətindən qurtarmasını, düşmənçilik yerinə yaxşı qonşuluq münasibəti göstərməsini arzulayırıq. Erməni xalqı Qarabağda baş verən hadisələrdən nəticə çıxaracaqsa, bu, bölgədə yeni dönəmin başlamasına səbəb olacaq”.
Paradların birində mən demişdim ki, 2016-cı ildə Lələtəpədə qaldırılan bayraq gətiriləcək və gün gələcək azad olunan torpaqlarda qaldırılan Şanlı Bayraq bura gətiriləcək!
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.
Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.
Ermənistandan ələ keçirilən hərbi texnikaların və avtomobillərin nömrələrindən hazırlanmış lövhə Azadlıq Meydanındadır.
Bir neçə müddət öncə sosial şəbəkələrdə Kəlbəcərdə ermənilərin Azərbaycana məxsus avtomobil nömrələrindən hazırladıqları lövhə gündəmə gəlmişdi.
İndi isə Azadlıq Meydanında Ermənistanın ələ keçirilən hərbi texnika və avtomobillərinin nömrələrindən ibarət lövhə hazırlanıb. Hazırlanmış lövhənin üzərində isə "Qarabağ Azərbaycandır!" yazılıb.
“Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”dəki paylaşımında bildirilib.
AZAL uçuşlarla bağlı məlumat yayıb.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildirilib ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.
Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı hələ də yaddaşlarda qalmaqdadır.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanın sentyabrın 27-də mülki obyektlərə zərbə endirməsi səbri daşıran son damla olub: “Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün hərəkətə keçib və "Tək Vətən Hərəkat Planı"nı işə salıb. 44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhramanı" adı verildi, bir qrup hərbi qulluqçu isə "Zəfər" və "Qarabağ" ordeni ilə təltif olundu.
Təltif olunmalar bununla yekunlaşmır. Bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular təltif olunacaqlar.
Qələbəyə görə veriləcək medalları təqdim edirik:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.
Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.
Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının qorunmasına ən çox diqqət yetirən ulu öndər demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.
Şəhidlərimin qanı yerdə qalmadı!!! Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, müzəffər Ordumuz Azərbaycanın qanayan yarası Qarabağımızı azad etdi. Son illərin ən yüksək dövlət-xalq-ordu birliyinin şahidi olmaqla, yaşadığımız bu şanlı tarixin hər dəqiqəsini dərin duyğular içində keçirdik. Əksər ölkələrin həm mənafe, həm də siyasi baxışlarını önə çəkərək mənfur düşmənlərimizə arxa çıxması bizi təəssüfləndirir. Dinc şəhərlərimizin raketlə vurulması belə, beynəlxalq ictimaiyyəti narahat etmədi, əlaltından düşmən ölkəni silahlandırmağa davam etdilər. Lakin Böyük Qələbəyə nail olmaq, Azərbaycan insanının, Türk dünyasının daha əzmli, qürurlu tarixini yaşamaq bizi sevindirir. Yanımızda Türkiyə, Pakistan kimi dövlətlərin böyük və səmimi dəstəyini, bir çox ölkə və qurumların təqdirini hiss edərək haqlı işimizdə daha inamla irəlilədik. Fransa və bənzər ölkələrin isə ermənilərə aşırı canıyanarlığı hələ də ürək bulandırır.
Yolumuz qədim Naxçıvanın qeyrət qalası Sədərəyədir. Bu dəfə ezamiyyətə yox, Vətən müharibəsinin qəhrəmanlarından biri Ərtoğrula son borcumuzu ödəməyə gedirik… Qəhrəmanın ocağına ilk dəfə getsək də, heç kimdən soraq almırıq, çünki kəndə girər-girməz yolboyu dalğalanan bayraqlar bizə şəhid ocağının yerini nişan verir. Uğruna canını verdiyi bayraqlar yol göstərir gələnlərə… Hümbət atanın yollara dikilən gözlərinə əbədi həsrət çöküb. O, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb: “Təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Ərtoğrulun cənazəsi gələn gün tabutu önündə qurban kəsib igid balasına. Deyir ki, oğlum əliboş qayıtmadı, özüylə zəfər gətirdi. İllərdir, dadını az qala unutduğumuz Qələbəni gətirdi bizə balalarımız. Onlar illərdir, əsir olan torpaqlarımızın dərdinə dərman oldular.
Hər bir regional və ya beynəlxalq hadisənin mahiyyəti özünün başvermə səbəbləri, ortaya qoyduğu nəticələri ilə xarakterizə olunur. Artıq bir müddətdir, bütün dünyanın diqqət mərkəzinə çevrilən II Qarabağ müharibəsi və bu müharibənin nəticəsi olaraq Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanmış məlum Bəyannamə də bütün dünya kütləvi informasiya vasitələrinin əsas müzakirə mövzusudur.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar. Əlahiddə Ümumqoşun Ordunun bölmələri Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da keçid edəcək.
İran və Azərbaycan xarici işlər nazirləri İran paytaxtı Tehranda Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər haqda müzakirələr aparıblar. b unu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə özünün Twitter səhifəsində yazıb.
S.Xətibzadənin sözlərinə görə, İran müsbət qonşuluq siyasəti çərçivəsində işğal olunmuş ərazilərin azad edilməsi və əldə olunan nəticələri müsbət qarşılayır və münaqişənin siyasi yollarla daimi şəkildə həll edilməsinin tərəfdarıdır.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 403 yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.
Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.
O, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:
"Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanır. Biz ilk gündən Azərbaycanı dəstəkləmişik".
O bildirib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək:
"Sabah biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik."
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Washington Times” qəzetində çıxan məqaləsində bəzi beynəlxalq mətbuat orqanlarının guya Azərbaycanın xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” planlaşdırması barədə irəli sürdüyü əsassız ittihamlara cavab verib.
“Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsində H.Hacıyev bildirib ki, keçmiş SSRİ-nin bütün ərazisində dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada provaslav kilsələri, Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.
Xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfərlə yola düşüb.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.
Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.
Bunu ötən ayın ümumi siyasi mənzərəsi də bir daha təsdiqləyir
Yola saldığımız noyabr ayı 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən, ümummilli mənafelərə xidmət edən, dövlət müstəqilliyimizin əbədi bərqərar olmasının, müstəqil ölkəmizin çoxşaxəli inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ilə əlamətdardır. Ötən ay, eyni zamanda uzun illərdir ki, siyasi fəaliyyəti ilə ümumxalq rəğbəti və beynəlxalq nüfuz qazanan bu rəhbər siyasi partiyanın uğurlu, konkret hədəflərə istiqamətlənmiş qətiyyətli siyasi mübarizəsi nəticəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildir, işğal altında olan ərazilərimizin müzəffər Ordumuzun hərbi qüdrəti ilə azad olunduğu, Azərbaycanın II Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, hərbi, siyasi, həm də ideoloji baxımdan müstəsna əhəmiyyət kəsb edən qələbəyə nail olduğumuz mühüm bir tarixlə də əbədiləşdi. Noyabr ayı muxtar respublikamızın da siyasi, sosial-iqtisadi həyatında mühüm əlamətdar tədbirlər, QURUCU RƏHBƏRİN insan amilinə, doğma yurdun çiçəklənməsinə, rifahına xidmət edən inkişaf və tərəqqi siyasətinin real bəhrələri ilə yaddaqalan oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.
Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmiş, həmçinin Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir. Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri olduğunu, bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildiyini, bu qərarlardan birinin də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı olduğunu xatırlatmışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.