23 Dekabr 2024, Bazar ertəsi

Şəhidlərimin qanı yerdə qalmadı!!! Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, müzəffər Ordumuz Azərbaycanın qanayan yarası Qarabağımızı azad etdi. Son illərin ən yüksək dövlət-xalq-ordu birliyinin şahidi olmaqla, yaşadığımız bu şanlı tarixin hər dəqiqəsini dərin duyğular içində keçirdik. Əksər ölkələrin həm mənafe, həm də siyasi baxışlarını önə çəkərək mənfur düşmənlərimizə arxa çıxması bizi təəssüfləndirir. Dinc şəhərlərimizin raketlə vurulması belə, beynəlxalq ictimaiyyəti narahat etmədi, əlaltından düşmən ölkəni silahlandırmağa davam etdilər. Lakin Böyük Qələbəyə nail olmaq, Azərbaycan insanının, Türk dünyasının daha əzmli, qürurlu tarixini yaşamaq bizi sevindirir. Yanımızda Türkiyə, Pakistan kimi dövlətlərin böyük və səmimi dəstəyini, bir çox ölkə və qurumların təqdirini hiss edərək haqlı işimizdə daha inamla irəlilədik. Fransa və bənzər ölkələrin isə ermənilərə aşırı canıyanarlığı hələ də ürək bulandırır. 

Tarixi faktlar, sazişlər, müqavilələr bütün suallara cavab verirsə də ikili standartlara malik dünya ölkələri bunları görmək, qəbul etmək istəmirdi. Dünyada qlobal problemlərin pik həddə çatdığı son illərdə insanlıq adına qara ləkə olacaq utancverici hadisələr baş verir. Bir millətin nə ziyalısı, nə qadını, anası, ...bu məntiqsiz, doymaq bilməyən nəfsə, bu qədər insan ölümünə, şəhər, kəndlərin dağılmasına etiraz etmirsə, xəstə ruhlarının cəhənnəmdə məskunlaşması labüddür. 

Prezidentimiz cənab İlham Əliyev haqlı olaraq vurğulayır: “Biz nəinki torpaqlarımızı azad edirik, həmçinin regionu erməni faşizmindən təmizləyirik. Azərbaycan artıq yeni reallıq yaratmışdır. Bu reallıqla barışmayanlar özlərindən küssün”. Yaşadığımız indiki həssas dövrdə daxildəki sabitliyi də qorumaq, bir-birinə qayğıkeş münasibəti saxlamaq hər birimizin borcudur. Çünki qazandığımız bu zəfər cənab Prezidentin də dediyi kimi, yumruq kimi birliyimizin nəticəsidir.
Tarixi sənədləri, müqavilə-sazişləri heçə sayan, öz xəstə xülyalarının nəticəsi olaraq çatmayacaqları arzularını həyata keçirməyi qanlarına yeridən bu geni dəyişilməli məxluqlar harada yaşayırlarsa, o torpaqları zəbt etmək fikrinə düşürlər. Əslində, ölkəmiz tarixən böyük güclərin mənafelərinin toqquşduğu coğrafiyada yerləşdiyi üçün son yüzilliklərdə xalqımızın çox ağır tarix yaşamasına səbəb olmuşdur. Adətən, insanın ən güvəndiyi yer ölkəsi, Vətəni, evi hesab olunur. İngilis atalar sözü var: “Mənim evim mənim qalamdır”. Gəl gör ki, yeraltı və yerüstü təbii sərvətlərlə zəngin Azərbaycanda öz vətəndaşı cənnətməkan Vətənində rahat yaşamağa həsrət qoyulmuşdur zaman-zaman. Bundan başqa, dünyada ən rəzil, mənfur “millət”lə qonşu olmağa məhkum olmuşuq. Belə bir deyim var: “Qonşun pisdir, köç qurtar”. Lakin bu sadə qonşuluq deyil axı. Azərbaycan öz bağrından zorla qoparılıb yaradılan saxta erməni dövlətinin düşmənçiliyindən hara köçməlidir? Onlar xalqımıza qarşı törətdikləri işğal və faciələrə, ədalətsizliklərə görə özləri özlərini məhvə məhkum etmişlər. Əks-təqdirdə insanlığa dəvət olunaraq dinc yanaşı yaşamaq məcburiyyətindədirlər. Bu günlərdə onların müharibədə 9 minə yaxın canlı qüvvə itkisinə məruz qaldığı açıqlandı. Düşmənin məhv etdiyimiz və ya qənimət kimi götürdüyümüz hərbi texnikasının dəyəri isə milyardlarla ölçülür. Layiqli cəzalarını alıblar, baş tutmayan “böyük Ermənistan” arzularını cəhənnəmdə gerçəkləşdirərlər, – deyə düşündüm! Orada silah-sursat da bol olar, yəqin!

Qafqazda “böyük Ermənistan” necə yaradıldı: 10 az bilinən faktı, qısaca, nəzərə çatdıraq: Ermənilərin xülyası. XVIII əsrin ilk iki onilliyində ictimai quruluşun və dövlət idarəçiliyi sisteminin müasirləşdirilməsi istiqamətində böyük səylər nəticəsində arxaik Rusiya çarlığı dünya imperiyasına çevrildi. Bu müddət ərzində I Pyotr dünyanın ən güclü ordularından birini yaratdı, Avropa standartlarına uyğun yeni paytaxt təsis etdi və Baltikyanı ölkələrin hesabına öz hakimiyyətini Qərbə doğru xeyli genişləndirdi. 1722-1723-cü illərdə Rusiya ilk dəfə olaraq Şərqdə ekspansiyaya başladı. Eyni zamanda ruslar Şərq xristianlarına bel bağlayırdılar. Beləliklə, Erməni çarlığının yaradılması fikri ortaya çıxdı. Bu, Rusiyanın Asiyaya irəliləməsinin plasdarmı olmalı idi. 1724-cü ildə Rusiya imperatoru I Pyotr Kiçik Asiyadan ermənilərin kütləvi sürətdə Cənubi Qafqaza köçürülməsi planını “orada xristianlığı gücləndirmək və imkan daxilində müsəlmanlığı sıxışdırıb çıxarmaq” üçün irəli sürdü. Rusiyanın erməni plasdarmını yaratması üçün ilkin olaraq Qarabağ seçildi. 1784-cü ildə knyaz Potyomkin orada müsəlman xanı devirməyi və “onun yerinə ermənilərdən hökmdar təyin etməyi” planlaşdırırdı. 1826-1828-ci illərdə İran ilə müharibə nəticəsində Rusiya İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirdi. Bundan dərhal sonra ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsinə başlandı. 1828-1830-cu illərdə İran və Türkiyədən 140 minə yaxın erməni köç etdi. Onlar Qarabağ, Naxçıvan və İrəvanda məskunlaşdılar. Rusiya hakimiyyəti erməni köçkünlərinə ən əlverişli şəraiti yaratdı: onlara ən yaxşı torpaqlar verildi, türklər oradan sıxışdırılıb çıxarıldı; miqrantlar vergi ödəməkdən tamamilə azad edildi; aztəminatlı köçkünlərə o vaxtlara görə böyük məbləğ olan 25 rubl məbləğində yardım göstərildi. Yerli müsəlman əhalisi ilə olan münaqişələrin əksəriyyətində Rusiya hakimiyyəti erməniləri dəstəkləyirdi. 1877-1879-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Kiçik Asiyadan Cənubi Qafqaza daha 200 minə yaxın erməni köçürüldü. 1893-1894-cü illərdə Türkiyədə baş vermiş erməni iğtişaşlarından sonra növbəti köçkün axını Qafqaza üz tutdu. Tək 1896-1908-ci illər ərzində Cənubi Qafqaza daha çox erməni köç etdi. 1911-ci ildə Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli sakin deyildi. “Cənubi Qafqazda erməni massivi necə yaradıldı (sənədli sübutlar)” nəşrində daha müfəssəl məlumatlar, həmçinin yuxarıda sadalanan faktların doğruluğunu təsdiq edən, skan olunmuş sənədlər yer alır.
Göründüyü kimi, heç bir tarixi, mədəniyyəti, dövləti, əzəməti və sair olmayan, yalnız əlaltı, istənilən əmrə uyan, qadınlarını hər işdə önə buraxan, mənəviyyatsız bir varlıqların həm məcburi qonşu, həm könüllü düşmənimiz olması bizi daha çox hövsələdən çıxarır. Əgər dünyanın gözü və ürəyi varsa, onda azərbaycanlılara qarşı törədilmiş bu qədər vəhşiliklərə niyə biganə yanaşılır? Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli qırğınlar törətmişdilər. Qafqazdakı bütün türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək, ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq istəyirdilər. Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin 17-21-də (30 mart-1 aprel) daha dəhşətli şəkildə həyata keçirildi. Təkcə Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçayla deyil, Xoy, Urmiya, Səlmas kimi şəhərlərdə də qanlı faciələr törədilmişdi. Tanınmış tarixçi-alim İsrafil Məmmədovun soyqırımla bağlı fikirləri isə daha düşündürücüdür: “Saymaq, sadalamaqla qurtarmaq bilməyən bu qanlı faciələr, bu dəhşət və vəhşətlərin qüssəli tablosunu, ancaq daşqəlbli insanlar laqeydliklə seyr edə bilərlər. Kədər, nisgil, həsrət, fəryad, nalə, inilti dolu bu tabloda istisiz-tüstüsüz qalmış, odu-alovu yox olmuş minlərlə ocaq var. Bu, yaşanmış, yaddaşlara həkk olunmuş, inkaredilməz bir gerçəklikdir ki, 19-cu yüzillikdə, 20-ci yüzilliyin əvvəlində və sonunda da xalqımız, sözün əsl mənasında, soyqırıma məruz qalıb. 2,5 milyon soydaşımız qətlə yetirilib və ya öz ata-baba yurdundan didərgin salınıb”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər Ordumuzun səy və qətiyyəti nəticəsində məhz bütün bu tarixi ədalətsizliklərə son qoyuldu. Dilbər guşəmiz olan Şuşanın azad edilməsi ilə diz üstə çökən mənfur düşmən mənasız inadından dönməyərək müharibəni davam etdirmək istəsə də, sonda təslim bayrağını qaldırmağa məcbur oldu. Əslində, bizə kənar maneələr, düşmənə yardımlar olmasaydı bu müddət ərzində əzəmətli ordumuz bütün işğal olunmuş torpaqlarımızı öz hərbi qüdrəti ilə azad etmişdi. Dünyanın ilk 50 ordusu səviyyəsində olan müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda öz qanları ilə zəfər dastanı yazdılar. Prezidentimizin söylədiyi kimi, Qarabağda Naxçıvandan olan hərbçi gənclərimizin, xüsusilə fərqlənməsi də bizi qürurlandırdı. Yerli və xarici media Azərbaycan Ordusunun döyüşlərdə iştirakından böyük heyrətlə yazırlar. Onlar bunun səbəbini anlamalıdırlar: – Azərbaycanda 30 ildən bəri sürən Qarabağ həsrəti, yanğısı!!! Nəhayət, müqəddəs bayrağımız gözəl Şuşa, Ağdam, Kəlbəcər, Laçın və digər dilbər guşələrimizdə - bütün Qarabağ torpağında dalğalandırıldı. Bütöv Azərbaycan uğrunda Vətən müharibəsində tam və qəti qələbəyə nail olduq. Bu qələbə Azərbaycanın 30 illik qanayan yarasına, nəhayət, məlhəm oldu. Mərhəmətimizdən sui-istifadə edərək halal torpaqlarımıza yiyələnən erməniləri birdəfəlik məğlubiyyətə uğratdıq, məhvə məhkum etdik. Onların 44 günlük müharibə zamanı törətdikləri, bütün dünyanı saran dəhşətli cinayətləri isə bəşəriyyəti təəccübləndirməkdə davam edir.
Sonda Ermənistanda yaşayanlara bunları demək istərdim: – dünyada qlobal problemlərin getdiyi bir zamanda nədən bütün millətlərə, dövlətlərə qısqanclıqdan, düşmənçilikdən əl çəkmirsiniz? Özgələrin torpağına vəhşicəsinə təcavüz etməklə nə qazandınız? Hələ də israrla torpaq davası edirsiz Ermənistanda. Təslim aktını imzaladıqdan sonra belə, gülünc xülyalarla yaşamaqda davam edirsiniz. Biz şəhidləri Vətən müharibəsində, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımız uğrunda verməyə məcbur idik. Bəs siz niyə bütün dünyadan diləndiyiniz ianələrlə özgə torpağını mənimsəmək üçün “insanlarınızı” qırğına verdiniz? Özgə torpağına bu təşnəliyin səbəbi nədir?

Artıq bütün dünyanın təsdiqlədiyi “Qarabağ Azərbaycandır!” şüarı – tarixi gerçəkliyini qəbul etməlisiniz! Çünki müqəddəs Azərbaycan torpağı mənfur millətin iyrənc nəfəsindən saralıb-solub, tamamilə viran qalmışdı!!! Biz isə Böyük Qayıdışla Qarabağımıza yeni nəfəs gətirəcəyik!!!

Zərövşən BABAYEVA
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR