23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 981 yeni yoluxma faktı qeydə alınıb, 1 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ardını oxu...

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə minaaxtarma əməliyyatına başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən noyabrın 30-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin yeni statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 98 nəfər həlak olub, 414 nəfər xəsarət alıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 410 nəfər yaralanıb. Minaya düşərək həlak olan dinc sakinlərin sayı 5-ə, xəsarət alanların sayı isə 4-ə çatıb.

Xatırladaq ki, noyabrın 28-də saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişinin qadağan edildiyi təhlükəli ərazidə “Toyota” markalı avtomobilin tank əleyhinə iki minaya düşməsi nəticəsində 4 nəfər - Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı hadisə yerində həlak olub.

 

 

 

Baş Prokurorluq işğaldan azad olunan ərazilərə səfər edən mülki şəxslərə müraciət edib. Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir: "Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir".

 

 

 

Şuşaya yolun, o cümlədən elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanılıb.

Bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, işlərin nə zaman yekunlaşacağı hələki bəlli deyil. İ.İsmayılov deyib ki, həmin ərazi mürəkkəb relyefə malikdir və partlayıcı maddələr, əsasən, əllə təmizlənir. Ona görə də işlərin hansı müddətdə başa çatacağını söyləmək çətindir”.

 

 

 

Mədəni, mənəvi, dini irsə qarşı təcavüz qəbuledilməzdir. Son bir neçə gün ərzində mən Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər və tövləyə çevrilmiş məscidlər gördüm.

Bunu İran əsilli fransalı fotoqraf Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb.

Ağdam rayonundakı dağıntıların şəkillərini paylaşan fotoqraf 18-ci əsrə aid məscidin inək saxlama üçün istifadə olunduğunu bildirib:

"Bölgəni tərk etməzdən qabaq işğalçı apara bildiyini götürüb və məscidi yandırıb. Bərpa və rekonstruksiya uzun bir proses olacaq".

 
 

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir. Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir. Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər".

1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonu haqqında reportaj hazırlayıb.

“Qarabağın məşhur memarı Qarabağinin Füzulidəki məscidindən sadəcə minarə qalıb” sərlövhəli reportajda təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyəti, erməni vandalizminin iç üzü oxuculara çatdırılır.

Bildirilir ki, Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyəti Füzulidəki real mənzərə ilə özünü təsdiq edir. Füzulinin işğal edilmiş bütün yerlərində soyqırımı həyata keçirilib. Evlər dağıdılıb, talan olunub, məscid və qəbiristanlıqlar, tarixi və mədəni abidələr məqsədli şəkildə məhv edilib. Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Kərbəlayi Səfixan Qarabağinin inşa etdirdiyi Hacı Əli Əkbər Məscidi də şəhərin bir çox memarlıq abidəsi kimi ermənilər tərəfindən dağıdılıb. Onun yalnız dağılmış minarə və sütunları qalıb.

Ardını oxu...

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli Bəyanatın imzalanmasından əvvəl rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlarla bağlı bəzi məqamları açıqlayıb.

Baş nazir bu barədə özünün "Facebook"dakı hesabında yazıb.

"Mən Rusiya prezidenti Vladimir Putinə zəng vurdum. Putin dedi ki, onun fikrincə münaqişənin nizamlanması Rusiya təkliflərinin məntiqinə uyğun olmalıdır”, - deyə Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, Putinin təkliflərinə işğal altındakı rayonları Azərbaycana qaytarmaq, bölgədə Rusiya sülhməramlılarını yerləşdirmək daxil idi.

Öz növbəsində Paşinyan da erməni tərəfinin təkliflərini bildirib və onlar daxili müzakirələrdən sonra yenidən zəngləşməyi razılaşdırıblar.

Paşinyan etiraf edib ki, Ermənistan hökumətinin sabiq rəsmiləri, siyasətçiləri, o cümlədən keçmiş dövlət başçısı Robert Koçaryan müharibənin dayandırılmasına razılıqlarını ifadə ediblər. Şübhəsiz ki, buna erməni ordusunun cəbhədəki ardıcıl məğlubiyyətləri səbəb olub.

Ardını oxu...

26-29 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 49 (qırx doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 4 (dörd) müraciət daxil olub.

ANAMA-dan  verilən məlumata görə, daxil olmuş 53 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 47 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 48 ədəd tank əleyhinə mina, 59 ədəd piyada əleyhinə mina, 5 ədəd tank əleyhinə minanın partladıcısı və 42 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Tərtər rayonundan Suqovuşan kəndinə çəkiləcək avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatı davam edir, 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı, 6 ədəd partlamamış hərbi sursat (PHS) (cəmi: 206 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin partlayış qrupu tərəfindən 64 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

 

 

 

İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur: "Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir. Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər".

A. Nəcəfli deyib ki, bu yol həmçinin gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin videogörüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğalı altında saxladığı əraziləri azad edib.

Azərbaycan Respublikası Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən bildiriblər ki, uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Ağdamın “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.

Simvolik futbol matçı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilat rəhbərləri Ağdama səfər çərçivəsində Ağdam məscidində də olublar.

Ardını oxu...

"Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyində olublar.
 
Ziyarətçilərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda qeyd olunur ki, Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə məlumatlar da öz əksini tapıb.

Ardını oxu...

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibədə dünya hərb tarixində yeni bir səhifə yazdı, əsgərlərimiz, gizirlərimiz və zabitlərimiz böyük qəhrəmanlıqlar göstərdi.

Bu gün dünya ölkələri Azərbaycan ordusunun yüksək peşəkarlıqla apardığı döyüş taktikasını öyrənməyə çalışır.

Ardını oxu...

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

Ardını oxu...

Türkiyənin “Fənərbaxça” klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

 İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ardını oxu...

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

Ardını oxu...

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər hazırlayıb.

Həmin videogörüntüləri təqdim edirik.

Ardını oxu...

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

 Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər.

Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər veririk.

Türkiyənin dörd aparıcı parlament partiyası - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ partiya Fransa qanunvericilərini qınayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın səhiyyə sistemi üçün alınmış müasir tibbi avadanlıqların bir hissəsi Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilib.                                  

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, muxtar respublikanın bütün bölgələrində yeni tibb müəssisələrinin istifadəyə verilməsi, onların ən müasir tibbi avadanlıqlarla təmin olunması imkan verir ki, pasiyentlərin müalicəsi və müayinəsi vaxtında və keyfiyyətlə aparılsın. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilən müasir tibbi avadanlıqlar da hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin vaxtında və keyfiyyətlə aparılması üçün mühüm rola malikdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda həmin institutun direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin “Qısa Kimya Ensiklopediyası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikamızda elm adamlarına göstərilən qayğıdan danışıb, təqdimatı keçirilən kitab haqqında geniş məlumat verib. Bildirilib ki, kitabın müəllifi ömrünün çox hissəsini elmi yaradıcılığa həsr edib, həmişə özünün səmərəli, məhsuldar fəaliyyəti ilə seçilib. Bu günə qədər 40-a yaxın kitabın, 200-dən çox elmi əsərin müəllifi olan Bayram Rzayevin elmi yaradıcılığında “Qısa Kimya Ensiklopediyası” əsəri də dəyərli nəşr kimi mühüm yer tutur.

Ardını oxu...

 

Ey 30 ildir, köksümdə buz bağlayan həsrətim, hicranım, nəhayət ki, tapıldı dərdinin davası, əriyib şəffaf, büllur suya, kükrəyən, ucu-bucağı görünməyən azad dənizə döndün artıq, qəlbimdə pərvazlanan arzularım, diləklərim gerçəkləşdiniz, yarımcan yuxularım, çin oldunuz, gözünüz aydın! Ey mənim köksü murdar yağılardan təmizlənən, Vətən sevdalı üçrəngli bayrağımla, zəfər təntənəli mərd oğullarla bəzənən Qarabağım, özünə qayıdan paklığın, təmiz adın mübarək! Yəqin ki, səndən ayrı qaldığımız bu illər ərzində nələr çəkdiyimizi görməmiş, bilməmiş, duymamış olmazsan. Təbii ki, doğmandan, əzizindən, can parçandan ayrı qalmağın necə ağrılı, dözülməz olduğunu səndən yaxşı kim bilə bilər ki? 30 ildir, tamamilə Azərbaycanından ayrı yaşamağa məcbur olmuşdun, zorla qoparmağa çalışdıqları doğma anana qovuşmağı sən də, təbii ki, anan qədər bütün qəlbinlə istəyirdin. Ey əziz yurdum, hər dəfə yağıların əlindən zinhara gəlmiş, viran olunmuş, ancaq təbiiliyini, məsum gözəlliyini itirməyən hüsnünü gördükcə hiss edirdik, duyurduq bizə qarşı duyğularını, könlündə od kimi tutuşan qovuşmaq yanğını, həsrətini, nisgilini. Kadrlarda, sanki dil açıb deyirdin ki, məni bu yaramazların, vandalların əlində buraxmayın. Günbəgün dörd bir yanını daha çox kəsdirən namərdlərin əlində nəfəsin daralır, səbir kasan dolub-daşırdı...

Ana yurdum, şahidi oldun ki, səndən ayrı yaşamağa məcbur qaldığımız bu illər ərzində bütün cəbhələrdə haqq-ədalət savaşımızı apardıq, bircə an belə, usanmadıq, yorulmadıq, hər ötən gün daha da böyük ruh yüksəkliyi ilə zəfər çalacağımız günə zəmin hazırladıq. Uğruna neçə canlar qurban getdi, qanlar axıdıldı, neçə-neçə ana-bacının, qız-gəlinin gözlərindən axan yaş, məğrur ürəklərinə hopan “təki Vətən sağ olsun” kəlməsilə qayıdacağın gün sevinc yaşına dönmək ümidilə xəlvətə çəkildi. Hər gələn baharda əsən həzin rüzgarlardan, qatarlaşıb el-el, oba-oba köç edən durnalardan, sabahları şəfəqdən boylanan günəşdən, axşamları aydın səmada nursaçan aydan, parlayan ulduzdan, açan çiçəklərdən, rayihə saçan güllərdən soraqladıq səni. Yayda yetişən meyvələrdən ətrini duymağa, qaynayan bulaqlardan dad-tamını almağa, sərin mehdən zərifliyini, lətafətini hiss etməyə çalışdıq, yaradıcı insanların sevilən fəsli olan payızda göydən süzülən yağış damlalarında axtardıq səni, hər ötən gün daha da çox arzuladıq ki, nəsibimiz olsun sənin azadlığını görmək!

Ardını oxu...

 

Ey 30 ildir, köksümdə buz bağlayan həsrətim, hicranım, nəhayət ki, tapıldı dərdinin davası, əriyib şəffaf, büllur suya, kükrəyən, ucu-bucağı görünməyən azad dənizə döndün artıq, qəlbimdə pərvazlanan arzularım, diləklərim gerçəkləşdiniz, yarımcan yuxularım, çin oldunuz, gözünüz aydın! Ey mənim köksü murdar yağılardan təmizlənən, Vətən sevdalı üçrəngli bayrağımla, zəfər təntənəli mərd oğullarla bəzənən Qarabağım, özünə qayıdan paklığın, təmiz adın mübarək! Yəqin ki, səndən ayrı qaldığımız bu illər ərzində nələr çəkdiyimizi görməmiş, bilməmiş, duymamış olmazsan. Təbii ki, doğmandan, əzizindən, can parçandan ayrı qalmağın necə ağrılı, dözülməz olduğunu səndən yaxşı kim bilə bilər ki? 30 ildir, tamamilə Azərbaycanından ayrı yaşamağa məcbur olmuşdun, zorla qoparmağa çalışdıqları doğma anana qovuşmağı sən də, təbii ki, anan qədər bütün qəlbinlə istəyirdin. Ey əziz yurdum, hər dəfə yağıların əlindən zinhara gəlmiş, viran olunmuş, ancaq təbiiliyini, məsum gözəlliyini itirməyən hüsnünü gördükcə hiss edirdik, duyurduq bizə qarşı duyğularını, könlündə od kimi tutuşan qovuşmaq yanğını, həsrətini, nisgilini. Kadrlarda, sanki dil açıb deyirdin ki, məni bu yaramazların, vandalların əlində buraxmayın. Günbəgün dörd bir yanını daha çox kəsdirən namərdlərin əlində nəfəsin daralır, səbir kasan dolub-daşırdı...

Ana yurdum, şahidi oldun ki, səndən ayrı yaşamağa məcbur qaldığımız bu illər ərzində bütün cəbhələrdə haqq-ədalət savaşımızı apardıq, bircə an belə, usanmadıq, yorulmadıq, hər ötən gün daha da böyük ruh yüksəkliyi ilə zəfər çalacağımız günə zəmin hazırladıq. Uğruna neçə canlar qurban getdi, qanlar axıdıldı, neçə-neçə ana-bacının, qız-gəlinin gözlərindən axan yaş, məğrur ürəklərinə hopan “təki Vətən sağ olsun” kəlməsilə qayıdacağın gün sevinc yaşına dönmək ümidilə xəlvətə çəkildi. Hər gələn baharda əsən həzin rüzgarlardan, qatarlaşıb el-el, oba-oba köç edən durnalardan, sabahları şəfəqdən boylanan günəşdən, axşamları aydın səmada nursaçan aydan, parlayan ulduzdan, açan çiçəklərdən, rayihə saçan güllərdən soraqladıq səni. Yayda yetişən meyvələrdən ətrini duymağa, qaynayan bulaqlardan dad-tamını almağa, sərin mehdən zərifliyini, lətafətini hiss etməyə çalışdıq, yaradıcı insanların sevilən fəsli olan payızda göydən süzülən yağış damlalarında axtardıq səni, hər ötən gün daha da çox arzuladıq ki, nəsibimiz olsun sənin azadlığını görmək!

Ardını oxu...

İkinci Qarabağ müharibəsində yaralı şəkildə Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin yeni fotosu yayılıb.

Onun fotosunu “Infoteka 24” yayıb.

Bildirilib ki, A.Musayev hazırda xəstəxanada müalicə alır.

Ardını oxu...

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.

Bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Ardını oxu...

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Bu barədə "Azərsu" ASC-dən bildiriblər.

Qeyd edilib ki, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu”yun mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunub. Mütəxəssislər su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyətini araşdırıb.

Ardını oxu...

Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

AZAL-dan  verilən məlumata görə, 4 dekabr 2020-ci il tarixdən etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində "Dronların Azərbaycana necə üstünlük gətirdiyini görün" başlıqlı xəbər və eyni mövzuda videoxəbər yerləşdirilib.

Materiallarda sentyabrın 27-dən başlayan 2-ci Qarabağ müharibəsində Azərbaycanın müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə düşmən hədəflərini ustalıqla məhv etməsindən söz açılıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edən nəşr yazır ki, son vaxtlar hücum PUA-larına maraq çoxalıb.

Materiallarda sentyabrın 27-dən başlayan müharibənin Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəd əsasında dayandırıldığı, razılaşmaya əsasən, Ermənistan tərəfinin Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmalı olduğu qeyd olunub.

 

 

 

"Qarabağ" klubu bu həftə sonu işğaldan azad edilmiş Ağdam rayonuna yollanacaq.

Komanda səfər zamanı həm Cümə məscidini, həm də Azərbaycanın milli qəhrəmanı, eyni zamanda Ağdam təmsilçisinin əfsanəvi kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edəcək.

Qeyd edək ki, Ağdam noyabrın 20-də tamamilə Azərbaycana qaytarılıb.

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

 

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

 

 

 

“Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Tarixi-mədəni, dini abidələrimiz necə qorunursa, digər millətlərə və dinlərə xas olan dəyərlər də  həmin qaydada mühafizə edilir. Lakin bütün bunların əksinə olaraq  Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan dəhşətli mənzərə ortaya çıxır. Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları Azərbaycan ərazilərində dini dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Artıq heç kim üçün sirr deyil ki, işğal edilmiş torpaqlarımızda bu kimi vandalizm hərəkətləri bilavasitə Ermənistanın keçmiş və indiki rəhbərliyinin göstərişi ilə törədilib. Bu gün artıq sosial şəbəkələrdə müxtəlif dillərdə yayımlanan Cəbrayıl, Füzuli,  Zəngilan, Qubadlı, Şuşa və Kəlbəcər şəhərlərimizin məscidlərinin dağıdılması faktı erməni vandalizminin sənədli sübutudur.

Ardını oxu...

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 1609 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Ardını oxu...

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.

 

 

 

Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır.

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar öz "Twitter" səhifəsində Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnaməni qəbul etməsini şərh edərkən yazıb.

Nazirin sözlərinə görə, bu qərar Fransanın tənzimləmənin deyil, problemin bir parçası olduğunu bir daha göstərir.

 

 

 

Bu ilin 25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi yekun oxunuşda müzakirə edilib.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

Ardını oxu...

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Twitter” səhifəsində paylaşıb.

İran səfirinin sözlərinə görə, görüşdə diplomatlar ikitərəfli əlaqələr, Azərbaycanla münasibətlər haqqında da fikir mübadiləsi aparıblar.

 

 

 

 

 

Ötən gün Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn ən təməl prinsiplərinin, qanuniliyin və ədalətin daxili siyasət pozullmasının nümunəsidir

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə tövsiyə xarakterli qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu qətnamə həm də ATƏT-in Minsk Qrupunun münaqişəni niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisidir:

Ardını oxu...

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

Etirazçılar parlament qarşısına toplaşıb.

Qeyd olunur ki, aksiya iştirakçıları hakimiyyət nümayəndələrinə öz narazılıqlarını bildirmək üçün buraya toplaşdığını bildirib.

Eyni zamanda Ermənistan parlamentində sentyabrda elan olunmuş hərbi rejimin ləğv olunması ilə bağlı müzakirələr başlayıb.

 

 

 

 

Milli Məclis Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.

 

 

 

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR