24 Dekabr 2024, Çərşənbə axşamı

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Layihə çərçivəsində növbəti material Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.

1959-cu ildə Şuşada dahi Azərbaycan bəstəkarı, milli peşəkar musiqimizin banisi, dünya şöhrətli Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılıb. Muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, əsərlərinin əlyazmaları, çoxlu sənəd, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi.

Ardını oxu...

İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli arasında dəmiryolu xəttinin istismara verilməsi ilə Fars körfəzi dəmiryolu vasitəsi ilə Xəzər dənizinə birləşəcək.

Bunu İranın Nəqliyyat İnfrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktor müavini Abbas Xətibi Fars informasiya agentliyinə açıqlamasında deyib.

A.Xətibinin sözlərinə görə, Rəşt şəhərindən Ənzəli şəhərində Kaspian limanınadək dəmiryolu xəttinin uzunluğu 37 kilometrdir.

Xətibi əlavə edib ki, indiyədək bu dəmiryolu xəttinin inşasına 22,9 trilyon rial (təxminən 545 milyon dollar) vəsait yatırılıb və inşa işlərində 25% irəliləyiş var.

Şirkət rəsmisi bildirib ki, daha 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsaitin yatırılması ilə bu dəmiryolu gələn ilin 2-ci ayında (21 aprel -21 may 2021) istismara veriləcək.

Xətibi deyib ki, ümumilikdə İranda 13,9 min kilometr uzunluğunda dəmiryolu xətlərindən istifadə olunur. 3,35 min km uzunluğunda dəmiryolu xətləri inşa edilməkdədir. Həmçinin 6,31 min km uzunluğunda dəmiryolu xəttinin inşa olunması ilə əlaqədar araşdırmalar aparılır.

 

 

 

Erməni vandalizminin növbəti təsdiqi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir.

İşğal nəticəsində 130 minə yaxın Ağdam sakini qaçqın düşüb, 6 minə yaxın sakin şəhid olub. Şəhər, daha doğrusu onun qalıqları 2020-ci il noyabrın 20-də azad edilib.

Ağdam rayonu özünün qida sənayesi və kənd təsərrüfatı ilə tanınırdı, burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi.

Ağdamda Sovet İttifaqının yeganə Çörək muzeyi mövcud idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Çörək muzeyinin fəaliyyətinə son qoyub, muzeyin 1 500-dən çox eksponatı məhv edilib. Bundan başqa, Ağdamın məşhur çay evi və “Qarabağ” futbol klubunun oyunlarını keçirdiyi “İmarət” stadionu dağıdılıb.

Ardını oxu...

27 il sonra Ağdam rayonundakı tarixi "Şahbulaq" qalasına Azərbaycan bayrağı sancılıb.

XVIII əsrə aid olan qala Ağdamın tarixi nümünələrindən biridir.

Həmin görüntüləri təqdim edirik.

Ardını oxu...

Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.

Müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar. 

Ardını oxu...

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Ölkəmizdə koronavirusa yoluxma hallarının 53,5 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 13,8, Aran rayonlarında 11,3, Gəncə-Qazax bölgəsində 7,2, Lənkəranda 4, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3,2, Dağlıq Şirvanda 1,9, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,06 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,7 faizdir.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

“RİA Novosti”yə istinadən xəbər veririk ki, bu barədə qurumun mətbuat katibi Marina Oqancanyan məlumat verib.

Ardını oxu...

Sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var.

Bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Ardını oxu...

Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

“Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Ardını oxu...

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması.  Bütün rənglərin təməlində ağ rəng dayanır, deyirlər. Öz bəyazlığı fonunda üç rəngdən  yaratdığı   üçrəngli  bayrağını sinəsinə sancdı, başını dik tutub, “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam.  44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk  qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”. 

Ardını oxu...

Ağdamda çəkilmiş fotolardan şəhərin tamamilə dağıdıldığı açıq-aşkar görünür.

Ardını oxu...

Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikasında Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 yun corab, 1200 yun boyunluq və 920 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir.

Ardını oxu...

Çoxəsrlik tarixə, qədim və zəngin keçmişə malik Azərbaycan xalqı tarixboyu öz müstəqil dövlətini yaratmaq, onu qorumaq, inkişaf etdirmək amalı ilə daim mübarizə aparmışdır. Xalqın qəhrəmanlıq ənənələrini özündə əks etdirən bu mübarizə ağır sınaqlardan keçmişdir. Zəngin dövlətçilik ənənələrini özündə yaşadan xalqımız, nəhayət, ötən əsrin 90-cı illərində öz müstəqilliyinə yenidən qovuşdu. Azərbaycanın müstəqilliyini elan etməsi xalqımızın azadlıq və dövlət müstəqilliyi yolunda əldə etdiyi tarixi nailiyyət idi. Lakin müstəqilliyi əldə etmək nə qədər zəruri idisə, onu qoruyub saxlamaq, möhkəmləndirmək bundan daha vacib, çətin və şərəfli idi.

Yaranmış mürəkkəb situasiya yenicə təşəkkül tapmaqda olan dövlətin inkişaf strategiyasını hazırlamağı, onun prioritet istiqamətlərini müəyyən etməyi tələb edirdi. Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin mürəkkəb və təlatümlü bir dövrü idi. Ölkəni düşdüyü böhranlı vəziyyətdən güclü lider və mütəşəkkil siyasi qüvvə çıxara bilərdi. Azərbaycanda belə bir lider görkəmli şəxsiyyət və dövlət xadimi ulu öndər Heydər Əliyev idi. Onun ətrafında bütün ölkə ziyalılarının, vətənsevərlərin toplaşdığı partiya isə Yeni Azərbaycan Partiyası oldu. Beləliklə, 21 noyabr 1992-ci il şanlı tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən birinə çevrildi. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.

Ardını oxu...

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi gənclərin vətəndaş kimi formalaşmasında hər zaman öz gücünü göstərib. Gənclərin bu ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək çətin olduğu qədər, məsuliyyətli işdir. Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi ölkənin gəncləridir. Bu baxımdan, məktəblərimizdə gənclərlə iş sahəsində görülən tədbirlər onların vətənpərvərlik ruhunun daha da inkişaf etməsinə təkan verir.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25 215 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Nazirlər Kabineti 453 №li Qərarına dair İzah verib.

Kabinetdən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.4-cü yarımbəndinə əsasən, yalnız Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər.

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutması ilə yanaşı təmas xəttindən aralıda yerləşən Naftalan və Gəncə şəhərlərində dinc əhaliyə qarşı hərbi təxribat törətmiş və Qarabağdan kənarda yerləşən bu yaşayış məntəqələrində onlarla mülki vətəndaş həlak olmuş, yüzlərlə vətəndaş isə yaralanmışdır.

Ardını oxu...

Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşlara müraciət edib.

DİN-dən daxil olan məlumata görə, müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik!

Bununla yanaşı, xatırlatmaq istəyirik ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik".

 

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

 

 

 

Azərbaycan təhvil verilən Ağdamda məscidində azan oxunub.

Bu barədə "Russia Today" televiziya kanalı görüntü yayıb.

Bildirilib ki, Ağdamda məscidi qaydaya salınıb, təmizlənib.

Qeyd edək ki, üçtərəfli bəyanata əsasən bu gün Ağdam rayonu Azərbaycana təhvil verilib.

 

 

 

 

 

 

Ağdam rayonunda bayram yürüşü keçirilib.

Səhər saatlarından Ağdam əhalisi rayonun girişindən yürüşə başlayıb.

Yürüş bu gün Ağdam rayonunun işğaldan azad olunmasına həsr edilib. Yüzlərlə ağdamlı rayonun girişindən başlayaraq Quzanlı qəsəbəsinə qədər bayram yürüşü keçirib.

 

 

 

Təklif edirəm ki, cənab Prezidentə “Xilaskar” ordeni verilsin.

Bunu parlamentin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı bildirib.

O Azərbaycanın qələbəsinin təmin olunmasında mütəsna rolu olan Prezident, Ali Baş Komandan İlham Əliyevin təltif olunmasını təklif edib:

“Məncə, bu, ədalətli olardı ki, xüsusi olaraq bir nüsxədə "Xilaskar" ordeni təsis edilsin və cənab Prezident bu ordenlə təltif olunsun”.

Deputat Məlahət İbrahimqızı da həmkarının təklifini dəstəkləyib.

Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilib.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:

Ardını oxu...

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamə" təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı - “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medalının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

- “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

 

 

 

 

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

 

 

 

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Noyabrın 20-də xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

Prezident qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. “Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

 

 

 

İstanbulda Azərbaycanın Dağlıq Qarabağda qələbəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı sərgi keçirilir.

Sərgidə 1992-ci il fevralın 26-da Xocalıda erməni qoşunlarının dinc sakinlərə qarşı törətdiyi qırğının, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşlərinin, eləcə də Dağlıq Qarabağda münaqişə zonasında baş vermiş son toqquşmaların və Azərbaycanın erməni işğalına son qoyan qələbəsinin fotogörüntüləri nümayiş etdirilib.

Sərgi İstanbulun mərkəzində, İstiqlal prospektində və Qalata körpüsündə təşkil olunub.

 

 

 

 

Əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır.

Bunu Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda Azərbaycan qoşunlarının Ağdam rayonuna daxil olduğu vurğulanıb:

“Biz bu münasibətlə qardaş Azərbaycan xalqını təbrik edirik. Qarabağ Azərbaycandır, bütün dünya bunu qəbul edir və bilir ki, bu torpaqlar əzəli Azərbaycan ərazisidir”.

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi(birinci oxunuş) müzakirə olunacaq.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

1.1. 1-ci maddədə "Azərbaycan Respublikasının ən yüksək təltifi - "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
"Zəfər" ordeni;
"Qarabağ" ordeni;";
1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilsin:
"Cəsur döyüşçü" medalı;
"Döyüşdə fərqlənməyə görə" medalı;
"Suqovuşanın azad olunmasına görə" medalı;
"Cəbrayılın azad olunmasına görə" medalı;
"Xocavəndin azad olunmasına görə" medalı;
"Füzulinin azad olunmasına görə" medalı;
"Zəngilanın azad olunmasına görə" medalı;
"Qubadlının azad olunmasına görə" medalı;
"Şuşanın azad olunmasına görə" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı;
"Ağdamın azad olunmasına görə" medalı;
"Laçının azad olunmasına görə" medalı;
"Vətən müharibəsi iştirakçısı" medalı;
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;".

Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır.

Bunu Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir:

“Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

 

 

 

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

İclasın gündəliyindəki məsələlərin sayı 11-dən 13-ə qaldırılıb.

Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə).

Ardını oxu...

Azərbaycanda "Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir.

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələ daxildir:

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Deputatlar ümumilikdə 13 məsələni müzakirə edəcək.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir Ağdam. Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən füsunkar təbiətli, məhsuldar torpaqlı Ağdam gözəl Qarabağımızın canıdır. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşayan türkdilli qəbilələr özlərini müdafiə etmək üçün, əsasən, kiçik qalalar tikərdilər.   

Ardını oxu...

Ordumuzun uğurlu əməliyyatları nəticəsində illərdir, qaysaq bağlayan yaramız olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qalibiyyəti dosta qürur, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü yaşatdı. O zaman ki Zəngilanda, Qubadlıda, Şuşada müqəddəs azan səsi, himnimiz səsləndi, ay-ulduzlu bayrağımız yüksəklərdə dalğalandı, illər öncə bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin nigaran qalan ruhları ağ göyərçinə dönüb azad Qarabağımızın səmasında qanad çaldı, yurdumuza boylandı, “Gözün aydın, Vətən!” – dedi. Nə zindan, nə qan Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşə atılan igidlərin qarşısını ala bildi. Qəhrəman oğullarımız öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi.

Ardını oxu...

Bu günlərdə Azərbaycan xalqı, eləcə də bütün Türk dünyasının dilində bir mövzu var: Noyabr ayının 10-da tarix yazan sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edərək şanlı qələbəmizin – Ermənistanın təslim olmasının müjdəsini verməsi ilə soydaşlarımızın ürəklərindəki 30 illik yaraya su səpildi, işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışdılar, maşın karvanları küçələrdəki sükutu qələbə coşqusuna çevirdi. Tarixi qələbəmiz muxtar respublikamızda da ümumxalq şənliyi, böyük coşqu ilə qeyd edildi. Əllərində ay-ulduzlu bayraqlarla küçələrə axışan sakinlər “Başını dik tut, şəhid anası!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” və bu kimi şüarlarla şəhid ailələrinin mənzillərinə üz tutdular. Şəhid anaları ilə qələbə sevincini paylaşıb, bu qələbənin şəhidlərimizin qanı hesabına qazanıldığını, onların qanlarının yerdə qalmadığını bildirdilər. Ermənistanın məğlubiyyətə uğrayaraq təslim olması sevinci aşıb-daşan azərbaycanlılara, sanki yeni bir həyat bəxş etdi. Belə həmvətənlərimizdən biri də əslən Qubadlı rayonundan olan, hazırda Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərən Şəlalə Cabbarovadır. Bu günlərdə onunla görüşüb təəssüratlarını öyrəndik.

– Şəlalə xanım, əvvəlcə bütün Azərbaycan xalqı kimi sizə də gözaydınlığı vermək istəyirəm. İşğal altında olan torpaqlarımız bir-birinin ardınca azadlığa qovuşur. Yəqin ki, o torpaqlarda doğulub boya-başa çatan biri kimi ikiqat sevinc hissləri keçirirsiniz...
– Çox sağ olun! Əlbəttə ki... Allah ordumuzu, Ali Baş Komandanımızı qorusun! Yaşadığım hissləri dilə gətirmək mənim üçün çox çətindir. Qubadlının işğal olunduğu 1993-cü ilin avqust ayını, heç zaman unuda bilməyəcəyim o dəhşətli günləri xatırlayıram. Mən sizə 1988-1993-cü illərdən, rayonumuzun və bizim yaşadığımız Başarat kəndinin sakinləri üçün qaçqınlıq həyatının başlandığı illərdən danışıram. O vaxt orta məktəb şagirdi olsam da, həmin dövrləri yaxşı xatırlayıram. Kəndimiz Qubadlının şimal-şərqində, Şuşaya yaxın ərazidə yerləşdiyindən Qarabağa erməni təcavüzü başlayandan qanlı döyüşlərə şahidlik edib. O zaman kəndi qoruyan müdafiə batalyonunun əsgərləri məktəb binasında yerləşdiyi üçün dərslər keçilmir, biz də qorxu içində olurduq. Əli silah tutan yerli sakinlərin hamısı o zaman döyüşə atılmışdı. Hər dəfə kəndimiz topa tutulanda, şəhid xəbəri gələndə, gözümüzün qabağında qanı axan əsgərləri görəndə, sanki qiyamət qopurdu. Axıradək müdafiə olunan köməksiz insanların sonda öz doğma yurdunu, evini atıb çıxması qədər acı bir hiss varmı, görəsən? Yurdunu-yuvasını tərk edib, ev-eşiyini qoyub qaçmağa məcbur olan qadın-uşaqların fəryadını, haraya gedəcəyini bilməyən ailələrin ümidsizliyini yaşadıq. Ermənilərin top atəşindən yanıb tüstüsü qalxan kənd evləri, əlində əşyaları vahimə və səksəkə ilə ora-bura qaçan insanlar, ayaqyalın uşaqlar! Yolboyu Araz çayı kənarındakı dəmiryol stansiyalarının birinə toplanmış minlərlə insanın qorxu dolu baxışları arasında üz-gözü pərişan qızların, acından ağlaşan körpələrin, çarəsizcə bilinməyənlərə doğru yol alan qocaların göz yaşları! Bütün bunlar o ağrılı-acılı dövrü yaşamış insanların heç zaman unuda bilməyəcəyi bir qaçqınlıq hekayəsi idi. 27 il sonra bu hekayənin sonluğu, şükürlər olsun, zəfərlə bitdi. İndi qürurluyuq. Torpaqlarımızı böyük siyasət nəticəsində, öz gücümüzlə, öz ordumuzla alırıq. Əgər şeirlə desəm:

Ardını oxu...

Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə olunub.

“RİA Novosti”yə istinadən xəbər veririk, bu barədə bu gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyan jurnalistlərə bildirib.

“Lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməyəcəyəm”, - deyə erməni general vurğulayıb.

Erməni general Movses Akopyan şok açıqlamalar verib.

Ermənistan KİV-nə istinadən xəbər veririk ki, Akopyan 2018-ci ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” barədə danışıb.

“2018-ci ilin aprel-may aylarında Naxçıvanla həmsərhəd Zanqakatun və Areni kəndləri istiqamətində bir çox ərazilər itirilmişdi. Ayrı-ayrı istiqamətlərdə azərbaycanlılar 6 kilometr irəliləmişdi. 

Ardını oxu...

Noyabrın 18-də xarici jurnalistlər işğaldan azad olunmuş Füzuli şəhərinə səfər zamanı orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Media nümayəndələri arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Kanal Füzuli şəhərindən süjet yayımlayıb.

Süjetdə bildirilir ki, demək olar bütün Füzuli şəhəri dağıntılar içindədir. Azərbaycan hökuməti dəymiş ziyanı qiymətləndirmək üçün xarici ekspertləri dəvət edəcəyini və törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında “Qarabağ uğrunda Qələbə!“ devizi altında atıcılığın “tir” növü üzrə ədliyyə könüllüləri arasında birincilik yarışı keçirilib. Yarışda nazirlikdə “Ədliyyə könüllüləri” proqramı istiqamətində qeydiyyata alınmış Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və beynəlxalq münasibətlər fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri iştirak ediblər.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə keçirilən yarışı Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyəti və atıcılığın “tir” idman növü barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ordumuzun şanlı qələbəsinin sevincinin yaşandığı bu günlərdə gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bugünkü tədbirin də məqsədi Qələbə sevincini  tələbələrlə  bölüşmək, gənclərə  vətənpərvərlik və milli fəxarət hissi aşılamaqdan ibarətdir. Eyni zamanda bu gün muxtar respublikamızda  atıcılıq üzrə idman növlərinin geniş təbliğ edilməsi gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artırılması  baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra 10 tələbədən ibarət ədliyyə könüllüsünün iştirakı ilə yarışa start verilib. Gərgin idman mübarizəsi ilə yadda qalan birincilikdə qaliblər müəyyən olunub, I-III yeri tutan qaliblərə diplomlar təqdim edilib.

           

     Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

 

Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub.

Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən “incidilmiş heysiyyət” hissi təəssüf doğurur:

“Mən amerikalı və fransalı həmkarlarıma təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur”.

 

 

 

Ermənilər döyüşlər zamanı terrorçuların istifadə etdiyi kustar üsulla hazırlanan raket atıcılarından istifadə edib.

Bunu ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.

M.Məmmədov bildirib ki, bu cür atıcılardan Yaxın Şərqdəki münaqişələrdə İŞİD, PKK terror təşkilatları tərəfindən istifadə olunub:

“Eyni zamanda, mərmilər də kustar üsulla hazırlanıb. Hazırda Rusiya tərəfindən istehsal olunan bu tip “M-24F” raketləri var ki, bunlar əsasən iki cür modifikasiyada olub - maksimum 7 və 11 km məsafəyə qədər atılanlar və buna uyğun olaraq da partlayıcı çəkiləri də 18 və 27 kq olanlar. Lakin kustar üsulla hazırlanan raketlərin uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddəsi isə 40 kq-a qədər artırılıb ki, daha böyük dağıntılar törətsin.

Düşmən bu raketlərlə Azərbaycanın yaşayış məntəqələrinə çoxsaylı atəşlər edib və infrastruktura böyük ziyanlar verib, mülki insanların ölümünə səbəb olub”.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

 

 

 

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından ölkədə yeni qadağaların tətbiq edilməsinə qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb:

● Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır;

● Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır;

● 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır;

● 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

 

 

 

Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, şəxsi heyətdə yoluxma halları özünü xüsusi biruzə verməyib. O qeyd edib ki, hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın: “Vətən müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq”.

Dünyada koronavirusa yoluxma sürətlə artmaqdadır. Azərbaycanda da artım tendensiyası ciddi narahatlıq doğurur.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, ölüm sayında da artımın olması ciddi narahatlıq doğurur: “Yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemi qarşısında ciddi tapşırıqlar qoyur”.

 

 

 

 

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başladı. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.

Ardını oxu...

 

 

 

Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Bununla belə son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilmişdir:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR