24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Ordusunun bir neçə gün əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüşlər zamanı öldürülən yüzlərlə erməni hərbçisinin meyiti hələ də ərazidə qalıb.

Bu barədə "Reuters" agentliyi bu gün məlumat yayıb.

Foto Şuşa şəhərinin giriş hissəsində çəkilib.

Bu yerlərdə qatarlar nə şərqdən qərbə gedir,
nə də qərbdən şərqə...


Culfa avtomobil deposu... Qatarlar nə şərqdən qərbə hərəkət edir, nə də qərbdən şərqə. Depo işini dayandırdığı üçün regionun polad magistralları iflic olmuş, muxtar respublikanın şah damarı fəaliyyətdən qalmışdır. Bu hal nəinki Zaqafqaziyanın, hətta ölkənin iqtisadi həyatını diksindirmişdir. Yüz min tonlarla xalq təsərrüfatı yükləri yollarda tökülüb qalıb. Mallar xarab olur, günlərlə, həftələrlə nəzarətsiz qaldığı üçün vaqonlar taraş edilir.
Muxtar respublikanın iqtisadi həyatı daha çox pozulmuşdur. Yanacaq çatmaması üzündən avtomobil nəqliyyatı pis işləyir, material qıtlığından inşaatçılar boş dayanıb, sənaye müəssisələrinin əksəriyyəti məhsul istehsal etmir. Mağazaların vitrinləri bomboşdur, ərzaq tükənib. Dəyən iqtisadi ziyanın miqdarını hesablamaq mümkün deyil, mənəvi ziyanı hələ bir yana qalsın.

Ardını oxu...

İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq  “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir. Hələ kiçik yaşlarımızdan valideyinlərimizin dilindən “Vətən anadır”- kəlməsini eşidə-eşidə böyürük.Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz  bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki,  bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin  vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa,ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Vətən! ən əziz adım, Vətən ən uca zirvəm...Hər zaman qürurla, uca  səslə səsləndirdiyim kəliməmdir Vətən! Vətən tale töhfəsidir, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur.Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da  bizlərik. Vətən torpağı bizim üçün  toxunulmazdır, müqəddəsdir.

Ardını oxu...

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Ardını oxu...


Qubadlı rayonunun işğaldan azad olunan Xəndək və Muradxanlı kəndlərindən videoreportaj

Ardını oxu...

Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndindən videoreportaj yayımlayıb.

Nazirliyə istinadən videoreportajı təqdim edirik:

Ardını oxu...

Rusiya Qoşulmama Hərəkatının müşahidəçi statusunu qazanmaq üçün təşkilatın hazırkı sədri Azərbaycanla sıx təmasdadır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, son illərdə Rusiyanın Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlığı formalaşıb:

“Buna ilk növbədə Rusiya ilə Qoşulmama Hərəkatı üzv ölkələrinin beynəlxalq gündəlikdəki məsələlərə yanaşmasının uyğun olması kömək edir. Bu şəraitdə Rusiyanın statusunun yüksəldilməsi məntiqi təşəbbüsdür və bunun reallaşdırılması təşkilatın nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati tələblərin icrası ilə bağlıdır”.

 

 

 

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Etirazçılar Azadlıq meydanına toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün keçirilmiş aksiya zamanı onlarla şəxs saxlanmışdı.

Eyni zamanda, ötən gün məhkəmənin qərarı ilə sərbəst buraxılmış müxalifət lideri Qagik Tsarukyan yenidən ifadə vermək üçün Xüsusi İstintiaq Xidmətinə çağırılıb

 

 

 

Azərbaycanda indiyədək ümumilikdə 71580 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 53001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17652 nəfərdir.

 

 

 

Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.

 

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

 

 

 

Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasından istifadə edən erməni terrorçuları keçmiş Sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Qarabağ, onun ətrafındakı 7 rayon işğal olundu, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Bununla kifayətlənməyən erməni terrorçuları tez-tez atəşkəsi pozur, künahsız mülki əhəlini və əsgərlərimizi qətlə yetirirdilər. Ermənistanda N.Paşinyan hakimiyyətə keçdikdən sonra isə bu hücumlar daha da gücləndi, ermənilər hətta yeni ərazilər ələ keçirmək fikrinə düşdülər. 27 sentyabr 2020-ci ildə sərhədlərimizi atəşlə pozan erməni terrorçuları Azərbaycan Ordusunun gözlənilməz hücumu ilə qarşılaşdılar. Əks hücuma geçən müzəffər Azərbaycan Ordusu bir-birinin ardınca yaşayış məskənlərimizi azad etməyə başladı. 44 günlük hərbi əməliyyat nəticəsində Ordumuz nəinki torpaqlarımızın böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı azad etdi.Ordumuzun qalibiyyətli yürüşü həmçinin düşməni təslim olmağa məcbur etdi. Artıq hərbi potensialı tükənən və Azərbaycan Ordusu ilə vuruşmaq qabiliyyəti olmayan Ermənistan 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan Bəyanatla torpaqlarımız işğaldan azad oldu. Bu böyük qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi düzgün siyasət və Azərbaycan Ordusunun qələbələri nəticəsində mümkün oldu. Bu qələbə münasibəti ilə xalqımızın sevincinə qoşulur, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevi və Azərbaycan əsgərlərini alqışlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!

Vəli Baxşəliyev

AMEA-nın müxbir üzvü

 

 

 

XX əsrin 80-ci illərinin ikinci yarısında mənfur ermənilərin heç bir sağlam təxəyyülə sığışmayan “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün başladıqları, 30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan münaqişəsi Azərbaycanın dilbər guşələrindən biri Şuşadan başlamışdı, elə Şuşa ilə də başa çatdı. 1989-cu il Şuşanın, ümumiyyətlə, Qafqazın nadir sərvətlərindən olan, qeyri-adi flora və faunaya malik qədim Topxana meşəsinin qırılması erməni vandallığının çox “adi” və “sadə” detallarından imiş, sən demə. Sonralar bu münaqişənin elə Şuşa ətrafında daha da şiddətlənməsi, ermənilərin Şuşaya gələn su kəmərini partlatmaq, avtobus və maşınları atəşə tutmaq, Ağa körpüsünü partlatmaq yolu ilə şəhərin ölkəmiz ilə əlaqələrini kəsmələri, blokadaya almaları münaqişənin ilk günlərindəcə  diqqətimizi ermənilərin başlıca hədəfinin məhz  Şuşa olmasına yönəltməli idi. 1992-ci ilin may ayında Şuşanın işğalı, əslində isə ilhaqı quşqonmaz sıldırım qayaların başında, dağlar arasında məhz müdafiə məqsədilə yaradılan, əsrlərdir, dövlətçiliyimizin toxunulmazlıq, fətholunmazlıq rəmzinə çevrilən, Qarabağın tacı olan Şuşanın itirilməsi ilə ermənilər bütün Yuxarı Qarabağı zəbt etdilər. 

Ardını oxu...

Rusiya nümayəndə heyəti Ankaraya gəlib.

Nümayəndə heyəti Türkiyə tərəfi ilə Dağlıq Qarabağdakı vəziyət və görüləcək işlər müzakirə olunacaq.

Səfər çərçivəsində Türkiyə Müdafiə Nazirliyində rəsmi görüşlər keçiriləcək.

Qeyd edək ki, dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya nümayəndə heyətinin Türkiyəyə səfərilə bağlı məlumat vermişdi.

 

 

 

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyası müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub.

Komissiya üzvü Elşən İbrahimov açıqlamasında bildirib ki, artıq komissiya üzvləri yerlərdə hadisə nəticəsində ziyan dəymiş əraziləri müəyyənləşdirir:

"İlkin olaraq inventarlaşma aparırıq. Komissiya erməni təxribatı nəticəsində ziyan çəkən ev, obyekt, inzibati binalar, mal-qara tələfatı, nəqliyyat vasitələri və digərdövlət və şəxsi əmlaklarla bağlı araşdırmalar aparır. Yaxın vaxtlarda dəymiş ziyan müəyyən ediləndən sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".

 

 

 

Qarabağda bir aydan çox davam etmiş müharibə nəticəsində Azərbaycan ordusu itirdiyindən 6 dəfə çox hərbi texnika əldə edib.

Bu barədə Rusiyanın “avia.pro” nəşri yazıb.

Nəşr qeyd edib ki, müharibə müddətində Ermənistan 185 tank və 43 piyadaların döyüş maşını (PDM) itirib. Onlardan 66 tank və 22 PDM Azərabycan ordusuna qənimət kimi keçib.

Bununla müqayisədə Azərbaycan yalnız 28 tank və 23 PDM, eləcə də 27 digər hərbi texnika itirib.

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin müharibə dövründəki çıxışlarının kitab halında çap edilməsi təklif edilib.

Bu barədə deputat Etibar Əliyev parlamentin bu gün keçirilən iclasında təklif edilib.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bununla bağlı Milli Məclisin kitabxanasının təşəbbüsü var. O qeyd edib ki, Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq.

 

 

 

“Bu günü Dağlıq Qarabağın Dadivank kəndindən (Xudavəng, Kəlbəcər rayonu – “Report”) keçirdik. Bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Bir çox yerli sakin evlərini boşaldıb gedirdi. Bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərinə od vurublar”.

Bunu BBC-nin müxbiri Vill Vernon tvitterdə yazıb.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar. Həmin bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarmalıdır.

Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan Tuğ kəndindən videoreportaj yayımlayıb.

Nazirliyə istinadən videoreportajı təqdim edirik:

Ardını oxu...

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında istintaqın gedişi ilə əlaqədar telefon danışığı olub. İstintaqın gedişi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.
“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını qələbə münasibəti təbrik edib.

Ardını oxu...

Azərbaycan tarixi günlərini yaşayır. Son iki gündə Azərbaycan və dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri də ölkəmizin Ermənistan üzərində qələbəsi və bu qələbənin hüquqi əsasını müəyyən edən, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanatdır.
Bəyanatın ən önəmli hissələrindən biri də 9-cu bənddir ki, bu bənddə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə kommunikasiyalarının bərpası nəzərdə tutulur. Artıq hər birimizə aydındır ki, məlum bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək həmin bəyanatın mətni ilə hər kəsi tanış etdi, mətnin Naxçıvanla bağlı hissəsini xüsusi vurğuladı. Həmin hissəni yenidən xatırlayaq: “...Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu, əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim, şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi. Ona görə bu bəndi, xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim…”

Ardını oxu...

    Bir aydan çoxdur, davam edən II Qarabağ müharibəsində Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Noyabrın 10-u tariximizə qızıl hərflərlə yazıldı. Bu gün hər bir azərbaycanlı fəxr, qürur hissi keçirir ki, 30 ildir, ürəyimizdə, arzularımızda, xəyallarımızda yaşatdığımız Qarabağımıza qovuşduq.  Dövlət başçımız cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə çıxdığımız şanlı qələbə yolunda Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyi, əzmi, Ordumuzun qəhrəmanlığı, şücaətilə yeni tarix yazıldı. Bu, Qələbə tarixidir, şan və şərəf tarixidir. Bu bizim uzun illərdir, həsrətində olduğumuz əzəli və əbədi torpağımız olan Qarabağın yenidən doğulması, fəxr, qürur tarixidir. Bu əvəzedilməz gün münasibətilə naxçıvanlı ziyalıların fikirlərini də öyrəndik, onların sevinclərinə şərik olduq.  

İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – 30 ilə yaxın bir müddətdə dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi Dağlıq Qarabağ problemi qısa müddət ərzində Azərbaycan dövləti, Azərbaycan Ordusu, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən öz həllini tapdı. Artıq ermənilər başa düşdü ki, Azərbaycan qarşıya qoyduğu vəzifəni sona qədər yerinə yetirəcək. Sentyabrın 27-dən başlanan uğurlu əməliyyatlar ermənilərin mərhələ-mərhələ şəhər, kənd və qəsəbələrimizdən uzaqlaşması ilə nəticələndi. Qarabağın tacı Şuşanın əldə edilməsi isə artıq birmənalı şəkildə həm beynəlxalq təşkilatlara, həm də ermənilərə ciddi mesaj oldu. Şuşanın alınması ilə Qarabağın tarixi taleyi də tamamilə həll olundu.

Ardını oxu...

Sentyabr ayının 27-dən başlayaraq yaşadığımız dövr həm də ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradan, qələbə əzmini artıran və həm də tariximizin təhrif olunmuş səhifələrinin üstündən xətt çəkərək olduğu kimi ortaya qoyan xalqa etdiyi müraciətləri, çoxsaylı dövlətlərdən gəlmiş jurnalist və siyasətçilərlə görüşləri, verdiyi müsahibələrlə xarakterizə edildi. Həmin müsahibələrin bir çoxu verilən sualların dünən baş verənlərdən, bu günün reallıqlarından xeyli uzaq olması ilə yadda qaldı. Daha dəqiq desək, tariximizə yenə də saxtalaşdırılmış don geyindirilərək yenidən özümüzə sırımaq cəhdləri diqqətdən yayınmadı. Ancaq həmin sualları verənlər unudurdular ki, yalan ayaq tutar, yeriməz. Yəni artıq arxivlər açılıb, bütün həqiqətlər üzə çıxıb. Ali Baş Komandana qərəzli, tarixi həqiqətləri bilərəkdən və ya bilməzlikdən verilən bəzi sualların arxasında nə dayandığını biz də, onların özləri də yaxşı bilirlər. Məsələ həmin suallara verilən cavabların sanbalındadır. Bu isə onunla bağlıdır ki, cənab Prezident öz xalqının bütün resurslarını dəqiq və yüksək səviyyədə bildiyi kimi, tarixini də gözəl bilir. Müsahibələrdə onu da müşahidə etdik ki, ölkə başçısı dünyada baş verən hadisələri, bu hadisələrin təməlində nələrin dayandığını dünənin və bu günün prizmasından çox gözəl təhliletmə qabiliyyəti ilə qarşısındakını mat vəziyyətinə saldı. 

Xüsusilə Prezidentin Fransanın “Figaro” qəzetinə, ABŞ-ın “Fox News”, Almaniyanın “ARD”, “BBC News” televiziya kanallarına verdiyi müsahibələrindəki qərəzli suallar hər birimizi dərindən hiddətləndirsə də, ölkə rəhbərinin məntiqli, real həqiqətlərə söykənən cavabları bir o qədər sevindirdi. Elə “Figaro” qəzeti müxbirinin ilk sualını xatırlayırsınızmı? Sualın mahiyyəti belə idi ki, biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmişik. İstər-istəməz düşünürsən: Ya müxbir özünü gicliyə qoyub, ya da müharibənin kim tərəfindən başlandığını guya bilmir. Şübhə yoxdur ki, bilir...

Ardını oxu...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar.

Ardını oxu...

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.

Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq".

 

ASAN Radio işğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu kimi səsləndirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərində artıq operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

Xatırladaq ki, ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı!

“Azercell Telekom”dan verilən məlumata görə, Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom”da şanlı qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada Azercell-in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hal- hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq Azercell-in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Azercell-in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.

Şirkət işğaldan azad esilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. Azercell-in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Dağlıq Qarabağdakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.

 

 

 

 

Türkiyə Dağlıq Qarabağla bağlı bəyanatda qeyd olunan şərtlərin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib: "Bizim heç kimin haqqında gözümüz olmasa da, öz haqqımızı heç kimə verməyəcəyik. Türkiyə Qarabağda atəşkəsə monitorinq xidməti ilə bağlı razılaşmanın şərtlərinin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq".

 

 

 

 

Naxçıvan istiqamətinə yeni dəmir yolunun çəkilməsi planlaşdırılır.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib: "Naxçıvan istiqamətinə dəmir yolunun çəkilməsi planlaşdırılır. Hazırda bu məsələ ilə bağlı ilkin planlaşdırma işləri gedir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

 

 

 

Naxçıvana quru yolla birbaşa reyslərin açılması gediş-gəlişi üç dəfəyə qədər artıra bilər.

Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu günə kimi insanlar Naxçıvana quru yol ilə İran üzərindən gedirdilər. Sərnişinlər 4 dəfə görmük yoxlanışından keçdikləri üçün onlar Naxçıvana 12 saata çatırdılar, ancaq 2019-cu ildə gömrük yoxlanışları iki dəfəyə qədər azaldığı üçün bu yol 8 saata kimi azaldıldı. Gələcəkdə sərnişinlər öz ərazimizdən keçməklə Naxçıvana gedərlərsə, bu müddət qat-qat aşağı olacaq:

"Naxçıvana reyslər 2007-ci ildən başlayıb. O vaxt Azərbaycanın keçmiş Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında memorandum imzalanmışdı. Həmin memoranduma əsasən Bakıdan İran ərazisindən Naxçıvana avtobus nəqliyyatı üçün marşrut xətti açıldı. Pandemiyaya qədər gün ərzində qonşu dövlətin ərazisindən keçməklə Naxçıvana 3 avtobus yola salınırdı, yalnız xüsusi günlərdə bu say 5-ə çatdırılırdı. Bundan əlavə memorandumun şərtlərinə uyğun olaraq daşıyıcı şirkətlərin 50 faizi qonşu dövlətdən olmalı idi. Bu da öz növbəsində bölgədə Azərbaycan daşıyıcılarının tam şəkildə fəaliyyətinə imkan vermirdi. Həmçin 2007-ci ildən avtomobil yolu ilə Naxçıvana resylər yalnız gecə vaxtı həyata keçirilirdi. Gediş-gəlişə tələb çox olduğu üçün 2019-cu ildən reyslər gündüz vaxtı da həyata keçirilməyə başladı".

 

 

 

 Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik, çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Ümummilli lider Heydər  Əliyev.

 Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizidr. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim azadlıq məfkurəmizi, milli mənəvi dəyərlər və ümummilli ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev.

Bayraq mənliyim, bayraq kimliyim! Üçrəngli şanlı bayraq qürurumuz, and yerimiz, uğrunda candan keçilən, gələcək nəsillərə müqəddəs mirasımızdır! Qanlı və şanlı tarixlərin şahidi dalğalan, dalğalan hər zaman qürürla, əzəmətlə! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 9-da Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib. Bayraq dövlətin və xalqın kimliyi, apardığı azadlıq mübarizəsini, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Hər bir Azərbaycan vətəndaşı mili bayrağımız, gerb və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs bocu kimi qəbul edir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, tam hüquqlu  üzvüdür, üçrəngli milli bayrağımı bizim varlığımızı, gücümüzü dünyaya yayır. Ölkəmizin bir çox bölgələrində bayraq meydanlarının tikilməsi dövlət atributlarına sevgi və hörmətin, dövlət qayğısının göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin 1 sentyabrında həyata keçirilmişdir. Həmin meydandakı Azərbaycan dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyi (162) metr ucaldılıb. Ginnes Dünya Rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycandakı bayraq  dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Naxçıvan şəhərində yaradılan və Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasiminin keçirilməsi əlamətdar hadisə idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Ardını oxu...

Qələbəmiz mübarəkdir, Azərbaycan. Zəfər bayramımız qutlu olsun, əziz xalqım! Bu gün Vətənimiz ən yeni tarixini - zəfərlərlə bəzənmiş   ŞANLI  tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərinin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırdı və onları diz çökdürdü. Şanlı qələbəmizin təməlində isə ordumuzun başında dərin zəkaya, yüksək diplomatik bacarığa, intellektə malik öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyi dayandı. Dövlət başçımız az qala hər gün fərqli media nümayəndələrinin suallarına cavablar verdi, təmkinlə izah edib bütün həqiqətləri qəbul etdirdi. Çox layiqincə və tutarlı faktlara əsaslanan cavablar isə hər bir Azərbaycan vətəndaşının qürurdan gözlərini yaşartdı. Ali Baş Komandanımız beynəlxalq ictimaiyyətin bilərəkdən qərəzli verilən suallarını o qədər ustalıqla və dəqiq hədəfinə vurmaqla cavablandırdı ki, ekran qarşısında olan hər bir Azərbaycan tamaşaçısı ancaq qürur və fəxrlə onu izlədi və dəstəklədi. Beynəlxalq ictimaiyyət nəhayət ki, Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini qəbul və müdafiə etdi. Bütün dünya bizim haqq səsimizi eşitdi, qulağını açıb dinləmək istəməyənlərə belə ədalətli mövqeyimizi ifadə edə bildik.

Ardını oxu...

Fransa rəhbərliyi yaxşı məlum olan tarixi faktların manipulyasiyasından əl çəkməli və erməni təbliğatının fiquru olmağı dayandırmalıdır.

Bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycan toponimlərinin adlarına hörmətsizlik və Azərbaycan şəhərlərini ermənilər tərəfindən uydurulmuş adlarla adlandırmaq, həqiqətən də Azərbaycan xalqı və tarixinə təhqirdir:

“Fransanın Xarici İşlər Nazirliyi ermənilərin uydurduğu “Şuşi” adından istifadə edib ki, bu da təxribatdır. Azərbaycan xalqını, əlbəttə ki, bu fakt məyus edir”.

 

Ekspert əlavə edib ki, Fransa XİN buna görə dərhal üzr istəməli və press-relizdə şəhərin adını dəyişdirməlidir.

P.Teys vurğulayıb ki, Şuşa tarixi Azərbaycan şəhəridir və Azərbaycanın xəzinəsidir.

 

 

 

 

Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Azərbaycan tərəfindən bizə təqdim ediləcək ərazidə yerləşdiriləcək.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, mərkəzin ayrı-ayrı yerlərdə şöbələri olacaq: “Mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsini ev sahibi deyəcək:

"Əlbəttə biz mərkəzin və şöbələrin hansı ərazilərdə yerləşməsinin faydalı ola biləcəyi ilə bağlı tövsiyələr verəcəyik, bu məsələ birgə müzakirə ediləcək, lakin son qərar Azərbaycanın razılığı ilə veriləcək”.

 

 

 

 

 

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası noyabrın 13-də keçiriləcək.

Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxildir.

1. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında.

 

 

 

 

 

 

 

 

“Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”. Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu döyüşdə qazanılan uğura görə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, qardaş Azərbaycan xalqını təbrik edib: “Azərbaycan uzun illər münaqişəni sülh yolu ilə həll etmək istədi, ancaq atəşkəsi pozan Ermənistan oldu. Döyüşdəki qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında bir atəşkəs razılaşması imzalandı. Əvvəlcə 3 dəfə atəşkəs razılaşmasını pozan Ermənistan oldu”.

Ardını oxu...

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

 Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Azərbaycanın Şuşa və Xankəndi şəhərlərində ölkəmizin mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb.

Bu barədə "İzvestiya" qəzetinin müxbiri bildirib.

Onun sözlərinə görə, qoşulmanın adı "Qelebebizimdir" deyə qeyd edilib.

Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə qeyd olunur. Konstitusiyanın qəbulu Azərbaycanın müstəqilliyinin ilk illərində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.

Ardını oxu...

Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcəkdir.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünün uğurla başa vurulması məqsədilə işlərə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilib. Həmin tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib, “Tədbirlər Planı” hazırlanaraq təsdiq olunub, tabeli qurumların bu sahədə fəaliyyəti müəyyənləşdirilib.

Ardını oxu...

Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib:  “İşğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir”.

E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Bir aydan çoxdur, davam edən II Qarabağ müharibəsində Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Noyabrın 10-u tariximizə qızıl hərflərlə yazıldı. Bu gün hər bir azərbaycanlı fəxr, qürur hissi keçirir ki, 30 ildir, ürəyimizdə, arzularımızda, xəyallarımızda yaşatdığımız Qarabağımıza qovuşduq.  Dövlət başçımız cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə çıxdığımız şanlı qələbə yolunda Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyi, əzmi, Ordumuzun qəhrəmanlığı, şücaətilə yeni tarix yazıldı. Bu, Qələbə tarixidir, şan və şərəf tarixidir. Bu bizim uzun illərdir, həsrətində olduğumuz əzəli və əbədi torpağımız olan Qarabağın yenidən doğulması, fəxr, qürur tarixidir. Bu əvəzedilməz gün münasibətilə naxçıvanlı ziyalıların fikirlərini də öyrəndik, onların sevinclərinə şərik olduq.  


İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – 30 ilə yaxın bir müddətdə dünya dövlətlərinin, xüsusilə də ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi Dağlıq Qarabağ problemi qısa müddət ərzində Azərbaycan dövləti, Azərbaycan Ordusu, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən öz həllini tapdı. Artıq ermənilər başa düşdü ki, Azərbaycan qarşıya qoyduğu vəzifəni sona qədər yerinə yetirəcək. Sentyabrın 27-dən başlanan uğurlu əməliyyatlar ermənilərin mərhələ-mərhələ şəhər, kənd və qəsəbələrimizdən uzaqlaşması ilə nəticələndi. Qarabağın tacı Şuşanın əldə edilməsi isə artıq birmənalı şəkildə həm beynəlxalq təşkilatlara, həm də ermənilərə ciddi mesaj oldu.

Ardını oxu...

“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Fransa Xarici İşlər nazirinin 10 Noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama verib.

Açıqlamada deyilir: "Fransanın Avropa və Xarici İşlər üzrə naziri J.İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır.

Ardını oxu...

Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR