24 Dekabr 2024, Çərşənbə axşamı

 Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik, çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Ümummilli lider Heydər  Əliyev.

 Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizidr. Bizim bayrağımız qürur mənbəyimizdir. Bu bayraq bizim azadlıq məfkurəmizi, milli mənəvi dəyərlər və ümummilli ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev.

Bayraq mənliyim, bayraq kimliyim! Üçrəngli şanlı bayraq qürurumuz, and yerimiz, uğrunda candan keçilən, gələcək nəsillərə müqəddəs mirasımızdır! Qanlı və şanlı tarixlərin şahidi dalğalan, dalğalan hər zaman qürürla, əzəmətlə! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 9-da Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib. Bayraq dövlətin və xalqın kimliyi, apardığı azadlıq mübarizəsini, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Hər bir Azərbaycan vətəndaşı mili bayrağımız, gerb və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs bocu kimi qəbul edir. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, tam hüquqlu  üzvüdür, üçrəngli milli bayrağımı bizim varlığımızı, gücümüzü dünyaya yayır. Ölkəmizin bir çox bölgələrində bayraq meydanlarının tikilməsi dövlət atributlarına sevgi və hörmətin, dövlət qayğısının göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin 1 sentyabrında həyata keçirilmişdir. Həmin meydandakı Azərbaycan dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyi (162) metr ucaldılıb. Ginnes Dünya Rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycandakı bayraq  dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Naxçıvan şəhərində yaradılan və Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasiminin keçirilməsi əlamətdar hadisə idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

Milli ziyalılarımızdan Nağı Şeyxzamanlının fikrincə hər bir Azərbaycan türkünün ürəyi iki müqəddəs varlıq ilə doludur. Birisi din duyğusu, digəri milli duyğu. Azərbaycanlılar bu iki milli duyğu hissini müqəddəs varlıqları olan bayraqlarında da əks etdirmişlər. Azərbaycan bayrağı üçrənglidir, mavi rəng soyumuzu ifadə edir, qırmızı rəng bir tərəfdən müasirliyi ifadə edirsə, digər tərəfdən axan şəhid qanlarının rəngidir, yaşıl rəng isə islamiyyətin rəmzidir. Bayraq böyük qüvvədir, elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük  şərəfə layiq gördüyü insanlar onun qarşısına diz çöküb, öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək şərəfdir, ölüm kiçikdir Vətən eşqindən, bayraq eşqindən. Bayraq elə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş özünü, kimliyini, dilini, mədəniyyətini və s. tapır. Bayraq dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyətinin, tarixi mənəvi dünyasının rəmzidir. Mənfur qonşumuz 1990-cı illərin əvvəlində Azərbaycanda qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızı bir hisəsini işğal etmiş, işğal edilən torpaqlarda tarixi, dini abidələri məhv etmiş, ermənilər tərəfindən xalqımıza qarşı soyqırım törədilmişdir. Dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayrağımız dövlətimizin varlığını dünyada təsdiqləyir. Millətin qeyrəti, namusu, şərəfi, ləyaqəti bayraqda ifadə olunmuşdur. Hər il bu əlamətdar gün Azərbaycanın müxtəlif güşələrində böyük iftixar hissi ilə qeyd edilir, bayrağımıza dərin ehtiram ifadə olunur. Bu il isə torpaqlarımızın erməni işğalından azad edildiyi, Böyük Vətən müharibəsi, tarixi Qələbənin astanasında olduğumuz vaxta təsadüf edir. Erməni işğalından azad olunan bütün kənd və şəhərlərə üçrəngli şanlı bayrağımız asılır və bu proses sonuncu qarış torpaq işğaldan azad edilənəcən davam edəcək. Ön Cəbhədə müzəffər Azərbaycan Ordusunun qarşısında diz çökərək, məğlub olan düşmən mülki vətəndaşlara qadağan olunmuş silahlardan atəş açaraq millətin iradəsini qırmağa çalışır, amma onlar bunu heç vaxt bacarmadılar və bacarmayacaqlar. Son damla qanına qədər vuruşan igid, öz şücaəti ilə tarix yazan Vətən oğullarına minnətdarıq, onların xatirəsini daim əziz tutacağıq, şəhidlərimizin ruhu qarşısında hər zaman vicdani borcumuz olacaq. Hər qarış Vətən torpağını, üçrəngli bayrağını canlarından üstün tutan mərd oğulların qisası Ordumuz tərəfindən alınır və alınacaq.. Təki Vətən sağ olsun deyib bu çətin günlərdə ordu və xalq bir yumruq kimi birləşir, acımızı da içdən –içə yaşayırıq.

Bu gün Azərbaycan ordusunun döyüş meydanındakı uğurlu əməliyyatları davam edir. Biz illər və əsrlər sonra da tarix kitablarına düşəcək Böyük Vətən müharibəsinə - Zəfər tarixinə şahidlik edirik, Azərbaycan əsgərinin, Azərbaycan ordusunun gücünü, şücaətini bütün dünya görür və biz rəşadətli Azərbaycan ordusu ilə qürur duyuruq. Vətən oğullarının qəhrəmanlığı, qanı və canı bahasına işğaldan azad olunan torpaqlarda qaldırılan bayraq əzəli və əbədi torpaqlarımızda da həmişə dalğalanacaq. Bu gün biz hər birimiz Qarabağlıyıq, düşmənə nifrət, Vətənə təzim edən əsgərik! Heç zaman yenilməyən, qanlı və şanlı tarixə şahidlik edən üçrəngli Azərbaycan bayrağı Bəxtiyar Vahabzadənin gözlərimizi yaşardan bu misraları ilə desək hər zaman məğrur dayanan, yalnız zəfər çalan şəhidlər  qarşısında baş əyən müqəddəs varlıqdır.

Daim ucalasan, savaş günündə,

Əsgər silahıyla səni tən  görüm.

Yalnız zəfər çalmış Şəhid önündə

Səni alqış üçün əyilən görüm!

                                                            İsmayıllı Türkan

                                     Naxçıvan Dövlət Universiteti

İngilis dili və Metodika kafedrasının müəllimi

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR