Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
“Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Əldə etdiyimiz qələbələr məcbur etdi ki, Ermənistan tərəfi Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarsın”, - deyə dövlət başçısı qeyd edib.
"Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq.
Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.
Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb: "Bu bəyanat uzun illər davam edən işğala son qoyur".
Bu bəyanatda Dağlıq Qarabağın statusu məsələsi yoxdur.
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
"Bu gün tarixi gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur" - deyə Prezident İlham Əliyev qeyd edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: “Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin əvvəllər müşahidə olunmadığı Ermənistan-Azərbaycan dövlət sərhədinin bilavasitə yaxınlığında, sutkanın qaranlıq vaxtı, aşağı hündürlükdə, hava hücumundan müdafiə radarlarının müşahidə zonasından kənar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv döyüş toqquşmasının davam etdiyi bir vaxtda uçuş həyata keçirən Mi-24 helikopteri ilə baş vermiş faciəvi hadisə məni dərindən kədərləndirdi.
Rusiya sülhməramlıları Dağlıq Qarabağa doğru yola salınıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya Sülhməramlılarının Qarabağa gətirilməsi Ulyanvsk aerodromundan il-76 təyyarələri ilə həyata keçirilir.
Ümumilikdə Dağlıq Qarabağda 1650 Rusiya sülhməramlısının yerləşdirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin "Twitter"ində 48 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin azad olunduğu elan edildi.
Bu gün günorta isə daha 23 kəndin azad edildiyi açıqlanmışdı.
Beləliklə, bu gün 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub.
Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Düşmənin Şuşa istiqamətində mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd edən qüvvələri və Xankəndi istiqamətində hərəkət edən qoşqulu yük avtomobili zərbə pilotsuz uçuş aparatları ilə məhv edilib”.
Bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Əziz xalqımızı Dövlət Bayrağı Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanmağı münasibətilə Ordu rəhbərliyi və şəxsi heyət adından təbrik edirəm.
Bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, ötən müddət ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdə olan bölgələrimizi, o cümlədən Bərdə, Ağdam rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, toplardan və minaatanlardan atəşə tutub:
Noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 9-da zəngin ənənələrə malik olan “Şərq qapısı” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 99 il keçir. 1921-ci il noyabrın 9-da “Cavanlar həyatı” adı ilə Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzeti ötən dövr ərzində şərəfli yol keçib, milli mətbuatımızın inkişafına öz töhfəsini verib.
“Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov qəzetin keçdiyi böyük yoldan, onun anadilli mətbuatımızın inkişafına verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, “Şərq qapısı”nın əsl inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1969-cu ildən sonra qəzetin fəaliyyətində yeni mərhələ başlanıb. Həmin dövrdə digər sahələr kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərilib, “Şərq qapısı”nın gündəlik və böyük formatda nəşri təmin edilib. Bu dövrdə qəzetdə xalqımızın milli-mənəvi dəyərlərinə, mədəniyyət və tarixinə həsr olunmuş yazılar işıq üzü görüb.
Əziz Şuşa, sən azadsan!
Xalqımızın ən yeni tarixində əbədi iz qoyacaq bu müjdə Şuşa həsrəti ilə yaşayan bütün azərbaycanlıların həyatında yeni bir mərhələnin də başlanğıcını qoydu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu xoş xəbəri paylaşması ilə bütün Azərbaycan sanki bir anda şuşalı oldu. Şuşanı canlı görmək, Şuşanın havası ilə nəfəs almaq, Şuşadan dünyaya baxmaq kimi ülvi arzular yarandı insanlarda. Bu saatdan başalyaraq, 28 il əvvəl evinin açarını özü ilə götürüb ən son Şuşadan ayrılanlar yaşlılar, əslən şuşalı olub, heç zaman bu torpağı görməyən gənclər, Xarı-bülbül əfsanəsini indiyədək nənə-babasından dinləyən balacalar kimi 10 milyonluq bütün Azərbaycan həyəcanla Şuşa yoluna çıxmaq üçün günləri saymağa başladı. Bu xoş xəbər həm də ötən illər ərzində turizmçi kimi ürəymizin bir guşəsində bu gün üçün qoruyub saxladığımız “Bakı-Xankəndi-Şuşa turizm marşrutu” üzrə ilk səyahət ideyalarını da yaratdı.
Müdafiə Nazirliyi işğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntülərini yayıb.
Həmin videogörüntüləri təqdim edirik.
Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Prezident, əziz qardaşım,
İllərdir ki, bu günü gözləyirdik. Həsrətlə, intizarla, göz yaşları ilə... Şuşa adı gələndə ürəyimiz sızlayırdı. Nə deyəcəyimizi bilmirdik. 28 ildən çox idi ki, Şuşa bizim əlçatmaz xəyallarımızın ünvanına çevrilmişdi. Ölkəmizin gələcəyini Şuşasız, Qarabağsız təsəvvür edə bilməsək də, onun düşməndən xilas edilməsinin çox çətin olduğunu da anlayırdıq. Məsələnin həlli üçün aparılan danışıqlar prosesində yaxından “iştirak edən” bəzi dövlətlərin mövqeyi, aqressiv və təcavüzkar Ermənistanın işğalçılıq siyasətini daha da dərinləşdirmək niyyətlərinin fonunda bəziləri Şuşaya qovuşmağın xəyal olduğunu vurğulayırdılar. Onların fikrincə, Şuşa barədə ümidlərimiz puç, ona qovuşmağımız isə mümkün olmaya bilər.
Laçın-Şuşa yolunun Zarıslı ərazisində düşmənin bizim qüvvələrimizin üzərinə hücuma keçən tankının Haropla məhv edilmə anının görüntüləri yayılıb.
Həmin görüntünü təqdim edirik:
Zəngilan rayonunun Bartaz qəsəbəsinin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısmız və jurnalist arasındakı dialoq:
- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?
Biz kassetli bombalardan istifadə etmirik, bizim kifayət qədər başqa alətlərimiz var.
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Biz döyüş meydanında döyüşürük. Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var...
Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi.
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik.
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır".
“Mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
“Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.
Təbrik Nazirliyin "Twitter" səhifəsində yer alıb.
Təbrikdə deyilir: "Qəhrəman Azərbaycan türkü qardaşlarımız! Bayraq gününüz mübarək olsun! Biz sizinlə qürur duyuruq və Ermənistan üzərindəki qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik".
Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zəngilan rayonunun Vejnəli kəndinin görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik.
Baş Prokurorluq 27.09.2020-09.11.2020 tarixləri arasında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.
Bu müddət ərzində ermənilərin törətdiyi təxribatlar nəticəsində 93 dinc sakin həlak olub, 407 dinc sakin yaralanıb.
Bu müddətdə 3326 yaşayış evi, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış evi yararsız hala düşüb.
Salamlar olsun sənə, ey Vətənə qayıdışını Şəhidlər Xiyabanından salıb, şəhidini, torpaq uğrunda canlarından keçənlərini bağrına basan, 1990-cı illərin 20 Yanvarında, Xocalı qətliamında, bir-birinin ardınca işğal olunan qol-budaqlarında can qoyub, qan tökən igid övladlarını ziyarət edib, azadlığının müjdəsini doğmalarına verib Qarabağa-ata-baba yurduna doğru yolçuluğa çıxan Şuşa. Sənə elə bu da yaraşırdı. Axı sən qala qürurlu, şiş dağ vüqarlı, əzəmət mücəssəməsi, yenilməzlik simvolusan, Qarabağın ağsaqqalısan. Salamlar olsun sənə, ey Qarabağın gözü, döyünən ürəyi, Azərbaycanın baş tacı... Azadlığın, hüriyyətin mübarək! Ey igid oğlu dağlar, mərd qızı qayalar olan gözəlliklər məskəni, Şuşa. Bayrağının qırmızısından gözəllərinə köynək, yaşılından ətək biçən, mavisini göy üzünün buludları, dumanı-çəni ilə qarışdırıb gözəllərinə örpək edən Şuşa, qayıdışın mübarək! Ey tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni Şuşa!
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.
Bu barədə o, öz "Twitter" səhifəsində paylaşım edib.
"Qardaş Azərbaycanın Dövlət bayrağı gününü təbrik edirəm! Qəhrəman ordunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəgnli bayrağınla məsud yaşa, can Azərbaycan!" - deyə paylaşımda qeyd olunub.
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.
Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.
Azərbaycanın Dövlət Himni Şuşanın azadlıq müjdəsi münasibətilə qələbə ovqatı ilə ifa edilib.
Himni Azərbaycanın Xalq artisti, ustad Alim Qasımov, Fərqanə Qasımova və nəvələri ilə birlikdə Ali Baş Komandana və Ordumuza təşəkkür hədiyyəsi olaraq ifa ediblər.
Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi” qeyd edilir.
Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir".
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, Şuşa şəhəri, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.
Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edirik:
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.
“Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ümummilli liderimiz Heydər Əliyevin bu cür yüksək qiymət verdiyi muğamlarımızın xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq bütöv Azərbaycana yayılıb, xalqımızın qanına, canına, yaddaşına hopub.
Xocavənd rayonunun işğaldan azad olunan Tsakuri kəndinin kəndinin videogörüntüsü yayılıb.
Müdafiə Nazirliyinə istinadən kəndin videogörüntüsünü təqdim edirik.
Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .
Qurumun "Facebook" səhifəsində edilən paylaşımda deyilir:
"Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!
Qəhraman Azərbaycan Ordusu ciddi önəmə sahib olan Şuşa şəhərini işğaldan azad edib.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.
"Bu münasibətlə qəhrəman Azərbaycan Xalqını təbrik edirik. Azərbaycan türkü qardaşlarımız 28 il sonra Şuşadakı xarıbülbül çiçəyinin çiçəklənməsini izləyəcə, qoxulayacaqlar". - deyə qeyd olunub.
Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
Türkiyənin İstanbul şəhərində Şuşanın işğaldan azad olunması böyük coşquyla qeyd olunur.
Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib.
“Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfislənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”, - deyə Müzəffər Ali Baş Komandan İlham Əliyev vurğulayıb.
"Şuşa Ermənistan işğalından qurtuldu".
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Ttwitter" səhifəsində paylaşıb.
"Mübarək olsun! Uğurlu olsun", - deyə İ.Kalın arzularını ifadə edib.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.
Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.
Şuşa şəhəri işğaldan azad olunub.
Bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.