Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.
Təbrik Nazirliyin "Twitter" səhifəsində yer alıb.
Təbrikdə deyilir: "Qəhrəman Azərbaycan türkü qardaşlarımız! Bayraq gününüz mübarək olsun! Biz sizinlə qürur duyuruq və Ermənistan üzərindəki qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik".