25 Dekabr 2024, Çərşənbə

Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir.

Bunu bu gün keçirilən mətbuat konfransında Prezidedntin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.

 

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri Gəncəyə səfər ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, qonaqlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan və zərər görən ərazilərə baş çəkib, Erməni terrorunun ağır nəticələri ilə yerində tanış olublar.

Ardını oxu...

Türkiyənin Ağrı vilayətində yerləşən Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının görüntüsünün əks olunması ilə bağlı iş aparılır.

Bu barədə Ağrı şəhərinin bələdiyyə sədri Sayan Savcı bildirib.

O qeyd edib ki, dağın Ermənistana baxan tərəfində bu görüntü yer alacaq.

 

 

 

 

 Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

 

 

 

 

İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

 

 

 

 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri militarizasiyasına görə dünyada ən yüksək göstəriciyə malikdir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, işğal edilmiş ərazilərdə yerləşdirilən silahların həcminə, atəş sıxlığına baxdıqda aydın olur ki, dünyada belə hərbiləşmiş ikinci bir yer yoxdur.

H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfi beynəlxalq qanunları pozaraq işğal edilmiş ərazilərdə həddindən artıq silah yerləşdirib.

 

 

 

Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməyə davam edəcək.

Bunu Türkiyənin Xarici işlər nazirliyi Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Bakı ilə Ankara arasında daim siyasi məsləhətləşmələr aparılır.

Nazir əlavə edib ki, Azərbaycan ədalətli mübarizə aparır və Türkiyə ədalətin tərəfindədir.

 

 

 

Beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, biz bunları açıq şəkildə izləyirik və görürük: "Biz bunları qəti halda pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq".

 

 

 

Azərbaycan Ordusu cəbhənin müxtəilif istiqamətlərində düşmənin təxribatlarının qarşısını alır.

Bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir.

Prezidentin köməkçisi qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpası üçün ardıcıl tədbirlərini davam etdirir: “Bu gün də emənilər tərəfəndən təxribatlar törədilir, cəbhənin müxtəilif istiqamətlərində Azərbaycan Ordusu təxribatlarının qarşısını alınır”.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

 

 

 

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Ardını oxu...

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

 

 

 

Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

 

 

 

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 461 mülki obyekt, 97 hündürmərtəbəli yaşayış binası və 2488 yaşayış evi yararsız hala düşüb.

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Əvvəlcə şimal və şərq bölgələrində, 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

 

 

Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

 

 

 

Azərbaycanın işğal edilmiş ərazilərində 400-dən çox tarixi abidə olub ki, onların yarısı erməni vandalizmi nəticəsində dağıdılıb, yarısı isə erməniləşdirilib.

Bunu  AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, ermənilər həm də işğal etdikləri ərazilərdə yerləşən Azərbaycan xalqının əsrlər boyunca yaratdığı, müasir dövrdə isə bütün bəşəriyyətin tarixi mədəni irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkətləri törədiblər. Bu vandalizm hərəkətləri bu günə qədər davam edir.

Ardını oxu...

Müharibə silah tədarükçüklərinə nəhəng gəlir gətirsə də, döyüş iştirakçılarını iflasla üz-üzə qoyur. Ermənistanla Azərbaycan arasında münaqişə də bu baxımdan istisna deyil. Dağlıq Qarabağda bir aydan çoxdur ki, davam edən döyüş əməliyyatları kreditlər içində çabalayan Ermənistan iqtisadiyyatını daha da ağır vəziyyətə çatdırıb

Bu barədə “rusbankrot.ru” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, bu müddət ərzində Ermənistan 250-dən çox tank, hava hücumundan müdafiə sistemləri, yüzlərlə yük maşını, artilleriya vahidi itirib. Komanda məntəqələrinin və silah anbarlarının məhv edilməsi də ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vurub.

Mütəxəssislərin hesablamalarına görə, Ermənistanın müharibə itkiləri azı 2 milyard dollar təşkil edir.

Məqalədə bildirilir ki, indi Yerevan qarşısında ciddi sual dayanır: kreditləri necə qaytarmaq? Çünki, yeni borcların alınması, ya da milli valyutanı dəyərsizləşdirmək bahasına yeni pullar çap etmək heç nəyi həll etməyəcək.

Ardını oxu...

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə İsrailin ünvanına ağır ittihamlar səsləndirib.

İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verən N.Paşinyan bu ölkənin humanitar yardım təklifini də rədd edib.

Erməni baş nazir İsraili ermənilərin "soyqırım"ını həyata keçirməkdə gühanlandırıb: “Düşünürəm ki, konkret nəticələr olacaq və siz də bu nəticələrlə qarşılaşmalı olacaqsınız. İsrail indi şər qüvvələrin yanındadır”.

 

 

 

Son günlərdə sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçilərin az bir hissəsi azad edilən ərazilərin sevincini doya-doya yaşaya bilmir. Onlar artıq kənd deyil, şəhər və qəsəbələrin azad olunma xəbərini eşitmək istəyirlər. Həmin şəxslər başa düşməlidilər ki, torpaqlarımızın azadlığı uğurunda döyüşən əsgər və zabitlərimiz üçün şəhər və rayonun azad edilməsi üçün bir neçə kənd, kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 1994-cü ilin əvvəlindəki Horadiz əməliyyatlarından sonra, yəni son 26 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəkliyi, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib:

“Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı ərazilərlə nisbətini heç nəzərə almadan onları əsl Qələbə kimi qeyd edə bildik. Çünki müharibədə əsas olan mənəvi psixoloji üstünlük əldə etməkdir. Bu münaqişədə isə ən vacib olan Ermənistan Ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi ki, bunu da əsgərimiz qısa müddətdə bacardı. Lakin bəzilərimiz, bəlkə də bu və ya digər səbəblərdən müharibədə heç bir zaman iştiak etməyən qardaşlarımız, hərbçilərimizin hər gün şəhər və rayon azad etməsini gözləyir. Bu şəxslərə bir neçə dost məsləhəti vermək üçün Ordumuzun dağlarda həyata keçirdiyi hücum əməliyyatlarının bəzi xüsusiyyətlərini qısaca xatırlatmaq istəyirəm.

Ardını oxu...

Addım-addım, qarış-qarış sənə doğru yaxınlaşırıq


Şuşa Qarabağın incisidir

Özümü dərk etdiyim bir gündən torpaqlarımızın bir çoxunun işğal altında olduğunu görmüşəm. O torpaqlarımızın hər bir qarışı, hər bir zərrəsinin bizim üçün nə qədər qiymətli olduğunu dərk etmişəm. Onların baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər güşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi-mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada adla tanınıb. Hələ ilahi səs, muğamını demirəm. Suyundandır, havasındandır cənnətməkanımın, bilmirəm. Bu, qarabağlı həmvətənlərimə genlə keçən fitri istedaddır desək, yanılmarıq yəqin ki....
Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumundan qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı güşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılır.

Ardını oxu...

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 102 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

***

 saat 09:20

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.

 

 

 

Biz Vyanada baş vermiş qorxunc hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığımızı ifadə edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yer alan bəyanatında deyilir.

Bəyanatda yaralıların tezliklə sağalması arzu edilir:

"Azərbaycan terrordan əziyyət çəkən bir ölkə olaraq terrorçuluğun bütün forma və təzahürlərini pisləyir".

 

 

 

 

Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

 

 

 

Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır.

 Müdafiə Nazirliyinin bugün paylaşdığı videolardan birində əks olunan hərbi qulluqçumuzun fotosu sosial şəbəkələrdə geniş yayılıb.

Həmin foto sosial şəbəkələrdə günün fotosu kimi paylaşılıb.

Ardını oxu...

Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.

 

 

 

 

Cənubi Qafqazda sülh yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkündür.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bu, təkcə Azərbaycanın və Türkiyənin tələbi deyil, işğal olunmuş torpaqların azad edilməsini beynəlxalq hüquq da tələb edir:

“Bu gün Azərbaycan Ermənistanın Azərbaycan ərazisindən qoşunların çıxarılmasını tələb edən BMT qətnamələrini özü yerinə yetirir”.

Nazirlikdən bildiriblər ki, Türkiyə əvvəlki kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və hər zaman Azərbaycanın yanında olacaq.

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

Bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu isə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Leytenant Düniyev Azad Vüqar oğlu da igidliyi ilə seçilən zabitləmizdəndir.

Ardını oxu...

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik növbəti dəfə bildirir ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.

 

 

 

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır. Bu gün ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

Ardını oxu...

Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Eyni zamanda, Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.

Ardını oxu...


Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur. Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır" - deyə, məlumatda deyilir.

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2 noyabr 2020-ci il tarixdə partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti almışdır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

"Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda qeyd olunub.

Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.

Azərbaycan Ordusu tərəfindən qondarma rejimin "müdafiə nazirinin müavini" Artur Sarkisyan məhv edilib.

Bu barədə erməni KİV-ləri bildirir.

Ardını oxu...

Azərbaycan Ordusunda ruh yüksəkliyi və mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoçarxda Ordumuzun yüksək əhval-ruhiyyə ilə torpaqlarımızı düşməndən azad etiyi əks olunur.

Ardını oxu...

Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ardını oxu...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) cəbhəyə yardım göndərib.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib ki, Türk Şurası Azərbaycanın yanındadır: “Bu gün Türk Şurası olaraq can Azərbaycandayıq. Özbəkistan, Qırğızıstan, Türkiyədən olan nümayəndələr bu gün buradadır. Qazaxıstan isə tədbirə videokonfransla qoşuldu.

Bura can Azərbaycanla həmrəyliyimizi göstərmək üçün gəldik. Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq zəruri tələbat mallarını cəbhəyə göndərib”.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

 

 

 

 

Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.

Nazirlikdən verilən məlumata görə, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.

Ardını oxu...

Efiopiyanın aparıcı və ən geniş oxucu kütləsinə malik olan “Reporter” qəzetində Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevin “Azərbaycan tarixi ədaləti bərpa edir” adlı məqaləsi dərc edilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən  bildiriblər ki, məqalədə Azərbaycana qarşı təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı vurğulanır. Bundan əlavə, yazıda qeyd olunur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı bəyanatlar, “yeni ərazilər üçün yeni müharibə” kimi ilhaqçı konsepsiya, “Paşinyanın 7 şərti” kimi cəfəng xəyalların ifadə edilməsi kimi məsuliyyətsiz addımları atmaqla beynəlxalq ictimaiyyət qarşısında münaqişəni sülh yolu ilə həll etmək deyil, məhz özünün çirkin ilhaqçı siyasətini davam etdirmək niyyətində olduğunu açıq şəkildə izhar edir.

Məqalədə Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təxribatların ardınca sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə kəndlərimizi iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından atəşə tutduğu və Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdığı bildirilir. Hərbi təxribatlar zamanı mülki əhalinin hədəfə alındığı qeyd olunur.

Ardını oxu...

 

 

 

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 5081, hazırkı dövrədək isə 1368620 test aparılıb.

 

 

 

Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı, yerli qeyri-hökümət təşkilatlarının dəstəyi ilə “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib ki, bu tədbirin keçirilməsində məqsəd Azərbaycanın haqq səsini və işğalçı Ermənistan dövlətinin günahsız dinc əhaliyə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Diaspor sədri həmçinin qeyd edib ki, Şimali Kiprdə diaspor təşkilatı olaraq 10 ilə yaxındır ki, Azərbaycan həqiqətlərini və torpaqlarımızın işğal faktını yerli televiziya kanallarında işıqlandırır, mətbuatda Azərbaycanla bağlı çoxsaylı məqalələr yayımlayırlar. 

Aksiyada Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.

O.Həsənoğlu Dağlıq Qarabağda son günlərdə yaşanan hadisələr ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə ŞKTR Parlamentinin vitse-prezidenti Zorlu Törə, ŞKTR parlamentinin millət vəkili, Yenidən Doğuş Partiyasının sədri, Prof.Dr.Erhan Arıklı  çıxış ediblər.  

Aksiyaya Şimali Kiprdə yaşayan soydaşlarımız, dövlət rəsmiləri, millət vəkilləri müxtəlif QHT sədrləri, yerli ictimaiyyət və media mənsubları qatılıblar. 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində regionun energetika infrastrukturu dağıdılmışdır.

İşğalçı Ermənistanın çoxsaylı uydurmalarından biri də ondan ibarətdir ki, Sovet dövründə Azərbaycan ayrıseçkilik siyasəti apararaq, Dağlıq Qarabağın inkişafına diqqət yetirməmişdir. Əslində isə Azərbaycan Dağlıq Qarabağın inkişafına xüsusi diqqət yetirmiş, burada fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tutmuşdur. Dağlıq Qarabağ sənaye sahələrinin tərkibi və inkişaf səviyyəsinə, kənd təsərrüfatı məhsullarının istehsalına görə keçmiş Azərbaycan SSR-nin ən qabaqcıl iqtisadi rayonlarından biri olmuş, regionda o zamanın tələblərinə uyğun olan geniş enerji infrastrukturu yaradılmışdır.

Lakin Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bu infrastruktur da əsasən dağıdılmış və ya talan olunmuşdur.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR