25 Dekabr 2024, Çərşənbə

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Ardını oxu...

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

 Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb.

Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb.

Ardını oxu...

Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj hazırlanıb.

 Müdafiə Nazirliyinə istinadən həmin videoreportajı təqdim edirik:

Ardını oxu...

Sentyabrın 27-dən bu günə qədər Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib.

Bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, əldə olunan əməliyyat və istintaq sübutlarına görə, ermənilər dinc sakinlərə Vardenis rayonu ərazisindən raketlər atılıb: "Bəzi hallarda isə onlar Kəlbəcərdən və Dağlıq Qarabağ ərazisindəki hərbi bazalardan Azərbaycanın dinc sakinlərinə raket zərbələri endiriblər. Müəyyən edilib ki, dinc sakinlərə 7 halda "Scad", 34 halda "Smerch", 5 halda kaset bombaları, 177 halda isə qrad zərbələri endirilib".

Baş prokuror qeyd edib ki, istintaqın nəticəsinə görə, Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirmək tapşırığını Dağlıq Qarabağ ərazisində olan Ermənistan nümayəndəsi, özünü qondarma "DQR" prezidenti adlandıran Araik Arutyunyan göstəriş verir: "Onun tapşırığı ilə Azərbaycanın dinc sakinlərinə raket zərbələri endirilib. Həmin raket zərbələri nəticəsində dağılmış ərazilərdə ekspertiza keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Ermənistanda həmin raketlərin yalnız yüksək vəzifəlilərin tapşırığı ilə istifadəsinə icazə verilir. Arutyunyan və digər vəzifəlilər sosial şəbəkələrdə Azərbaycan əhalisinə raket atəşi açmaq barədə məlumatlar da yayır. Məqsəd əhalini qorxutmaq, panika yatmaqdır".

Baş prokuror bildirib ki, erməni təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə və əhaliyə dəymiş ziyan müəyyənləşdirilir: "Bununla bağlı 350 şahid, 1715 zərərçəkmiş dindirilib, 17 kriminalistik, 290 məhkəmə ekspertizası təyin edilib".

 

 

 

Sentyabrın 27-dən bu günə qədər Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib.

Bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, əldə olunan əməliyyat və istintaq sübutlarına görə, ermənilər dinc sakinlərə Vardenis rayonu ərazisindən raketlər atılıb: "Bəzi hallarda isə onlar Kəlbəcərdən və Dağlıq Qarabağ ərazisindəki hərbi bazalardan Azərbaycanın dinc sakinlərinə raket zərbələri endiriblər. Müəyyən edilib ki, dinc sakinlərə 7 halda "Scad", 34 halda "Smerch", 5 halda kaset bombaları, 177 halda isə qrad zərbələri endirilib".

Baş prokuror qeyd edib ki, istintaqın nəticəsinə görə, Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirmək tapşırığını Dağlıq Qarabağ ərazisində olan Ermənistan nümayəndəsi, özünü qondarma "DQR" prezidenti adlandıran Araik Arutyunyan göstəriş verir: "Onun tapşırığı ilə Azərbaycanın dinc sakinlərinə raket zərbələri endirilib. Həmin raket zərbələri nəticəsində dağılmış ərazilərdə ekspertiza keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Ermənistanda həmin raketlərin yalnız yüksək vəzifəlilərin tapşırığı ilə istifadəsinə icazə verilir. Arutyunyan və digər vəzifəlilər sosial şəbəkələrdə Azərbaycan əhalisinə raket atəşi açmaq barədə məlumatlar da yayır. Məqsəd əhalini qorxutmaq, panika yatmaqdır".

Baş prokuror bildirib ki, erməni təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə və əhaliyə dəymiş ziyan müəyyənləşdirilir: "Bununla bağlı 350 şahid, 1715 zərərçəkmiş dindirilib, 17 kriminalistik, 290 məhkəmə ekspertizası təyin edilib".

 

 

 

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 52 cinayət işi başlanıb.

Bunu bu gün keçirilən brifinqdə baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cinayətlərdən 39-u Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlıdır: "Bundan başqa, Dağlıq Qarabağda mizdluların döyüş əməliyyatında iştirakı ilə bağlı 5, tarixi abidələrin dağıdılması və ekologiyaya zərər dəyməsi ilə bağlı 1 cinayət işi başlanıb. Həmçinin mizdluların döyüş əməliyyatında əsir düşmüş hərbçilərə qeyri-insani rəftarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində 3, Respublika Hərbi Prokurorluğunda isə 4 cinayət işi başlanıb. Hazırda bütün cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir".

 

 

 

Ermənistan silahlı qüvvələri Azərbaycanda strateji obyektlərə zərbələr endirib.

Bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, ermənilər çox təhlükəli silahlardan istifadə edərək 5 halda "Scud" raketlərindən istifadə ediblər. Onlardan 3-ü Gəncəyə, 1-i Qəbələyə və 1-i Kürdəmirə atılıb.

 Ermənilər həmçinin "Smerch" raketlərin dən də istifadə ediblər, bunlar da kaset bombalarıdır. Onlar Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasını, Bakı-Ceyhan neft kəmərini, Bakı-Novorossiysk neft kəməri, Bakı-Oğuz-Qəbələ su kəmərini vurmağa cəhd ediblər".

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 022 yeni yoluxma faktı qeydə alınıb, 480 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 54 174 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 996 nəfər müalicə olunaraq sağalıb, 718 nəfər vəfat edib, aktiv xəstə sayı 10460 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10 179, hazırkı dövrədək isə 1 341 466 test aparılıb.

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdə yeni tikilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuza məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilib ki, Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.

Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu il tətillər bu və digər formada kompensasiya ediləcək.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədris ilinin müddətinin azaldılması nəzərdə tutulmur.

Azərbaycan tərəfinin hücum cəhdi olmayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.

 

 

 

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki, ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.

Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

 

 

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

 

 

 


Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

"Koronavirus.info"ya istinadən xəbər veririk ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 55.2 faiz. 

Abşeronda yoluxma faizi 14.5 faiz, Aranda 10.6 faiz, Gəncə-Qazaxda 6.7 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 2.9 faiz, Quba-Xaçmazda 2.5 faiz, Dağlıq Şirvanda 1.6 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.

Naxçıvanda yoluxma 0.08 faiz, ölkə xarici yoluxma isə 0.9 faiz təşkil edir.

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

Ardını oxu...

Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Düşmənin qüvvə və vasitələri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Ardını oxu...

Türkiyə Azərbaycan münasibətlərinin tarixi kökləri var. Bu münasibətlər zamanla soyudulub, nifaq toxumları səpilərək iğtişaşlara səbəb olub. Amma bütün hüquqsuzluqlar, haqsızlıqlar uzun sürmədiyi kimi, bu gün də ədalət öz gücünü göstərib. Sarsılmaz dostluğumuz müstəqilliyimizin bərpasından sonra daha da qüvvətlənib. Səbəb isə bu qardaşlığın tarixə söykənən bəlli bir keçmişinin mövcudluğudur. Bu həqiqi keçmişi heç nə dəyişə bilməz. Mədəni əlaqələrimizdən bəhs edən elmi əsərlər çoxluq təşkil edir. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik irsdən qaynaqlanır. 

Tədqiqatçı Mədət Çobanov “Türkün qızıl kitabı”na (Rəfiq Özbək) istinad edərək türk xalqlarının 112 tanınmış dövlət qurumu haqqında məlumat verir. Bunlar arasında 15 imperatorluq, 38 dövlət, 34 bəylik, 4 atabəylik, 16 xanlıq, 5 cümhuriyyətin adı çəkilir. A.N.Qumilovun tədqiqatlarında da çox sayda türk uluslarının adı çəkilir ki, bunların bir hissəsi böyük köçlər zamanı adları əvəz olunur, yeni adlar qoyulur, coğrafi adlarla adlandırılır, bəzi hallarda əsarət altına düşərək adları zorla dəyişdirilir. Bizim şanlı tarixi keçmişimizə nəzər salsaq, görərik ki, dillərə dastan olan, ellərə nümunə deyilən bahadırlıq, alplıq, ərənlik tarixi ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq və gizlətmək mümkün deyil.
İctimai-tarixi proseslər nəticəsində coğrafiyamız hissə-hissə parçalanıb bölünsə də, mərdliyimizdən, əzəmətimizdən, doğrularımızdan, tariximizdən üz çevirməmişik. Zaman-zaman əlimizdən alınan azadlıq, asılılıq bizi kölə halına salsa da, doğma torpaqlarımız işğal edilsə də, bir gün müstəqil olacağımıza, düşmən tapdağında qalan torpaqlarımızın azad olunacağına inanmışıq. Bugünkü hadisələri xatırlamaq kifayətdir.
Tarixə müraciət edib görürük ki, sovet ideologiyasının təsiri ilə iki dövlət arasındakı dostluğu lazımınca işıqlandıra bilməmişik. Səsini duyurmağa çalışanların isə aqibəti zülmlə, ölümlə nəticələnib. Yalnız müstəqillik illərindən başlayaraq aparılan düzgün siyasət nəticəsində bu məsələlər öz həllini tapıb. Bu haqda sonra məlumat verəcəyəm. İndi isə iki ölkə arasındakı qardaşlığımızın inkişaf təməlinin qoyulduğu ilk, müstəqil Azərbaycan dövləti var olmağa başladığı zamanın məşəqqətli illərindən, mübarizə dolu tarixi həqiqətlərindən söz açacağam. Bu mənada, Azərbaycan Respublikasının ilk diplomatlarından olan İbrahim Əbilovdan bəhs etməyin əsl məqamıdır. Onun haqqında bir çox məlumatlar yayımlanıb, elmi-tədqiqat işləri aparılıb. “Şərq qapısı” qəzetinin 2013-cü il 19 fevral tarixli nömrəsində çap olunan “XX əsrin görkəmli Azərbaycan diplomatı” adlı məqalədə, “Mədəniyyət” qəzetinin 2010-cu il 4 iyun tarixli nömrəsində Anadolu (Əbilovun qızı) xanımla müsahibədə bir çox məqamlar geniş təhlil olunur. Həmin məlumatları gözdən keçirib xatırlayaq: İbrahim Əbilov 1882-ci ildə Ordubadda doğulub. Ordubadda Məhəmməd Tağı Sidqinin yaratdığı “Əxtər” məktəbində təhsil alıb, atasını itirən İbrahim ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoyub Petrovski şəhərinə – indiki Mahaçqalaya üz tutub. Dövrün yaratdığı çətinliklərdən can qurtarmağa çalışan Əbilov az sonra Bakıya gələrək Balaxanı neft mədənlərində işləyib. Sosial-Demokrat “Hümmət” partiyasına daxil olub, partiyanın öncül üzvlərindən biri kimi ictimai-siyasi fəaliyyət göstərib. “Bakı həyatı” qəzetinin redaktoru işləyib.
1986-cı ildə çəkilən “Gecikmiş gündəlik” sənədli filmində qızı Anadolu xanım atası ilə bağlı xatirələrdən danışarkən bu izləri alırıq tarixin səhifələrindən. O dövrün mənzərəsini sözlərlə təsvir etməyə çalışaq.

Ardını oxu...

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır.

Ardını oxu...

Rumıniya Respublikasında yeganə türkdilli qəzet kimi fəaliyyət göstərən “Balkan gazetesi”ndə, Gürcüstan Respublikasının “Gaxe.ge” saytında, qardaş Türkiyə Cümhuriyyətinin 7 nüfuzlu mətbu orqanında İran İslam Respublikasının “Sharhonline” İnformasiya Agentliyində “Naxçıvan xəbərləri” Media Qrupunun baş redaktoru, gənc jurnalist Seyfur Hacımuradovun “Azərbaycan haqq savaşında” başlıqlı məqaləsi dərc edilib.

Ardını oxu...

1988-1989-cu illərdə keçmiş sovet dövləti ərazisində baş verən ictimai-siyasi proseslərin ölkəmiz üçün ağrılı-acılı nəticələri olub. Azərbaycanın Qarabağ və Naxçıvan bölgələrinə bədxah qonşularımız tərəfindən irəli sürülən ərazi iddiaları çox keçmədi ki, 1992-1993-cü illərdə ölkəmizə qarşı elan edilməmiş müharibə və ərazilərimizin 20 faizinin ermənilər tərəfindən işğalı ilə nəticələndi. Sovet dövlətinin dağılmasından sonra Azərbaycan Ordusunun formalaşmamasından istifadə edən erməni vandalları Naxçıvan Muxtar Respublikasına məxsus olan əraziləri də işğal etdilər. Sədərək rayonuna bağlı olan Kərki kəndi, Şərur rayonunun Günnüt kəndinə məxsus ərazilər, Şahbuz rayonunun Qaraboya kəndi işğal olundu. Ordubad rayonunun Kilit və Kotam kəndləri erməni qaniçənlərinin nişangahına çevrilməmək üçün yer dəyişməyə məcbur oldular. Vətəndaşlarımız təhlükəsiz ərazilərə köçsə də, həmin kəndlərin ərazisində olan tarixi abidələrimiz düşmən gülləsinin nişangahına çevrildi, qəbiristanlıqlarımız dağıdıldı.

Ardını oxu...


Münaqişənin tarixi

20 fevral 1988-ci ildə sakinlərinin 70 faizi ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Deputatlar Şurasının erməni millətindən olan deputatları SSRİ, Ermənistan və Azərbaycan SSR rəhbərliklərinə Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etməsi 70 il ömür sürən sovet hakimiyyətində gözlənilməz bir hadisə oldu. Lakin Sov.İKP MK-nın Siyasi Bürosu Ermənistanın bu yersiz tələbini rədd etdi və buna görə də İrəvan və Xankəndi şəhərlərindəki erməni millətindən olan əhali kütləvi nümayişlərə qalxdı, bununla da Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı əsl müharibə başlandı.
Moskvadan rədd cavabını alan ermənilər 1989-cu ilin dekabr ayında Ermənistan SSR və DQMV rəhbərlikləri, Azərbaycanın qədim Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana daxil edilməsinə dair bir ortaq qərar qəbul etdilər. Bu qərar elan olunandan dərhal sonra Qarabağ azərbaycanlıları öz etirazlarını bildirdilər. 100-150 il bundan əvvəl İrandan bu torpaqlara köçürülmüş ermənilərlə azərbaycanlılar arasında elə o vaxt əsl milli münaqişə başlandı. Ermənipərəst SSRİ hökuməti 1990-cı ilin yanvar ayında münaqişə bölgəsində Rusiya nümayəndəliyinin rəhbərliyi altında fövqəladə vəziyyət elan etdi.

Ardını oxu...

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub: “Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”.

Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Ardını oxu...


Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir: "Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53 152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10 636 nəfərdir.

Ölkədə son sutka ərzində 11 813, hazırkı dövrədək isə 1 331 287 test aparılıb.

 

 

 

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından “fişinq” (tilova salmaq) xarakterli məktublar göndərir.

Nazirlikdən bildirilib ki, göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir. Əks halda, həmin istifadəçilərin elektron poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.

Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.

İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən “fişinq” cəhdləridir.

Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, “www.cert.az” saytı və ya “ Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

 

 

 

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

 

 

 

Bərdə şəhərində dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib:

"Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".

 

 

 

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb. Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.

Bu barədə Ermənistan tərəfinin əsassız iddiaları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında ifadə olunub.

Nazirliyin məlumatında bildirilib ki, Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar.

 

 

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinin səfərinin vaxtı dəyişdirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın  verdiyi məlumata görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.

 

 

 

Bərdə Smerç tipli raket sistemindən atəşə tutulub.

Bunu hazırda Bərdədə olan ANAMA nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hər raketin içində 72 dənə bombacıq var. Biz iki raket tapmışıq, bu o deməkdir ki, 144 ədəd bombacıq şəhərə atılıb: "Bundan əlavə Goranboy və Ağcəbədidə bu bombacıqları tapmışıq".

 

 

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və Azərbaycandakı xarici diplomatlar Bərdədir.

XXX

09:25

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

H.Hacıyev bildirib: “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.

Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

20 oktyabr tarixində Zəngilan şəhəri Ermənistan işğalından azad olunub. Elə həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də işğalçılardan təmizlənib.

Daha sonrakı günlərdə (21,22,23,26 oktyabr) Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Vənədli və Mirzəhəsənli, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri və Ağbənd qəsəbəsi Ordumuz trəfindən işğaldan azad olundu.

 

 

 

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır: "Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Ardını oxu...

“Can Azərbaycana Cümhuriyyət Bayramı təbriki üçün ürəkdən təşəkkür edirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” hesabında bildirilib.

“Türkiyə-Azərbaycan qardaşlığı əbədidir”, - deyə qeyd olunub. 

Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsü yayılıb.

 Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları, dünya ictimaiyyətini Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR