25 Dekabr 2024, Çərşənbə

1988-1989-cu illərdə keçmiş sovet dövləti ərazisində baş verən ictimai-siyasi proseslərin ölkəmiz üçün ağrılı-acılı nəticələri olub. Azərbaycanın Qarabağ və Naxçıvan bölgələrinə bədxah qonşularımız tərəfindən irəli sürülən ərazi iddiaları çox keçmədi ki, 1992-1993-cü illərdə ölkəmizə qarşı elan edilməmiş müharibə və ərazilərimizin 20 faizinin ermənilər tərəfindən işğalı ilə nəticələndi. Sovet dövlətinin dağılmasından sonra Azərbaycan Ordusunun formalaşmamasından istifadə edən erməni vandalları Naxçıvan Muxtar Respublikasına məxsus olan əraziləri də işğal etdilər. Sədərək rayonuna bağlı olan Kərki kəndi, Şərur rayonunun Günnüt kəndinə məxsus ərazilər, Şahbuz rayonunun Qaraboya kəndi işğal olundu. Ordubad rayonunun Kilit və Kotam kəndləri erməni qaniçənlərinin nişangahına çevrilməmək üçün yer dəyişməyə məcbur oldular. Vətəndaşlarımız təhlükəsiz ərazilərə köçsə də, həmin kəndlərin ərazisində olan tarixi abidələrimiz düşmən gülləsinin nişangahına çevrildi, qəbiristanlıqlarımız dağıdıldı.

Müzəffər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı ilə 2018-ci ilin may ayında Şərur rayonunun 11 min hektarlıq ərazisi, o cümlədən Günnüt kəndi geri qaytarılsa da, hazırda Naxçıvanın bir çox abidələri, o cümlədən Kilit mağarası, Kərki yaşayış yeri, Kərki nekropolu düşmən işğalı altındadır. Sədərək rayonundakı Püstə dərəsi yаşаyış yеri, Şərur rayonundakı Dаnyеri yаşаyış yеri, Dаnyеri qаlаsı, Dаnyеri qəbiristаnlığı, Səlcuq sərkərdəsi Tananın adı ilə bağlı olan Tаnа qаlаsı, Şаhbulаq qаlаsı, Muncuqlutəpə, Şahbuz rayonundakı Çiçi yurdu, qoç daşlarımız və onlarla digər abidələrimiz düşmənlərin atəş hədəfində yerləşdiyi üçün həmin abidələri tədqiq etmək mümkün deyil. Bu abidələr arasında Naxçıvanın uzaq Daş dövrü mədəniyyətini öyrənmək üçün əhəmiyyətli olan Kilit mağarasıb xüsusilə diqqətəlayiqdir. Orta Tunc dövründə Azərbaycanda formalaşan Boyalı qablar mədəniyyətini öyrənmək üçün misilsiz əhəmiyyəti olan Kərki yaşayış yeri və nekropolu hələ də geniş tədqiqatlara cəlb edilməyib.
Qədim mədəniyyətlərin beşiyi olan Naxçıvanın qədim abidələrinin işğaldan azad ediləcəyi gün yaxındadır. Heç şübhə etmirik ki, Silahlı Qüvvələri Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusunun qalibiyyətli yürüşləri Azərbaycanın itirilmiş tarixi torpaqlarının və qədim mədəniyyət abidələrimizin işğaldan azad olunması ilə nəticələnəcəkdir.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR