25 Dekabr 2024, Çərşənbə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Prezident İlham Əliyev bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı səsləndirib.

Ardını oxu...

Hazırda müşahidə edilən koronavirusun simptomları ilə xəstəliyin yaz və yayda olan simptomları arasında elə bir fərq yoxdur.

Bunu Trend-ə Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Soyuq fəsillərdə kəskin respirator virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran A.Qurbanov qeyd edib ki, hazırda COVİD xəstəliyinin gedişində ciddi fərq izlənilmir:

Ardını oxu...

Dünyanın ən qədim insan məskənlərindən sayılan, Azərbaycanın Füzuli şəhərindən 16 km aralıda yerləşən, Quruçay sahilindəki məşhur Azıx mağarasında aşkarlanmış qədim insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri müxtəlif ölkələrə qanunsuz şəkildə satılıb.

Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirib.

Onun sözlərinə görə, Azıx mağarasında aparılan qanunsuz qazıntı işlərinə 2002-ci ildən başlayaraq İngiltərə, İrlandiya, İspaniya və İtaliyadan arxeoloji “ekspedisiyalar” cəlb edilir:

"300-350 min il bundan əvvəl yaşamış insanların izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri ekspedisiyanın sonunda Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir və yaxud müxtəlif ölkələrə qanunsuz şəkildə satılır. Bu cür “səxavətliliyin” qarşılığında isə xaricdən gətirilən “alimlər”ə öz əsərlərində Azıx mağarasını “erməni abidəsi” kimi təqdim etmək tapşırığı verilir".

Ardını oxu...

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 83 nəfərə çatıb

Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.

Xatırladaq ki, 30 oktyabrda İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə ciddi uçqunlara səbəb olub.

 

 

 

Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb. B.Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib: “Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır”.

Ardını oxu...

Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak edirdilər.

Qonaqları salamlayan Ə.Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Ə.Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur. Xüsusilə, indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

Ardını oxu...

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.

 

 

 

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə, Zəngilan istiqamətində mövqelərimizə hücum edən düşmən canlı qüvvə sarıdan 30-dək itki verərək Ermənistan ərazisinə geri çəkilib.

Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını "tapıb". Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.

Bu barədə Rusiya KİV-də məlumatlar dərc olunub.

Bilrilir ki, Yerevan anti-Rusiya kampaniyasın yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

 

 

 

Noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

 

 

 

 

 

 

Ermənistanın Dağlıq Qarabağdakı hava hücumundan müdafiə sistemlərinin darmadağın edilməsindən sonra, demək olar ki, düşmən buradakı bütün yaylım atəşli reaktiv sistemlərini də itirib.

Rusiya KİV-lərinə istinadən xəbər verir.

Bildirilir ki, Ermənistanın Dağlıq Qarabağdakı reaktiv artilleriya vasitələrinin təxminən 75 faizi Azərbaycan ordusu tərəfindən məhv edilib.

Qeyd edilir ki, anoloji vəziyyət hava hücumundan müdafiə sistemlərində də müşahidə olunur.

 

 

 

Noyabrın 2-də saat 06.00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

 

 

Oktyabrın 31-də Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi düşmən mövqelərini bombardman edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdə və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilib.

Düşmənin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

Ardını oxu...

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.

Kortejin məhv edilməsinin videogörüntüsünü təqdim edirik.

Ardını oxu...

Rusiya Federasiyasının Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.

Bu barədə səfirliyin Facebook”dakı səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.

Ardını oxu...

Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin məhv edilməsinin görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

Ardını oxu...

Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 56444 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11547 nəfərdir.


Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində gedən döyüşdə zərərsizləşdirilən düşmən bölmələrindən silah və sursat götürülüb.

 Müdafiə Nazirliyinə istinadən əldə edilən silah və sursatın videogörüntüsünü təqdim edirik.

Ardını oxu...

Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev ilə görüşdə söyləyib.

Nazir deyib: “Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır”.

Bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır.

Bunu Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Ardını oxu...

Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Ardını oxu...

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Ardını oxu...

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Bu barədə Mövlud Çavuşoğli sosial şəbəkələrdə paylaşım edib.

“Can Azərbaycanımıza güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağla əlaqədar son proseslərə dair fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, Çavuşoğlu bildirib.

 

Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Bu gün bütün dünyanın göz-qulağı 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına son qoymaq üçün şanlı Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatından gələn uğurlu xəbərlərdədir. Açıq döyüşdə böyük itiklər verən işğalçı ordunun qaçışı, buna cavab olaraq son çırpınışlarını edən erməni vandallarının Azərbaycanın cəbhə xəttindən yüz kilometr uzaqdakı mülki vətəndaşlarımızı hədəf alması xəbərləri və bir zamanlar yaltaqlıqla ələ aldıqları havadarlarının xarici mətbuatdakı əzab dolu yazıları da gündəmdəki yerini qoruyur. Torpaqlarımızın işğalıçı ünsürlərdən təmizlənməsi uğrunda aparılan döyüşlərdə olduğu kimi, Azərbaycanın diplomatik, informasiya və humanitar sahədə də qazandığı uğurları artıq hər kəs tərəfindən, hətta düşmən havadarları tərəfindən də etiraf olunur. Ötən gün ölkəmiz tərəfindən çox böyük humanitar addım atılaraq birtərəfi olaraq 30 erməni hərbçisinin meyitinin və döyüş bölgəsində köməksiz tərk edilmiş mülki şəxsin təhvil verilməsi və eyni zamanda erməni tərəfinin xəstə vəziyyətdəki 84 yaşlı Mişa Melkumyandan imtina etməsi əslində tanış bir mövzunu — erməni xislətinini əsl mahiyyətini bir daha gündəmə gətirir. Bəs nədir erməni xisləti?

Ardını oxu...

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib. 

Bu barədə Ceyhun Bayramov “Facebook” səhifəsində bildirib: “Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildirilib. 

Xidmət tərəfindən  Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. 

Ardını oxu...

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

30 oktyabrda Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair video-kadr yayılmışdır.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır:

Ardını oxu...

Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Dağıntı və xəsarət alanlar yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Bu barədə  Müdafiə Nazirliyindən bildiriblər.

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - deyə Nazirliyin məlumatında qeyd bildirilir.

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. 

Nazirlik bildirir ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Ardını oxu...

Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 oktyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda dəyişiklik edilmişdir.

Ardını oxu...

Azərbaycan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə məhv edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib: “Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!”.

(esse)

İki möcüzəli, gözəl, bağlı görünən, açılmaq üçün şəhadət andı içdirən müqəddəs qapılar taybatay açılır... İlahi nur yayılır ətrafa... O qapılar ki, hamıya yox, ancaq müqəddəs əməl sahiblərinə açılır. Qarşılaşdığımız mənzərə isə buradakı gözəlliklərin səbəbini öyrənməyimizi istəyir bizlərdən. Dilə gətirir öz duyğularını, hisslərini, gözləgörünən gözəlliyini. Zülfü pərişan halımızla qapıdan gələn səadət nuruna qərq olmuşuq hamılıqla. Burada kimlər yoxdur, kimlər. Necə də gözəlsən, səadət nuru. Neçə gündür, yorğunduq, halsızdıq. Ruhumuzun belə gözəlliklərə ehtiyacı vardı. Gözlərimiz yumulur, yorğunluğumuz bizi tərk edir, sanki dincəlirik xoşbəxtlik havasıyla. Qəlbimiz qidalanır gözəl ətrindən, cah-calalından gözlərimiz qamaşır. Sirlərlə dolu bu məkan sehrli aləmmidir?

Ardını oxu...

Eşit, əsgər dostum, mənim səsimi,
Dərdim sənin ilə bölünübdür tən.
Sorağın tutubdur Yer kürəsini,
Səndən böyük zəfər gözləyir Vətən.

Ardını oxu...

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

Bu barədə XİN başçısı rəsmi "Twitter" səhifəsində yazıb.

O bildirib: “Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Bu çətin gündə Can Qardaşımızın yanında olduğunuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə”.

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır.

Bu barədə  Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Ermənistan din xadimlərini də Azərbaycana qarşı döyüşlərə göndərir. 

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Ardını oxu...

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb.

Həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

X X X

16:31

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Trend-in məlumatına görə, dağılan binalar şəhərdə toz dumana səbəb olub.

X X X
16.11

Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub.

Trend-in məlumatına görə, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

İlkin məlumata əsasən, dağıntılar olsa da, ölən və yaralananlar haqda məlumat verilmir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR