İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır.
Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.