Hazırda müşahidə edilən koronavirusun simptomları ilə xəstəliyin yaz və yayda olan simptomları arasında elə bir fərq yoxdur.
Bunu Trend-ə Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Soyuq fəsillərdə kəskin respirator virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran A.Qurbanov qeyd edib ki, hazırda COVİD xəstəliyinin gedişində ciddi fərq izlənilmir:
"Soyuq fəsillərdə insanlarda soyuqlama, qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir az da çətinləşir. Bu baxımdan soyuq havada qrip, soyuqlama koronavirus xəstəliyinin gedişini daha da ağırlaşdıra bilər".
"Lakin əvvəllər də belə olub ki, qrip xəstəliyinə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi yazılırdı. Amma COVİD diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur".