24 Dekabr 2024, Çərşənbə axşamı

Bir aydan artıqdır ki, ata-baba yurdumuzu, 30 ildir,  düşmən tapdağında öz övladlarının yolunu gözləyən torpaqlarımızı mənfurlardan təmizləyirik. Danışıqlar masasında sözümüzə əhəmiyyət verməyən dünya dövlətləri bu gün Azərbaycan xalqının, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha görürlər. Azərbaycan tərəfindən qeyri-millətlərdən olan nümayəndələrin səngərlərimizdə döyüşdüyü kimi çirkin iftiralara əl atan düşmən öz qarayaxmasından əl çəkmir. Düşmənin qəbul edə bilmədiyi  reallıq isə əli silah tutan hər bir azərbaycanlının cəbhəyə yollanmaq üçün  hazır dayanmasıdır. Elə bu mövzu ətrafında həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin baş zabiti kapitan Asim Babayevdir. 

– Asim müəllim, xalqımızın apardığı haqq savaşı barədə nə deyə bilərsiniz?
– Bu günü çoxdan gözləyirdik. 1992-ci ildə ermənilər öz havadarlarının gücü ilə musiqi beşiyi hesab etdiyimiz Qarabağı işğal edərək azərbaycanlılardan ibarət olan yerli sakinləri öz yaşayış məskənlərindən çıxarmağa nail oldular.

Ardını oxu...

Dövlətlərin,  xalqların  və millətlərin suverenlik rəmzlərindən ən əsası olan bayraq, sadəcə, bir ipək parçası deyil, bir ölkənin azadlığını və müstəqilliyini təmsil etməsi baxımından çox mühüm məna kəsb edir. Bayraqlarda hər bir xalqın milli, dini, ideoloji simvolları öz əksini tapır. Dövlət rəmzi kimi bayrağa hörmət göstərilməsi hər bir ölkə vətəndaşının vətəndaşlıq borcudur. Elə buna görə də, dövlətin əsgəri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması ilə bağlı müqəddəs vəzifəni öz öhdəsinə götürərkən bayrağa and içir.

Azərbaycan bayrağı dərin tarixi inkişaf yolu keçmişdir. Müstəqil Azərbaycanın ilk bayrağı 1918-ci ildə Gəncə şəhərində 24 iyun 1918-ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət olaraq qəbul olunmuşdu və bu bayrağın müvəqqəti olmağı qeyd edilmişdi. Daha sonra 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə uzun müddət dalğalanmadı. Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrdən danışarkən demişdir: “Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Ardını oxu...

Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.

 Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş. Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilmişdir.

Ardını oxu...

Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Ardını oxu...


Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikalar.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib. Aktiv xəstə sayı 13614 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 404 min 543 test aparılıb. Bugünkü test sayı isə 13290-dır.

 

 

 

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

 

 

 

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları yeni dizaynda istehsal olunacaq.

Son dövrlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlarda qazandığı uğurlarla diqqət cəlb edən “Bayraktar”ın ön hissəsi köpək balığının ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi Ömər Erkmendir.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır. Bu aparatlar 2014-cü ildən Türkiyə ordusunda istifadə olunmağa başlayıb.

 

 

 

TRT hər zaman Ermənistanın mülki Azərbaycan əhalisini hədəfə almasını işıqlandırıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O, yazıb: "Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, TRT və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır".

 

 

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qubada evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev iştirak ediblər.

Vurğulanıb ki, uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi daim uğurlara, zəfərlərə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yeni qəhrəmanlıq salnaməsi yazır. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizin, şəhərlərimizin sırası daim genişlənir və əldə olunan möhtəşəm Qələbələr hər birimizdə sonsuz iftixar hissləri yaradır. Şanlı tarix yazıldığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminat proqramı da davam edir.

Ardını oxu...

 

 

 

Nazirlər Kabineti “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiq edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, qaydada xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi nəzərdə tutulur.

2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar aşağıdakı hallarda birdəfəlik pul yardımı ala biləcəklər:

- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda.

Ardını oxu...

Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyət Azərbaycan hökumətinə hərbi əməliyyatları dayandırmaq tələbi ilə bağlı ictimai təzyiqə gətirib çıxarmadı, bunun tam əksi oldu.

Bunu “VICE News” nəşrinin müxbiri, Ermənistanın Bərdə şəhərinə raket zərbəsini işıqlandırmış Hind Həsən öz “Instagram” səhifəsində yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması zamanı onu daha çox üzləşdiyi bütün əziyyətlərə baxmayaraq Azərbaycan xalqının döyüşkən ruhu heyrətləndirib:

“Müharibənin ən böyük qurbanlarının dinc sakinlər olduğunu görmək ürək ağrıdır, amma burada münaqişənin insani dəyəri cəmiyyətin hökumətə qarşı olmasına gətirib çıxarmadı, tam əksinə, Azərbaycan sakinləri deyir ki, 27 il ərzində diplomatik yolla münaqişənin həllini tapmaq cəhdləri nəticə verməyib və işğal nəticəsində öz evlərini tərk etmiş 700 mindən çox şəxs öz yurduna qayıtmalıdır”.

Jurnalist, həmçinin öz yazısına dörd fotoşəkil də əlavə edib.

 

 

 

 

 

 

 

 

Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.

Bu barədə  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.

 

 

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

 

 

 

 

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

 

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı nəticəsində sosial problemlərin həllinə xüsusi diqqət və qayğı göstərilməsi, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbul olunması və ya qüvvədə olan aktların təkmilləşdirilməsi digər sosial qruplar kimi şəhid ailələrinin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin də həyat səviyyəsinin yaxşılaşmasına əlverişli şərait yaradıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlara hərtərəfli diqqət və qayğı göstərilir, onların mənzil-məişət problemləri həll olunur, müalicələri üçün müvafiq təyinatlı tibb müəssisələrinə göndərişlər verilir. Həmçinin bu qəbildən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən təqaüd və müavinətlərin məbləği artırılır, bu istiqamətdə yeni normativ-hüquqi aktlar qəbul edilir.

Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslərin və şəhid ailələrinin, habelə müharibə iştirakçılarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə müvafiq kateqoriyadan olan şəxslər fərdi yaşayış evi və mənzillərlə təmin olunur, onlara avtomobillər verilir. Təkcə cari il ərzində muxtar respublikada 25 nəfərə minik avtomobili, 10 ailəyə isə yeni mənzillər təqdim olunub.

Ardını oxu...

Axşamüstüdür, ezamiyyətdə olduğum Sədərək rayonundan çıxıb şəhərə tələsirəm. Yolüstü daxil olduğum Heydərabad qəsəbəsindəki mağazaların birində alış-veriş edənlərin arasında yaşlı bir ağsaqqal diqqətimi çəkir. O, əlindəki plastik kartı satıcıya tərəf uzadaraq deyir: – Ay oğul, bax gör buaykı müavinətim gəlibsə, o pulun həcmi qədər mənə isti corab, bir az da o ev şirniyyatından ver. Satıcı qocaya: “Baş üstə”, – deyib onun istədiklərini torbalara yığır. Ağsaqqalın bu alış-verişi əsgərlərə etdiyini başa düşdüyüm üçün babaya yaxınlaşıb kim olduğu ilə maraqlanıram. O isə kimliyini açıqlamır: “Bir əlin verdiyindən digər əlin xəbəri olmamalıdır. Bu bizim hər birimizin vətəndaşlıq borcudur. Mən özüm də müharibə veteranıyam, dövlətimiz mənə ev də verib, maşın da, aylığım da var. Bir nədir ki, onaylıq pensiyam qurban olsun o səngərdəki balalarıma. Çox yaxşı bilirəm, onların heç nəyə ehtiyacı yoxdur. Dövlətimiz onlar üçün ən uca dağların zirvəsində elə əsgər yataqxanaları inşa edib ki, orada lap bəy balası kimi yaşayır, xidmət edirlər. Amma, ay qızım, baba payı şirin olur”.

Ardını oxu...

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Ardını oxu...

Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən  məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil:

"Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.

Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir".

 

 

 

Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.

Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.

Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir

 

 

 

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Mədət Məmmədov bildirib ki, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb:

"Bu gün səhər 102 "Qaynar xətti"nə daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və bir ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlanıb. 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor var. Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən partlamayıb.

Ardını oxu...

Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

 

 

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər veririk ki, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilmiş, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 59 509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45 697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13 032 nəfərdir.

Ölkədə son sutka ərzində 11 474, hazırkı dövrədək isə 1 391 253 test aparılıb.

 

 

 

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terroristik qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray-Valmenier-in (Mark De Kakkere-Valmenirin) və digərlərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmışdır.

Ardını oxu...

Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını deyən nazirin sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”.

 

 

 

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günündə evinin pəncərəsindən Ağrı dağına baxan hər bir erməni, Azərbaycan və Türkiyə bayraqlarını görəcək.

Bunu özəl açıqlamasında Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayan bildirib.

Bələdiyyə sədri qeyd edib ki, layihənin həyata keçirilməsində onlara dəstək olanlar da var. Naxçıvanda fəaliyyət göstərən GemiKaya Holdinq və Ağrı vilayətindən olan iş adamı layihəni dəstəkləyənlərdəndir:

Ardını oxu...

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb.

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.

Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri vardır.

Azərbaycan Milli Xalça Muzeyindən verilən məlumata görə, tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövgünü əks etdirmişlər.

Şanlı ordumuz torpaqlarımızı azad edərək Qarabağ xalça sənətimizi də öz el-obasına qaytarır. Qız-gəlinlərimiz öz yurdlarına qayıdıb yenidən biri-birindən nəfis xalçalar toxuyacaqlar.

İndi isə Azərbaycanın “Qarabağ xalça xəritəsi”ni təqdim edirik. Xəritənin tamamlanmasını səbrsizliklə gözləyirik!

 

 

 

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.

 

 

 

Dəstək əldə etmək üçün Ermənistan baş naziri hər bir feyk üsuldan istifadə edir.

Bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində jurnalistin "Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur" sualına cavabında deyib.

Ardını oxu...

Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq.

Bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin başqanı Abdullah Erenlə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə sədri bildirib ki, sentyabrın 27-dən bu günədək Türkiyənin dövlət və hökumət rəsmilərinin görüşləri, Azərbaycanla bağlı verilən bəyanatlar, qardaş ölkənin xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz yardımdır.

F.Muradov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir” fikrini, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Qardaşım Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır" deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm” sözlərini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.

Ardını oxu...

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

 

 

 

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

H.Hacıyev bildirib: "Ermənistan Azərbaycanın Tərtər rayonunun dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir. Partlamamış fosfor mərmisi ANAMA tərəfindən zərərsizləşdirilib".

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.

Addım-addım, qarış-qarış sənə doğru yaxınlaşırıq


Şuşa Qarabağın incisidir

Özümü dərk etdiyim gündən torpaqlarımızın bir çoxunun işğal altında olduğunu görmüşəm. O torpaqlarımızın hər bir qarışı, hər bir zərrəsinin bizim üçün nə qədər qiymətli olduğunu dərk etmişəm. Onların baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər guşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada adla tanınıb. Hələ ilahi səsləri, muğamları demirəm. Suyundandır, havasındandır cənnətməkanımın bilmirəm. Bu, qarabağlı həmvətənlərimə genlə keçən fitri istedaddır desək, yanılmarıq yəqin ki...

Ardını oxu...

Vətənini sevən, cəsur və qəhrəman övladlar müstəqil və qüdrətli Azərbaycanın uğurlu gələcəyinin zəmanətidir. O qəhrəman övladlar ki bu gün öz canları, qanları bahasına 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarına azadlığı daddırırlar. O qəhrəman övladlar ki bütün həyatlarını Vətənə həsr ediblər, ölsələr belə, ölümün ən şərəfli olanını, Vətən üçün ölməyi – şəhidliyi seçirlər. Və o qəhrəman övladlar ki, şəhid olarkən son sözləri “Azərbaycan”dır. Belə qəhrəmanları isə sadəcə, Azərbaycan xalqı kimi qəhrəman bir xalq yetişdirə bilərdi. Bu gün səngərdə şahidi olduğumuz gənclərimizin şücaət və qəhrəmanlığı xalqımızın vətənpərvər gənc yetişdirmək missiyasının öhdəsindən necə uğurla gəldiyini bir daha sübut edir. 

Ardını oxu...

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılmış, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur.
Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının mətbuat xidməti

Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir:

"Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır".

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.

Ardını oxu...

Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş ssenarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  məlumat verilib.

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

 

 

 

Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.

Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.

 

 

 

 

 

 

Ötən sutka ərzində Ermənistanın Berd, Çəmbərək, Vardenis və Qafan rayonlarından Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimiz atəşkəs rejimini kobud şəkildə pozan düşmən tərəfindən atəşə tutulub. Ermənistanın, xüsusilə Azərbaycanla dövlət sərhədində yerləşən mövqelərimizi atıcı silahlar, top və minaatanlardan atəşə tutması təhrikedici mahiyyət daşımaqla ordumuzu açıq şəkildə təxribata çəkmək cəhdidir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 3-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi qeyd edib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətindəki mövqelərimizə, xüsusən azad edilmiş ərazilərə yenidən hücumlar edən düşmən şəxsi heyət və texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib. Sutka ərzində daimi dislokasiya məntəqəsində, səngərlərdə və atəş mövqelərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu, 2 ədəd sursatla dolu yük maşını və sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı məhv edilib.

Ardını oxu...

Milli Məclisin növbəti iclasının keçiriləcəyi tarix məlum olub.

Növbəti iclas noyabrın 6-da keçiriləcək.

İslasın gündəliyinə 7 məsələ daxildir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR