Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. İclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə əsasən təşkilati işə baxılmış, komissiyanın sədrinin seçilməsi məsələsi müzakirə olunmuşdur.
Müzakirələrdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci il 3 noyabr tarixli Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının sədri seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki
Komissiyasının mətbuat xidməti