25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 oktyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda dəyişiklik edilmişdir.

Nazirlər Kabinetinin 173 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları” təsdiq olunmuşdur. Adıçəkilən Qərara uyğun olaraq tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu və sertifikasiyasının aparılması qaydaları müəyyən edir. Tibb işçilərinin işə qəbulu və sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, səhiyyə müəssisələrində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədilə obyektivlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin edəcək.
Bundan başqa, Nazirlər Kabinetinin 176 nömrəli Qərarı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsindəki akkreditasiya ilə bağlı bəzi normativ-hüquqi aktlar” təsdiq edilmişdir.
20 oktyabr tarixli Qərara uyğun olaraq “Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsinə görə xidmət haqqının məbləği”nin və “Naxçıvan Muxtar Respublikasında uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının həyata keçirilməsi üçün planlaşdırılan iş həcminin xüsusiyyətləri” təsdiq edilmişdir.
Həmçinin Nazirlər Kabinetinin “Ölçmələrin vəhdətinin təmin edilməsi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında da Qərarı qəbul edilmişdir. Adıçəkilən Qərara əsasən Naxçıvan Muxtar Respublikasında dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının attestasiyasına və tətbiqinə dair ümumi müddəalar və tələbləri, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi qaydasını müəyyən edir.
Eyni zamanda 20 oktyabr tarixli, 179 nömrəli Qərara əsasən “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilmişdir. Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Qərar qəbul olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında ölçmə vasitələrinin yoxlanılması Qaydası, yoxlama nişanına dair Tələblərin və yoxlama haqqında şəhadətnamənin forması” da təsdiq edilmişdir. Qərara uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malların müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar qəbul olunmuşdur. Bu Qayda ilə müəyyən edilmiş iradnamə və tələbnamələr müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə və metroloji qayda və normalara riayət olunmasını müəyyənləşdirmək üçün aparılan dövlət nəzarəti ilə əlaqədar dövlət nəzarətini həyata keçirən yoxlayıcı tərəfindən tərtib edilən və aşkar edilmiş pozuntuları özündə əks etdirən akt əsasında tətbiq edilir.
Nazirlər Kabinetinin 183 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri” təsdiq edilmişdir.
“Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında da Qərar qəbul edilmişdir.
Nazirlər Kabinetinin 30 oktyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq olunmuşdur. Bu Qaydaya əsasən sığortaolunanların fərdi uçotu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya sistemində aparılır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR