25 Dekabr 2024, Çərşənbə

Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibələrinin uğurlu inkişafından da ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

Ötən sutka ərzində düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Prezident İlham Əliyevin ”Twitter” səhifəsində yazdığı kimi, daha 13 kəndin işğaldan azad olunduğunu qeyd edən A.Eyvazov vurğulayıb ki, hazırda bütün istiqamətlərdə döyüşlər davam edir: “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Qələbə bizimlədir!”.

 Bu, vətənpərvər ruhlu gənclərimizin formalaşmasında mühüm rol oynayır

     Muxtar respublikamızda gənc nəslin vətənpərvər ruhda tərbiyəsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Hər bir kəsə milli ruhun aşılanması prosesi körpə yaşlarından başlanılır, məktəblərdə davam etdirilir və təkmilləşdirilir. Gələcəyimiz olan gənc nəslin Vətəninə, xalqına, soy-kökünə, adət-ənənələrinə sədaqət və hörmət ruhunda formalaşması bu prosesə daha məsuliyyətlə yanaşmanı tələb edir. Bu işdə ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələri mühüm rol oynayır. Müasir dövrdə təhsil sistemi qarşısında qoyulmuş başlıca vəzifələrdən biri də ümumtəhsil müəssisələrində həm bacarıqlı, bilikli, yenilikçi gənclər, həm də Vətəninə, xalqına, dövlətinə sadiq vətəndaşlar  yetişdirməkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”. 

Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Son illər muxtar republikamızda tikilib istifadəyə verilən yeni məktəb binaları, laboratoriyalar, kitabxanalar, elektron lövhəli siniflərlə yanaşı, dünya standartlarına cavab verə biləcək hərbi kabinetlər, həmçinin orta məktəblərimizdə tədris edilən gənclərin çağırışaqədərki hazırlığı, ali təhsil müəssisələrində mülki müdafiə, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq fənləri də bu işdə mühüm rol oynayır. Adıçəkilən fənlərin tədrisi gənc nəsildə vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Muxtar respublikamızda hər il mütəmadi olaraq təşkil edilən “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları onların fiziki cəhətdən sağlam böyüməsinə, onlara Vətənə sevgi və məhəbbət hisslərinin aşılanmasına öz müsbət təsirini göstərir.

Ardını oxu...

Bu gün böyük və güclü Vətənimiz tarixi sınaq içindədir. Elə bir sınaq ki indi bütün dünya xalqları sülh və rahatlıq içində yaşasalar da, qismətinə xain ermənilərlə qonşuluqda yaşamaq düşmüş Azərbaycan bir yumruq kimi səfərbər olub düşmənlə çarpışır. Düşmən isə məkrlidir. İllərlə yaşadıqları Azərbaycan torpağının çörəyini yeyib, suyundan içən ermənilər türklərə qarşı bəslədiyi nifrətlə, sanki indi bütün dünyanın boğazına yapışaraq hər yerdə qan axtarırlar. Amma düşmən nə qədər qəddar, nə qədər amansız olsa da, onun qarşısında güclü Azərbaycan Ordusu dayanıb. 

Qarabağ Azərbaycandır! İndi bu şüar ölkəmizdə kiçikdən-böyüyə hər kəsin dilində bir müharibə marşı kimi səslənir. Vətənimizin dilbər guşəsi, Üzeyir nəğməli, Bülbül səsli Qarabağın, nəhayət ki, düşmən işğalından azad edilməsi zamanı gəlib çatıb. Ali Baş Komandanımızın əmri ilə irəliyə doğru əks-hücuma keçən Azərbaycan əsgəri hamımızın həsrətində olduğu o müqəddəs torpaqlara qovuşdurur bizi. Orada bizi gözüyaşlı Kəlbəcər, Şuşa, xanimanı tar-mar olmuş Qubadlı, qanadı qırılmış Laçın gözləyir. Sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatları nəticəsində uzun müddət işğalda qalmış Azərbaycan torpaqlarının xeyli hissəsinin qısa müddət ərzində azad olunması, eləcə də böyük dövlətlərin bu münaqişənin həllindəki maraqları və Vətənin müdafiəsinə qalxmış müzəffər ordumuzun erməni faşizmi üzərindəki parlaq qələbələri çox yaxında digər torpaqlarımızda da üçrəngli bayrağımızın dalğalanacağını, ədalətli sülhün bərpa olunacağını deməyə əsas verir.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan görkəmli dövlət və hərb xadimlərinin, böyük şəxsiyyətlərin vətənidir. XX əsrdə bu torpaq dünyaya şəxsiyyətlərin fövqündə dayanan Heydər Əliyev kimi dahi bir siyasətçi bəxş etmişdir. Təkcə qədim Naxçıvan deyil, ümumilikdə, Azərbaycan nail olduğu sürətli yüksəlişə, daha dəqiq ifadə etsək, bugünkü varlığına görə məhz dahi rəhbər Heydər Əliyevə borcludur. Müstəqilliyimizin ilk illərində ölkəni bürüyən xaos və anarxiya, iqtisadiyyatın iflic vəziyyətə düşməsi, ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr yenidən qazanılan müstəqilliyin əbədi olacağını şübhə altına almışdı. Ümummilli liderimizin Moskvadan Naxçıvana qayıdışı, buradakı fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər o illəri yaşayanların indi də yaddaşlarındadır. Ulu öndərin Naxçıvana qayıtması ilə Azərbaycan tarixinin yeni Heydər Əliyev dövrü və dövlət müstəqilliyinin əbədiliyinin təmin edilməsi mərhələsi başlandı.

Görkəmli dövlət xadiminin Naxçıvanda siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O dövrdə Azərbaycanda cərəyan edən hadisələrdən fərqli olaraq Naxçıvan ümummilli liderimizin rəhbərliyi altında dövlət müstəqilliyinin bərpası uğrunda mübarizənin mühüm siyasi mərkəzinə çevrilmişdi.

Ardını oxu...

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Prezident İlham Əliyevin rəsmi "Twitter" hesabındakı paylaşımında bildirilib.

Təhsil Nazirliyi Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri haqqında məlumat açıqlayıb.

Nazirlikdən bildirilib ki, bu ərazilərdə 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

Ardını oxu...

İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib.

Erməni KİV-lərinə istinadən verilən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir.

Ardını oxu...

Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ardını oxu...

Milli Qəhrəman Şükür Həmidovun adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışarkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.

 Ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb.

Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də sosial şəbəkələrdə hərbi qulluqçularımızın və döyüş texnikalarımızın görüntüləri paylaşılır. Paylaşılan şəkillər “EXIF data” adlı məlumat toplusunu özündə əks etdirir, yəni şəkili və videonu paylaşarkən sadəcə görüntünü paylaşmırsız, həm də çəkilişin aparıldığı ərazinin məlumatlarını paylaşırsınız. Görüntülər analiz edilərkən dəqiq en və uzunluq kordinatları bilinir, nəticədə həmin ərazi düşmən tərəfindən asanlıqla müəyyən edilir.

Bunu Milli Məclisin Sədr müavini Adil Əliyevin "Facebook" sosial şəbəkəsi vasitəsilə müraciətində deyib. O bildirib:

Ardını oxu...

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Artıq bir neçə gün sonra - oktyabrın 29-u  Azərbaycanın qədim və dilbər guşələrindən  biri olan Zəngilan rayonunun özlərini daim bizim torpaqlarımızda aborigen xalq kimi göstərməyə çalışan mənfur Ermənistanın işğalından 27 il ötəcəkdi. İllər düşüncələrimizi, həsrətimizi dəyişə bilmədi. Sadəcə zaman dəyişdi. Geridə qalan 27 il...ötən bu illərdə erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş mədəniyyət abidələrimiz, şübhəsiz ki,  bir gün böyük qayıdışın onlara tərəf olacağına inanıblar. Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı xalqa müraciətində deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.

Ardını oxu...

Xudafərində ucaldılan bayrağımızın kölgəsi bütün işğal olunmuş torpaqlarımıza kölgə salacaq.

Naxçıvan Muxtar Respublikasının mənfur düşmənlərimiz tərəfindən blokadaya salındığı bu illərdə paytaxt Bakıya gedərkən və geriyə­ – doğma Naxçıvana dönərkən Cənubi Azərbaycan ərazisindən keçən Arazboyu yoldan çox çox istifadə etmişəm. Bu yolda məni məndən edən duyğuları, düşüncələri ifadə etmək çox çətindir... Bir tərəfdən öz dədə-baba torpaqlarımızdan icazə ilə keçməyim, digər tərəfdən isə Arazın sol sahilində həsrətdən “qaralmış” Zəngilan, Cəbrayıl torpaqlarının yetim baxışları şair ruhumu hər dəfəsində incidirdi.

Hər səfərimdə işğal altında olan həmin torpaqlara tərəf baxmaqdan boynum ağrıyırdı. Hələ ürəyimdəki ağrını demirəm... Elə bir ağrı ürəyimə sancılırdı ki, bu sancı xəncər, qılınc ağrısından betər idi. Milli təəssüb, qeyrət, xəcalət və ən başlıcası isə, çarəsizlik məni hər səfərimdə halətdən salır, ya Bakıya, ya da ki, Naxçıvana halətsiz bir vəziyyətdə çatırdım. Maraqlı cəhət odur ki, təxminən 10-12 saatlıq bu yolu necə getdiyimi, mənzil başına necə çatdığımı çox vaxt hiss etmirdim. İşğal altında olan torpaqlarımızda 28 ilə yaxın bir müddətdə həyat və zaman necə dayanmışdısa, bu səfərlər zamanı mənim üçün də sanki zaman məfhumu dəyişir, vaxt dayanırdı...

Ardını oxu...

     XXI əsrin ən böyük SƏRKƏRDƏsi, dünya azərbaycanlılarının vahid  Ali Baş Komandanı cənab İlham Əliyevin xalqımıza ünvanladığı növbəti müraciəti yenə də böyük həyəcan və qürurla izləyirəm. Çünki hər bir müraciət qələbə sevincidir, zəfər müjdəsidir. Cənab Prezident bu dəfə rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd və nəhayət, Zəngilan rayonunun kəndlərinin, eləcə də Zəngilan şəhərinin  düşmən işğalından azad edildiyini bildirir. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək qeyri mümkündür.İstər şair ol, istər yazıçısı, istərsə də publisist...Bu hissi Azərbaycan xalqına yaşadan Ali Baş Komandana minnətdarıq, qəhrəman Azərbaycan əsgərinin alnından öpürük.

Ardını oxu...

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.

Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildiriblər.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

"TASS"ın məlumatına görə, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.

Ardını oxu...

Bir neçə həftə bundan öncə ürəkdən bir ah çəkib, əllərim əsə-əsə “1993-cü ildə Cəbrayıl adlı bir yara açıldı qəlbimizdə” yazmışdım. Bu şəhərin tarixindən, işğal edildiyi gündən məqalə qələmə alanda duam bu olmuşdu: İnşallah bu, işğaldan bəhs edən sonuncu yazım olar. Torpağımız geri qayıdar, xoş, qələbə soraqlı yazılarla salamlayarıq oxucularımızı. 27 il idi ki, ürək yanğısı ilə 27 dəfə Cəbrayılın işğalından yazsaq da, həmişə ümidli, inanclı olmuşuq, demişik ki, biz inanırıq torpağımız geri qayıdacaq. Buna tam əminik, çünki yolumuz ulu öndər yoludur, ordumuz dahi rəhbərin ən böyük arzusu olan Qarabağın tam azad olunması sevincini xalqımıza yaşadacaq. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” dərs vəsaitlərinin təqdimatı olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabr ayı ərzində də fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra etmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət edilmiş və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilmiş, 5 dövlət orqanının 9 qərarı dəyişdirilmişdir.
Ay ərzində dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunmuş hazır­lıq kurslarında, ümumilikdə, 122 nəfər iştirak etmişdir.

Ardını oxu...

Dağlıq və Aran Qarabağ Azərbaycan Respublikasının ən qədim mədəniy­yətlərinin beşiyidir. Füzuli şəhəri yaxınlığında olan Azıx və ondan 3 kilometr aralıdakı Tağlar mağaraları, nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir. Azıx mağarasından aşkar olunan Azıx adamının çənə parçası dünyada ən qədim tapıntılardan biridir. Hazırda bu unikal abidə arxeoloji qazıntı adı ilə ermənilər tərəfindən məhv edilməkdə və erməni abidəsi kimi qələmə verilməkdədir. Bu abidələr işğal altında olan yeganə abidə deyil. Kəlbəcərin qayaüstü təsvirləri, Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı İlanlıtəpə, Afatlı kəndindəki Çalağantəpə, Xındırıstan kəndindəki İsmayılbəytəpə, qədim Xocalı qəbiristanlığı, Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə və yüzlərlə digər abidələrimiz düşmən gülləsinin nişangahına çevrilmişdir. Mənfur düşmənlərimiz qədim Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar apararaq bu abidələrdən aşkar olunmuş maddi mədəniyyət nümunələrini erməni mədəniyyəti kimi təbliğ etməkdədirlər.

Ardını oxu...

Düşmənin daha bir neçə hərbi texnika və bazası darmadağın edilib.

Görüntüləri təqdim edirik:

Ardını oxu...

Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.

Qəsəbədə olan Azərbaycan hərbçiləri bununla bağlı Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə ediblər.

Prezident İlham Əliyev bununla bağlı videonu rəsmi "Twitter" səhifəsində paylaşaraq yazıb: "Eşq olsun müzəffər Azərbaycan Ordusuna!".

Ardını oxu...

12 avqust 2020-ci il tаrixdə Nаxçıvаn Muxtar Respublikası Аli Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirədə Fövqəladə Hallar Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsi məqsədilə tədbirlər planı hazırlanmış və icrası təmin edilməkdədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə birlikdə 772 qazanxanada texniki və yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılaraq suqızdırıcı qazanların, qaz-boru xətlərinin, nəzarət-ölçü cihazlarının texniki cəhətdən sazlığına nəzarət edilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülüb, yeni istifadəyə verilmiş 8 qazanxana qeydiyyata alınıb. Naxçıvan, Ordubad və Şərur şəhərlərində fəaliyyət göstərən peşəyönümlü məktəblərdə 157 nəfər qazanxana maşinisti kursuna cəlb olunub, bu müdavimlərlə əməyin mühafizəsi, siqnalizasiya, elektrik avadanlıqları və yanğın təhlükəsizliyinə nəzarət fənlərinin tədrisi nazirlik tərəfindən təmin edilib.

Ardını oxu...

Qürurla bildiririk ki, 20 oktyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə video müraciəti yayımlanmışdır.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilmişdir.

Ardını oxu...

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Ardını oxu...

  Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1949-cu il 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyası və bu Konvensiyanın əlavə protokolları, BMT-nın 1954-ci il 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası  ilə tənzimlənir. Azərbaycan Respublikası bu Konvensiyalara 21 aprel 1993-cü il tarixdə qoşulub.

Ardını oxu...

İran əsilli məşhur Fransa fotoqrafı, "National Geographic" jurnalı ilə əməkdaşlıq edən Rza Diqqəti "Instagram" səhifəsində Şuşa ilə bağlı paylaşım edib.

 68 yaşlı fotoqraf "Şuşada sonuncu çay - 1992-ci il" və #karabakhisazerbaijan həştəqi ilə Şuşa haqqında məlumat verib.

Ardını oxu...

Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.

Azərbaycan Müdafiə Nazirliyindən daxil olan məlumata görə, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.

Ardını oxu...

Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Ardını oxu...

 

Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.

Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, nazirliyin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.

Ardını oxu...

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsinə baxılacaq.

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Zuqdidi şəhərində Gürcüstan Bankının yerli şöbəsində əməkdaşları və müştəriləri girov saxlayan silahlı şəxs polisə təslim olub.

Xüsusi əməliyyatla silahlı şəxs tutulub və girovlar sərbəst buraxılıb.

Ardını oxu...

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

Ardını oxu...

Oktyabrın 21-i gün ərzində və 22-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ardını oxu...

Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR