26 Dekabr 2024, Cümə axşamı

İran əsilli məşhur Fransa fotoqrafı, "National Geographic" jurnalı ilə əməkdaşlıq edən Rza Diqqəti "Instagram" səhifəsində Şuşa ilə bağlı paylaşım edib.

 68 yaşlı fotoqraf "Şuşada sonuncu çay - 1992-ci il" və #karabakhisazerbaijan həştəqi ilə Şuşa haqqında məlumat verib.

O yazıb: “Şuşa Qarabağ regionunun tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi. 1992-ci ilin aprelində Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən idarə olunurdu, azərbaycanlılara bu vacib şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi. Erməni hərbçiləri uzun aylar mühasirədə saxladıqdan sonra 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, Azərbaycanın hərbi hissələrini və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Bir neçə saat ərzində erməni silahlı qüvvələri yüzlərlə kişi, qadın və uşağı yaraladı və öldürdü. Şəhəri ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlılar isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni qoşunlarının ələ keçirdiyi böyük şəhərlərindən biri idi”.

trend.az

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR