26 Dekabr 2024, Cümə axşamı

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. 

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ardını oxu...

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.

Ardını oxu...


Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Cəbhə bölgəsindən verilən məlumata görə, jurnalsit Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəlib. Hadisə nəticəsində Anar Şuşalı ayağından iki qəlpə yarası alıb. Jurnalist xəstəxanaya yerləşdirilib.

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, daha 107 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib. Aktiv xəstə sayı 4521 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 232 min 636 test aparılıb. Bugünkü test sayı isə 4612-dir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 19-u saat 15:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 61 nəfər həlak olub, 282 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

 

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Ermənistan ordusu Dağlıq Qarabağda münaqişə zonasında düşdüyü çətin vəziyyətdən manekenlər vasitəsilə çıxmağa çalışır.

Bununla bağlı fotoqraf Dilan Kollinz "Instagram"da material yerləşdirib.

Fotoda erməni hərbi forması geydirilmiş manekenin qurşağa kimi torpağa basdırıldığı görünür.

Qeyd olunur ki, bu manekenlər erməni əsgərlərdən fərqli olaraq döyüş meydanından qaçmayacaq.

 

 

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Ardını oxu...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılmasına münasibət bildirib.

XİN-dən bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik. Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib və nəticədə 24 türk diplomatı qətlə yetirilib. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, düşmən oktyabrın 19-u saat 12.00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı atıcı silahlardan atəşə tutur.

 

 

 

Azərbaycan tarixinin möhtəşəm abidəsi, Azərbaycan memarlıq sənətinin zirvəsi Xudafərin... Tarixin yol yoldaşı, sinəsində Şəddadilərin, Rəvvadilərin, Elxanilərin, Qaraqoyunluların, Ağqoyunluların, Eldəgizlərin, Səfəvilərin, Teymurilərin, Qacarların izi olan- keçmişin şahidi Xudafərin. Nə xoş günlərə-toylara, düyünlərə, çal-çağırlara, nə müharibələrə-ordulara-qoşunlara, silahlara-süngərlərə sinə açan Xudafərin.  Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən yeganə vasitə. Tarixi İpək yolunun üzərində yerləşməklə  Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olan daş əzəmətli, daş dözümlü körpü...

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur.

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Rusiya KİV-lərinin məlumatına görə, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub.

Azərbaycan əsgəri yeni tarix yazır!

Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu.

Müdafiə Nazirliyinə istinadən Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini təqdim edirik:
 

Çox gözlədik... İnandıq... Düz 27 il... Həsrətin sona yetəcəyinə... Bu ötən illər ərzində hər iki ölkə arasında dırnaqarası sülh danışıqları oldu, boş vədlər verildi. ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin bu laqeyd münasibəti, xalqımıza qarşı törədilən vəhşilikləri görməzdən gəlməsi, ərazi bütövlüyümüzün dünya ölkələri tərəfindən tanınmasına baxmayaraq, mənfur düşmən tərəfindən işğal altında saxlanması birtərəfli münasibətdən başqa bir şey deyildi. Amma buna baxmayaraq xalqımız doğma torpaqlarımızın geri qaytarılması uğrunda mübarizəni heç vaxt dayandırmadı. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: ”Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, biz hər bir şeyə dözə bilərik, ancaq torpaqlarımızın işğal altında qalmasına dözə bilmərik və dözməməliyik.”  

Ardını oxu...

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən verilən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düsməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində bir neçə dəfə əhali rəsmən məlumatlandırılır:

Ardını oxu...

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 18-də düşmənin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq evə külli miqdarda ziyan dəyib.

Bundan başqa, oktyabrın 19-da səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun yaşadığı evə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

 

 

Ermənistanın Naxçıvana geniş miqyaslı hücumu olacağına düşünmürəm.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

M.Şentop bildirib ki, Ermənistan məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək özünün səbəb olduğu müharibəni, atəş ətraf bölgələrə də yaysın: “Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllı ölkələrdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq”.

 

 

 

 

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildir həll etmirdi.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Minsk qrupunun həmsədr ölkələri Ermənistana silah yardımı edir:

“Ermənistan işğalçı bir dövlətdir. Onun silahlandırılması işğalçıya olan dəstəkdir. Azərbaycan haqq yolundadır, ədalət yolundadır. Biz də haqlı olaraq Azərbaycanın yanıdayıq”.

Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayacaq münasibətlərdir.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.

Ardını oxu...

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

Ardını oxu...

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb:

H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb:

Ardını oxu...

Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi Tvitter hesabında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

 Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.

Ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətindədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 1-ci korpusunun hərbi hissələrinə əlavə qüvvə olaraq kömək məqsədilə göndərilən taborun ölən və yaralıları əsasən zabit və gizir heyətidir.

Döyüşlərdə darmadağın edilən hərbi hissəyə əlavə qüvvə və texnika verilmir. Şəxsi heyət ilə komplektləşdirilə bilməyən və sursat baxımından çətinlik çəkən tabor müdafiə zolağını tam bağlaya bilmir. Bu səbəbdən də taborun şəxsi heyəti döyüşlərdə iştirakdan imtina edib.

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ardını oxu...

Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. 

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

Bu barədə Baş nazir “Twitter” səhifəsində paylaşım edib. 

Ardını oxu...

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Bu barədə Müdafiə Nazirliyi video paylaşıb.

Ardını oxu...

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında 18 oktyabr tarixində humanitar atəşkəsə razılıq verdi.

Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərini atəşə tutub:

Ardını oxu...

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü mübarəkdir.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi "Twitter" hesabında etdiyi paylaşımda deyib.

"18 Oktyabr Müstəqillik Günü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm" - deyə Mövlud Çavuşoğlu qeyd edib.

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Madafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Madfiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.

2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu.

Ardını oxu...

Oktyabrın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Gəncəni qəddarcasına raket atəşinə tutmasını beynəlxalq humanitar hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib.

Ardını oxu...

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində dinc əhalinin, mülki infrastrukturun hədəfə alınmasına etiraz olaraq yürüş təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yürüşdə işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrində, xüsusilə Gəncə və Mingəçevir şəhərlərində dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti, mülki şəxslərin, azyaşlıların öldürülməsini soyqırım aktı kimi qiymətləndiriblər.

Ardını oxu...

Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanların xatirəsini yad edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Alman Azərbaycan Dostluq Cəmiyyətininn təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin “Kröpcke” meydanında baş tutan anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak edib.

Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf alması, müxtəlif şəhər və rayonlarda onlarla günahsız insanın qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənilib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim edilib. 

Ardını oxu...

Azərbaycana dəstək olaraq Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Kazmedia binasında Azərbaycanın dövlət bayrağı əks olunub.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu barədə məlumatı Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

Bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR