24 Dekabr 2024, Çərşənbə axşamı

      Kələbəcərimiz dönüşün Qələbəmizdir

     Noyabrın 25-i tarixi...Yeni bir günə başlayan kimi xoş xəbərlərlə köklədik könüllərimizi. O xoş xəbərlər ki, illərdir,  alınmaz qalamız olan Kəlbəcərimizə  qayıtdığımız  günü eşitdik. Böyükdən-kiçiyə hər kəs bir-birinə salırılıb bu əziz torpağımızın qayıdış sevincini yaşayırdı.Həmişəki kimi bu müjdəli xəbəri Qəhrəman sərkərdəmiz, Ali Baş Komandanımız  İlham Əliyev verdi bizlərə: “Bu gün  Kələbəcər rayonu  işğaldan azad olundu. Bu münasibətlə  bütün Azərbaycan xalqını  ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun!Doğma rayonumuz  işğaldan azad olundu. Bu günü  Azərbaycan xalqı uzun illər ərzində  səbirsizliklə gözləyirdi”.

          Adətimə uyğun olaraq  işğaldan azad  olunmuş  digər torpaqlarımız kimi  sənin də azadlıq xəbərini alar-almaz,  sarıldım  qələmə səni vəsf etməyə Kəlbəcərim. Füsunkar dağların, əsrarəngiz  çayların, min bir dərdin  dərmanı olan  saf bulaqların, insanlara  mənəvi qida verən təmiz havanla  böyük tarixi keçmişinlə, tarixi abidələrinlə seçilirdin. Elə məhz bu bənzərsizliklərinə görə göz dağı olmuşdun düşmənə.Erməni vandalları xislətlərinə sadiq qalaraq özgə torpağına göz dikdi, səni bizdən alıb qopardı. Doymamışdıq o yaradılışına, gözəlliyə qərq olmuş gül çiçəklərinin ala bilməmişdik ətrini, seyr edə bilmədik  o uca, şiş dağlarını,min bir dərdin dərmanı olan isti suyunu məlhəm edə bilmədik canlarımıza. Sənin bizdən ayrı düşdüyün gün dağ çəkmişdilər göynəyən yaramıza. Kəlbəcərim  səni nisgilli, boynubükük gördükcə, köks ötürürdüm sinəmdə. Nə zamansa sənin də azadlığınla meydan oxuyacağın günə əmin idim. Bəli, bu gün həmin gündür. Səbrin sonu mükafatdır deyiblər. Mükafatımızı Ali Baş Komandanımız tərəfindən aldıq.Həsrətində olduğumuz Kələbəcirimiz, kəlbəcərlilərə geri qayıtdı. Qayıdışınla doğmalarını səmanının ən yüksək zirvəsinə qaldırdın Kəlbəcərim.Artıq yaşadığımız ağrılı-acılı günlərimizi dərdi-qəmi, nisgili, həsrəti geridə qoyduğumuz gündür. Tarix bir həqiqəti sübut etdi. Bir xalqın torpağını  nizəylə almaq olar, amma onu nizənin ucunda heç vaxt saxlamaq olmaz.

Ardını oxu...

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunmasına və Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciətinə dair xəbərləri geniş işıqlandırıb.

Ukrinform, UNİAN, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialog” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Kəlbəcər rayonuna daxil olması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bundan başqa məqalələrdə Prezident İlham Əliyevin Kəlbəcər rayonunun işğalçılardan azad olunması ilə bağlı xalqa müraciətində Ermənistanın ünvanına səsləndirdiyi sərt fikirlər də işıqlandırılıb.

 

 

 

Özbəkistanın “tnews.uz” və “fikr.uz” portallarında Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti haqqında materiallar yerləşdirib.

Materiallarda Kəlbəcərin işğalından və orada erməni vandalları tərəfindən dağıdılan tarixi abidələrdən söz açılır.

Portallar yazır ki, Prezident müraciətin əvvəlində Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də işğal edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulub. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulub.

Ardını oxu...

Prezidentin köməkçisi Hikmət Hacıyev Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

 Hikmət Hacıyevin bununla bağlı şərhində deyilir:

"Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

Ardını oxu...

İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb.

 Müdafiə Nazirliyinə istinadən həmin videogörüntünü təqdim edirik. 

Ardını oxu...

Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Dictionary of Economics” lüğətinin təqdimat mərasimi keçirilib.

Ardını oxu...

Tarixboyu igidliyi, qəhrəmanlığı ilə tanınan naxçıvanlılar tarixin bütün dövrlərində rəşadət və cəsarəti ilə sözünü deyib. Əlincənin alınmazlığı, Babəkin qəhramanlığı, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub. Naxçıvanlılar ötən əsrin əvvəlində də bu cəsarəti və hünəri göstərib, mənfur düşməni yerində oturdub. Elə ötən əsrin sonlarında sərhəd bölgəmiz Sədərək də belə igidlərimiz hesabına qorundu. Həmin illərdə silahımız, sursatımız olmasa da, Vətən sevgimiz var idi, hansı ki bizə atalarımızdan ərməğan qalmışdı. Günlərlə ac-susuz səngərlərdə qalsaq da, yüzlərlə şəhid versək də, torpağımızı qoruduq. Bununla da, bitmiş bilmədi igidlərimiz öz borcunu. Azərbaycanımızın bağrında açılan Qarabağ yanğısına da dərman oldu igid oğullarımız. “Harada Azərbaycan bayrağı dalğalanırsa, ora Vətəndir”, – deyib doğulduqları torpaqlardan yüzlərlə kilometr uzaqda olan Qarabağa üz tutdular.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Ardını oxu...

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

 Müdafiə Nazirliyinə istinadən bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edirik.

Ardını oxu...

Kəlbəcər. Bu qədim yurd yerimizin işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, əsilzadəliyi, insanpərvərliyi ilə qalacaqdır. Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli cavabdır. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.


Blitzkriq əməliyyatı ilə işğal olunan Kəlbəcər


Blitzkriq alman sözüdür. Blitz (ildırım), krieg (müharibə) sözlərinin birləşməsindən yaranıb. Mənası sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya, “şimşək müharibəsi”dir. Bu kampaniya XX əsrin əvvəllərində alman feldmarşalı Alfred fon Şliffen tərəfindən yararıdılıb. Blitzkriq zirehli tanklar və hava dəstəyi də daxil olmaqla, hərəkətli, manevr gücləri istifadə edərək düşmənə sürətli, fokuslanmış bir zərbə vurmaq üçün hazırlanmış hücum müharibəsi metodunu təsvir etmək üçün istifadə olunan bir termindir. Belə bir hücum ideal olaraq əsgər və topçu itkisini məhdudlaşdıraraq sürətli bir qələbəyə səbəb olur. I Dünya müharibəsində almanlar blitzkriqi Polşa, Norveç, Belçika, Hollandiya, Fransaya, II Dünya müharibəsində isə Rusiyaya tətbiq etmiş və uğurlu nəticələr qazanmışlar. Maraqlıdır, bunu ermənilər Kəlbəcərə necə tətbiq etmişdilər? Sovetlər Birliyinin 15 müttəfiqindən biri Azərbaycan idisə, digəri də Ermənistan idi. Nəzərə alsaq ki, Azərbaycan Ermənistandan bütün dövrlərdə zəngin bir ölkə olub, 70 il sonra 1990-cı illərdə Azərbaycan iqtisadi cəhətdən o vəziyyətdə idisə, gör indi Ermənistan hansı vəziyyətdə imiş. Yox, unutduğum fərqli bir məsələ var: erməni yaltaqlığı, riyakarlığı. Həmin dövrdə Sovetlər Birliyi özünü yenidən dirçəltmək üçün ermənilərdən hərtərəfli istifadə edirdi. Elə blitzkriq əməliyatı da ermənilərə havadarlıqlarının növbəti mərhələsi idi. Faktlar da bunu təsdiq edir: Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi. İlk ağır müqavimətdən sonra Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.

Ardını oxu...

 

 

 

Sumqayıt Kimya-Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırır.

Bunu  müəssisənin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib:

“İki həftə ərzində İsveçrədən beynəlxalq sertifikat alacağıq və bundan sonra ixraca başlayacağıq. Sertifikat alındıqdan sonra biz Latviya və Moldova ilə də danışıqlara başlamağı planlaşdırırıq”.

S.Babayeva əlavə edib ki, müəssisədə istehsal olunan maskaların qiyməti 12-17 qəpik təşkil edir.

 

 

 

Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə bu gün bir qrup rayon sakini Şəhidlər Xiyabanını ziyarət edib.

Onlar şəhidlərin xatirəsini ehtiramla yad edərək qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Xiyabandan fotoları təqdim edirik:

 

 

 

 

Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması məsələsinə aydınlıq gətirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq.

O qeyd edib ki, bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur:

“Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər”.

 

 

 

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, təəssüflər olsun ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq, ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu razılaşmadan narahatdırlar:

“Onların narahatlığının heç bir əhəmiyyəti yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçüm çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu gün səhər saatlarında işğal edilmiş Kəlbəcər azad edildi”.

R.T.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb.

“Müharibə bir daha göstərdi kim kimdir”.

Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində bildirib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan məğlub edilmiş ölkədir: “Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik".

 

 

 

 

Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".

 

 

 

Kəlbəcər həqiqi sahiblərinə qayıtdı və bu, qardaş Azərbaycan xalqının tarixində vacib hadisədir.

Bunu Türkiyə hökumətindən deyiblər.

Qeyd olunub ki, işğal olunmuş digər ərazilər kimi Kəlbəcərin də qayıtması Türkiyə üçün də bayramdır:

 “Azərbaycan xalqını Kəlbəcər rayonunun qayıtması münasibəti ilə təbrik edirik və Laçın rayonunun qayıtmasını səbrsizliklə gözləyirik”.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonu erməni işğalından azad olunub.

Bu gün səhər saatlarından Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcərə hərəkət edir.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Ardını oxu...

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb.

Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib.

Ardını oxu...

İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Ardını oxu...

Bakı Media Mərkəzi ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vandalizm aktları ilə bağlı videoçarx hazırlayıb.

Bununla bağlı mərkəzin "Facebook" səhifəsində paylaşım edilib. Paylaşımda bildirilir:

Ardını oxu...

İşğaldan azad olunmuş Ağdam rayonunun Abdal və Gülablı kəndlərinin videogörüntüləri yayılıb.

Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edirik:

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə  açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl rayonunda ev və obyektlərə dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda artıq dəqiqləşdirmə aparılıb. 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma 47 ev qəzalı vəziyyətdədir.

Ardını oxu...

Qarabağdakı sülh monitorinq mexanizmi üçün işlər davam etdirilir.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, qurulacaq müşahidə məntəqələri arasında Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:

“Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.

 

 

 

 

 

 

Rusiya Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə böyük səylər göstərir.

Bunu Rusiya prezidenti Vladimir Putin xarici səfirlərlə görüşü zamanı deyib.

O bildirib ki, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağda daha da çox qan tökülməsinin qarşısı alındı:

“Hazırda rusiyalı sülhməramlılar atəşkəs rejiminə əməl olunmasına nəzarəti həyata keçirir, dinc sakinlərin təhlükəsizliyini təmin edir və humanitar yükləri müşayiət edir. Ümumilikdə Dağlıq Qarabağda vəziyyət stabilləşir, həm Bakı, həm də Yerevanın maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır”.

 

 

 

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan da istefa verib.

Bunu nazirliyin mətbuat katibi də təsdiq edib.

T.Xaçatryan son bir neçə həftə ərzində istefaya gedən 6-cı nazir olub.

Ermənistan Dağlıq Qarabağda kapitulyasiya sənədini imzaladıqdan sonra müdafiə, xarici işlər, sosial müdafiə, təhsil və ədliyyə nazirləri istefa verib.

 

 

 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi icra olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək:

Ardını oxu...

Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.

Erməni KİV-lərinə istinadən verilən məlumatına görə, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.

Ardını oxu...

Azərbaycanda Vətən müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Qanun layihəsində aşağıdakı dəyişiklik nəzərdə tutulur:

Ardını oxu...

Ay yarımlıq müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücünə tab gətirməyən düşmən silah-sursatla dolu minaatan batareyası mövqeyini ataraq qaçıb.

Həmin ərazi Füzuli rayonunda yerləşir. Bu günlərdə Füzuliyə səfər edən jurnalistlər sözügedən yerlə tanış olublar. Bildirilib ki, döyüşlərin ilk günündə həmin ərazidən ordumuzun mövqelərinə atəş açılıb.

Ancaq əsgərlərimiz qısa bir zamanda düşmənin minaatan batareyasını sıradan çıxararaq oranı zərərsizləşdirib. Hazırda silah-sursatla dolu ərazi şanlı ordumuzun nəzarəti altındadır.

 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.

İclasda aşağıdakı məsələlərin müzakirəsinə başlanılıb:

1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Ardını oxu...

Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.

Bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.

Ardını oxu...

Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız.

Bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

Ardını oxu...

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım.

Bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam".

 

 

 

 

Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin

Bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin".

 

 

 

 

Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşmüş ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda həmin məcburi köçkün ailələrinin hansı ərazilərdə məskunlaşdırılması barədə məlumatlar toplanır: "Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəymiş ziyan müəyyən edilir".

İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəlincə isə qurumdan bildiriblər ki, hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında minalardan təmizlənir. Əməliyyatlar tam başa çatandan sonra həmin ərazilərdə quruculuq işləri başlana bilər.

 

 

 

Hansı yara sağalmaz ki?! Məlhəmi torpaq, qucağı Vətən olarsa?! Düşmənin atdığı mərminin ucu bağrımızı dəlib, yaddaşımızı qanatsa, qanayar yurd yarası. Tarix yaraları, qanla yazılmış izləri unutmaz, qan yaddaşına həkk edər. Tarix tarixləri yaşadar, ey şəhid qardaşım, tarix yarımçıq qalanları yaşadaraq tamamlayar.
Əsrlərdir, bu torpaq intiqam üçün şərəf, namus, ləyaqət yetişdirib əlinə cəsarət silahını verir qarabəxtli Qarabağ üçün. Köksünə sancılan oxla ayaqda qalan, uğrunda tökülən qanla qidalanan, hələ də əsir düşmüş, didərgin olmuş insanları bağrına basan, özünü sığınacaq edib onlara yurd olan, onlara nəfəs verib özü nəfəssiz qalan, uşağından-böyüyünə Qarabağ deyən dillərdə bir əfsanə Qarabağ yaşayır, bir gün canına – Azərbaycanına qovuşacağı ümidindən yapışıb güc alan Qarabağım... Bağrın yansa da, çatlasa da, dözdün, dayandın!.. Başlandı çal-çağırlı, azərbaycanlı günlərin, qara taleyinin ağ günlərə büründüyü günlərin... Minlərlə ölən günahsız insanların qanı ilə ağarıb, ağ günə çıxdığın günlərin!..

Ardını oxu...

Sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər Ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. Təsadüfi deyil ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də xalqa müraciətində bunu xüsusi qeyd edərək deyib: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində bütün digər bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır. Bəzi bu günə qədər açıqlanmayan məsələlər də üzə çıxacaq. Və hər kəs biləcək ki, bütün başqa bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər. Və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər. Şəhidlər veriblər”.

Ardını oxu...

Bu gün Vətən, azadlıq, mübarizə, iradə, əzm, güc, ordu, xalq, birlik, zəfər, qələbə sözlərini tez-tez eşidirik. Bu ifadələrin işlənməsinin ən böyük səbəbkarı isə çoxdan bəri səbirsizliklə gözlədiyimiz Qələbə xəbərini bizə çatdıran Ali Baş Komandanımız cənab ­İlham Əliyev və bu Qələbənin böyük sevincini xalqımıza yaşadan yenilməz Ordumuzdur. Bu qalibiyyətin isə bir səbəbi vardır: Güclü ordu və iqtisadiyyat, Ali Baş Komandan-xalq-ordu birliyi!
Məlum olduğu kimi, bu il sen­tyabrın 27-də Ermənistan hərbi birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətində təxribatçı hücumlara başladı. Nəticədə, ordumuz tərəfindən bütün cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatları ilə düşmənə layiqli cavab verildi. Tarixə 44 günlük müharibə kimi düşən bu savaşda Azərbaycan Ordusu əsl peşəkarlıq ortaya qoyaraq düşmənin bütün mövqelərini darmadağın etdi və işğal altında olan ərazilərimizin böyük bir hissəsi geri alındı.

Ardını oxu...

Biz daha gözəl evlər ucaldacağıq köksündə,

dünyanın ən gözəl AĞ Damını tikəcəyik səndə


Noyabrın 20 yaddaşlarımıza xoş xəbərlər müjdəçisi olaraq yazıldı.İllərdir həsrətini çəkdiyimiz Ağdamımıza qovuşduq elə həmin gün. Budur Ali Baş Komandanımız İlham Əliyev xalqımıza müraciət edərək dedi: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə  çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız  günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin  yeni şanlı tarixini yazırıq. Bu zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik.Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma  torpaqlarına  qaytaraq”.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

 

 

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcəkdir.

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaqdır.

 

 

 

Avropa Şurasının (AŞ) Baş katibi Xarici İşlər naziri Ceyhun Bayramovun məktubunu cavablayıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 Noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

 

 

 

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin edilməsi məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb.

Bu barədə 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi xalqımızın şanlı Qələbəsi ilə qürur dolu günlər yaşayır” sərlövhəli məqaləsində qeyd olunub.

Nazir məqaləsində bildirib ki, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyənləşdirilib. Onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR