24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Dictionary of Economics” lüğətinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında olan ali təhsil ocaqlarında iqtisadiyyat və iqtisadiyyatyönümlü ixtisasların ingilis dilində tədrisi ilə bağlı müvafiq işlər görülür.Yeni nəşr olunan dərs vəsaiti “Dictionary of Economics” lüğəti də bu yöndə görülən işlərin davamıdır. Rəyçisi professor Bəhman Amani olan lüğətdə ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan iqtisadi termin və ifadələr öz əksini tapmışdır.
Sonra iqtisad üzrə elmlər doktoru Mehdi Bağırov, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudov çıxış ediblər. Bildirilib ki, lüğətdə təqdim olunan 5000 söz və terminlər iqtisadiyyat sahəsindəki mütəxəssislər tərəfindən daha çox istifadə edilən 20000 söz və ifadə arasından seçilmişdir. Lüğət izahlı və öyrədici xüsusiyyəti ilə iqtisadiyyatla maraqlanan tələbələr, müəllimlər və digər insanlar üçün nəzərdə tutulub.
Sonda müəllif çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR