24 Dekabr 2024, Çərşənbə axşamı

Tarixboyu igidliyi, qəhrəmanlığı ilə tanınan naxçıvanlılar tarixin bütün dövrlərində rəşadət və cəsarəti ilə sözünü deyib. Əlincənin alınmazlığı, Babəkin qəhramanlığı, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub. Naxçıvanlılar ötən əsrin əvvəlində də bu cəsarəti və hünəri göstərib, mənfur düşməni yerində oturdub. Elə ötən əsrin sonlarında sərhəd bölgəmiz Sədərək də belə igidlərimiz hesabına qorundu. Həmin illərdə silahımız, sursatımız olmasa da, Vətən sevgimiz var idi, hansı ki bizə atalarımızdan ərməğan qalmışdı. Günlərlə ac-susuz səngərlərdə qalsaq da, yüzlərlə şəhid versək də, torpağımızı qoruduq. Bununla da, bitmiş bilmədi igidlərimiz öz borcunu. Azərbaycanımızın bağrında açılan Qarabağ yanğısına da dərman oldu igid oğullarımız. “Harada Azərbaycan bayrağı dalğalanırsa, ora Vətəndir”, – deyib doğulduqları torpaqlardan yüzlərlə kilometr uzaqda olan Qarabağa üz tutdular.

Bu gün xalqımızın böyük zəfərində naxçıvanlıların göstərdikləri igidliklər dillərdə deyilir, Ali Baş Komandan tərəfindən təqdir olunur.
Vətən müharibəsində iştirak edən, döyüş tapşırıqlarını uğurla yerinə yetirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları noyabrın 24-ü gecə saatlarında Naxçıvana qayıtdılar. Qəhrəmanlar alqışlarla, “Ən böyük əsgər, bizim əsgər!” şüarları ilə qarşılandı. Və həmin qayıdış toy-bayram oldu həm ailələri, həm də bütün naxçıvanlılar üçün. Diyarımızın hər yerindən onları qarşılamağa üz tutan insanların sevinci sonsuz idi.
Şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu Vətənimizin bütövlüyü, igidlərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR