Ermənistanın sabiq müdafiə nazirinin müavini Astvatsatur Petrosyan ölüb.
Erməni KİV-lərinə istinadən verilən məlumatına görə, 67 yaşlı generalın ölümünü oğlu Sipan Petrosyan elan edib.
Qeyd edək ki, A.Petrosyan 1992-ci ildə Ermənistan müdafiə nazirinin köməkçisi təyin olunub. O, birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra, 1993-cü ildən 2000-ci ilədək müdafiə nazirinin müavini olub.
Sonralar isə fövqəladə hallar nazirinin müavini təyin edilib.