24 Dekabr 2024, Çərşənbə axşamı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri onların sosial müdafiəsinə daim xüsusi qayğı göstərilməsindən də razılıqla bəhs edib, bu qayğıya və yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər. Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bu sarsılmaz birliyin qarşıdakı dövrdə də xalqımıza daim qələbələr gətirəcəyini vurğulayıblar.

Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR