Ermənilər döyüşlər zamanı terrorçuların istifadə etdiyi kustar üsulla hazırlanan raket atıcılarından istifadə edib.
Bunu ANAMA-nın əməkdaşı Musa Məmmədov deyib.
M.Məmmədov bildirib ki, bu cür atıcılardan Yaxın Şərqdəki münaqişələrdə İŞİD, PKK terror təşkilatları tərəfindən istifadə olunub:
“Eyni zamanda, mərmilər də kustar üsulla hazırlanıb. Hazırda Rusiya tərəfindən istehsal olunan bu tip “M-24F” raketləri var ki, bunlar əsasən iki cür modifikasiyada olub - maksimum 7 və 11 km məsafəyə qədər atılanlar və buna uyğun olaraq da partlayıcı çəkiləri də 18 və 27 kq olanlar. Lakin kustar üsulla hazırlanan raketlərin uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddəsi isə 40 kq-a qədər artırılıb ki, daha böyük dağıntılar törətsin.
Düşmən bu raketlərlə Azərbaycanın yaşayış məntəqələrinə çoxsaylı atəşlər edib və infrastruktura böyük ziyanlar verib, mülki insanların ölümünə səbəb olub”.