Erməni general Movses Akopyan şok açıqlamalar verib.
Ermənistan KİV-nə istinadən xəbər veririk ki, Akopyan 2018-ci ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Günnüt əməliyyatı” barədə danışıb.
“2018-ci ilin aprel-may aylarında Naxçıvanla həmsərhəd Zanqakatun və Areni kəndləri istiqamətində bir çox ərazilər itirilmişdi. Ayrı-ayrı istiqamətlərdə azərbaycanlılar 6 kilometr irəliləmişdi.
Bu amilləri nəzərə alaraq, həmin istiqamətdə korpus komandiri olmuş Artak Davtyanın Baş Qərargah rəisi təyin olunmasına qarşı çıxdım".
Qeyd edək ki, 2018-ci ilin Günnüt əməliyyatında Naxçıvan ordusu Şərurun Günnüt kəndi də daxil olmaqla 11 min hektardan artıq ərazini işğaldan azad etmişdi.