24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibədə dünya hərb tarixində yeni bir səhifə yazdı, əsgərlərimiz, gizirlərimiz və zabitlərimiz böyük qəhrəmanlıqlar göstərdi.

Bu gün dünya ölkələri Azərbaycan ordusunun yüksək peşəkarlıqla apardığı döyüş taktikasını öyrənməyə çalışır.

 

Bu döyüşlər zaman Azərbaycan ordusunun Şuşanı işğaldan azad etmə əməliyyatı sözün əsl mənasında dünyanı çaşqınlıq içində qoydu, mümkünsüz görünən bir tapşırığı uğurla həyata keçirdi və düşmənin kapitulyasiyasını labüdləşdirdi.

Şuşada möcüzə göstərən qəhrəmanlarımızdan biri də qazi Alik Məmmədovdur. A.Məmmədovun Qarabağın tacının azad olunması üçün ağılasığmaz əməliyyatla bağlı sosial şəbəkədə fikirləri yer alıb:

“Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözləyir, bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim ordan hücum edəcəyimizi güman edirdilər. 

Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağa gedirik. Generalımızın düzgün döyüş tapşırığı, dügün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, həmin hücum zamanı təxmini desəm 40-a yaxın ermənini bıçaqla vurmuşam.

Ermənilərin arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik.

Şuşa bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı”.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR