24 Dekabr 2024, Çərşənbə axşamı

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər.

Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər veririk.

Türkiyənin dörd aparıcı parlament partiyası - Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ partiya Fransa qanunvericilərini qınayıblar.

 Parlamentin spikeri Mustafa Şentopun rəhbərliyi ilə imzalanan bəyanatda ərazilərin işğaldan azad olunması məsələsində qardaş Azərbaycanın mövqeyinə dəstək vurğulanır.

Qeyd edilir ki, Türkiyə parlamenti və xalqı şübhəsiz qardaş Azərbaycan barəsində düşmən addımları nəzərə alacaq. Fransa Senatının qətnaməsi beynəlxalq hüquq nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

Bəyanatda həmçinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədri postunda 30 illik fəaliyyətsizliyinə diqqət çəkilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR