23 Dekabr 2024, Bazar ertəsi

2020-ci il ərzində keçirilən imtahanlarda təqribən 400 min nəfər iştirak edib. Dövlət İmtahan Mərkəzinin (DİM) 18 elektron xidmətindən 7 milyon dəfə istifadə olunub.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, DİM tərəfindən keçirilən bütün imtahanlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Operativ Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunub.

 

 

 

“National Geographic” özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar paylaşıb.

“National Geographic”in paylaşımında bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.

Paylaşımda diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatdı. Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin böyük hissəsini geri qaytardı.

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailələrinin, qazilərimizin aktiv məşğulluq proqramları çərçivəsində sosial dəstəklə təmin olunur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kateqoriyalardan olan 2000 şəxs məşğulluq proqramlarına cəlb edilib:

“Onlardan 1700-dən çox şəxs özünüməşğulluq proqramına, 254 nəfər haqqı ödənilən ictimai işlərə, 35 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub”.

 

 

 

      Torpağın insan cəmiyyəti üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, insanlar qədim dövrlərdən başlayaraq qida əldə etmək məqsədilə kortəbii şəkildə də olsa, torpağa müəyyən təsir göstərmişlər. Sonralar torpaqda müəyyən bitkilər əkməklə bu təsir daha da artmış və güclənmişdir. Torpaqların becərilməsi nəticəsində torpağın fiziki xassəsi kökündən dəyişir.Torpaq qida məhsullarının mühüm mənbəyidir. Təbiətdə torpaqlar müxtəlif olduğu kimi, onların qida maddələri ilə təmin olunma dərəcəsi də xeyli müxtəlifdir. Bu qida maddələri də bu və ya digər torpaqlarda becərilən müxtəlif çeşidli kənd təsərrüfatı bitkiləri və heyvanlar tərəfindən mənimsənildiyindən onları üzvi, mineral və bakterial gübrələr tətbiq etməklə təkrar torpağa qaytarmaq zərurəti yaranır.

     İnsan cəmiyyəti yaranan gündən onun bütün fəaliyyəti istehsal vasitəsi olan torpaqla bağlı olmuşdur. Həm də bu bağlılıq və təsir son zamanlarda daha da artmış və güclənmişdir. İnsan cəmiyyətinin torpaq örtüyünə təsiri onların təbii mühitə təsirinin bir tərəfini təşkil edir.

    Torpağın əsas xassəsi onun münbitliyidir. Münbitlik torpaqda bitkinin normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini,  hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur.  Münbit torpaq qatı uzun illər ərzində ona müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Bütün sərvətlər tükənə bilər. Amma torpaq ən qiymətli sərvət olaraq böyük  iqtisadi əhəmiyyətini hər zaman göstərir. Torpaq ona düzgün qulluq edildikdə daha böyük gəlir verir.

Ardını oxu...

Azərbaycanla Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiya Sülhməramlıları kontingentin komandanı general-leytenant Rüstəm Muradov bildirib.

O qeyd edib ki, yanvarın 28-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan əsirliyində olan bir nəfər Bakıya gətirilib. İrəvana isə 5 əsir qaytarılıb.

 

 

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Ardını oxu...

Dövlət Miqrasiya Xidmətində əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və onlara xidmət göstərən tərəflərlə “Elektron müraciət qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılan imkanlardan istifadə edərək qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələrin icrasını, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri dekabr ayı ərzində də davam etdirib. 

14-24 dekabr tarixlərdə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilib, imtahanda qeydiyyatdan keçmiş 571 namizəddən 559-u iştirak edib, onlardan 326-sı müvafiq keçid balını toplayıb. Həmçinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 12 namizəddən 12-si esse imtahanında iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayıb.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 060, ötən müddət ərzində isə ümumilikdə 2 387 134 test aparılıb.

 

 

 

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq başlayıb.

Respublika meydanında keçirilən mitinqə siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

Aksiya iştirakçıları bütün vətndaşları mitinqə qatılmağa və baş nazirin istefasını tələb etməyə çağırıb.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə mitinqlər ötən ilin noyabrından davam edir.

 

 

 

Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

 

 

Hazırda Türkiyədə 3 potensial vaksinin ilkin sınaq mərhələləri başlamaq üzrədir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, ölkədə 436 tədqiqatçının iştirakı ilə 17 vaksin layihəsi həyata keçirilir:

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Türkiyə COVID-19-la bağlı ABŞ və Çindən sonra ən çox vaksin layihəsi reallaşdıran üçüncü ölkədir. Ümid edirəm ki, öz vaksinini istehsal edən bir ölkə olaraq beynəlxalq arenada ön sıralarda yer alacağıq".

 

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir.

Bu gün Yerevanın Respublika meydanında genişmiqyaslı mitinq elan olunub.

Mitinq təşkilatçıları aksiyanın əsas məqsədinin N.Paşinyanın vəzifədən getməsi olduğunu bildirib.

Qeyd edək ki, ölkədə aksiyalar ötən il noyabrın 10-dan etibarən davam edir.

Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən kompüter-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır. Təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımna inteqrasiyası və tələbələrin beynəlxalq peşə olimpiadalarında iştirakı təmin ediləcək:

"Təhsil Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq. Eyni zamanda, peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir. 2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır".

 

 

 

Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizlik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlanıb.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir:

"Ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu dəyişikliklərə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq".

 

 

 

“Şuşa uğrunda döyüşən Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq

və qəhrəmanlıq göstərdilər”

                Ölkəmizin böyük qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri milli birlik, həmrəylik və vətənpərvərlik oldu. Qarabağ müharibəsi onu göstərdi ki, Azərbaycan xalqının ərazi bütövlüyü hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Ordumuz işğal edilmiş torpaqlar uğrunda son damla qanına kimi mübarizə apararaq bizə qələbə sevinci yaşatdı. Bu qələbədə həm də birliyimizin rolu misilsizdir. Tarixə qızıl hərflərlə yazılan İkinci Qarabağ mübaribəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin göstərdiyi şücaət muxtar respublikada hərbçilərin, eyni zamanda gənclərimizin necə bir vətənpərvər ruhda böyüməsinin əyani sübutudur. Redaksiyamızın qonağı Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Tehran Mənsimovdur. Onunla söhbətimizdə bir daha həmin günlərə qayıtdıq.

Ardını oxu...

Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur, bu barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri, bərbərxana və gözəllik salonları müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı olaraq vizadan azad etmə ilə bağlı yeni sənəd təsdiq ediləcək.

Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.

 

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Komitənin sədri Vaqif Rəsulov çıxış edərək bildirib ki, 2020-ci ildə komitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.

Ardını oxu...

 

 

 

2021-ci ilin 27 yanvar tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, ötən müddət ərzində isə ümumilikdə 2 380 074 test aparılıb.

 

 

 

Fərman İsmayılovun nəşinin Azərbaycana çatdırılmasına görə, Türkiyə tərəfinə öz minnətdarlığımızı bildiririk.

Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndisin nəşi ilkin olaraq Baş Prokurorluğa təhvil veriləcək:

"Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa rəsmi şəkildə məlumat göndərib. İlkin olaraq meyitin üzərində məhkəmə tibbi eksperti tərəfindən baxış keçiriləcək, ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək".

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

 

 

 

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərin 15 günlük açılması barədə yayılan məlumatlara münasibət bildirib.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, hazırda COVİD-19-a yoluxma vəziyyətində hər 14 gün sonra açılmanın yoluxma sayının artmasına səbəb olub olmadığı məlum olur:

“Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, biz açılmaya davam edəcəyik”.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası ilə dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.

Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu mina­ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.

Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilmişdir.

 

 

 

 

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin tərkibində olacaq rus hərbçilər, atəşkəs rejiminə birgə nəzarət vəzifələrini yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işin təşkili qaydasını öyrənirlər.

Rusiya və Türkiyə tərəfdən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti atəşkəsə pilotsuz uçan aparatlardan istifadə etməklə nəzarət vəzifələrini yerinə yetirəcək.

Yanvarın 26-da xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuanin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə sülh quruculuğu və yeni əməkdaşlıq imkanlarına dair Azərbaycan tərəfinin baxışları barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasını idarənin sədri Elvin Axundov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 212 milyon 399 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 934 min manat, uzunmüddətli kredit qoyuluşu isə 204 milyon 465 min manat təşkil edir. Kredit qoyuluşu, əsasən, Dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları ərzində 179 milyon 473 min manat kredit verilib ki, bunun da 18 milyon 893 min manatını qısamüddətli, 160 milyon 580 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 13 milyon 357 min manatı kənd təsərrüfatı, 18 milyon 561 min manatı sənaye, 562 min manatı tikinti, 4 milyon 397 min manatı kommersiya, 1 milyon 112 min manatı nəqliyyat, rabitə və informasiya, 3 milyon 571 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 922 min manatı səhiyyə və sosial xidmət sahəsinə,136 milyon 991 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Həmçinin kredit təşkilatları tərəfindən 2020-ci il ərzində 186 fiziki şəxsə 237 ədəd olmaqla, 5 milyon 97 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov muxtar respublikada idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurlarından danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Vurğulanmışdır ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də Güləş Federasiyasıdır. 19 il bundan əvvəl – 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən ötən müddət ərzində güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülmüşdür. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılmış və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1449 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər.

Ardını oxu...

Yanvarın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

 

 

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə 3 dəfəyədək artırılır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyədək artırır.

Ardını oxu...

Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu “beyin mərkəzləri”ndən biri – “Atlantik Şurası” (“Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

Moderatoru “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

Ardını oxu...

Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibi Jan-Batist Lömuan Bakıya gəlib

Dövlət katibi Bakıda biznes və təhsil nümayəndələri ilə görüşüb.

Digər görüşlərin də keçirilməsi planlaşdıırlır.

Müəllimlərin vaksinasiyası ilə bağlı heç bir məcburetmə halı yoxdur.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, ilkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.

 

 

 

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvləri də şamil ediləcək.

Bununla bağlı məsələ “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanuna dəyişiklik layihəsi parlamentə daxil olub və yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan,Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsi prosesi fevralın15-dək tarixinədək  uzadılıb.

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.

 

 

 

 

O, general rütbəsindən daha yüksək məqama ucaldı...

Tarixboyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, hətta ömrümüz boyu belə ölümlərə can atmışıq. Sinə gərmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. Var olub. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün şanlı ölümə aparıb. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yola fəda ediblər. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq.

Ardını oxu...

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonovun erməni KİV-nə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik.

Bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Rusiya Dövlət Dumasının üzvü V.Milonovun erməni kanalına müsahibəsinə dair şərhində yer alıb.

Leyla Abdullayeva şərhində daha sonra bildirib: “Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitaliy Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Ardını oxu...

Bir neçə gün əvvəl Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmidə həyatını itirən azərbaycanlı dənizçi Qabona gətirilib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, yaxın günlərdə onun cənazəsi Azərbaycana yola salınacaq:

"Hazırda 15 vətəndaşımız qaçırılmış vəziyyətdədir. Gəmi limana yan alıb. Dəniz quldurlarından hələ ki, xəbər alınmayıb. Həyatını itirmiş azərbaycanlı qardaşımız yaxın günlərdə Azərbaycana yola salınacaq"

 

 

 

Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gür" (S-334) sualtı qayığından Türkiyə istehsalı olan AKYA raketinin sınaq atışı keçirilib.

Atış Mərmərə dənizində baş tutub.

Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün "Gür" sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.

Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.

 

 

 

Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum və dövlət başçısının qətiyyəti nəticəsində tarixi salnamə yazıldı.

Bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.

O bildirib ki, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi bir çox işlər görüb: “70-ə yaxın beynəlxalq təşkilatlara və digər təşkilatlara məlumatlar göndərilib. Azərbaycanın 20 faiz ərazisinin işğal olunması, soydaşlarımızın didərgin salınması, Azərbaycana qarşı törədilən faciələr barədə Avropa İnsan Haqları Məhkəməsi və digər beynəlxalq qurumlara videoformatda məlumatlar çatdırılıb. Həmçinin işğaldan azad olunan ərazilərdə idarəetmə ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq aidiyyəti qurumlar fəaliyyətə başlayıb. Ədliyyə nazirinin əmri ilə noyabrın 12-də Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb və artıq idarə fəaliyyətdədir. Ədliyyə işçiləri 2,5 milyon manat vəsaiti könüllü olaraq hərbi əməliyyatlar zamanı orduya köçürüb. Ədliyyə əməkdaşlarının bir qismi isə könüllü olaraq döyüşlərdə iştirak edib”.

 

 

 

Prezident İlham Əliyev sentyabrın 27-də  xalqa müraciətində deyirdi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı ərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir”.

Azərbaycan ordusu illər öncə fürsətdən istifadə edilərək 4 ildə işğal edilən torpaqlarımızı cəmi 44 gündə geri qaytardı. 2800-dən çox can bahasına, 2800-dən çox əbədi məşələ dönən igidin, qəlbini ovcunda sıxıb, odu sinəsində söndürən, oğul böyüdüb Vətənə qurban verən  anaların  sayəsində. Onlar bizim qələbə müjdəli şəhidlərimiz oldu. İllərdir məğlub xalq damğasını daşımaqdan yorulan xalqımızın üzünü ağ edən qəhrəmanlıq dastanı yazan bir xalq olduğumuzu bütün dünyaya göstərən oğullarımız. Onların sayəsində bu gün daha da qürurla dalğalanır şanlı bayrağımız. Onlar bizim qürurumuz, fərəhimiz, kədərimiz, sevinc göz yaşımız oldular. Vətən savaşının igidləri onlardan öncə nahaq yerə tökülən qanın, illərdi düşmən tapdağında qalan torpağın qisasını aldılar. Onlardan biridir qədim Naxçıvanın Əlincəsi ilə dillərə dastan olan Culfa elinin igid oğlu Amin Gülməmmədov.

Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanlarından Furkan Yarenlə telefonda danışıb.

Hadisə ilə bağlı bütün prosesləri yaxından izləyən Türkiyə Prezidenti Qabonda lövbər salan hücuma məruz qalmış gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini bildirib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

 

 

 

Yanvar 22-24-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 9 (doqquz) və Dövlət Sərhəd Xidmətindən 2 (iki) müraciət daxil olub.

Agentlikdən bildirilib ki, daxil olmuş 11 çağırış əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 694 600 kv.m (1 369 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatdan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat (PHS) , 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 min 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

 

 

Bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu gün saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilib:

ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);

bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

muzey və sərgi zallarının fəaliyyəti;

şəhərlərarası və rayonlararası hərəkət.

 

 

 

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.

 

 

 

 

Əlahiddə Ümumqoşun Orduda 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.

Buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın ötən il milli mətbuatımızın 145 illik yubileyi münasibətilə işıq üzü görən “Naxçıvanın publisistik xəritəsi” kitabının gənc oxucular arasında müzakirəsi təşkil olunub. Bu münasibətlə Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq müstəqillik illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən uğurlu gənc­lər siyasətindən ətraflı söhbət açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir, general-leytenant Şamı Abdullayev bildirib ki, muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr 2020-ci ildə uğurla yerinə yetirilib. Nazirliyin Mülki Müdafiə Alayında və Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsinin 6 şöbəsində taktiki-xüsusi təlim keçirilib. 2020-ci tədris ilinin “Uzlaşma planı”na uyğun olaraq Mülki Müdаfiə Alаyının və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasediciləri “Qar uçqunlarında xilasetmə işlərinin aparılması” təlimində, avqust-sentyabr ayları ərzində Əlahiddə Ümumqoşun Ordunun Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən “Sarsılmaz qardaşlıq – 2020” taktiki təlimində iştirak edərək təcrübə qazanmışdır.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ildə polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının da fəaliyyətinə əlverişli şərait yaratdığı üçün Naxçıvanın cinayətsiz region statusu 2020-ci ildə də qorunub saxlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetində ötən ilin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrlə əlaqədar iclas keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR