23 Dekabr 2024, Bazar ertəsi


Vasif Talıbov ötən 25 ildə xalqına, dövlətə və prezidentə sədaqətli xidmət nümunəsi göstərdi.

ƏLMANİZ ƏLƏKBƏROV.



1995-ci il 16 dekabr və 16 dekabr 2020-ci il

          Əslində çoxları üçün bu tarix adi bir təqvim kimi görünə bilər. Ancaq Naxçıvan və Naxçıvanlılar üçün bu tarix çox yaddaqalandır. Məhz bu tarixdə Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri cənab Vasif Talıbov cənabları Naxçıvana rəhbərlik etməyə başlayıb.

          Həmin vaxt, Ümummilli lider, Heydər Əliyev kimi dahi bir şəxsiyyət Naxçıvanı işğal olmaqdan xilas etdi. Və özündən sonra Naxçıvana rəhbər kimi layiqli tələbəsinə etimad göstərmişdi. Dahi şəxsiyyət bir neçə illər sonra Naxçıvana Azərbaycan Respublikasının Prezidenti kimi səfər edən zaman öz çıxışında demişdi: Mən ona etimad göstərən zaman gənc olduğu üçün biraz narahat idim, lakin bu keçən illər ərzində cənab Vasif Talıbov sübut etdi ki, ona göstərilən etimadı layiqincə doğruldur.

Bəli, sözün əsil mənasında cənab Vasif Talıbov cənabları Ulu öndərin ona göstərdiyi etimadı doğruldaraq, onun layiqli şagirdlərindən olduğunu sübut etdi.

          Düşündük ki, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi 25 illik zamana, xaricdə yaşayan Naxçıvanlıların fikirləri ilə səyahət etmək daha maraqlı olardı.

          Odur ki, Ukraynada yaşayan həmyerlimiz “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbəsində doğulub boya-başa çatmış Əlmaniz Ələkbərovla həmsöhbət olduq.

          Sual: Siz Naxçıvanda doğulub boya-başa çatan və xaricdə yaşayan Naxçıvanlı kimi, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi ötən 25 ili necə dəyərləndirirsiniz?

           Mənim uşaqlığım, orta məktəb illəri və hərbi xidmətdən sonra iki ilim Naxçıvanda keçib. Ondan sonra kənarda yaşamışam, ancaq buna baxmayaraq vətənimə çox bağlı olmuşam. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri vəzifəsində olduğu çətin dövrləri yaxşı xatırlayıram. Mənim birinci tələbəlik illərim həmin vaxta təsadüf etdiyi üçün o dahi şəxsiyyətin necə bir çətin vəziyyətdə işləməsini çox yaxşı xatırlayıram. Ümummilli liderimizin Azərbaycan dövlətçiliyinin təhlükədə olmasını nəzərə alaraq, xalqın təkid və tələbi ilə Bakı şəhərinə getməsi Naxçıvanın təhlükədə qalmasına gətirib çıxara bilərdi.

Odur ki, Dahi lider, özündən sonra Naxçıvana yeni rəhbər kimi, xüsusi hazırladığı layiqli şagirdlərindən olan, cənab Vasif Talıbova etimad göstərdi.
Ümummilli liderimiz Naxçıvanı öz əlaçı şagirdlərindən birinə etibar etməsi gözlənilən idi. Mən bəzən bunu Ulu öndərin özündən sonra siyasi varis kimi İlham Əliyevin Azərbaycana rəhbər olması etimadı ilə də, müqayisə edirəm. Hamıya yaxşı məlumdur ki, İlham Əliyev Heydər Əliyev dühasının ən layiqli siyasi varisi idi. Bu yaxınlarda ikinci Qarabağ savaşı “Vətən Müharibəsində” zəfər çalmağımız bunun növbəti bariz sübutudur. Hesab edirəm ki, bu gün hər iki etimad edilən şəxsiyyətlər də, öz növbəsində Ümummilli liderimizin adına layiq xalqına, Dövlətinə və vətəninə xidmət edirlər.

          Mənim üçün Ukraynadan baxanda cənab Vasif Talıbovun 25 illik fəaliyyəti necə görünür? Baxın, mən Naxçıvana ən azı ildə bir dəfə gedirəm, bəzən isə bir neçə dəfə orada oluram. Hər dəfə Naxçıvanda olan zaman isə ayrı-ayrı yeniliklərlə rastlaşıram. Fikrimcə cənab Sədrimiz bütün dünyada yaşayan Naxçıvanlıların sevgisini öz layiqli xidməti sayəsində əbədi qazana bilmişdir. Yəqin fikir verdinizsə mən də, Sədrimiz dedim.

          Bəli, o, bütün Naxçıvanlıların əbədi sədridir. Hər halda kənarda yaşayan Naxçıvanlılar danışarkən belə deyirlər.

                   Xalq cəbhəsi hakimiyyəti dövründə hər yerdə olduğu kimi Naxçıvanda da, bütün sahələr bərbad hala salınmışdır. Bütün infrastruktur məhv edilmişdir, hətta yol kənarlarında olan bütün ağaclar belə dibindən kəsilmişdir. Naxçıvanı səhralığa çevirmişdilər. Naxçıvanı quraqlıq bir səhralıqdan cənnətə çevirən insan məhz cənab Vasif Talıbovdur.
Naxçıvan həmişə V. Talıbovun rəhbərliyi dövründə yaxşı xüsusiyyətləri ilə, aparılan islahatları ilə seçilmişdir. Mən burada, Kiyevdə deyəndə ki, Naxçıvanda on il bundan əvvəl belə, iyirmi yaşın üzərində nazirlər var, heç kim inanmırdı. Düzdür sonralar bu təcrübəni Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili də, tətbiq etdi. Ancaq Saakaşvili Amerikada təhsil almış və xüsusi bir məktəb keçmişdir, bəs necə oldu ki, cənab Sədrimiz ondan illərcə əvvəl qərbin, Avropanın istədiyi islahatları, məhz Naxçıvanda apardı? Ona görə ki, o, Heydər Əliyev şəxsiyyətinin fərdi hazırladığı şagirdlərdən idi. Odur ki, bütün sahələrdə hamıdan əvvəl islahatlar aparırdı və bu təcrübə sonradan bütün respublikamıza da, yayıldı.

          Hələ Azərbaycanının bütün regionlarında məktəblilər uni formadan istifadə etmədiyi bir dövrdə, Naxçıvanda məktəblilər eyni rəngdə forma geyinirdilər. Yaxşı yadımdadır, keçmiş Təhsil naziri Misir Mərdanov mətbuata açıqlama verərkən, tezliklə Naxçıvan metoduna keçmək istədiklərini bildirmişdir.

          Bilmirəm, bəlkə də, Naxçıvan tarix boyu islahatçı olub, ancaq mənim yaşım cənab Vasif Talıbovun rəhbərlik etdiyi dövrə daha uyğun olduğu üçün mən bu faktları xüsusi olaraq qeyd edirəm.

          Naxçıvana gələn hər bir qonaq oranı, basılmaz qala, Qeyrət qalası, nümunəvi Ailələrin olduğu bir məkan kimi xatırlayırlar. Bu keyfiyyətləri qorumaq çox çətin məsələdir.

          Bu gün Naxçıvanda Ali təhsil müəssisələrində də, uni forma geyinilir. Bu bir danılmaz faktdır ki, Azərbaycanın bir çox ali təhsil müəssisələrinə gedən zaman gənclərin geyimi bəzən çox ifrata varır və ürək bulandırır.

          Naxçıvan bu sahədə də, ilkə imza atıb.

          Sual: sizin fikrinizcə Naxçıvanın blokadada olmasına və buna baxmayaraq yenə də, inkişaf etməsində Naxçıvan rəhbərliyinin xidmətlərini ayrıca qiymətləndirmək olarmı?

          Bəli, Naxçıvan geosiyasi baxımdan çox mürəkkəb yerdə yerləşir. Burada xalqı öz arxasınca apara bilən rəhbərdən də, çox şey asılıdır. Baxın, bilirsiniz ki, blokada şəraiti o deməkdir ki, insanlar istədikləri kimi öz məhsullarını Naxçıvandan kənara çıxara bilmədikləri üçün orada biznes qurmaq digər şəhərlərimizdən fərqli olaraq az xeyir gətirir. Ancaq Sədrimiz Naxçıvana qardaş dövlətlərdən də, iri şirkətləri cəlb edərək, burada bürokratik əngəllərin olmadığını sübut etdi. Və bu gün Naxçıvan özü dünyanın bir çox ölkəsinə məhsul ixrac edir. Naxçıvanda biznes quran Naxçıvanlı iş adamı bilir ki, onun Sədr kimi arxası-dayağı var və haqsız yerə ona heç kim mane ola bilməz.

          Bu gün respublikamızın hər yerində rüşvətxorluqla mübarizə aparıldığı üçün bir çox məsələlər öz həllini tapmışdır. Burada maraqlısı odur ki, söhbət ötən 25 ildən gedir.

          Sanki cənab Sədrimiz Azərbaycanda kiçik İsveçrə yaratmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Mən açıq deyəcəyəm, heç vaxt Naxçıvana qonaq aparmaqdan utanmadım, əksinə hər dəfəsində qürurlandım. Ukraynadan bir neçə dəfə Naxçıvana qonaq aparmışam. Onlar geri qayıdanda sanki bir sehirli aləmə düşdüklərini deyirlər. Naxçıvan öz tarixi abidələriylə və müasirliyi ilə bütün qonaqları heyran edib. Şərqlə-Qərbin sintezini orada görmək mümkündür. Bəs bütün bunlara necə nail olunub?, əlbəttə ki, sadaladığım hər şey cənab Sədrimizin rəhbərliyi ilə qazanılan uğurlardır.

Naxçıvanda müdafiə sistemi də, sanki başqa cürə qurulub. İstər hərbi hissələr, istər digər hüquq-mühafizə orqanları Dövlət və dövlətçiliyə sədaqəti ilə həmişə seçilib. Bütün bunların bir nümunəsi olub, o da, cənab Vasif Talıbov cənablarıdır. Onun istər şəhid ailələrinə, istər də, müharibə veteranları, qazilərimizə ayırdığı diqqət və qayğı həmişə fərqlidir. Mən hərbçi deyiləm, ancaq sovetlər dövründə yaxşı hərbi xidmət keçdiyim üçün deyə bilərəm ki, əgər günü sabah cənab Sədrimiz deyərsə ki, mən irəlidə gedirəm arxamca gəlin, inanın ki, Naxçıvan hərbçisi bir neçə saata İrəvana ayaq basar. Mən buna adım kimi əminəm.

Cənab Vasif Talıbov daima islahatlar aparır, bir çox sahələrdə olduğu kimi Naxçıvan Polisinə də, yeni nazir təyin edildi. Fazil Ələkbərova Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri kimi etimad göstərildi. Baxın, inanmazsınız, mən həmin dövrdən qıssa bir müddət sonra kiyevdən vətənə gəlmişdim. Magistral yollarımızda yol patrul xidmətinin az sayda olduğunu görüb bir neçə sürücüylə söhbət etdim. Və məlum oldu ki, Naxçıvanda digər yerlərdə olduğu kimi sürücünü qorxudaraq qovmaq söhbəti çoxdan ləğv olub. Bu gün hər şeyə kameralarla nəzarət edilir. Deməli bizim Avropadan fərqli heç nəyimiz yoxdur. Mən deyərdim ki, əksinə nəzakətimizə, ailə əxlaqımıza görə onlardan çox irəlidəyik. Sürücülər mənə dedilər ki, bəs cənab Sədrimizə həmişə minnətdarıq, Naxçıvanda heç kimi maşında ailəsi olan zaman saxlayıb yersiz yerə incitmirlər. Kamera var və hər şey göz qabağındadır, əgər xəta törətmisənsə cərimə protokolu evinə poçtla göndərilir. Təqdirəlayiqdir, deyilmi?

          Bu gün Naxçıvanda polis məktəbi də fəaliyyət göstərir, çox keçməz ki, Naxçıvan polisində bir neçə xarici dillərdə danışan, Avropa polisindən qat-qat daha nəzakətli polislərimiz xalqın xidmətində olarlar.
Cənab Sədrimizin fəaliyyətində diqqətimi çəkən məqamlardan biri də, Naxçıvanda aparılan sürətli tikinti-quruculuq və abadlıq işləridir. Bu gün ən ucqar kəndlərimizə Avropa standartlarına tam cavab verən magistral yollar çəkilib, müasir tipli məktəb, bağçalar və s, inzibati binalar tikilib istifadəyə verilib. Naxçıvanda Ordubaddan Sədərəyə kimi elə möhtəşəm avtomobil yolları vardır ki, sanki Cənab Sədrimiz əvvəlcədən Azərbaycanla Naxçıvan arasında olan quru yolumuzun bərpasını bilmişdir. Və bu yolları o məqsədlə dünya standartlarına uyğun saldırmışdır. Mənim Avropadan məsəl çəkməyim təsadüfi deyildir, çünki Avropanın şəhərlərinin çoxunu qarış-qarış gəzmişəm. Diqqətimi ən çox Almaniyanın yolları çəkib, inanın ki, Naxçıvanın yolları onlardan heç nəyi ilə geri qalmır, əksinə daha da, rahatdır.
Hər dəfəki gəlişimdə bu kimi gözəllikləri görən zaman Cənab Sədrimizə minnətdarlığımı bildirirəm.

          Bilirsinizmi, heç kim bu dünyada əbədi yaşamır, görürsünüzmü, bu gün Ulu öndərimiz haqq dünyasındadır. Ancaq onun bütün xidmətləri bizim gündəlik həyatımızda özünü göstərir. Azərbaycan olduqca Heydər Əliyev dühası da olacaqdır.

          Və mən hesab edirəm ki, cənab Vasif Talıbov da, Naxçıvanın tarixinə, öz adını qızıl hərflərlə yazmışdır. Hər halda xaricdə yaşayan Naxçıvanlı kimi mən bunu belə görürəm. Naxçıvan özünün bütün çiçəklənən dövrünü cənab Vasif Talıbovun rəhbərliyi zamanı yaşadı. Gələcəkdə ola bilər ki, Naxçıvan daha da, inkişaf edər. Ancaq heç kim Naxçıvanı, infrastrukturu dağılmış bir vəziyyətdən bu günkü Avropa şəhərinə, bir daha çevirməyəcəkdir, çünki bu missiyanı artıq öz üzərinə götürərək layiqincə yerinə yetirən var, bu cənab Vasif Talıbovdur!

          Vaxt tapıb saytımıza müsahibə verdiyinizə görə sizə təşəkkür edirik.        

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR