Naxçıvan – Nuhçıxandır,
Qədimdir, uludur!
Naxçıvan – Günəşin doğduğu danıdır,
Atabəylərin yoludur.
Naxçıvan – Tarixdə neçə min addır-sandır,
Böyük insanlarla doludur.
Naxçıvan – Azərbaycanın Çənlibelidir,
Dədə Qorqudun elidir.
Müstəqil dövlətçiliyin
Əbədiyyət heykəlidir.
Naxçıvan – “Dağlarını bulud qucan,
Tarlaları ətir saçan,
Sinəsindən Arpa çayı,
Ətəyindən Araz keçən” – ecazkar bir məkandı.
Naxçıvan – Nəqşi-cahandır,
Hər gün yazılır.
Yazılan əbədi qalır.
Naxçıvan – Azərbaycandır,
Torpaqdan od alır.
Qurulur, tikilir, ucalır.
Ucalan ad alır.
Zamanı Zamana daşıyır,
Adlar yaşayır.
Ucala-ucala gedir Naxçıvan,
Yüksəlməkdə davam edir Naxçıvan.
İsa HƏBİBBƏYLİ
akademik