23 Dekabr 2024, Bazar ertəsi

Bu ilin iyul ayında Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu,  öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

Dekabrın 15-də əsir və girovların dəyişdirilməsi  ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR