Türkiyədə Ankara-Niğdə avtomagistralının ikinci hissəsinin açılış mərasimi keçirilib.
Tədbirə videoformatda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsi məsələsinə münasibət bildirib.
Sanksiyaların tətbiq olunmasında S-400 sistemlərinin sadəcə bir bəhanə olduğunu vurğulayan Prezident deyib ki, Türkiyənin suverenliyinə qarşı qəsd hesab olunan bu qərarın qəbul edilməsində əsl məqsəd ölkədə sürətlə inkişaf edən müdafiə sənayesinin istehsalını əngəlləmək, Türkiyəni bu istiqamətdə fəaliyyətdən çəkindirməkdir. Sanksiyalar daxil olmaq olmaqla bütün təzyiqlərə baxmayaraq, Türkiyə qətiyyətli addımlarını davam etdirəcək.