24 Dekabr 2024, Çərşənbə axşamı

Bildiyimiz kimi, sentyabrın 27-də düşmən ölkənin hərbi birləşmələrinin cəbhəboyu həyata keçirdiyi növbəti təxribatdan sonra ordumuzun bölmələri tərəfindən əks-hücum əməliyyatı yerinə yetirildi və 44 gün ərzində davam edən döyüşlər nəticəsində işğal altında qalan torpaqlarımızın böyük bir qismi erməni tapdağından azad oldu. Ard-arda işğaldan təmizlənən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı, Şuşanın azad edilməsindən sonra Böyük Qələbəmizin imzası atıldı.

10 noyabr gününə – Qələbə tariximizin ən parlaq səhifəsinə öz qanları, canları ilə imza atan, tarixi sevinc hissini bizə yaşadan, zəfər bayramımızı gətirən igid oğullarımızın qəhrəmanlıqları hər gün qürurla xatırlanır, dillərə dastan olur. II Qarabağ savaşında Azərbaycanın hər bölgəsindən iştirak edən ərənlərimiz artıq öz evlərinə qayıdırlar. Şücaəti, mərdliyi, əzmi ilə seçilən naxçıvanlı igidlərimizin daha bir qrupu noyabrın 30-u gecə saatlarında Sədərək gömrük-keçid məntəqəsindən keçməklə Naxçıvana qayıdıblar. Sakinlər zəfər məramlı Vətən oğullarının gəlişini böyük sevinc hissi ilə qeyd edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Vətənimizin bütövlüyü, igidlərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

- Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR