Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.
Bunu açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.
M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.
İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: “Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar”.
Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın xeyli sayda qədim kəhrizləri var: "Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar".