Misirin “Masravi” informasiya portalı Azərbaycan Ordusunun Laçına daxil olması haqqında xəbər yayıb.
Portalın xəbərində Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması qeyd olunur.
Bildirilir ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərdə böyük Qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri 27 ildən çoxdur Ermənistanın işğalı altında olan Laçına daxil olub. Xəbərdə vurğulanır ki, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uğursuz olub. Torpaqlarının işğalı faktı ilə barışmayan Azərbaycan beynəlxalq hüquq normaları və BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyün bərpa edib.