Bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat əldə edilib. Məlumatda deyilir:
"2020-2021-ci ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2020-ci ilin noyabr ayının 16-dan 2021-ci ilin mart ayının 15-dək, saat 18:00-dan 24:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcəkdir.
Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər".
Qərargahın əlaqə telefonu: 545-01-71